İsveçrə də Trampı bahalı hədiyyələrlə yola gətirib .....                     “102”yə zəng edərək adam öldürəcəyini deyən şəxs həbs edilib .....                     44 günlükdəki kimi hücumla üz-üzəyik: bu, əsl müharibədir! .....                     Zelenskiyə qarşı koalisiya yaradılır? .....                     Coşqun Əliyevi mühüm posta KİM GƏTİRDİ? .....                     3 nömrəli xüsusi məktəbdə uşaqlara ayrılan dövlət müavinətləri 5 aydır verilmir .....                     Əmrullayevin MÜƏMMA DOLU TƏYİNATI .....                     Burda təhsildən savayı hər şey var... .....                     Burda müştəri məmnuniyyəti SIFIR... .....                     İşəgötürən bu halda tam maddi məsuliyyət daşıyır... .....                     DTX-nin həbs etdiyi İmamverdi Əhmədovun şikayəti təmin edilməyib .....                     Sülh buğdası və əngəlləri olmayan Qafqaz .....                     “Donald Trampın Venesuelaya hərbi təzyiq üçün üç ssenarisi var” .....                     Mənimsəmədə ittiham olunan bağça müdiri bəraət alıb .....                     Kreml yandı: hələ ki, futbol stadionunda... .....                     Cənubi Qafqazda vahid strateji xəttin formalaşması... .....                     Rusiya neftinə qarşı sanksiyalar ABŞ-də yanacağın qiymətini artırıb .....                     Azərbaycan səfirliyinin vurulması Rusiya ilə Belçika arasında gərginliyə səbəb olub .....                     Azərbaycan təhsili hara gedir? .....                     “Lukoil”də ancaq nağd ödəniş alınır .....                     Dana əti adı ilə at əti satırlar .....                     “Niyə Xankəndi, Şuşadakı tədbirlərdə yoxam?” .....                     “Xalq” və “Əməkdar” fəxri adı daşıyanların təqaüdü artırılıb .....                     Ələsgər sənətdən nakam getdi... .....                     Dələduzluq edib, xəstə qızını müalicə etdirən şəxsə .....                     “Bu Şəhərdə”nin Qurban Qurbanovla bağlı səhnəciyi tənqid olundu .....                     Ağdərədə mina partlayışı: Xəsarət alan var .....                     Ukrayna strateji məğlubiyyətə doğru gedir .....                     Zelenski Putinə qoyduğu qadağanı ləğv edir? .....                     Putin-Tramp görüşü hələlik təxirə salınıb .....                     "O, konkret fəaliyyətinə, xalqımıza xoş münasibətinə görə Azərbaycanda sevilir və hörmətlə qarşılanır" .....                     Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək? .....                     Belçikadan Azərbaycana dəstək bəyanatı .....                     "Bu, qorxuya əsaslanan tərifdir" .....                     “Sərbəstliyi tərbiyəsizliklə səhv salır, sən gələcək nəsilə necə örnək ola bilərsən, axı?” .....                     Daha bir yeniyetmə anasını qətlə yetirdi .....                     Zay məhsulu satırlar... sonra da... .....                     Bu, Azərbaycan üçün ona görə vacibdir ki... .....                     Ülvi iki dəfəyə 5000 manatı ondan alsa da... .....                     Zəngəzur dəhlizi strateji təklif kimi görünür .....                 

Sülh buğdası və əngəlləri olmayan Qafqaz - İNCƏLƏMƏ
Tarix: Bu gün, 06:46 | Çap et

Qafqaz oyanır

Cənubi Qafqaz sanki uzun qarşılıqlı “etimadsızlıq qışından” sonra oyanmağa başlayır. Onilliklər boyu münaqişələr və şübhələr səbəbindən bağlı qalmış yollar bir-bir dirçəlir. Qatarlar yola düşməyə hazırlaşır, yük maşınları yeni marşrutlara uyğunlaşır, diplomatlar isə tələsik vizalarla bağlı qaydaları dəqiqləşdirirlər ki, tarixin artıq yeni səhifəyə keçdiyini anlayan sonuncu şəxs olmasınlar.

Azərbaycan, Ermənistan və Gürcüstan nadir fürsətin astanasındadırlar – onları ayıran xətləri əməkdaşlıq xətlərinə çevirmək imkanı yaranıb. Ola bilsin ki, uzun müddətdən bəri ilk dəfə Qafqaz artıq münaqişələr xəritəsini deyil, imkanlar xəritəsini xatırlatmağa başlayır.

Sülh buğdası

Və birdən elə bir bəyanat səslənir ki, mətbuat zalında yalnız klaviatura cingiltisi eşidilir. Azərbaycan Prezidenti İlham Əliyev bəyan edir ki, Ermənistana yük tranziti ilə bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb.

“İlk belə tranzit yükü Qazaxıstandan taxılı karvanı oldu”, - o deyir. Bir neçə saniyəlik sükut və zal canlanır: jurnalistlər noutbuklara tərəf atılırlar. Xəbər sadəcə sensasiya deyil, simvoldur. Sülh taxılı – həm birbaşa, həm də məcazi mənada.

İlk partiya artıq Ermənistana çatıb və gələn ilin yanvar ayının sonuna qədər ən azı daha 130 vaqonun göndərilməsi planlaşdırılır.

Düzdür, bu taxıl hələlik ehtiyatla “cücərir”. Tranzit icazəsi müvəqqəti tədbirdir və hələ kommunikasiya xətlərinin tam açılması demək deyil. Sərhədin delimitasiyası Qazax rayonunun yalnız kiçik bir hissəsində başa çatıb, qalan hissələrdə isə hələlik razılaşdırılmış kilometrlərlə xətdən çox sual var. Amma belə bir addımın özü də Qafqaz üçün artıq böyük, demək olar, tarixi hadisədir.

Erməni analitik İşxan Verdyan bu yaxınlarda qeyd etmişdi: “Prosesi artıq geri qaytarmaq artıq mümkün deyil”. İrəvanda isə hələlik Sünikdə dəmir yolunun tikintisinə hazırlıq işləri gedir – qiymətləndirmə, layihələndirmə, podratçı axtarışı.

“Dəmiryolunu dəmiryolundan tikməyə başlayırlar”, – Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan təmkinlə xatırlatdıb.

Başqa sözlə, Azərbaycan öz yollarını sərhədə qədər gətirməyincə, Ermənistan tələsməyəcək. Halbuki, heç olmasa Meğridəki stansiyanın bərpasına başlamaq mümkündür – bu, niyyətin ciddiliyini göstərən jest olardı.

Lakin vəziyyət tamamilə dəyişib. Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirəcək dəmir yolunun tikintisilə bağlı ABŞ-la aktiv danışıqlar aparır. Onun sözlərinə görə, Amerika tərəfi layihəyə xüsusi maraq göstərir. Çünki o, TRIPP adlı təmtəraqlı ad daşıyan təşəbbüsün – “Trump Route for International Peace and Prosperity” (“Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu”) tərkib hissəsi kimi nəzərdən keçirilir.

Etiraf etmək lazımdır ki, bu ad sanki reklam turuna dəvət kimi səslənir – firavanlıq, sülh və bəlkə də, bonus milləri vəd edən çağırış kimi. Lakin parlaq lövhənin arxasında kifayət qədər konkret siyasi hesab dayanır: Vaşinqton uzun müddət ərzində Moskva ilə Tehranın təsiri arasında arasında qalan regionda öz mövqeyini gücləndirməyə çalışır.

Paşinyan əlavə edib ki, kommunikasiya xətlərinin açılmasından sonra Rusiya da Azərbaycan ərazisindən keçməklə Ermənistana dəmir yolu daşımalarını həyata keçirə biləcək.

Bu sözlər yumşaq səslənsə də, rəmzi xarakter daşıyır: İrəvanda “blokada” ifadəsi getdikcə daha az işlədilir, “tərəfdaşlıq” isə daha çox səslənir.

İrəvan eyni zamanda Marqara–Yexeqnadzor–Sisian–Qoris avtomobil marşrutunu təklif edir. Əgər marşrut Marqara sərhəd-keçid məntəqəsindən Qorisə qədər hesablanarsa, mövcud yollara əsasən, onun uzunluğu təqribən 230–250 kilometrdir. Bəzi mənbələrdə hətta 430 kilometr rəqəmi də göstərilir. Lakin görünür, bu göstərici özündə əlavə sahələri birləşdirir və ya köhnə hesablamalara əsaslanır. Xəritədə hər şey inandırıcı görünür, lakin əslində – dağ relyefi, köhnə yollar, dar keçidlər: böyük yüklər bu cür yollardan keçmir. Bu yol ancaq siyasi cəhətdən əlverişlidir – dialoqa hazır olmağın nümayişidir. Lakin iqtisadi baxımdan bütün parametrlər üzrə uduzur: məsafə, relyef və təmir və istismar xərcləri baxımından.

