ABŞ Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsini müsadirə edə bilər .....                     Bu şirkət 3,4 milyon manatlıq tenderin qalibi oldu .....                     Azərbaycanın keçmiş Baş naziri 29 il sonra .....                     Masallıda bələdiyyə sədri kəndin adını erməniləşdirdi .....                     Durmadan bahalaşır: .....                     Sabirabadda polisin qarşısını aldığı toy yenidən keçiriləcək .....                     İşsizlik göstəriciləri: Tendensiyalar və mümkün təsirlər .....                     Qətllərdən sonra 30 il gizlənə bilmişdi .....                     Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb .....                     Yüksək sürət sürücülərin ətrafı qavrama qabiliyyətini kəskin zəiflədir .....                     ""Sağlamlaşdırma" prosesi əvvəl və təcili olaraq şirkətin Baş Ofisində aparılmalıdır" .....                     Gəncədə həmyerlisi yeniyetməni qəsdən maşınla vurub öldürüb .....                     İcra başçıları xəbərdarlıqlardan nəticə çıxarmalıdırlar .....                     Zəngəzur dəhlizi ilə bağlı QƏTİ MÖVQE .....                     Bakıda ŞOK OLAY: oğlan oteldə sevgilisini qarət etdi .....                     "Hansı bəyin səsi varsa, o da oxuya bilər" .....                     “ABŞ Qəzzanı zonalara bölür” .....                     Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir .....                     Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! .....                     "Bizim üçün demokratiya Qərbin təqlidi deyil" .....                     Qərb nəşrindən ilginc iddia .....                     Paşinyanın Aİ missiyası açıqlaması sülh dövründə tam məntiqsizdir .....                     Bakıda ananın 4 yaşlı qızına verdiyi işgəncələr: Bədəni yandırılıb, kəmərlə döyülüb .....                     İrəvan mücərrəd “sülh kəsişməsi” layihəsini yenidən ortaya atdı .....                     DİN-in tabeliyində qurum 12,3 milyonluq mal aldı .....                     Əlisahib Abbasovun “Fortuna SL Project” MMC-nin vergi borcu .....                     "Düşüblər təkcə “Şahnaz” muğamının üstünə..." .....                     Azərbaycan səfirliyinin yaxınlığına “İsgəndər”in düşməsi təsadüf deyil .....                     TRAMP HAQLI İMİŞ... .....                     Gömrükdə qara bazarda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb .....                     Gəncə Regional Kollecdə narazılıqlar... .....                     İstisinə qızınmadığımız QARA QIZIL: Bu il də üşüyəcəyik... .....                     İcra hakimiyyətləri mehdiyevçilərdən “təmizlənir” .....                     Vaşinqtonun təzyiqi nəticəsində digər ölkələr Rusiya neftinin alışını azaldır .....                     “Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir .....                     Dövlətin qanunları keçmiş deputatın umrunda da deyil... .....                     "MƏDƏNİ SOYĞUNÇULUQ İNSTİTUTU" Təhsilimizi ÇÖKƏRDİB: ARTİ, MÜTDA, TKTA... .....                     'Dəniz Hospital' rəsmən ÖZBAŞINA QALIB .....                     1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı .....                     Həbsdə olan həmkarlarının yanına gedəcəklər... .....                 

Ermənistanda bitməyən Zəngəzur xofu: “SEPAH 45 minlik ordu ilə...” - ŞOK DETALLAR
Tarix: 14-12-2024, 09:53 | Çap et
Ermənistanda bitməyən Zəngəzur xofu: “SEPAH 45 minlik ordu ilə...”
“Suriyada baş verənlər Ermənistanda yalnız bir səbəbdən təkrarlanmır: İran ortada dayanır. Suriyanın məğlubiyyəti İranın məğlubiyyətidir, çünki İran-İraq-Livan-Suriya xətti kəsilir. Suriya İranın xarici siyasətində mühüm ölkə idi”.

