'Azəriqaz'dan ƏNƏNƏVİ PROBLEM... .....                     Müştərisini soyan bankdan... ancaq qaçarlar... .....                     "Mən hansı kalondayam, görəsən?" .....                     Mərkəzi Bankın hesabatındakı həqiqətlər... .....                     Gürcüstan “Akkord”la bağlı cinayət işi qaldırıb .....                     "Bunun adı biabırçılıq deyilsə, bəs nədir..." .....                     Azərbaycan Dövlət Neft Şirkətini İsrailə neft satmaqda ittiham edirlər .....                     Tramp xəstələnəcək, müharibə bitəcək, çevriliş olacaq .....                     "Bir-birimizi görəndə doğmalığı hiss edirik" .....                     "Guya ki, bunların fövqəladə işləri var" .....                     “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir .....                     Əgər yanacağın qiyməti qalxdısa... .....                     2026-cı ildən NƏ GÖZLƏYƏK... .....                     Etirazlar dördüncü gecədir səngimir, şəhərlərdə toqquşmalar .....                     Avropa liderləri buna görə qəzəblidir .....                     Paşinyan Azərbaycanla sülhdən danışdı .....                     Keçən ilin son günü 28 kiloqramdan çox narkotik vasitə aşkarlanıb .....                     Generalın bacılarının ŞOK ƏMLAK SİYAHISI .....                     Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb .....                     "Amma qazın pulunu iki gün gecikdirsək..." .....                     "Dəyərli şeyləri yanlış coğrafiyada həyata keçirmək olmaz" .....                     2026-cı il BÜRCLƏRƏ nə gətirəcək? .....                     "Yaşayan Nostradamus"dan 2026-cı il üçün .....                     "Kaspi" qəzeti 145 illiyini qeyd edir .....                     Bəs 15 dəqiqəlik pulsuz müddət harda qaldı... .....                     Gürcüstanın ən varlı adamı.... .....                     Dövlətin puluna DÜŞMƏN MÜNASİBƏTİ... .....                     100 milyonlarla insan üçün fəlakət proqnozu .....                     Azərbaycanda İŞİD təbliğatı necə aparılır? .....                     İranın Zəngəzur HƏYƏCANI .....                     Əgər Azərbaycanda İslam Bankı populyarlaşsa... .....                     Tariflər aztəminatlıları çətin duruma salır .....                     Mərkəzi Kəşfiyyat İdarəsi Putinin iqamətgahına hücumla bağlı məlumatları təsdiqləməyib .....                     Bu il mənzil bazarı NECƏ OLACAQ... .....                     Nitsşeni oxuyub insan kimi bu cür bədbəxt olacaqsansa... .....                     ABB-dən ABB-yə də 5 manat?.. .....                     'Alovlu at' ili dünyamız üçün sakit keçməyəcək... .....                     'Gecikmiş ödəniş' bəhanəsi ilə pul çıxılır... .....                     Canlı yayında izləyiciyə nələr dedi... .....                     ABŞ əsl gerçəyi ortaya çıxaracaqmı? .....                 

Keçmiş nazir “ailə dostu” Trampın yadına düşəcəkmi? - İLGİNC...
Tarix: 21-04-2025, 11:00 | Çap et
Keçmiş nazir “ailə dostu” Trampın yadına düşəcəkmi?
Donald Tramp bütün dünyanı bir-birinə vurarkən bunun bir ucunun da Azərbaycana dəyəcəyi ehtimalı artır. Azərbaycanda isə tərcümeyi-halında kiçik də olsa Trampın “izi” olan bir sabiq məmur var - Ziya Məmmədov...

Azərbaycan Dövlət Dəmir Yolunun (ADDY) keçmiş rəisi, keçmiş nəqliyyat naziri, Rusiyanın Dərbənd şəhərinin fəxri vətəndaşı, ABŞ Prezidenti Donald Trampın tanışı... 73 yaşlı Ziya Məmmədovun 1971-ci ildən başlayan əmək fəaliyyətinin ən önəmli məqamları bunlardır və burada nə qədər qəribə olsa da Trampın adı keçir...


