Ukraynada həbs həyatı yaşayan Misir Qasımlı özünü doğrayıb.
Bu barədə Gununsesi.info -yaverdiyi məlumata görə, ona hazırda heç bir tibbi müdaxilə edilmir, ölümə tərk edilib.
Bundan əlavə, Misirin döyülərək barmağının, qolunun və çiyninin qırıldığı da bildirilir.
Eyni zamanda o da qeyd edilib ki, Misir Qasımlı hazırda Xarkovda başqa həbsxanaya köçürülüb. Ancaq harada olduğu barədə heç bir məlumat yoxdur.
Qeyd edək ki, hadisələrin bu yerə gəlməyinə səbəb Azərbaycan və azərbaycanlıların təhqir olunduğu bildirilir.
Misir Qasımlı təhqirlərə etiraz etdikdən sonra məsələ böyüyüb.
Məsələni diqqətdə saxlayacağıq.









