"Azercell hər iki gündən bir nömrəmi bağlayır ki, pul vur..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Fərqanə Babayeva adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Mən də çox danışan adam deyiləm. 1 manat vururam hər dəfə.... bir kəlmə danışıram, iki gün sonra nömrə bir tərəfli bağlanır.
Beləcə hər dəfə 1 manat vururam... 8-9 manatlıq vəsait yığılmışdı nömrədə. Bir gün yenə zəng etmək istəyirəm telefon bağlı idi , məcbur kredit götürdüm ki, hesabda 8-9 manat yığılıb.
1 manat yükləsəm, yəqin yerdə qalanı ordan çıxar. Ama nə imiş... həmin o 9 manat yığılan pul yox oldu getdi.
Hələ əlavə olaraq 3 manat da yüklədim ki, qalıq krediti çıxsın. Kiməsə kimdənsə şikayət etmək olmur ki, dərdini deyə biləsən..."








