AZAL təyyarəsi ilə bağlı müəmma .....                     Xomeynini dəstəklədiyinə görə üzr istədi .....                     Məşhur tütün şirkəti külli miqdarda borca düşüb .....                     “Altec” MMC-nin nizamnamə kapitalı 1 milyon manat azaldılır .....                     Vidadi İsayevin sevimli kadrı niyə Bərdədən Yevlaxa “sürgün olunub"? .....                     Ukraynalılar müharibəni bitirmək üçün güzəştə hazırdırmı? .....                     Şeyxin nəvəsinin Bakıda daha 3 obyekti fəaliyyətə başladı .....                     "Baş həkim məndən bonus tələb edir, rəsmi sənədləri saxtalaşdırır" .....                     Misir Mərdanovun yeni vəzifəsi məlum oldu .....                     Sabah paytaxtda hava yağmursuz olacaq .....                     Rusiya gerbi dəyişib .....                     "Bir dəfə də olsun... qəbuluna girə bilməmişəm..." .....                     Ermənistan ordusu dünyada neçəncidir? .....                     Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Altay Göyüşovun məhkəməsi başlayıb .....                     Gürcüstanda iki Azərbaycan vətəndaşı dələduzluq ittihamı ilə həbs edilib .....                     Paşinyan Simonyanı yola salır .....                     Məşhur iranlı güləşçi Azərbaycan yığmasına qoşulur .....                     Nazirliyi iqlim stansiyaları, sensorlar, noutbuklar və PUA-lar aldı .....                     Hərbçimiz yol qəzasında həlak oldu .....                     Aygün Kazımovanın qızının bu fotosu təəccübləndirdi .....                     İrəvan sərhədi açmaq istəyir, amma bank qapıları bağlıdır .....                     “Megastore” mağazasına basqın edən şəxsə .....                     Çin regionda ən çox yatırımı Azərbaycana edib .....                     Xalq artisti KİMƏ SƏSLƏNDİ? .....                     Qarabağdan könüllü köçmüş ermənilər .....                     Faydasız avropalıların cəfəngiyyatı .....                     Yerli zəfəranın qramını xaricə 10 manata satıb, Türkiyədən 4 qəpiyə zəfəran gətiririk .....                     Putin və Zelenski arasında 5 ildən sonra ilk telefon danışığı baş tuta bilər .....                     "Hər ay 3–4 dəfə suyumuz kəsilir..." .....                     “Mənə zəng etdilər, dedilər ki, imza at…” .....                     “Kimin nazirliyə sözü varsa, qapımız açıqdır” .....                     “Mövqeyimiz dəyişməyib, hər zaman dövlətimizin yanında olmuşuq” .....                     DOST Agentliyi ehtiyat data mərkəzinin yaradılmasına .....                     "Qala Sığorta"da geri sayım: Yığımlarda 2 milyona yaxın azalma .....                     "Bayram təhlükəsizliyi yollardan başlayır" .....                     İkinci əl maşınları 2026-da nə gözləyir? .....                     Burda rəsmən ZAY MƏHSULU SIRIYIRLAR... .....                     Qalib xalqın qalib idmançıları .....                     “Hara istəyirsiniz müraciət edin, biz qaytarmırıq” .....                     BU NƏDİ BELƏ: Həkim durumu ağır olan körpəni qəbul etməkdən imtina etdi... .....                 

Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Tarix: 30-11-2024, 00:17 | Çap et
 Yolumuz Qarabağa: “İcazəsiz?”
İllərdir xalqın səbirsizliklə gözlədiyi, qovuşmaq üçün gün saydığı Qarabağ artıq 4 ildir ki, bizə qayıdıb. İndi də Qarabağ bizi gözləyir. İşğaldan azad olunan torpaqlarımızda sürətlə yenidənqurma işləri aparılsa da, yetərli infrastruktur hələ də qurulmayıb. Böyük Qayıdış planı işə düşüb, bəzi rayonların sakinlərinin bir qismi öz yurdlarına köçürülüblər. Lakin yaşayış üçün yetərli şərait, sakinlərin dolanışığını təmin edəcək qədər iş yoxdur. Xəstəxanasından tutmuş xidmət məkanlarına, geyim mağazalarına, supermarketlərə kimi, demək olar, hər sahədə çatışmazlıq var. Bütün bunların tam təmin edilməsi, razıyıq, zaman və vəsait tələb edir.

O zamanı gözləyənə kimi yurdunu görmək, doğma məkanlarını, əzizlərinin qəbirlərini ziyarət etmək istəyən minlərlə insan isə portalda qeydiyyatdan keçərək, icazə almalıdır. Burada da ziyarətçi sayı və vaxt, təbii ki, limitlidir. Günlük ziyarətçi sayı dolandan sonra qeydiyyat dayandırılır. Yəni, kim qabağa düşsə, udur. Üstəlik məlumatsız vətəndaşlar, ümumiyyətlə, texnologiyadan bixəbər olanlar bu məsələlərdə çətinlik çəkir. Ya kimdənsə xahiş etməli olur, ya da oturub icazənin ləğv ediləcəyi günü gözləyir. Qeydiyyatdan keçə bilənlər isə doyunca, rahatlıqla gəzə bilmir. Çünki maksimum 2 gün gəzməyə vaxtları olur. Orada gecələmək, restoranda yemək və s. üçün isə nə yetəri qədər məkan var, nə də qiymətlər uyğundur. Bu məsələnin başqa tərəfidir.

Maraqlısı budur ki, portalda qeydiyyatdan keçən 20-30 nəfər qaydalardan kənara çıxmırsa, təhlükə yaratmırsa, həmin say və müddət çoxalsa, yəni portal məsələsi ləğv edilsə, nə problem yaranar ki?

Portaldan keçmək məsələsinin nə vaxt ləğv ediləcəyi ilə bağlı ictimaiyyətə heç bir məlumat verilmir. Bununla bağlı Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədova müraciət etsək də, suallarımız cavabsız qaldı.

Mövzu ilə bağlı Pressklub.az-a danışan politoloq Qədir Aslan hələlik portalın ləğvinə ehtimal vermədiyini deyib: “Bu, bir az çətin məsələdir. Bir tərəfdən təhlükəsizlik məsələsi var, digər tərəfdən də insanlar rahatlıqla gedib öz yurdunu görə bilmir. Xüsusilə də yaşlılar. Onların çoxu ömrünün sonunu öz el-obasında keçirib, orada canını tapşırmaq istəyir. Yəni, insanların bu məsələdə haqlı tərəfləri var. 1 milyona yaxın məcburi köçkün tezliklə öz yurduna qayıtmaq istəyir. Və haqlı şəkildə öz etirazlarını bildirirlər”.

Müsahibimiz hesab edir ki , böyük qayıdış prosesinin sürətləndirilməsi üçün dövlət tərəfindən təşkil olunan qayıdış proyekti bir az modifikasiya olunmalıdır: “İş təkcə dövlətin üstünə düşməməlidir. Artıq vətəndaşlara da müəyyən mənada muxtariyyət verilməlidir ki, bu barədə layihələr işlənilib, dövlətə təqdim edilsin. Bu, dövlətin tək bacaracağı bir proses deyil. Burada xalqın iştirakı mütləqdir. Digər ölkələrdə də bu cür layihələr xalqın iştirakı ilə həyata keçirilir. Təsəvvür edin, 2026-cı ilə kimi cəmi 140 min insanın qayıdışı nəzərdə tutulur. Bu da mövcud məcburi köçkünlərin onda biri qədərdir”.

Müsahibimiz deyib ki, problemin həlli üçün minalı ərazilərlə bağlı maarifləndirmə işləri aparılmalıdır: “Necə ki, oraya gedən 15-20 nəfər xətdən kənara çıxmırsa, bu sayın daha çox olması heç nəyi dəyişməyəcək. Ona görə də icazənin ləğvi düşünülməlidir. Ümumiyyətlə, minatəmizləmə işində də xalqın təşəbbüsündən yararlanmaq lazımdır. Bu məsələlərdə kütləvi şəkildə - istər iqtisadi, istər təhlükəsizlik, istərsə də sosial mənada səfərbərlik olmalıdır. Və böyük qayıdış həqiqi mənada öz həllini tapmalıdır”.

Böyük qayıdışla bağlı mətbuata açıqlama verən millət vəkili Vüqar Bayramov deyib ki, “Azərbaycan Respublikasının İşğaldan Azad Edilmiş Ərazilərinə Böyük Qayıdışa Dair” Dövlət Proqramının təsdiq edilməsi Böyük Qayıdışı daha da tezləşdirəcək. Deputat bildirib ki, proqramın əsas özəlliklərindən biri məhz fəaliyyətlər üzrə ünvanlılıq və sistemliliyin qorunmasıdır: "Proqramda hər bir fəaliyyət üzrə müddət, məsul qurumlar və reallaşacaq əsas istiqamətlər nəzərə alınıb. İnfrastruktur, iqtisadiyyatın yenidən qurulması, sosial inkişaf və ətraf mühitin tarazlığı kimi hədəflərin reallaşması üçün proqram 2022-2025-ci illər üzrə fəaliyyətləri və 2026-cı ildə yekun nəticələri özündə ehtiva edir”.

Nə deyək, 30 il oradan, 4 il də buradan. Düz 34 ildir xalq gözləyir. Məlum məsələdir ki, hələ gözləməyə davam edəcəyik. Heç olmasa, icazə ləğv edilsə, insanlar öz el-obalarını rahatlıqla ziyarət edə bilsələr, ürəklərinə az da olsa su səpilər.

Tezliklə doğma yurda qovuşmaq diləyi ilə...

Pressklub.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL təyyarəsi ilə bağlı müəmma – Kremldən yeni gediş gözlənilir
Bu gün, 13:03
Xomeynini dəstəklədiyinə görə üzr istədi - Səhvə yol verdik
Bu gün, 13:01
Məşhur tütün şirkəti külli miqdarda borca düşüb
Bu gün, 12:59
“Altec” MMC-nin nizamnamə kapitalı 1 milyon manat azaldılır
Bu gün, 12:56
Vidadi İsayevin sevimli kadrı niyə Bərdədən Yevlaxa “sürgün olunub"? -...otağının işığı sönən kimi Zəfər Hacıyevi axtarır
Bu gün, 12:55
Ukraynalılar müharibəni bitirmək üçün güzəştə hazırdırmı? - Sosioloqdan cavab
Bu gün, 12:42
Şeyxin nəvəsinin Bakıda daha 3 obyekti fəaliyyətə başladı - AY MAŞALLAH...
Bu gün, 12:34
"Baş həkim məndən bonus tələb edir, rəsmi sənədləri saxtalaşdırır" - ŞOK İDDİA ilə bağlı RƏSMİ CAVAB
Bu gün, 12:26
Misir Mərdanovun yeni vəzifəsi məlum oldu - RƏSMİ
Bu gün, 12:23
Sabah paytaxtda hava yağmursuz olacaq - belə deyirlər...
Bu gün, 12:21
Rusiya gerbi dəyişib
Bu gün, 12:18
"Bir dəfə də olsun... qəbuluna girə bilməmişəm..." - ETİRAZ VAR!
Bu gün, 12:12
Ermənistan ordusu dünyada neçəncidir? – Nəticə şok etdi
Bu gün, 12:06
Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Altay Göyüşovun məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 12:04
Gürcüstanda iki Azərbaycan vətəndaşı dələduzluq ittihamı ilə həbs edilib
Bu gün, 12:02
Paşinyan Simonyanı yola salır - Yerinə keçəcək şəxs açıqlandı
Bu gün, 12:00
Məşhur iranlı güləşçi Azərbaycan yığmasına qoşulur
Bu gün, 11:59
Nazirliyi iqlim stansiyaları, sensorlar, noutbuklar və PUA-lar aldı - ŞİRKƏT, MƏBLƏĞ
Bu gün, 11:55
Hərbçimiz yol qəzasında həlak oldu
Bu gün, 11:53
Aygün Kazımovanın qızının bu fotosu təəccübləndirdi - FOTO
Bu gün, 11:49
İrəvan sərhədi açmaq istəyir, amma bank qapıları bağlıdır - İLGİNC DETALLAR
Bu gün, 11:42
“Megastore” mağazasına basqın edən şəxsə AĞIR CƏZA
Bu gün, 11:33
Çin regionda ən çox yatırımı Azərbaycana edib - EDB
Bu gün, 11:28
Xalq artisti KİMƏ SƏSLƏNDİ? - "Bəyəm, toyda oxumaq asan işdir?"
Bu gün, 11:27
Qarabağdan könüllü köçmüş ermənilər Ermənistanı da TƏRK EDİR
Bu gün, 11:26
Faydasız avropalıların cəfəngiyyatı - "Gərginlik" və "təmkin” çağırışları
Bu gün, 11:21
Yerli zəfəranın qramını xaricə 10 manata satıb, Türkiyədən 4 qəpiyə zəfəran gətiririk - DETALLAR
Bu gün, 11:19
Putin və Zelenski arasında 5 ildən sonra ilk telefon danışığı baş tuta bilər
Bu gün, 11:16
"Hər ay 3–4 dəfə suyumuz kəsilir..." - İNDİ YENƏ...
Bu gün, 11:14
“Mənə zəng etdilər, dedilər ki, imza at…” – Misir Mərdanov işdən çıxarılmasından danışdı
Bu gün, 11:11
“Kimin nazirliyə sözü varsa, qapımız açıqdır” - Fərid Qayıbov
Bu gün, 11:10
“Mövqeyimiz dəyişməyib, hər zaman dövlətimizin yanında olmuşuq” - Oğlu hakim seçilən müxalif deputat
Bu gün, 11:05
DOST Agentliyi ehtiyat data mərkəzinin yaradılmasına 5,3 mln. manat xərcləyəcək
Bu gün, 11:03
"Qala Sığorta"da geri sayım: Yığımlarda 2 milyona yaxın azalma - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:02
"Bayram təhlükəsizliyi yollardan başlayır" - DYP rəsmisindən ÇAĞIRIŞ
Bu gün, 10:56
İkinci əl maşınları 2026-da nə gözləyir? – Qiymətlər BELƏ OLACAQ
Bu gün, 10:53
Burda rəsmən ZAY MƏHSULU SIRIYIRLAR... - NARAZILIQ VAR...
Bu gün, 10:42
Qalib xalqın qalib idmançıları - MƏQALƏ
Bu gün, 10:38
“Hara istəyirsiniz müraciət edin, biz qaytarmırıq” - GİLEY
Bu gün, 10:37
BU NƏDİ BELƏ: Həkim durumu ağır olan körpəni qəbul etməkdən imtina etdi... - ŞOK SƏBƏB
Bu gün, 10:33
Əli Şəfiyevi Qaradağda KİM HİMAYƏ EDİR Kİ... - KARXANA İŞLƏDİR...
Bu gün, 10:27
Azərbaycanda tanınmış bloger saxlanıldı: Canlı yayımda Özbəkistan prezidentini təhqir edib - TƏHVİL VERİLDİ
Bu gün, 10:18
Bakıda arvadını döyən şəxs amnistiyaya düşdü – MƏHKƏMƏ
Bu gün, 10:12
"Hara getsəm də, səni izləyəcəyəm" - VİDEO
Bu gün, 10:11
“TikTok”da bacısı ilə ünsiyyət quran dostuna 4 bıçaq zərbəsi endirdi – QƏRAR
Bu gün, 10:09
Misir Qasımlı etiraz olaraq özünü doğrayıb, barmağını, qolunu, çiynini qırıblar… - ölümə tərk edilib...
Bu gün, 10:05
Putin SSRİ ilə bağlı qanun imzaladı
Bu gün, 10:00
“Rabitəbank” səhmdarlarına dividend, Müşahidə Şurası üzvlərinə isə mükafat ödəyəcək
Bu gün, 09:58
"İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" 7 tender elan edir – 7,5 MİLYONLUQ SATINALMA
Bu gün, 09:57
Çin və Rusiya faktoru qızılın qiymətini “hara aparır”? - İNCƏLƏMƏ
Bu gün, 09:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru