Ukrayna Ryazan neft emalı zavoduna PUA zərbəsi endirib .....                     "Heç bir səbəb olmadan kartlarımın bloku davam edir.." .....                     Əslində Xudayarın xatirəsinə hörmətsizlik edən kimdir? .....                     "Rəsmi qurumlar ciddi olmalıdır, ciddiyətini qorumalıdır" .....                     "Heç kim sizi işdən azad edə bilməz!" .....                     "Sifarişlərimi ləğv edib, hesabımı bloklayıblar..." .....                     Trampın gerçək Rusiya siyasəti... .....                     Hər yandan bir təhlükə gəlir... .....                     Pentaqon rəhbəri İranı hədələdi .....                     "Guya Azərbaycanda dini ayrı-seçkiliyə məruz qalıblar..." .....                     Moskvanın Ermənistan üçün hazırladığı təzyiq ssenarisi .....                     Rusiya və ABŞ nümayəndələrinin müzakirə etdiyi məsələ məlum olub .....                     “Azərbaycan Ordusu başımızın üstündədir, hər yeri görür” .....                     Universitetlər bu rayonlara köçürülə bilər .....                     Bakıda 21 yaşlı gənc “niyə işləmirsən?” deyən atasını döydü .....                     Hələ Avropa İttifaqına üzv olmağa hazır deyilik .....                     "Süni şəkildə düşmənçilik yaradılır" .....                     "Edənlər nə qazandı ki, sən də qazanasan..." .....                     Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib .....                     Vensin Azərbaycanla bağlı o cümləsi və Bakıya qarşı hücum cəhdi .....                     Yenicag.az saytının 19 yaşı tamam olur .....                     Cahid Şahbazovun DAHA BİR QURBANI... .....                     Kredit kartları ilə əməliyyatlar niyə azalıb? .....                     Putinin həbsdə öldürtdüyü Navalnının adamı Ermənistana sığındı... .....                     Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı .....                     Ermənistanın “komplementar siyasəti” .....                     "Ehdiparfum"u bu qədər həbs cəzası gözləyir .....                     Səbrin də bir həddi var .....                     Budaqova vətəndaşların dərdini bu dəfə İMADƏDDİN NƏSİMİ ÇATDIRASI OLDU... .....                     Azərbaycanlı jurnalistin qızı Amerika ordusunda xidmət edir .....                     Adil Əliyev yaxşı başçı olsaydı... .....                     Anar Bayramovdan yeni təyinat .....                     "Sabah" "Barselona" ilə hansı stadionda oynayacaq? .....                     Bakıda ərinin xəyanətini öyrənən qadın maşınını çilik-çilik etdi .....                     “Aqrarkredit”in “Milyonerlər məhəlləsi”ndəki hoteli satılır .....                     Narışkindən Bakı və MDB paytaxtlarına xəbərdarlıq... .....                     Tanınmış azərbaycanlı aktrisa kinostudiyanın direktoru ilə “qırğına çıxıb” .....                     “Guya konsolidasiya zamanı vətəndaşların torpaqları məcburi qaydada onların əlindən alınacaq” .....                     Xark adasında İrana məxsus tanker hədəfə alınıb .....                     Gümrüdəki Rusiya bazası çıxarılsa, Türkiyə hücum etməyəcək .....                 

İrəvan İsrailə yaxınlaşır: Azərbaycan və İran faktoru necə dəyişir? - AKTUAL
Tarix: 3-12-2025, 06:31 | Çap et

“Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan regional təşəbbüsləri inkişaf etdirmək üçün İsrailə səfər edib. Lakin danışıqlara baxmayaraq, iki ölkə arasındakı münasibətlərə təsir edən fikir ayrılıqları qalmaqda davam edir”. Bu barədə “Israel National News” yazır.

