Bir neçə gün əvvəl məlum oldu ki, Azərbaycanda xüsusi karantin rejiminin müddəti aprelin 1 ə kimi yenə uzadıldı.
Baxmayaraq ki, Ümumdünya Səhiyyə Təşkilatı 2023 cü ildən COVİD 19 la bağlı qlobal karantin rejiminin sona catdığını elan etmişdi. Bütün dünyada sərhəd, maska, vaksin sertifkatı adlı anlayışlar coxdan unudulmaqdadır.
Deyəsən, dünyada Azərbaycandan başqa da, COVİD 19 la bağlı hec bir ölkənin sərhədi bağlı deyil.
Hökümət bu günə kimi, sərhədlərin bağlı saxlanması ilə əlaqədar siyasi, iqtisadi, tibbi, təhlükəsizlik baxımından əsaslandırılmış bir fikir səsləndirməyib.
Hətta, Siyavuş Novruzovda bu barədə aglına gələn hər hansı bir fikir söyləməyib .
Sərhədlər niyə acılmır, bağlı saxlanılır?
Normal ölkələr iqtisadiyyatının böyüməsi ücün, sərhəd kecidlərini , gömrük şərtlərini, vizasız gediş - gəlişi asanlaşdırır.
Biz əksinə, hər şeyi cətinləşdiririk.
Sərhədlərin bağlı saxlanmasını bəzən Rusiya və İrandakı vəziyyətlə əlaqələndirməyə calışırlar. Guya sərhəd açıq olsa, Rusiya və İranda vəziyyət pisləşən kimi onların əhalisi Azərbaycana axın edər, biabırçılıq olar.
Niyə?
Azərbaycanda yel əsib, qoz tökülüb?
Aeroportda olduğu kimi quru sərhədlərindən keçən gömrük keçid məntəqələrini də sərhəd xidməti qoruyur və hər kəs kefinə görə gəlib-keçə bilməz.
Sərhədlərin 6 ilə yaxın bağlı qalması sıradan bir hadisə deyil. Sərhəd rayonlarının minlərlə ailəsi ücün böyük iqtisadi itkidir. Yüzlərlə ticarət obyekti öz iqtisadi əhəmiyyətini itirib.
Hər bayramlarda minlərlə İran vətəndaşı Azərbaycana gəlirdi, 100 minlərlə dollar xərcləyirdi.
Gürcüstanda yaşayan azərbaycanlıların hec bir haq-hüququ tanınmadan, öz vətənlərinə gəliş-gedişləri məhdudlaşdırılıb. .
Rostov, Stavropol, Dərbənd, Volqaqrad kimi Rusiyanın bizə yaxın şəhərlərində yaşayan azərbaycanlılar, ayda bir - iki dəfə quru sərhədlərdən istifadə edərək xeyirə-şərə gəlib gedirdilər.
Bizimkilər gündəlik işlərdə işləyib evlərinə pul gətirirdilər.
Bir nəfər hökümət rəsmisi acıqlama verə bilərmi ki, sərhədlərin bağlı saxlanmasının iqtisadi, pisxoloji, maddi cətinlikləri artırmaqdan başqa hər hansı bir əhəmiyyəti varmı?
Müharibə vəziyyətində olan Rusiya, Ukrayna və İranın bütün ölkələrlə quru sərhədi acıqdır.
Və onların quru sərhədləri yalnız Azərbaycanla deyil.
Rusiya dünyanın ən böyük ölkəsidir və on dörd ölkə ilə quru sərhədlərini paylaşır.
İran şimalda Azərbaycan, Ermənistan, Türkmənistan, şərqdə Əfqanıstan, Pakistan, qərbdə Türkiyə, İraqla quru sərhədlərinə malikdir, həmçinin Xəzər dənizində Rusiya, Qazaxıstan, Türkmənistanla Azərbaycanla su sərhəddi, Fars körfəzi və Oman körfəzində isə Küveyt, Bəhreyn, Qətər, BƏƏ, Oman, İraq, Səudiyyə Ərəbistanı, Pakistan, Hindistan kimi ölkələrlə dəniz sərhədləri var.
Orxan Tuncər - "DİA-AZ"









