Rubio Ukrayna danışıqlarında mübahisə doğuran əsas müddəanı açıqlayıb .....                     Kimsə əliəyrilikdən çəkinmir... .....                     “BANK MAMED”İN OĞLU DEYİR Kİ, ƏCƏB EDİRİK... .....                     Milli Məclis yenidən buraxılır? .....                     "Qarabağ münaqişəsi dövründə Azərbaycanın Ukrayna və Qərbdən aldığı dəstək formal xarakter daşıyırdı" .....                     Keçmiş nazirlə bağlı ŞOK İDDİA .....                     Qlobal böhran gəlir: Azərbaycanı nə gözləyir? .....                     Salyanın başına belə oyun açırlar .....                     20 illik məmurun oğlundan XƏBƏR VAR .....                     Əli Kərimliyə avtomobil bağışlayan Nuru Əliyev kimdir? .....                     Fuad Nəcəfli 5 milyon manat mənimsəyib .....                     "Test sistemi dəyişə bilər" .....                     Quru sərhədlərlə bağlı son dəqiqə açıqlaması .....                     Sabiq MTN şefi “gözü önündəki” təhlükəni niyə “görməyib”? .....                     İrəvan İsrailə yaxınlaşır: Azərbaycan və İran faktoru necə dəyişir? .....                     "Flora Kərimovanın 500 mahnısının 100-ü baldır, 400-nün isə dəxli yoxdu..." .....                     "Əgər Pənah bəy öz namizədliyini verməsə..." .....                     Putin ABŞ rəsmiləri ilə nələri müzakirə etdi? .....                     Quru sərhədlər açılacaqmı? .....                     “Günə 800 manat qazanırdıq” .....                     Paşinyan dediyini etdi .....                     Gecə klubundan çıxıb “Carsharing” in avtomobilini qaçırdı .....                     “Haqlı olaraq bizdə belə bir şübhə yaranır ki, .....                     Yeni il qabağı otellərdə FANTASTİK QİYMƏTLƏR .....                     Ramiz Mehdiyevə yaxın olan... aid olan şirkətlər... .....                     Rusiyaya görə Avropa Türkiyəni Ermənistanla “birləşdirmək” istəyir .....                     Heyvan bazarları bayramda açılacaq? .....                     Azərbaycanda bu qurum ləğv edilə bilər .....                     Qarabağla əlaqədar 13 sənəd yayıldı: Əliyev güzəştə getmir, Sərkisyan Putinin yanına qaçır .....                     Koxalski "Qarabağ"dan gedir? .....                     Zəngəzur dəhlizindən həm də Avropa İttifaqı faydalana bilər .....                     Aİ-nin sabiq ali nümayəndəsi saxlanılıb .....                     Gələn il xaricdən daha çox borc ala bilərik .....                     Tiktoker "Roşka"nın tələbi yenə rədd edildi .....                     Nazirlikdə yeni peşə qurumu .....                     Mikayılovun 'həqiqətləri' və HƏQİQƏTLƏR... .....                     “Çevriliş işi”ndə sıra generallara çatdı .....                     Təbrizdə “Koroğlu” tamaşasına görə qalmaqal yarandı .....                     AXCP sədrinin həbsi o demək deyil ki, partiya ləğv olunacaq... .....                     Bunlar son 32 ildə hakimiyyət-xalq münasibətlərini gərginləşdirməyə çalışıblar .....                 

Qlobal böhran gəlir: Azərbaycanı nə gözləyir? - GƏLİŞMƏ
Tarix: Bu gün, 07:05 | Çap et

Dünyanı tezliklə qlobal iqtisadi böhran bürüyə bilər. 2027-ci ildə böhranın olacağı barədə məlumatlar Qərb nəşrlərində getdikcə daha intensiv yer alır. Səbəb kimi daha çox qlobal borc, süni intelekt şirkətlərinin şişirdilmiş balans dəyəri göstərilir. Belə ki, bu gün təxminən 60 ölkə həddindən artıq borc yükü zonasındadır. Və bir çox ekspertə görə, budəfəki proseslər ABŞ böhranını xatırladır. O zaman Meksika borcunu ödəməkdən imtina etdiyi üçün böhran baş vermişdi.

Məlumat üçün bildirək ki, qlobal borc rekord səviyyəyə çatıb. Dövlətlərin borcları 2024-cü ildə 102 trilyon ABŞ dolları olub. İnkişaf etməkdə olan ölkələrin dövlət borcu təxminən 31 trilyon ABŞ dolları təşkil edib. Bu dövlətlər bir il ərzində faiz şəklində 921 milyard dollar ödəyərək büdcəni yükləməklə paralel əsas dövlət xidmətlərini təxirə salıblar. Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) 2010-cu ildən bəri dərc etdiyi “Borc içində bir dünya” adlı yeni hesabatına görə, inkişaf etməkdə olan ölkələrin dövlət borcu inkişaf etmiş ölkələrə nisbətən iki dəfə sürətlə artıb. Bu gün 3,4 milyard insan faiz ödənişlərinin səhiyyə və ya təhsil xərclərini üstələdiyi dövlətlərdə yaşayır. Bir çox inkişaf etməkdə olan ölkənin borc yükü 60%-ə yaxınlaşıb. İnkişaf etmiş ölkələrdə isə bu göstərici pandemiyadan bəri 200%-i keçib.

Yaponiyada borcun ÜDM-ə nisbəti 240%-dən yuxarıdır. ABŞ-da borc yükü ilk dəfə ÜDM-in 100%-ni keçib və son məlumatlara görə, 130%-ə yaxınlaşır. Avropa və Mərkəzi Asiya regionunda isə 2010-2022-ci illərdə ümumi iqtisadiyyat cəmi 1,4 dəfə, dövlət borcu isə 2,5 dəfə artıb. Borc artımı xüsusilə Qafqazda, enerji ixrac edən ölkələrdə və Qərbi Balkanlarda daha sürətli olub. Bu regionda dövlət borcunun orta hesabla 70 faizini xarici borclar təşkil edir.

Beynəlxalq Maliyyə İnstitutunun “Qlobal Borc Bazarlarında Seysmik Dəyişikliklər - Demoqrafik, Qloballaşma, Karbonlaşma və Rəqəmsallaşma” adlı Qlobal Borc Monitorinqi hesabatına görə, 2025-ci ilin birinci yarısında qlobal borc ehtiyatları 21 trilyon ABŞ dollarından çox artıb. Bu ilin ikinci rübündə qlobal borc rekord həddə - 338 trilyon dollara çatıb, halbuki ötən ilin eyni dövründə bu rəqəm 313,6 trilyon dollar idi.

Ən böyük borc artımı Çin, Fransa, ABŞ, Almaniya, Birləşmiş Krallıq və Yaponiyada müşahidə olunub. İnkişaf etmiş ölkələrin ümumi borcu 228,2 trilyon dollar, inkişaf etməkdə olan ölkələrin ümumi borcu isə 109,5 trilyon dollar təşkil edib. Yeri gəlmişkən, Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına əsasən, dövlətlərin borcu 111 trilyon dollara yaxındır. Borcun yerdə qalan hissəsi kommersiya qurumlarının payına düşür.

“Business İnsider”ə görə, budəfəki maliyyə çöküşünün miqyası 2008-ci il böhranını üstələyəcək. Böhranın hətta 2 il gecikdiyi irəli sürülür. Belə ki, əslində qlobal borc böhranının 2024-2025-ci illərdə baş verməsi gözlənilirdi.

Pandemiyadan sonra yaranan yük

Böhranı tətikləyən ilkin şərtlər bu gün deyil, 2020-ci ildəki pandemiyadan qaynaqlanır. Maliyyə nəticələrindən qorxan mərkəzi banklar o zaman xərcləri əlavə likvidliklə ödəmək üçün “çap maşınlarını” işə salmaq məcburiyyətində qaldılar. İqtisadiyyatda “kəmiyyət yumşaldılması” kimi dəyərləndirilən bu addım nəticəsində bir neçə il ərzində 20 trilyon dollardan çox artıq pul kütləsi yarandı. Hansı ki, vaxtilə SSRİ-də də oxşar miqyasda “pul asılılığı” var idi.

Ekspertlərə görə, “pul məsuliyyəti”nin yükü hazırda Qərb ölkələrinin iqtisadiyyatına ağırlıq gətirir. Və onların bir çoxu prosesi tərsinə çevirməyə çalışır. Faiz dərəcələrini artırmaqla mənfi inflyasiya nəticələri azaldılır, lakin aradan qaldırılmır. Buna görə də bəzi böyük Qərb ölkələri əvvəlki qərarlarının ziddinə addımlar atırlar. Məsələn, Böyük Britaniya bir vaxtlar maliyyə bazarlarını likvidliklə doyurmaq üçün geri alınan dövlət istiqrazlarını satmağa başlayıb.

Potensial çöküşün digər xəbərçisi qızılın qiymətinin artmasıdır. Və bu aktivi pul çap etməklə devalvasiya mümkün deyil. Qızılın qiymətində əhəmiyyətli artım bir növ həm də qlobal maliyyə sistemində pulun artıqlığını göstərir. Belə ki, investorlar qlobal iqtisadi inkişafdan asılı olmayaraq dəyərini qoruyub saxlayan alətlərə daha çox vəsait yatırmağa çalışırlar.

Qlobal biznesə təsirləri

2025-ci ilin ilk səkkiz ayında Avropa Birliyində bağlanan böyük sənaye müəssisələrinin sayı artıb. İspaniyada bu qərəm 17%, Fransada 14%, Çexiya və Almaniyada 11% faiz olub. Bu göstərici 2008-ci il böhranından bəri ən yüksək səviyyədir. Proqnozlara görə, qlobal biznes növbəti iki ildə ciddi sınaqla üzləşəcək. Korporativ iflaslar artacaq. “Allianz Trade”in son “Qlobal Müflisləşmə Hesabatına” görə, Asiya bu qlobal maliyyə stresinin əsas səbəbkarı olacaq.

Ən pis ssenaridə Kanadada müflisləşən şirkətlərin sayı 1900, Fransada əlavə 6000, İspaniyada 2900, Niderlandda 700-ə çata bilər.

Ümumilikdə, qlobal müflisləşmə indeksi ardıcıl 12-ci rübdür ki, artmaqda davam edir. 2025-ci ilin birinci yarısında artım illik müqayisədə +5% təşkil edib. Ən əhəmiyyətli artımlar Asiyada (illik müqayisədə +39%, xüsusən də Honkonq və Sinqapurda) və Qərbi Avropada (orta hesabla +38%) müşahidə olunur. Müflisləşmələrin artması yalnız kiçik müəssisələrlə məhdudlaşmır. 2025-ci ilin ilk üç rübündə (dövriyyəsi 50 milyon avrodan çox olan) 327 iri şirkətin iflası qeydə alınıb. Bu da hər 20 saatda bir iflas deməkdir. Bu, 2015-ci ildən bəri üçüncü ən yüksək göstəricidir. Ən çox təsirlənən sektorlar xidmət, pərakəndə satış və tikinti sahələridir.

2025-ci ilin sonuna qədər qlobal müflisləşmə indeksinin pandemiyadan əvvəlki səviyyədən (2016–2019) 19% yüksək olacağı proqnozlaşdırılır. Latın Amerikası (+13%) və Mərkəzi və Şərqi Avropa (+7%) daxil olmaqla bütün regionlarda artım gözlənilir. Bu uzunmüddətli böhran dünya üzrə 2,1 milyon iş yerini birbaşa təhlükə altına alacaq. Qərbi Avropa, xüsusən də Fransa, Almaniya və Böyük Britaniya iş yerlərinin itirilməsi baxımından dünyada liderlik edir (1,2 milyon) və 10 ilin ən yüksək səviyyəsinə çatıb. Ümumilikdə, beş ölkədən üçü ilin sonuna qədər pandemiyadan əvvəlki iflasları ötəcək. Bu da qlobal iqtisadiyyatda qeyri-maliyyə sabitliyinin yüksək səviyyəsini təsdiqləyir.

Dolların məzənnəsi

Böhrandan danışılmasına baxmayaraq, dollar dominant ehtiyat valyutası olaraq qalmaqda davam edir. Dollar beynəlxalq ticarət və hesablaşma sənədlərinin təxminən 60%-ni təşkil edir. Mərkəzi bankların ehtiyatlarında, borclarda da bu valyutanın payı 60% -dir. Rəqabətin yüksək olduğu valyuta birjalarında dolların payı təxminən 45% təşkil edir. Bir çox ekspert qarşıdakı ildə dollar böhranının gözlənilmədiyini düşünür. “JP Morgan” dolların 2026-cı ilin ortalarına qədər təxminən 3% azalacağını və daha sonra sabitləşəcəyini açıqlayıb.

Neftin qiyməti düşəcək

Dolların əksinə olaraq, neftlə bağlı proqnozlar nikbin deyil. “JP Morgan” “Brent” markalı xam neftin bir barrelinin 2027-ci ilə qədər 30 dollara düşəcəyini açıqlayıb. Məşhur investisiya bankı “Goldman Sachs” neft qiymətlərinin 2026-cı ildə də ucuzlaşacağını iddia edir. Bankın hesablamalarına görə, 2026-cı ildə VTİ (yüngül neft) neftinin orta qiyməti təxminən 53 dollar olacaq. Dünya Bankı isə “Brent” markalı xam neftin 2025-ci ildəki 68 dollar/barreldən 2026-cı ildə 60 dollar/barrelə düşəcəyini proqnozlaşdırıb. Hansı ki, bu, son beş ilin ən aşağı səviyyəsi olacaq. Ümumilikdə, enerji qiymətlərinin 2025-ci ildə 12%, 2026-cı ildə isə daha 10% azalacağı proqnozlaşdırılır.

Maliyyə qurumu növbəti ildə neft hasilatının 2020-ci ilin pik səviyyəsindən 65% yüksək olacağını gözləyir. Maraqlıdır ki, bazarda tələb-təklif tandemi bir-birinə zidd olacaq. Təklifin artdığı şəraitdə tələbin azalacağı irəli sürülür. Belə ki, elektrikli nəqliyyat vasitələrinin satışlarının 2030-cu ilə qədər kəskin şəkildə artacağı gözlənilir ki, bu da neft tələbatının azalmasına səbəb ola bilər.

Məsələnin başqa tərəfi siyasi proseslərdir. ABŞ Rusiyanı enerji bazarını tamamilə gəlirsiz buraxmaq üçün qlobal neft hasilatının 5%-dən çoxunu təmin edən iki böyük rus şirkətinə - “Rosneft” və “Lukoyl”a məhdudiyyətlər tətbiq etdi. Ağ Ev paralel olaraq da hasilatın artırılması yönündə Səudiyyə Ərəbistanı ilə danışıqlar aparır. Hazırda sual yaradan Ər-Riyadın Rusiyanı gəlirdən məhrum etmək üçün ABŞ-ın neft hasilatını artırmaq tələbini yerinə yetirib-yetirməyəcəyidir. Necə ki, 1986-cı ildə Ronald Reyqan Səudiyyə Ərəbistanını neft hasilatını artırmağa razı saldı. Neftin qiymətinin düşməsi 1980-ci illərin sonlarında SSRİ-də iqtisadi böhranın və çöküşün səbəblərindən biri oldu.

Xatırladaq ki, hələ Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edən Donald Tramp bu tələbini "Ukraynadakı müharibəni dayandırmaq" üçün Rusiyaya təzyiq vasitələrdən biri olduğunu açıqlamışdı. Şübhəsiz ki, o, bu məsələyə qayıdacaq.

Onu da vurğulayaq ki, 2024-cü ildə Rusiya ABŞ-dan sonra ikinci ən böyük xam neft istehsalçısı olub.

2026-cı ildə Azərbaycanı nə gözləyir

2026-cı il üçün dövlət büdcəsinin gəlirlərinin 43 faizi və ya 16,4 milyard manatı neft-qaz sektorunun, 57 faizi və ya 22,2 milyard manatı qeyri-neft sektorunun payına düşür. Gələn il dövlət büdcəsində xam neftin bir barrelinin orta illik satış qiyməti 65 dollar səviyyəsində götürülüb. Yəni 2025-ci ilin dövlət büdcəsində xam neftin bir barreli üçün hesablanan məbləğdən 5 dollar aşağı.

Büdcəyə neft sektorundan daxilolmaların azaldılması qeyri-neft sektorunun inkişafı kimi dəyərləndirilsə də, son 10 ildə ilk dəfə Azərbaycanda dövlət büdcəsinin xərclərində cüzi artım proqnozlaşdırılıb. Belə ki, 2025-ci ilin proqnozu ilə müqayisədə 2026-cı ilin büdcəsinin gəlirləri 253 milyon manat çox olmaqla 38,6 milyard manat, xərcləri 296 milyon manat çox olmaqla 41,7 milyard manat nəzərdə tutulub. Azərbaycanda isə dövlət xərcləri artmayanda iqtisadi artım baş vermir. Bu baxımdan 2026-cı il Azərbaycan iqtisadiyyatı üçün çətin il kimi dəyərləndirilir.

Məsələnin başqa tərəfi ABŞ-nin neftin qiymətini ucuzlaşdırmaq planının baş tutacağı halda ölkədə devalvasiya riskidir. Ekspertlər hesab edir ki, Mərkəzi Bank valyuta rezervləri sayəsində manatın məzənnəsini bir il qoruyub saxlaya biləcək.

Xatırladaq ki, 2026-cı ildə ölkədə iqtisadi artım 2,9 faiz, orta illik inflyasiya səviyyəsi 4,8 faiz proqnozlaşdırılır. Neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 2,4 faiz azalacağı, qeyri-neft ÜDM-in 5 faiz artacağı gözlənilir.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rubio Ukrayna danışıqlarında mübahisə doğuran əsas müddəanı açıqlayıb - KİV
Bu gün, 07:47
Kimsə əliəyrilikdən çəkinmir... - "Səbəb məlumdur..."
Bu gün, 07:37
“BANK MAMED”İN OĞLU DEYİR Kİ, ƏCƏB EDİRİK... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:31
Milli Məclis yenidən buraxılır? - "Növbədənkənar parlament seçkilərinin keçirilməsi..."
Bu gün, 07:21
"Qarabağ münaqişəsi dövründə Azərbaycanın Ukrayna və Qərbdən aldığı dəstək formal xarakter daşıyırdı" - İNCƏLƏMƏ
Bu gün, 07:11
Keçmiş nazirlə bağlı ŞOK İDDİA - SƏN DEMƏ...
Bu gün, 07:08
Qlobal böhran gəlir: Azərbaycanı nə gözləyir? - GƏLİŞMƏ
Bu gün, 07:05
Salyanın başına belə oyun açırlar - BU NƏDİ BELƏ?
Bu gün, 07:03
20 illik məmurun oğlundan XƏBƏR VAR - İLGİNC İDDİA
Bu gün, 06:57
Əli Kərimliyə avtomobil bağışlayan Nuru Əliyev kimdir? - “Nurgün Holdinq”in müəmmalı fəaliyyəti
Bu gün, 06:46
Fuad Nəcəfli 5 milyon manat mənimsəyib - Təkcə bir əməliyyatdaca...
Bu gün, 06:44
"Test sistemi dəyişə bilər" - NƏ BAŞ VERİR?
Bu gün, 06:39
Quru sərhədlərlə bağlı son dəqiqə açıqlaması - Yanvarın 1-dən…
Bu gün, 06:37
Sabiq MTN şefi “gözü önündəki” təhlükəni niyə “görməyib”? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:33
İrəvan İsrailə yaxınlaşır: Azərbaycan və İran faktoru necə dəyişir? - AKTUAL
Bu gün, 06:31
"Flora Kərimovanın 500 mahnısının 100-ü baldır, 400-nün isə dəxli yoxdu..."
Bu gün, 06:26
"Əgər Pənah bəy öz namizədliyini verməsə..." - AXP-də TƏDARÜK VAR
Bu gün, 06:22
Putin ABŞ rəsmiləri ilə nələri müzakirə etdi? - Uşakovdan AÇIQLAMA
Bu gün, 06:19
Quru sərhədlər açılacaqmı? - AKTUAL
Dünən, 18:14
“Günə 800 manat qazanırdıq” – Qumar quranlardan etiraf
Dünən, 17:53
Paşinyan dediyini etdi - Qarabağ danışıqlarının məxfi sənədlərini niyə açdı?
Dünən, 17:50
Gecə klubundan çıxıb “Carsharing” in avtomobilini qaçırdı – Qəza törətdi
Dünən, 17:49
“Haqlı olaraq bizdə belə bir şübhə yaranır ki, Gürcüstan hansısa üçüncü qüvvə ilə əlbir işləyir...”
Dünən, 17:45
Yeni il qabağı otellərdə FANTASTİK QİYMƏTLƏR - "Rəqabət kifayət qədər geniş deyil"
Dünən, 17:42
Ramiz Mehdiyevə yaxın olan... aid olan şirkətlər... - İşin içində Heydərov da var...
Dünən, 17:38
Rusiyaya görə Avropa Türkiyəni Ermənistanla “birləşdirmək” istəyir
Dünən, 17:25
Heyvan bazarları bayramda açılacaq? - AKTUAL
Dünən, 17:23
Azərbaycanda bu qurum ləğv edilə bilər – Sınaqdan keçirilir
Dünən, 17:18
Qarabağla əlaqədar 13 sənəd yayıldı: Əliyev güzəştə getmir, Sərkisyan Putinin yanına qaçır - “Armenpress”
Dünən, 17:15
Koxalski "Qarabağ"dan gedir?
Dünən, 17:05
Zəngəzur dəhlizindən həm də Avropa İttifaqı faydalana bilər -ŞƏRH
Dünən, 17:03
Aİ-nin sabiq ali nümayəndəsi saxlanılıb
Dünən, 16:58
Gələn il xaricdən daha çox borc ala bilərik – Limit 6 milyarda qaldırılır
Dünən, 16:52
Tiktoker "Roşka"nın tələbi yenə rədd edildi
Dünən, 16:47
Nazirlikdə yeni peşə qurumu – Dövlət Agentliyi ləğv edilir?
Dünən, 16:43
Mikayılovun 'həqiqətləri' və HƏQİQƏTLƏR... - Yəqin nəzərə alarlar...
Dünən, 16:38
“Çevriliş işi”ndə sıra generallara çatdı - NƏ BAŞ VERİR?
Dünən, 16:23
Təbrizdə “Koroğlu” tamaşasına görə qalmaqal yarandı - TƏFƏRRÜAT
Dünən, 16:13
AXCP sədrinin həbsi o demək deyil ki, partiya ləğv olunacaq... - BUNUN ÜÇÜN...
Dünən, 16:11
Bunlar son 32 ildə hakimiyyət-xalq münasibətlərini gərginləşdirməyə çalışıblar - Professor
Dünən, 16:01
İrəvan Azərbaycanla sülhün daha da institutlaşdırılması üçün səylərini davam etdirəcək - Mirzoyan
Dünən, 15:59
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi”?! - Emin Əmrullayevin adı hallanır
Dünən, 15:57
“Azərsutəchizattikinti” 9 milyon manata Cəbrayılın su xətləri və kollektorlarını tikəcək - TENDER NƏTİCƏSİ
Dünən, 15:54
“Ramiz Mehdiyev işi”: 50 nəfərlik siyahı bir-bir açılacaq - İLGİNC
Dünən, 15:51
Əri dini təriqətə qoşulan qadının DİŞLƏRİNİ QIRDI - TƏFƏRRÜAT
Dünən, 15:46
Kürəkənini öldürən kişinin qızı DANIŞDI - "Onu evə qoymurdum"
Dünən, 15:43
Qaqik Tsarukyan barəsində cinayət işi başlanıb
Dünən, 15:40
“Qaçqınkom” 136 minə bu şirkətdən 9 min cibli jaket alır - TƏFƏRRÜAT
Dünən, 15:39
Ermənistan hökuməti Qarabağ danışıqlarına dair sənədləri dərc edib
Dünən, 15:32
Paşinyanın deputatlığa namizədlər siyahısındakı Knyaz Həsənov kimdir?
Dünən, 15:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru