"Yazırlar ki, Azərbaycanda mağazalarda kərə yağı əvəzinə marqarin yağını, ya da qarışdırılmış yağı qiymətindən baha qiymətə "sırıyırlar" alıcılara!" "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Azərbaycanın İstanbuldakı sabiq baş konsulu Xeyrəddin Qoca qeyd edib.
O daha sonra bildirir: "Bəs qorxmurlar? Əlbəttə, yox! Çünki nəzarətçilər, yoxlayanlar aylıq "haqlarını" alırlar, yəni rüşvət alıb ticarətçilərin əliəyriliyinə göz yumurlar! Çünki onlar da qorxmurlar! Səbəb məlumdur..."