Ziya Məmmədov 2002-ci ildən 2017-ci ilə qədər 15 il müddətində Azərbaycan ən gəlirli qurumlarından biri olan Nəqliyyat Nazirliyinə rəhbərlik edib. Maraqlıdır ki, onun vəzifədən çıxarılması ilə bağlı prezident sərəncamı belə yoxdur. Çünki 2017-ci ildə Nəqliyyat Nazirliyi ləğv edilərək rabitə sektoru ilə birləşdirildi, Ziya müəllim də təqaüdə göndərildi.

Keçmiş nazirin karyerasının 18 ili Dövlət Dəmir Yolunun Biləcəri Lokomotiv deposuna bağlıdır. Rostov Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunu məzunu burada maşinist köməkçisindən başlayıb, rəis müavini, məntəqə rəisliyinə qədər karyera yolu keçib. Daha sonra qurumun Gəncə Lokomotiv deposunun rəisi, 1991–1993-cü illərdə isə Dəmir Yolu Lokomotiv təsərrüfatı xidmətinin rəisi vəzifəsinə yükləlib. 1993–1996-cı illərdə ADDY rəisinin lokomotiv və vaqon təsərrüfatı üzrə müavini işləyib. Prezidentin 31 iyul 1996-cı il tarixli Sərəncamı ilə qurumun rəisi təyin edilib. Beləliklə, Ziya Məmmədovn “qızıl dövrü” bu tarixdən hesablanır.

O, qısa müddətdə məmur korpusunda var-dövləti, dəbdəbəli həyatı, səxavəti ilə fərqləndi və mətbuatın “ulduzlarından” birinə çevrildi. Bu vəifədə 6 il qaldıqdan sonra Z.Məmmədov 2002-ci ilin avqustunda Nəqliyyat naziri təyin edildi. Bu tarixdən 1 il sonra Bakı-Tbilisi-Ceyhan neft kəməri işə düşdü və Azərbaycana yavaş-yavaş böyük neft pulları daxil olmağa başladı.

2004-cü ildə Ziya Məmmədovun ilk böyük layihəsi icra olunmağa başladı: 120 kilometrlik Bakı-Ələt-Hacıqabul avtomagistralı o zamana qədər Azərbaycanda mövcud olmayan beynəlxalq standartlara uyğun şəkildə genişləndirildi və yenidən quruldu. On milyonlarla dollar vəsaitin xərcləndiyi yol, sonrakı illərdə bir neçə dəfə əsaslı təmir olunub. Hazırda onun əsas hissəsi yarasız vəziyyətdədir, yolun hər iki istiqamətdə sağ zolağı tamamilə sıradan çıxıb. Mütəxəsssilər bildirirlər ki, yol keyfiyyətsiz inşa olunub, həmçinin normadan artıq yüklənmiş maşınların magistrala daxil olması infrastrukturun məhv olmasına gətirib çıxarıb.

Bakı-Qazax magistralının 80 kilometrlik Hacıqabul-Kürdəmir hissəsi də Ziya Məmmədovun nazir olduğu dövrə istifadəyə verilib. Yenidənqurma layihəsinə 350 milyon manatdan artıq vəsait xərclənib. Magistralın qalan hissəsi də mərhələli şəkildə yenidən qurulub və yüz milyonlarla dövlət vəsaiti və kreditlər hesabına başa gəlib.

Bundan başqa, Bakı-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolu, Ələt-Astara dövlət sərhədi avtomobil yolu şəhərlər və rayonlar arası çoxlu sayda yol layihələri icra olunub.

Z.Məmmədovun nazir olduğu dövrdə nəqliyyat sektoru neft gəlirləndən ən böyük pay alan qurum olub. Bu sahəyə ümumilikdə 5 milyard manatdan artıq vəsait yönəldilib.

