
Binəqədi rayonunda qanunsuz tikinti ilə bağlı XALQ-a məlumatlar daxil olub.
Belə ki, Binəqədi rayonu Səttar Bəhlulzadə küç. 207 ünvanında qanunsuz tikinti işləri aparılır
XALQ məlumat verir ki, bu tikinti ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında hər hansı bir məlumata rast gəlmədik.
Ümumiyyətlə Binəqədi rayonun ərazisində qanunsuz obyektlərin və qanunsuz evlərin tikintisinə necə razılıq verildiyi məlum deyil.
İddialar görə, qanunsuz tikintiyə nəzarət edən İcra hakimiyyətinin başçısını müavini Hacıbaba Babayevdir.
Qeyd edək ki, 2018-ci ildən Binəqədi rayon İcra hakimiyyətinin başçısı Elxan Allahverdiyevdir
Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinindən və Binəqədi İcra hakimiyyətindən heç bir açıqlama almaq mümkün olmadı.









