“Ukrayna Prezidenti Volodimir Zelenski Moskva ilə hər hansı danışıqlar aparmağı qadağan edən qanunu ləğv etməlidir”.
Globalinfo.az xəbər verir ki, bunu Finniyanın milli-mühafizəkar “Azadlıq Alyansı” partiyasının üzvü Armando Mema deyib.
Onun sözlərinə görə, Rusiya Qərblə dialoqa və danışıqlara hazır olduğunu göstərir.
“Kreml dəfələrlə Kiyev və Qərb ölkələrini münaqişənin sülh yolu ilə həllinə çağırıb”.
Qeyd edək ki, 2022-ci ilin payızında Zelenski rusiyalı həmkarı Vladimir Putinlə danışıqların mümkünsüzlüyünü bildirən fərman imzalayıb. Sənəddə Ukrayna lideri bəyan edib ki, “Kiyev dialoqa hazırdır, lakin “başqa Rusiya prezidenti ilə””.