Ziya Məmmədovun 2008-ci ilin 12 mart tarixində prezidentə məruzəsində böyük pullardan bəhs olunur: “Əgər 2006-cı ildə bu məqsədlə dövlət büdcəsindən 50 milyon manat ayrılmışdısa, artıq 2007-ci ildə bu məbləğ 130 milyon manat olmuş, 2008-ci ildə isə 162 milyon manatdır. Yolların, körpülərin, keçidlərin tikilməsi, yenidən qurulması və bərpası üçün milli investisiya qoyuluşunun məbləği 2004-cü ildə 16,3 milyon manat olmuşdusa, 2007-ci ildə bu rəqəm 464 milyon manat təşkil etmiş, 2008-ci ildə isə 522 milyon manat məbləğində təsdiq olunmuşdur. Beynəlxalq maliyyə institutlarının kreditləri hesabına həyata keçirilən avtomobil yolları layihələri üzrə 2007-ci ildə 99,3 milyon dollar vəsait cəlb edilmişdir və 2008-ci ildə isə bu vəsaitin 250 milyon dollar olacağı gözlənilir. Əgər 2000-ci illərin əvvəllərində nəqliyyat layihələrinin maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə qurumları kiçik vəsaitləri belə çox ehtiyatla ayırırdılarsa, hazırda ən nüfuzlu beynəlxalq maliyyə institutları tərəfindən daha sərfəli şərtlərlə təklif olunan investisiyaların məbləği 3 milyard dollardan artıqdır...”

Milyardlıq layihələrdən alınan, çırpışdırılan “otkatlar” hesabına Z.Məmmodv 2005-ci ildə ailə üzvlərinin adlarının baş hərflərindən ibarət olan ZQAN Holdinqi təsis etdi. Oğlu Anar Məmmədov tərəfindən idarə olunan şirkətlər qrupu inşaat məhsullarının istehsalı, telekommunikasiya, sığorta, mehmanxana işi və sağlamlıq-istirahət mərkəzləri, inşaat, daşınmaz əmlak və onun idarə edilməsi, reklam xidməti, kənd təsərrüfatı məhsulları istehsalı, restoran servisi, eləcədə səyahət sahələrində fəaliyyət göstərib.

10 may 2013-cü il tarixindən etibarən ZQAN adı dəyişdirilrək “Garant Holing”lə əvəzlənib.

Holdinqin tərkibində bu şirkətlər daxil idi: “Bank of Azerbaijan”, “Qarant Sığorta” ASC, "Garant İnşaat Sənaye" MMC, Garant (Ucar) Aqro ("Mərcan" toyuqları)

“Rixos Quba”, Quba Olimpiya Kompleksi MMC, ZQAN Construction, “Azbentonit”, Goranboy Gips ASC, Göyçay Çınqıl

TranEuroCom Telekommunikasiya, “Delfin Otel”, “Meridian hoteli”, ZQAN Plaza, “Kəhrəba restourants”, “Royal Estate Royal Fakilities Managment” daşınmaz əmlak, “Garant Agricultur Group”, KFC Azərbaycan, M.Trans MMC, “Delfin” MMC, Turbo.az MMC və s.
Məlumdur ki, bu sayda şirkətlərin yaradılması, fəaliyyəti, nəhəng gəlirlərii bilavasitə büdcədən istiqamətləndirilmiş milyonlar hesabına başa gəlib. Anar Məmmədovun biznesdə qaz vurub qazan doldurması onun fitri istedadı, qabiliyyəti ilə bağlı olmayıb. Hər halda, alın təri ilə pul qazanan iş adamları ziyafətlərdə, eyşi-işrət məclislərində milyonları havaya sovurması ilə gündəmə gəlmirlər...

Ziya Məmmədovun biznes imperiyasının aqibəti də digər məmur həmkarlarından fərqli olmadı. Vəzifədən çıxarıldıqdan qısa müddət sonra şirkətlər bir-brinin ardınca bağlandı, yaxud əl dəyişdirdi. Onun topdağıtmaz sərvətinin əhəmiyyətli hissəsi əlindən çıxdı, yalnız oğlu vasitəsi ilə xaricə çıxara bildiyi, Londonda, başqa Avropa paytaxtlarında daşınmaz əmlaka, səhmlərə, biznesə yatırılan milyonlar ona qaldı. Hazırda uzun illərdir ayağı Azərbaycana dəyməyən Anar Məmmədov Britaniyada, ABŞ-də bu vəsaitlər hesabına iş adamı titulu daşıyır.

ABŞ-də Donald Trampın hakimiyyətə qayıtması Məmmədovlar üçün düşərli hadisə sayılır. Çünki o, nazir olduğu dönəmlərdə Trampın franşizini alıb Bakıda onun adına otel inşa etməyə, onunla münasibtlər qurmağa nail olmuşdu. Bu səbəbdən Anar Məmmədov 2016-cı ilin yanvarında Trampın inauqurasiyasına da dəvət almışdı. Amma cəmi 1 il sonra Z.Məmmədovun rəhbərlik etdiyi nazirliyin vəzifəsi ilə birlikdə ləğv edilməsi onun ulduzunun parlamasına imkan vermədi. Özü ilə biznesi də tarixin arxivinə getdi. İndi Ziya Məmmədovun və oğlunun dünya iqtisadiyyatını biri-birinə vuran Trampın yadına düşməsi qətiyyən inandırıcı deyil...

Ziya Məmmədov hazırda gününün çox hissəsini doğulduğu Ucar rayonunun Qızılqumlaq kəndindəki villasında keçirir, ibadətlə məşğul olur, ara-sıra insanları halallığa, dürüstlüyə, mənəvi saflığa çağırır. Büdcədən oğurlanmış pullar hesabına tikilmiş villada oturub bu cür “ağsaqqallıq” etmək mənəvi dəyərlərə, dinə, əxlaqa nə dərəcədə uyğundur?Bunu sabiq nazir özü daha yaxşı bilər yəqin ki...

Ancaq hər halda, varidatının əhəmiyyətli hissəsini qoruya bilən Ziya müəllim ziyanın yarısından qayıtmış kimi görünür. Görək, bir zamanlar ona “körpüdən keçəndə...” məsəlindəki qədər yaxın olan və hazırda dünyanı qarışdıran “dostu” Tramp da ziyanın yarısından qayıda biləcəkmi?