Müqayisə üçün: Meğridən keçən Zəngəzur dəhlizi cəmi təxminən 43 kilometrdir. Azərbaycanın əsas hissəsini Naxçıvanla, daha sonra isə Türkiyə və Avropa ilə birləşdirə biləcək birbaşa, iqtisadi cəhətdən sərfəli və məntiqli marşrut. Buna görə də, Ermənistanın təklif etdiyi yol nəqliyyat həlli deyil, daha çox diplomatik jestdir. Qalan hər şey iqtisadi məzmunu olmayan, xəritə üzərindəki gözəl xətlərdən ibarətdir.

Şimal, Cənub və Orta dəhliz

Eyni zamanda regionda təkcə inşaat işləri deyil, həm də incə diplomatik mühəndislik gedir. Bu, xüsusi olaraq “Şimal–Cənub” magistral layihəsinə aiddir. Sanksiyalar altında boğulan Rusiya bu layihədə Hind okeanına çıxış üçün xilasedici yol görür. Amma bu yol hamar deyil: qışda Volqa üzərində gəmiçilik dayanır, Xəzər dənizi dayazlaşır, Türkmənistan üzərindən keçən köhnə sovet xətləri isə təmir tələb edir.

Moskva İranın Rəşt–Astara hissəsinə yatırım qoymağa məcburdur. Lakin yolun real olaraq yüklənəcəyi ilə bağlı Tehrana yazılı zəmanət vermək gücündə deyil.

İran isə həmişəki ehtiyatla məhz bu zəmanəti tələb edir – həm Rusiyadan, həm də qismən Azərbaycandan. Lakin Rusiya bunu təmin edə bilmir, Azərbaycan isə tələsmir. Çünki əgər Bakı “Şimal–Cənub”u prioritet elan edərsə, “Orta Dəhliz” layihəsini irəli sürən tərəfdaşların narazılığına səbəb ola bilər. Azərbaycan, Türkiyə və Mərkəzi Asiya isə artıq “Şərq-Qərb” nəqliyyat marşrutu üzrə yeni iqtisadi məntiq qurmağa başlayıblar.

Rusiya isə Azərbaycanda yalnız tranzit tərəfdaşı deyil, Cənubi Qafqaza son etibarlı çıxış yolu görür – bu regionda ABŞ və Avropanın bayraqları getdikcə daha görünür.

Moskva üçün Bakının heç olmasa simvolik olaraq “orbitdə” qalması vacibdir.

ABŞ və Avropanın burada mövcudluğu Kremlin nəzərində “tarixi maraqlar zonasına” müdaxilə kimi qəbul edilir. İran da bu narahatlığı bölüşdüyünə görə, Rusiya daha yumşaq davranmağa çalışır: hərbi güclə deyil, iqtisadi tellərlə, kreditlərlə, birgə layihələrlə və “əbədi dostluq” barədə adət edilmiş ritorika ilə.

Amma dostluğu milyardlarla və kilometrlərlə yol ilə ölçəndə, ən isti ittifaqlarda belə sərinliklər yaranır.

Açıq marşrutların iqtisadi effekti isə bəzən gurultulu siyasi bəyanatlardan qat-qat böyük ola bilər. Regional ekspertlərin qiymətləndirməsinə görə, kommunikasiya xətlərinin açılması yaxın illərdə Cənubi Qafqaz ölkələrinin ticarət dövriyyəsini 15–20 % artırmağa qadirdir.

Bu, Azərbaycan üçün təkcə tranzitdən gələcək yeni gəlirlər deyil, həm də regionun logistika mərkəzi statusunu möhkəmləndirmək imkanı deməkdir.
Əgər Qafqazda yeni “neft” yaranıbsa, o da marşrutlardır. Pul hərəkəti sevir və görünür, uzun fasilədən sonra bu hərəkət artıq sadəcə qaçışa bəhanə deyil.

Moskva isə bu dəhlizdə rəqib görür. Elə buna görə də Bakıdan “geopolitik sədaqət”ə dair “imzalı kağız” almaqda israrı edir. Lakin Bakı çevikliyi üstün tutur. Siyasətdə olduğu kimi logistikada da bir istiqamətdə ilişib qalmaq olmaz.

İllüziyalarsız balans

Paradoks ondadır ki, məhz marşrutlar arasında tarazlığı qorumaq bacarığı Azərbaycanı əsas oyunçuya çevirir. Rusiya, Türkiyə, İran və Mərkəzi Asiya ölkələri ilə münasibətləri saxlayan Bakı “təzyiqin kəsişdiyi nöqtə”yə deyil, “qərarlar düyünü”nə çevrilir.

Başqalarının tərəfdaş axtardığı yerdə, Azərbaycan variantlar axtarır.

Bəli, AZAL təyyarəsi ilə bağlı faciədən və Rusiyada azərbaycanlılara qarşı keçirilən reydlərdən sonra Moskva ilə münasibətlər çətin dövr yaşayır. Putinin Düşənbədə diplomatik soyuqluq çalarları ilə səsləndirdiyi üzrxahlıq bütün ziddiyyətləri aradan qaldırmadı. Amma iqtisadi əlaqələr siyasətə görə deyil, siyasətin əksinə olaraq artır.

Qərb hələlik “Qafqazın yaxşı sanitarı” obrazındadır – gülümsəyir, investisiyalar və islahatlar təklif edir. Lakin tarix bir şeyi öyrədir: asılılıq başladığı yerdə gülümsəmə tezliklə göstərişlərlə əvəzlənir.
Bakı buna görə də məsafə saxlayır – hörmət qoyur, amma ehtiyatı əldən vermir.

Çünki təcrübə bir şeyi göstərir: yolu çəkmək, istiqaməti göstərənlərin asılılığından qurtulmaqdan daha asandır.

Sülh dili olan Yol

Bəzən yollar bir-birini siyasətçiləri siyasətçilərdən daha yaxşı anlayır.
Onlar sadəcə irəli gedirlər – sərhədlərin və köhnə inciklikləri geridə buraxaraq. Hər şey ən xırdalıqlardan başlaya bilər: məsələn, sərhədi postlardan keçmədən aşan bir çuval taxıldan. Və sonra həmin yolla artıq təkcə yük maşınları deyil, yeni ideyalar da hərəkət edir.

Bugünkü Qafqaz tikinti meydançasını xatırladır: fundament var, divarlar yüksəlir, amma dam örtüyü hələ də mübahisə mövzusudur.
Kimisi şifer istəyir, kimisi kirəmit, kimisi də damın tamamilə şəffaf olmasını təklif edir – “hamının hər şeyi görməsi üçün”. Əsas olan isə odur ki, dam əvəzinə yenidən hasar çəkməyə başlamasınlar.

Əgər siyasi iradə sensasiyanın təsirindən daha uzun müddət davam etsə, region bəyanatlardan real işlərə keçmək şansı əldə edəcək.

Son söz əvəzinə

Bir dəfə açılan yollar nadir hallarda yenidən bağlanır: xüsusən də o yolla ordular yox, mühəndislər, tacirlər və tələbələr hərəkət edirsə.

Və bəlkə də bir gün Bakı, Tbilisi və İrəvan stansiyalarında gecikmələr deyil, yeni istiqamətlər barədə elan veriləcək …

Rusiyalı siyasətçi Viktor Çernomırdinin dediyi kimi: “Bizim bəlamız birləşməkdə deyil, bizim bəlamız kimin başçı olacağındadır…

Pressklub.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsveçrə də Trampı bahalı hədiyyələrlə yola gətirib - Axios
Bu gün, 08:45
“102”yə zəng edərək adam öldürəcəyini deyən şəxs həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 07:54
44 günlükdəki kimi hücumla üz-üzəyik: bu, əsl müharibədir! – Beqoyan
Bu gün, 07:52
Zelenskiyə qarşı koalisiya yaradılır? - "Strana.ua"
Bu gün, 07:51
Coşqun Əliyevi mühüm posta KİM GƏTİRDİ? - Qoy, bu barədə ELM ALƏMİ düşünsün...
Bu gün, 07:47
3 nömrəli xüsusi məktəbdə uşaqlara ayrılan dövlət müavinətləri 5 aydır verilmir - NARAZILIQ VAR...
Bu gün, 07:42
Əmrullayevin MÜƏMMA DOLU TƏYİNATI - AXI NİYƏ?..
Bu gün, 07:39
Burda təhsildən savayı hər şey var... - İTTİHAM
Bu gün, 07:36
Burda müştəri məmnuniyyəti SIFIR... - GİLEY
Bu gün, 07:05
İşəgötürən bu halda tam maddi məsuliyyət daşıyır... - DİQQƏT
Bu gün, 06:57
DTX-nin həbs etdiyi İmamverdi Əhmədovun şikayəti təmin edilməyib - QƏRAR
Bu gün, 06:48
Sülh buğdası və əngəlləri olmayan Qafqaz - İNCƏLƏMƏ
Bu gün, 06:46
“Donald Trampın Venesuelaya hərbi təzyiq üçün üç ssenarisi var” - Dubravski
Bu gün, 06:43
Mənimsəmədə ittiham olunan bağça müdiri bəraət alıb - TƏFƏRRÜAT
Bu gün, 06:36
Kreml yandı: hələ ki, futbol stadionunda... - SKANDAL FOTO
Bu gün, 06:35
Cənubi Qafqazda vahid strateji xəttin formalaşması... REAL GÖRÜNMÜR
Bu gün, 06:31
Rusiya neftinə qarşı sanksiyalar ABŞ-də yanacağın qiymətini artırıb - “Bloomberg”
Bu gün, 06:27
Azərbaycan səfirliyinin vurulması Rusiya ilə Belçika arasında gərginliyə səbəb olub
Dünən, 23:16
Azərbaycan təhsili hara gedir? - Rəqəmsal çağın tələbləri və real vəziyyət
Dünən, 23:12
“Lukoil”də ancaq nağd ödəniş alınır - Onlayn ödənişə qadağa qoyuldu
Dünən, 23:07
Dana əti adı ilə at əti satırlar - Ekspert deyir ki...
Dünən, 23:04
“Niyə Xankəndi, Şuşadakı tədbirlərdə yoxam?” - ETİRAZ
Dünən, 18:40
“Xalq” və “Əməkdar” fəxri adı daşıyanların təqaüdü artırılıb – Yeni məbləğ
Dünən, 18:38
Ələsgər sənətdən nakam getdi... - ANIM
Dünən, 15:01
Dələduzluq edib, xəstə qızını müalicə etdirən şəxsə HÖKM OXUNDU
Dünən, 14:59
“Bu Şəhərdə”nin Qurban Qurbanovla bağlı səhnəciyi tənqid olundu - VİDEO
Dünən, 14:52
Ağdərədə mina partlayışı: Xəsarət alan var - Sırxavənd kəndi ərazisində...
Dünən, 14:30
Ukrayna strateji məğlubiyyətə doğru gedir - Röpke
Dünən, 14:28
Zelenski Putinə qoyduğu qadağanı ləğv edir?
Dünən, 13:27
Putin-Tramp görüşü hələlik təxirə salınıb - Uşakov
Dünən, 13:23
"O, konkret fəaliyyətinə, xalqımıza xoş münasibətinə görə Azərbaycanda sevilir və hörmətlə qarşılanır" - Prezident İlham Əliyev
Dünən, 13:20
Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək? - ARAŞDIRMA
Dünən, 12:56
Belçikadan Azərbaycana dəstək bəyanatı - MƏTN
Dünən, 12:49
"Bu, qorxuya əsaslanan tərifdir" - ONA GÖRƏ DƏ...
Dünən, 12:28
“Sərbəstliyi tərbiyəsizliklə səhv salır, sən gələcək nəsilə necə örnək ola bilərsən, axı?” - Xalq artisti
Dünən, 12:22
Daha bir yeniyetmə anasını qətlə yetirdi - TƏFƏRRÜAT
Dünən, 12:18
Zay məhsulu satırlar... sonra da... - NARAZILIQ VAR...
Dünən, 11:52
Bu, Azərbaycan üçün ona görə vacibdir ki... - AKTUAL
Dünən, 11:40
Ülvi iki dəfəyə 5000 manatı ondan alsa da... - TƏFƏRRÜAT
Dünən, 11:34
Zəngəzur dəhlizi strateji təklif kimi görünür - Japarov
Dünən, 11:29
Regionda mühüm gedişat: 5 ölkə qərar verdi – Zəngəzur planı işə düşür
Dünən, 11:25
'Ana Vətən' TƏMİZLƏNİR... - Görünəni odur ki...
Dünən, 11:21
Arayikin Göyçə gölündəki dəbdəbəli villası üzə çıxdı – görün kimə qismət olub...
Dünən, 11:18
Azərbaycan tamhüquqlu iştirakçı oldu - AÇIQLANDI
Dünən, 11:09
Naxçıvanda müəllimə qarşı saxta ittihamlı məhkəmə... - Hələliksə...
Dünən, 10:57
“Onlara görə subay qalmışam” – Gənc müğənni əsəbiləşdi
Dünən, 10:49
1362-ci gün: Rusiyanın itkiləri yeniləndi
Dünən, 10:46
Ramiz Mehdiyevin Ucardakı camışçılıq təsərrüfatı NECƏ OLDU... - İLGİNC
Dünən, 10:40
İşçilərin bunları bilməsi MÜTLƏQDİR... - DİQQƏT
Dünən, 10:19
"Belə deputatları "buraxmaq" yox, tutmaq lazımdır!.." - Xeyrəddin Qoca
Dünən, 10:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru