Bakının masaya qoyduğu yeni tələblər... – Marqaryan
Tarix: 14-12-2024, 14:53 |
Çap et
2025-ci ildə də sərhədlərin delimitasiya və demarkasiyası Azərbaycanın şərtləri ilə davam edəcək.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Ruben Marqaryan deyib.
Ermənistan hakimiyyətinin son mesajlarına diqqət çəkən ekspert qeyd edib ki, yaxınlarda delimitasiyanın növbəti mərhələsi başlaya bilər:
“Sərhədlərin müəyyənləşdirilməsi ilə yanaşı, Azərbaycan və Türkiyənin başqa tələbləri də var: Zəngəzur dəhlizinin açılması və Ermənistan Konstitusiyasının dəyişdirilməsi. Tərəflər arasında bu yöndə müzakirələr davam edir. Ermənistan hakimiyyəti sülh müqaviləsini imzalamağa yaxınlaşıb”.
Marqaryanın sözlərinə görə, Bakı masaya Ermənistanın demilitarizasiyası və Qərbi Azərbaycandan olan qaçqınların geri qaytarılması məsələlərini də qoyub.
Erməni ekspert 2025-ci il üçün Ermənistan və Azərbaycan arasında sülh proqnozlaşdırıb.