“AzPolitika.info”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
'Azəriqaz'dan ƏNƏNƏVİ PROBLEM... - "Ölkə əhalisini qazsız saxlamağın bədəli olmalıdır..."
Bu gün, 04:39
Müştərisini soyan bankdan... ancaq qaçarlar... - GİLEY
Bu gün, 04:30
"Mən hansı kalondayam, görəsən?" - Məşhur YAP-çı sual edir...
Bu gün, 04:18
Mərkəzi Bankın hesabatındakı həqiqətlər... - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:59
Gürcüstan “Akkord”la bağlı cinayət işi qaldırıb - Rioni körpüsü işi
Bu gün, 03:53
"Bunun adı biabırçılıq deyilsə, bəs nədir..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:48
Azərbaycan Dövlət Neft Şirkətini İsrailə neft satmaqda ittiham edirlər - Türkiyədə təxribat...
Bu gün, 03:31
Tramp xəstələnəcək, müharibə bitəcək, çevriliş olacaq - Şamanlardan 2026-cı il proqnozları
Dünən, 16:29
"Bir-birimizi görəndə doğmalığı hiss edirik"
Dünən, 13:00
"Guya ki, bunların fövqəladə işləri var" - Məşhur YAP-çı sabiq deputat onları tənqid etdi
Dünən, 12:57
“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
Dünən, 12:54
Əgər yanacağın qiyməti qalxdısa... - AKTUAL
Dünən, 11:42
2026-cı ildən NƏ GÖZLƏYƏK... - ARAŞDIRMA
Dünən, 11:38
Etirazlar dördüncü gecədir səngimir, şəhərlərdə toqquşmalar - İran alov içində
Dünən, 11:31
Avropa liderləri buna görə qəzəblidir
Dünən, 11:09
Paşinyan Azərbaycanla sülhdən danışdı - TƏFƏRRÜAT
Dünən, 11:05
Keçən ilin son günü 28 kiloqramdan çox narkotik vasitə aşkarlanıb - DİN
Dünən, 11:00
Generalın bacılarının ŞOK ƏMLAK SİYAHISI - Bu, hələ harasıdır...
Dünən, 10:53
Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb
Dünən, 10:30
"Amma qazın pulunu iki gün gecikdirsək..." - NARAZILIQ VAR...
Dünən, 10:26
"Dəyərli şeyləri yanlış coğrafiyada həyata keçirmək olmaz" - Kənan MM
Dünən, 10:19
2026-cı il BÜRCLƏRƏ nə gətirəcək? - PROQNOZ
Dünən, 09:54
"Yaşayan Nostradamus"dan 2026-cı il üçün 10 QORXULU PROQNOZ
Dünən, 09:45
"Kaspi" qəzeti 145 illiyini qeyd edir
Dünən, 09:41
Bəs 15 dəqiqəlik pulsuz müddət harda qaldı... - MÜRACİƏT
Dünən, 09:38
Gürcüstanın ən varlı adamı.... - Azərbaycanda da biznesi var...
Dünən, 08:02
Dövlətin puluna DÜŞMƏN MÜNASİBƏTİ... - İl bitib artıq... TENDER-MENDER də lazım deyil...
Dünən, 07:59
100 milyonlarla insan üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
Dünən, 07:47
Azərbaycanda İŞİD təbliğatı necə aparılır? - Əlixan Musayev nə etmək istəyir?
Dünən, 07:45
İranın Zəngəzur HƏYƏCANI - AXI NİYƏ?..
Dünən, 07:40
Əgər Azərbaycanda İslam Bankı populyarlaşsa... - GƏLİŞMƏ
Dünən, 07:27
Tariflər aztəminatlıları çətin duruma salır - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:22
Mərkəzi Kəşfiyyat İdarəsi Putinin iqamətgahına hücumla bağlı məlumatları təsdiqləməyib - BU DA BU...
Dünən, 07:17
Bu il mənzil bazarı NECƏ OLACAQ... - Ekspert deyir ki...
Dünən, 07:15
Nitsşeni oxuyub insan kimi bu cür bədbəxt olacaqsansa... - Eminquey Akif
Dünən, 07:09
ABB-dən ABB-yə də 5 manat?.. - BU NƏDİ BELƏ?
Dünən, 07:04
'Alovlu at' ili dünyamız üçün sakit keçməyəcək... - İNCƏLƏMƏ
Dünən, 06:53
'Gecikmiş ödəniş' bəhanəsi ilə pul çıxılır... - GİLEY
Dünən, 06:48
Canlı yayında izləyiciyə nələr dedi... - "Paxıllığınızdan ölürsünüz, ölün"
Dünən, 06:36
ABŞ əsl gerçəyi ortaya çıxaracaqmı? - İNCƏLƏMƏ
Dünən, 06:33
ABŞ ordusu okeanda narkotik ticarəti ilə məşğul olan gəmilərə hücum edib - KİV
Dünən, 06:21
Məhəmmədrza Arif istefa verdi, Pezeşkian qəbul etmədi
31-12-2025, 18:27
İran səfiri Ermənistan xalqını belə təbrik etdi - dost, qardaş...
31-12-2025, 18:25
Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
31-12-2025, 18:22
Misir Mərdanov baş redaktor işləyəcək - ÖZÜ AÇIQLADI
31-12-2025, 12:40
Yeni müharibə olacaq, Paşinyanın istəyi reallaşacaq… – Regionu gözləyənlər
31-12-2025, 12:36
Güney Qafqazda ÇİNİ MÜDAXİLƏ... - Azərbaycan bu məsələdə...
31-12-2025, 12:31
Sosial şəbəkədə kriminal aləmi təbliğ edən gənc cərimə edildi - TƏFƏRRÜAT
31-12-2025, 11:25
47 günlük icra başçısının sirri: Nəsimini soyurmuş - Sözün əsl mənasında...
31-12-2025, 11:23
Quru sərhədlər bu tarixdən AÇILA BİLƏR - AÇIQLAMA
31-12-2025, 11:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru