Masallı Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub. "DİA-AZ" xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən Rüfət Teyub oğlu Rufullayev Sığortanın təşkili və innovasiya şöbəsinə müdir təyin edilib.
O, daha əvvəl Masallı Rayon Mərkəzi Xəstəxanasının Statistika bölməsinin müdiri vəzifəsində çalışıb.