Kostanyan iki ölkə arasında münasibətlərdə yeni səhifəsinin açılmasının mümkünlüyünü araşdırmağa yönəlmiş bir sıra görüşlər keçirmək üçün İsrailə gedib. Əsas təşəbbüslərdən biri Mərkəzi Asiya ölkələrini Azərbaycan və Ermənistan vasitəsilə Avropa ilə birləşdirməyi nəzərdə tutan TRIPP layihəsidir.

Diplomatik mənbə İsraillə Ermənistan arasında münasibətləri yaxşılaşdırmaq cəhdləri ilə bağlı gərginliyə diqqət çəkib: “Keçən il prezident Tramp bu layihəyə diplomatik dəstək verib və İsrail bunu regional əməkdaşlığı araşdırmaq, həmçinin İranla strateji əlaqələri olan Ermənistana tədricən yaxınlaşmaq imkanı kimi qiymətləndirir”.

Amma mənbənin sözlərinə görə, “birgə layihələri təşviq etmək istəyinə baxmayaraq, tərəflər arasında bir neçə əsas məsələ hələ də həll olunmamış qalır”.

Son illərdə İrəvanda Yəhudi Mərkəzi və sinaqoqa qarşı vandalizm aktları (yandırma cəhdləri və təhqiredici rəsmlər çəkilməsi) barədə məlumatların artdığı müşahidə olunur”, – o bildirib.

Ermənistandakı yəhudi icması mənbələrinin məlumatına görə, vandalizm aktlarının bəzi iştirakçıları öz hərəkətlərini İsrailin Azərbaycana silah satışına etiraz kimi izah ediblər. Bununla belə, yerli icma nümayəndələri vurğulayırlar ki, Ermənistanda yəhudilərin dini inanclarına müdaxilə yoxdur və hakimiyyət onlara qarşı düşmənçilik siyasəti yürütmür.

Mənbənin bildirdiyinə görə, digər həssas məsələ Qüdsdəki erməni məhəlləsində mülkiyyətlə bağlı mübahisədir: “Bir neçə il əvvəl Erməni Patriarxlığı İsrail sahibkarı ilə otel tikintisi üçün icarə müqaviləsi imzalamışdı, lakin ötən ilin sentyabrında müqavilənin tam ləğv olunduğunu elan etdi”.

Münaqişə etirazlar, sosial şəbəkələrdə kəskin çıxışlar və dünyanın müxtəlif ölkələrindəki erməni qrupları ilə bağlı təşkilatların fəallığı ilə müşayiət olunan açıq qarşıdurmaya çevrilib. Ermənilər bəzi hallarda mülkiyyət mübahisəsini təsvir etmək üçün “etnik təmizləmə” kimi ifadələrdən istifadə ediblər. İsrail isə bu iddiaları tamamilə rədd edib və problemi hökumətin iştirakı olmadan kilsə ilə özəl şirkət arasında mülki çəkişmə kimi qiymətləndirib. Lakin ictimai diqqət bu məsələni iki ölkə arasındakı münasibətlərdə həssas mövzuya çevirib.

Regional səviyyədə Ermənistanın İranla əlaqələri İrəvanla Yerusəlim arasındakı münasibətlərin əsas amili olaraq qalır.

Coğrafi təcrid səbəbindən Ermənistan enerji, logistika və ticarət sahələrində Tehranla müntəzəm əməkdaşlıq edir. “Qaza müqabilində elektrik” sazişi uzun illərdir qüvvədədir və 2030-cu ilə qədər uzadılıb. İllik ikitərəfli ticarət dövriyyəsi təxminən 700 milyon dollara çatıb və Ermənistan onu 3 milyard dollara qədər artırmağa çalışır”, – mənbə izah edib.

Qərb mənbələri, o cümlədən ABŞ Maliyyə Nazirliyinin OFAC idarəsinin hesabatları bildirir ki, İran sanksiyalardan yan keçmək üçün Ermənistan ərazisindən tranzit dəhlizi kimi istifadə edir. Ermənistan hökuməti isə iki ölkə arasında silah tədarükünə dair iddiaları təkzib edir. Tehranla münasibətlərin həssaslığı İsrail–Ermənistan münasibətlərində mühüm faktor olaraq qalır.

Bu arada uzun illər boyu ABŞ xarici siyasətinə təsir göstərən erməni lobbisi bu yaxınlarda İsrail və Azərbaycanın təhlükəsizlik sahəsində əməkdaşlığını tənqid edib. İsrail və Azərbaycanda bu addımlar iki ölkə arasındakı strateji münasibətləri zəiflətmək cəhdi kimi qiymətləndirilir.

Əslində, İsrail daha geniş iqtisadi və regional layihələri inkişaf imkanlarını araşdırmaqda maraqlıdır. Lakin anlayır ki, hər hansı irəliləyiş üçün bir sıra həssas məsələlərin həll edilməsi vacibdir:
— Ermənistandakı yəhudi icmasının təhlükəsizliyi,
— Qüdsdəki Erməni məhəlləsi ilə bağlı mübahisə,
— Ermənistanın İranla münasibətləri,
— Ermənistanın beynəlxalq arenada İsrailə dair mövqeyi.

Əgər tərəflər gərginliyi azalda və davamlı dialoq üçün baza yarada bilsələr, səfər münasibətlərdə dəyişikliklərin başlanğıcı ola bilər. Əks halda, o, illərdir yığılıb qalmış dərin fikir ayrılıqlarını aradan qaldıra bilməyən əhəmiyyətli, lakin nəticəsiz addım olaraq qala bilər”, – mənbə bildirib.

Maraqlıdır: Ermənistandakı hazırkı hökumətin dövründə İsrail–Ermənistan münasibətlərinin yaxşılaşdırılması mümkündürmü? Paşinyan hökuməti ABŞ-la yaxınlaşmağa meyllidir, ABŞ isə İsrailin ən yaxın tərəfdaşıdır. Gələcəkdə bu əməkdaşlıq İsrailə və Ermənistana hansı dividentlər gətirə bilər?

Müstəqil analitik Rəşad Rzaquliyev Pressklub.az-a açıqlamasında bildirib ki, böyük ehtimalla, Ermənistan XİN-in yüksək rütbəli nümayəndəsinin İsrailə səfəri informasiya-kəşfiyyat xarakteri daşıyır.

Ümumən görmək olur ki, erməni diplomatiyası Azərbaycan və Türkiyənin Yaxın Şərq və Mərkəzi Asiyadakı müttəfiqləri olan ölkələrlə münasibətlərdə yeni mərhələyə qədəm qoyur. Bu ilin avqustunda Vaşinqtonda Azərbaycanla imzalanmış sülh memorandumu Ermənistan üçün dünənə qədər erməni cəmiyyətinin düşmən prizmasından baxdığı tərəflərlə səmərəli əməkdaşlıq yolu açır.

İsrail və Ermənistanın mürəkkəb münasibətlər tarixi var. Bu qaranlıq məsələlərin dərinliyinə varmayaq. Lakin biz bilirik ki, ABŞ, eləcə də təkcə ABŞ-da deyil, yəhudi və erməni diaspor-lobbi strukturları arasında onilliklərdir davam edən gizli, lakin kifayət qədər kəskin rəqabət və qarşıdurma mövcuddur. Yəhudi və erməni icmaları arasında etno-konfessional mübahisələr və ziddiyyətlər də məlumdur. Eyni zamanda bu ölkələr arasında geosiyasi və geo-iqtisadi ziddiyyətlərin olduğu da hamıya bəllidir”, – analitik bildirib.

Onun sözlərinə görə, Vaan Kostanyanın İsrailə nə ilə gəldiyi, əslində, aydındır.

Rəsmi İrəvan faktiki olaraq dünyadakı erməni diasporu, habelə klerikal Eçmiədzinlə soyuq müharibə vəziyyətindədir. Bu isə hazırkı Ermənistan hakimiyyətinin yuxarıda qeyd olunan strukturların maraqlarının lobbiçiliyindən və onların mübahisələrində iştirakdan müəyyən dərəcədə ayrıldığını göstərir. Digər tərəfdən, Ermənistanın Yaxın Şərqin İsrail kimi aktiv geopolitik mərkəzlərindən biri ilə ticarət-iqtisadi, investisiya və hərbi-siyasi əlaqələri gücləndirməkdə maraqlı olduğu açıq görünür.

İsrail isə böyük ehtimalla, Ermənistanla əməkdaşlıqda onun başlıca “dostu” – İran İslam Respublikası ilə coğrafi yaxınlığını nəzərə alacaq. Buradan isə müxtəlif ticarət, siyasi, kəşfiyyat və digər mümkün ssenarilər və nəticələr ortaya çıxa bilər.

Ermənistan xarici işlər nazirinin müavininin İsrailə səfəri məhz bu tip danışıqların başlanğıcını rəsmiləşdirir”, – Rzaquliyev hesab edir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ukrayna Ryazan neft emalı zavoduna PUA zərbəsi endirib - “Exilenova Plus”
Dünən, 09:37
"Heç bir səbəb olmadan kartlarımın bloku davam edir.." - ETİRAZ VAR!
Dünən, 09:31
Əslində Xudayarın xatirəsinə hörmətsizlik edən kimdir? - Şəhid anası bütün Bərdəni boğaza yığıb, bu dəfə də…
Dünən, 09:13
"Rəsmi qurumlar ciddi olmalıdır, ciddiyətini qorumalıdır" - Partiya sədrindən ÇAĞIRIŞ
Dünən, 09:03
"Heç kim sizi işdən azad edə bilməz!" - MÜRACİƏT
Dünən, 08:50
"Sifarişlərimi ləğv edib, hesabımı bloklayıblar..." - GİLEY
Dünən, 08:42
Trampın gerçək Rusiya siyasəti... - AKTUAL
Dünən, 08:34
Hər yandan bir təhlükə gəlir... - Beli sınan millət olacaq...
Dünən, 08:22
Pentaqon rəhbəri İranı hədələdi
Dünən, 08:17
"Guya Azərbaycanda dini ayrı-seçkiliyə məruz qalıblar..." - deputat
Dünən, 07:53
Moskvanın Ermənistan üçün hazırladığı təzyiq ssenarisi - Pul, qaz və 300 minlik təhlükə
Dünən, 07:49
Rusiya və ABŞ nümayəndələrinin müzakirə etdiyi məsələ məlum olub - "Reuters"
Dünən, 07:45
“Azərbaycan Ordusu başımızın üstündədir, hər yeri görür” – Zəngəzurun Şıxovuz və Kilsəkənd sakinləri
Dünən, 07:42
Universitetlər bu rayonlara köçürülə bilər - AKTUAL
Dünən, 07:39
Bakıda 21 yaşlı gənc “niyə işləmirsən?” deyən atasını döydü - TƏFƏRRÜAT
5-09-2026, 16:35
Hələ Avropa İttifaqına üzv olmağa hazır deyilik - Ermənistan Prezidenti
5-09-2026, 16:33
"Süni şəkildə düşmənçilik yaradılır" - İlahiyyatçıdan “Çevik” olayına maraqlı ŞƏRH
5-09-2026, 16:24
"Edənlər nə qazandı ki, sən də qazanasan..."
5-09-2026, 16:17
Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib - AÇIQLAMA
5-09-2026, 16:13
Vensin Azərbaycanla bağlı o cümləsi və Bakıya qarşı hücum cəhdi - İNCƏLƏMƏ
5-09-2026, 13:23
Yenicag.az saytının 19 yaşı tamam olur
5-09-2026, 13:21
Cahid Şahbazovun DAHA BİR QURBANI... - NARAZILIQ VAR...
5-09-2026, 13:15
Kredit kartları ilə əməliyyatlar niyə azalıb? - AKTUAL
5-09-2026, 13:06
Putinin həbsdə öldürtdüyü Navalnının adamı Ermənistana sığındı... - FOTO
5-09-2026, 13:03
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı - TƏFƏRRÜAT
5-09-2026, 13:01
Ermənistanın “komplementar siyasəti” - “Qafqaz evi” olacaqmı?
5-09-2026, 12:56
"Ehdiparfum"u bu qədər həbs cəzası gözləyir – Tanınmış vəkil AÇIQLADI
5-09-2026, 12:55
Səbrin də bir həddi var - Daha bəsdir, oyunu dayandırın!
5-09-2026, 12:52
Budaqova vətəndaşların dərdini bu dəfə İMADƏDDİN NƏSİMİ ÇATDIRASI OLDU... - İŞ ALLAHA QALIB...
5-09-2026, 12:39
Azərbaycanlı jurnalistin qızı Amerika ordusunda xidmət edir - FOTO
5-09-2026, 12:33
Adil Əliyev yaxşı başçı olsaydı... - Sakinlər deyir ki...
5-09-2026, 12:25
Anar Bayramovdan yeni təyinat - ƏMR
5-09-2026, 12:04
"Sabah" "Barselona" ilə hansı stadionda oynayacaq? - AÇIQLAMA
5-09-2026, 12:02
Bakıda ərinin xəyanətini öyrənən qadın maşınını çilik-çilik etdi - ANBAAN VİDEO
5-09-2026, 11:57
“Aqrarkredit”in “Milyonerlər məhəlləsi”ndəki hoteli satılır - Görün, neçəyə...
5-09-2026, 11:50
Narışkindən Bakı və MDB paytaxtlarına xəbərdarlıq... - "Onlar ölkənizdə...”
5-09-2026, 11:47
Tanınmış azərbaycanlı aktrisa kinostudiyanın direktoru ilə “qırğına çıxıb” - “Arvadı deyirdi ki, Rənanı kinoya çəkmə”
5-09-2026, 11:36
“Guya konsolidasiya zamanı vətəndaşların torpaqları məcburi qaydada onların əlindən alınacaq” - deputat
5-09-2026, 11:28
Xark adasında İrana məxsus tanker hədəfə alınıb - “Daneşcu”
5-09-2026, 11:16
Gümrüdəki Rusiya bazası çıxarılsa, Türkiyə hücum etməyəcək - Stepan Qriqoryan
5-09-2026, 10:58
Rusiya Azərbaycanın tərəfində olacaq - Mehman Əliyevdən PROQNOZ
5-09-2026, 10:55
“Köçəri olmayan" qonşularımız indi niyə Dünya Köçəri Oyunlarını bu qədər sevirlər? - HƏQİQƏTƏN DƏ...
5-09-2026, 10:52
"Ailəli qadınlar məndən açıq geyinirlər" - ETİRAZ
5-09-2026, 10:40
Azərbaycanlı uşaq ögey atasını öldürdü - TƏFƏRRÜAT
5-09-2026, 10:36
Rusiya qoşunlarını Ermənistan sərhədindən çəkə bilər - Yeni rəsmi bəyanat
5-09-2026, 10:29
ABŞ-də xarici dövlət qulluqçularının uşaqlarına vətəndaşlıq verilməsi məhdudlaşdırıla bilər - KİV
5-09-2026, 08:47
“Alkagesta” və Rusiyanın kölgə donanması: Aİ limanlarına gedən gizli neft dəhlizi - ARAŞDIRMA
5-09-2026, 08:41
ADSEA-nın bu idarəsi TƏFTİŞ OLUNDU - Rafiq Aslanovun taleyi həll olunur
5-09-2026, 08:37
“Ermənistanda zəhərli ideologiya hələ də qalır” - FAKT BUDUR!
5-09-2026, 08:32
Rəşad İsmayılovun şəxsi biznesinə görə meşələr məhv edilir - BU NƏDİ BELƏ?
5-09-2026, 08:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru