
Toğrul Məmmədov 2025-ci ildən etibarən “Pro Leasing” şirkətinin Baş direktoru vəzifəsinə təyin olunub.
"DİA-AZ" xəbər verir ki, Məmmədov Toğrul Əlibəndə oğlu 1985-ci ildə Bakı şəhərində anadan olub, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur. O, maliyyə sektorunda 18 illik peşəkar təcrübəyə malikdir. “Kapital Bank”, “Azər-Türk Bank”, “Bank of Baku” və “Global Leasing” kimi maliyyə qurumlarında müxtəlif rəhbər vəzifələrdə çalışaraq özünü peşəkar və məsuliyyətli lider kimi təsdiqləmişdir.
Ailəlidir, iki övladı var.
Qeyd edək ki, 2024-cü ildə təsis olunan “Pro Leasing” şirkəti fəaliyyətini əsasən aqrar sahədə lizinq xidmətləri üzərində qurub. Şirkət kənd təsərrüfatının inkişafına dəstək məqsədilə müasir və əlçatan maliyyə həlləri təqdim etməyi qarşısına məqsəd qoyub.