Bunu erməni şərhçi Armen Badalyan yerli mediaya müsahibəsində deyib (Axar.az)

Badalayanın iddiasına görə, Ermənistan məsələsində İran belə mövqe nümayiş etdirməyəcək: “Azərbaycan məhz İrana görə Ermənistana hücum etmir. SEPAH 45 000 əsgərlə dayanıb və Azərbaycan hücuma keçərsə, öz gücündən istifadə edə bilər. Korpus dərhal Zəngəzur, Dərələyəzi öz nəzarətinə götürərək İrəvana qədər çata bilər. İran üçün Ermənistan Gürcüstandan, Qara dənizdən keçməklə AB-yə daxil olan yeganə quru yolu olaraq qalır. Ermənistanın güneyi Türkiyə və Azərbaycan tərəfindən alınarsa, o zaman İran türk dünyasının əhatəsində qalacaq, bundan sonra onun bir hissəsi İrandan qoparılacaq. Ən pis ssenari isə budur: İran uğursuzluğa düçar olarsa, Türkiyə-Azərbaycan ordusu Ermənistan ərazisinə girəcək, Suriya ordusunun başına gələnlər bizim ordunun başına gələcək (Ermənistan ordusu döyüşsüz təslim olacaq - red.)”.

Xatırladaq ki, Azərbaycan dəfələrlə Ermənistanın ərazisinə iddia etmədiyini, onun beynəlxalq səviyyədə tanınmış sərhədlərini tanıdığını (Bakının sülh sazişi üçün təklif etdiyi 5 prinsipin biri ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanınması haqdadır) bildirib. Zəngəzur dəhlizinin isə tarixi ədalətsizlik nəticəsində (1920, noyabr) bölünmüş Azərbaycan xalqının halal haqqı olduğunu bəyan edib.

Başqa yandan, nə İranın ermənilərə görə Azərbaycan və Türkiyə, nə də Azərbaycanın İranla ermənilərə hərbi toqquşmaya getmək kimi bir lüksü, həvəsi yoxdur.

İran Zəngəzurda Ermənistanın deyil, yalnız öz maraqlarını qoruyacaq.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Modest Kolerov “Hraparak”a geniş müsahibəsində deyib.

O bildirib ki, Paşinyan İranın dostu deyil və heç vaxt olmayacaq: “Buna görə də İran Zəngəzurda nə Paşinyanı, nə də Ermənistanı deyil, özünü qoruyacaq. Nəzəri cəhətdən elə bir bənzətmə təsəvvür etmək olar ki, iranpərəst qüvvələr Suriyada olduğu kimi, Zəngəzurda da peyda ola bilər”.

Kolerovun sözlərinə görə, məhz İranın sayəsində Azərbaycan və Türkiyə Zəngəzura girə bilmir: “Lakin Əsədin süqutu və Suriyanın terrorçuların nəzarətinə keçməsi İrana böyük zərbə oldu və bu, bəzi regional və beynəlxalq oyunçularda İranın zəiflədiyi haqda təsəvvür yaratdı.

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov hesab edir ki, bütün bunlar növbəti erməni yalanından başqa heç nə deyil: “İran öncə illər uzunu böyük pullar xərcləyərək Yaxın Şərqdə yaratdığı proksilərini, bunun ardınca isə Suriya kimi bir dayağını itirdikdən sonra növbənin özünə çatdığını yaxşı anlayır. Belə bir durumda İranın Zəngəzur dəhlizi haqqında düşünməsi mükündürmü? Heç inandırıcı deyil!

Ancaq ermənilərin Suriya hakimiyyəti çökdükdən sonra keçirtdikləri narahatlıq əsaslıdır. İran regionda Ermənistanı ən yaxından dəstəkləyən ölkələrdən biridir. Əgər İran Azərbaycan torpaqlarının 30 illik işğalı dövründə tam blokada vəziyyətinə düşmüş Ermənistana Mehri üzərindən nəfəslik verməsəydi, bu işğal da bu qədər davam etməzdi. Erməniləri bu durumdan fars-erməni qardaşlığı xilas etdi. Bu münaqişədə İran öz dindaşlarını - azərbaycanlıları deyil, xristian erməniləri dəstəklədi. Deməli, fars - molla rejimi üçün din də müqəddəs deyil, sadəcə bir alətdir. Belə olmasaydı onlar bu münaqişədə əsasən şiə təriqətli dindaşlarının yaşadığı Azərbaycanı dəstəkləməli idilər. Bunun əvəzində İran Ermənistana verdiyi dəstəklə kifayətlənməyib öz şirkətləri vasitəsilə işğal altında olan yaşayış məntəqələrimizin talan edilməsində xüsusi fəallıq göstərmişdir.

Qərblə qarşıdurmada İranın məğlubiyyəti nəticə etibarilə regionda Suriya hadisələrindən sonra mövqeləri bir xeyli möhkəmlənmiş Türkiyəmizin siyasi çəkisini bir qədər də artıracaq. Bu isə o deməkdir ki, Rusiya ilə körpüləri yandırmış, Avropa tərəfindən istənilən səviyyədə qəbul edilməyən Ermənistan bölgədə dəstəksiz bir durumda qalacaq. Düşünürəm ki, o halda biz bir başqa Ermənistan, bir başqa erməni camiyəsi görəcəyik. Yəni yaranacaq durumla barışmaq istəməyən erməni toplumu Ermənistanı tərk edib gedəcək, yerdə qalanlar isə erməni xislətinə xas olan ikiüzlülük, yaltaqlıq kimi alətlərdən istifadə edərək bu ərazilərdə yaşamağa çalışacaqlar.

Ona görə də Zəngəzur dəhlizinin açılmasında hər hansı bir problem olacağı gözlənilən deyil. Bu dəhliz dəfələrlə dediyimiz kimi, mütləq açılacaq...".

AMİP liderinin köməkçisi, siyasi şərhçi Əli Orucov isə qeyd etdi ki, bəzi erməni politoloqlarının, həmçinin dövlət rəsmilərinin guya Azərbaycanın Ermənistana hücum edəcəyi barədə səsləndirdiyi iddialar cəfəngiyyatdır: “Ermənilər belə sərsəm fikirləri dövriyyədə saxlamaqla həm Qərbin dəstəyini almağı düşünürlər, həm daxildə xof yaratmaq istəyirlər, həm də Azərbaycanı təcavüzkar kimi tanıtmağa çalışırlar. Azərbaycan ən yüksək səviyyədə dəfələrlə bəyan edib ki, Ermənistanın bir qarış torpağında da gözü yoxdur və bu dövləti də təhdid etmir. Əksinə Bakı bəzi aktorların və İrəvanın təhrik və təxribatlarına baxmayaraq sülh təşəbbüslərini davam etdirir və Cənubi Qafqazda davamlı sabitliyə nail olmaq əzmkarlığını ortaya qoyub. İranın beynəlxalq sülhə ciddi təhlükə yaratmasının hansısa sübuta ehtiyac yoxdur. Tehranın davakar və qızışdırıcı fəaliyyəti ortadadır. Terror qruplaşmalarına dəstəyi də faktdır. İran 13 il qanlı Əsəd rejiminə hər cür dəstək verməklə Suriyanın bir dövlət kimi məhvinə, xalqının isə ağılasığmaz məşəqqətlərə, iztirablara düçar olmasına, 5 milyon suriyalının öldürülməsinə şəriklik etdi. Bu müharibədə təkcə Əsəd məğlub olmadı, onunla birlikdə İran və Rusiya da məğlub edildi. Suriyada rejimə müxalif olan silahlı qüvvələrin Əsəd və İranın oradakı SEPAH-ını cəmi 10-15 günə darmadağın etməsi Tehran rejiminin də nə qədər zəif olduğunu ortaya qoydu. İran bu gün elə duruma salınıb ki, nəinki Zəngəzuru ”qorumaq", hətta öz təhlükəsizliyini müdafiə etmək iqtidarında deyil. Azərbaycan isə son onilliklər ordu quruculuğunda ciddi uğurlar qazanıb və dünyanın ən güclü orduları sırasındadır. Həm döyüş qabiliyyəti, həm mənəvi ruh, həm silah təchizatı, həm təcrübə, həm də komandanlığın yüksək peşəkarlığı Azərbaycan Silahlı Qüvvələrinə imkan verir ki, qarşısına qoyulan istənilən vəzifə və tapşırığı qısa müddətdə həyata keçirsin. İranın Ermənistana görə belə bir güclü ordu ilə toqquşacağı absurd səslənir. Tehranın Ermənistana ehtiyacı yoxdur. Zəngəzur dəhlizi ilə bağlı dirəniş də Ermənistan üçün deyil, öz maraqlarının təmin etmək üçün bazarlaşma alətidir. Tehran əksinə Azərbaycanla münasibətlərini istiləşdirməyə can atır. Ötən ay SEPAH-la Azərbaycan Ordusunun xüsusi təyinatlılarının Ərdəbil vilayəti ərazisində birgə təlimlərini erməni politoloqlar nəzərdən qaçırmamalıdırlar. Erməniləri ən çox narahat edən faktorlardan biri də getdikcə güclənən Türk siyasi coğrafiyasıdır. Bu İranı da qayğılandıran hal olsa da, açıq konfrantasiyaya girməkdən çəkinir. İran əməkdaşlıq xəttini tutarsa, bu inteqrasiyadan və gücdən ona zərər gəlməz".

“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsini müsadirə edə bilər
Bu gün, 12:55
Bu şirkət 3,4 milyon manatlıq tenderin qalibi oldu - DETALLAR
Bu gün, 12:52
Azərbaycanın keçmiş Baş naziri 29 il sonra - FOTO
Bu gün, 12:49
Masallıda bələdiyyə sədri kəndin adını erməniləşdirdi - VİDEO
Bu gün, 12:46
Durmadan bahalaşır: - Ət bazarında böhran yaradan gözəgörünməz qüvvə kimdir?
Bu gün, 12:39
Sabirabadda polisin qarşısını aldığı toy yenidən keçiriləcək - TƏFƏRRÜAT
Bu gün, 12:36
İşsizlik göstəriciləri: Tendensiyalar və mümkün təsirlər - ARAŞDIRMA
Bu gün, 12:30
Qətllərdən sonra 30 il gizlənə bilmişdi - Saxta pasport onu ələ verdi...
Bu gün, 12:22
Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - DETALLAR
Bu gün, 12:21
Yüksək sürət sürücülərin ətrafı qavrama qabiliyyətini kəskin zəiflədir - DİQQƏT
Bu gün, 11:53
""Sağlamlaşdırma" prosesi əvvəl və təcili olaraq şirkətin Baş Ofisində aparılmalıdır" - ÇAĞIRIŞ...
Bu gün, 11:49
Gəncədə həmyerlisi yeniyetməni qəsdən maşınla vurub öldürüb - TƏFƏRRÜAT
Bu gün, 11:40
İcra başçıları xəbərdarlıqlardan nəticə çıxarmalıdırlar - deputat
Bu gün, 11:35
Zəngəzur dəhlizi ilə bağlı QƏTİ MÖVQE - BUNDAN SONRA...
Bu gün, 11:17
Bakıda ŞOK OLAY: oğlan oteldə sevgilisini qarət etdi - TƏFƏRRÜAT
Bu gün, 11:08
"Hansı bəyin səsi varsa, o da oxuya bilər" - Xalq artisti
Bu gün, 10:58
“ABŞ Qəzzanı zonalara bölür” - The Gardian
Bu gün, 10:48
Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 10:41
Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! - MƏQALƏ
Bu gün, 10:39
"Bizim üçün demokratiya Qərbin təqlidi deyil" - Zəlimxan Məmmədli
Bu gün, 10:25
Qərb nəşrindən ilginc iddia - Azərbaycan bu qərarı versə...
Bu gün, 10:21
Paşinyanın Aİ missiyası açıqlaması sülh dövründə tam məntiqsizdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:19
Bakıda ananın 4 yaşlı qızına verdiyi işgəncələr: Bədəni yandırılıb, kəmərlə döyülüb - TƏFƏRRÜAT
Bu gün, 10:16
İrəvan mücərrəd “sülh kəsişməsi” layihəsini yenidən ortaya atdı - Bakıdan sərt reaksiya
Bu gün, 10:13
DİN-in tabeliyində qurum 12,3 milyonluq mal aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 09:54
Əlisahib Abbasovun “Fortuna SL Project” MMC-nin vergi borcu 850 min manatı ötdü
Bu gün, 09:53
"Düşüblər təkcə “Şahnaz” muğamının üstünə..."
Bu gün, 09:36
Azərbaycan səfirliyinin yaxınlığına “İsgəndər”in düşməsi təsadüf deyil - ONA GÖRƏ DƏ...
Bu gün, 09:23
TRAMP HAQLI İMİŞ... - belə çıxır...
Bu gün, 09:17
Gömrükdə qara bazarda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb - FOTO
Bu gün, 09:11
Gəncə Regional Kollecdə narazılıqlar... - bitmək bilmir!
Bu gün, 09:02
İstisinə qızınmadığımız QARA QIZIL: Bu il də üşüyəcəyik... - MALƏSƏF...
Bu gün, 08:54
İcra hakimiyyətləri mehdiyevçilərdən “təmizlənir” - 11-ci kim olacaq?
Bu gün, 08:46
Vaşinqtonun təzyiqi nəticəsində digər ölkələr Rusiya neftinin alışını azaldır - Tramp
Bu gün, 08:43
“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir - FOTO
Bu gün, 07:46
Dövlətin qanunları keçmiş deputatın umrunda da deyil... - FAKT BUDUR!
Bu gün, 07:41
"MƏDƏNİ SOYĞUNÇULUQ İNSTİTUTU" Təhsilimizi ÇÖKƏRDİB: ARTİ, MÜTDA, TKTA... - Təhsil mafiyası kimin əli ilə hərəkət edir?
Bu gün, 07:39
'Dəniz Hospital' rəsmən ÖZBAŞINA QALIB - BU NƏDİ BELƏ?
Bu gün, 07:35
1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı - Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti
Bu gün, 07:29
Həbsdə olan həmkarlarının yanına gedəcəklər... - Başqa cür ola da bilməz...
Bu gün, 07:22
Gədəbəyi yarıtmışdı: İNDİ DƏ... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:20
Zəngəzur dəhlizində yenilik: Kimin xeyrinədir? - GƏLİŞMƏ
Bu gün, 07:08
Dinamika əvvəlki illərlə müqayisədə 80 faiz artıb - ŞƏRH
Bu gün, 07:05
Rəhbərsiz qalan nazirlik... - Görünəni odur ki...
Bu gün, 07:04
8 Noyabr Zəfər paradından sonra 3 dost ölkə ilə bağlı 3 diqqətşəkən olay... - Bağlılıq varmı?..
Bu gün, 07:01
Erməni lobbisinin əsiri olan qanun: 907-ci düzəlişin taleyi necə olacaq? - AKTUAL
Bu gün, 06:58
ABŞ termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb - KİV
Bu gün, 06:54
Jurnalistlər NECƏ DOLANACAQ? - heç düşündülərmi?
Bu gün, 06:52
Narazı işçi SOCAR şefinə ÜZ TUTDU - "Bizə borc verin..."
Bu gün, 06:43
“Vahid Qafqaz evi” layihəsi... - yenidən aktuallaşa bilər
Bu gün, 06:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru