"Mingəçevir şəhərinin Mərkəzi Xəstəxanasında şok edici bir hadisə yaşanıb..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra bildirir: "Məqbulə Xəlilova adlı həkim, 10 aylıq, yüksək qızdırma içində və vəziyyəti son dərəcə ağır olan bir körpəni qəbul etməkdən imtina edib. Səbəb olaraq isə uşağın Almaniyada doğulmasını göstərib.
Bu, tibbi etikaya və insanlığa tamamilə zidd bir davranışdır. Əgər həmin körpənin başına faciə gəlsəydi, kim məsuliyyət daşıyacaqdı? İnsanlar sadəcə sosial şəbəkələrdə “Caan, Allah rəhmət eləsin” yazmaqla kifayətlənəcəkdilərmi?
Bu məsələ niyə araşdırılmır? Niyə belə hallara göz yumulur?
Əziz valideynlər, övladlarınızı qorumaq istəyirsinizsə, Məqbulə Xəlilova kimi həkimlərin məsuliyyətsiz davranışlarına qarşı susmayın. Səssizlik bu cür halların davam etməsinə şərait yaradır..."









