Son bir ildə Azərbaycanda “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyan və təqaüd alan şəxslərin sayı 90 nəfər azalıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, son bir ildə “Xalq” fəxri adı daşıyanların sayı 9 nəfər, “Əməkdar” fəxri adı daşıyanların sayı isə 81 nəfər azalıb.
Bu ilin oktyabr ayının əvvəlinə olan son məlumata görə, Azərbaycanda 243 nəfər “Xalq”, 4 458 nəfər isə “Əməkdar” fəxri adına görə təqaüd alır.
Qeyd edək ki, “Xalq” və “Əməkdar” fəxri adı daşıyan şəxslərə verilən təqaüdlərin məbləği də son bir ildə artıb. “Xalq” fəxri adı daşıyanlara verilən aylıq təqaüd 50 faiz artırılaraq 200 manatdan 300 manata, “Əməkdar” fəxri adı daşıyanlara verilən aylıq təqaüd isə 33 faiz artırılaraq 150 manatdan 200 manata yüksəlib.











