Tramp xəstələnəcək, müharibə bitəcək, çevriliş olacaq .....                     "Bir-birimizi görəndə doğmalığı hiss edirik" .....                     "Guya ki, bunların fövqəladə işləri var" .....                     “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir .....                     Əgər yanacağın qiyməti qalxdısa... .....                     2026-cı ildən NƏ GÖZLƏYƏK... .....                     Etirazlar dördüncü gecədir səngimir, şəhərlərdə toqquşmalar .....                     Avropa liderləri buna görə qəzəblidir .....                     Paşinyan Azərbaycanla sülhdən danışdı .....                     Keçən ilin son günü 28 kiloqramdan çox narkotik vasitə aşkarlanıb .....                     Generalın bacılarının ŞOK ƏMLAK SİYAHISI .....                     Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb .....                     "Amma qazın pulunu iki gün gecikdirsək..." .....                     "Dəyərli şeyləri yanlış coğrafiyada həyata keçirmək olmaz" .....                     2026-cı il BÜRCLƏRƏ nə gətirəcək? .....                     "Yaşayan Nostradamus"dan 2026-cı il üçün .....                     "Kaspi" qəzeti 145 illiyini qeyd edir .....                     Bəs 15 dəqiqəlik pulsuz müddət harda qaldı... .....                     Gürcüstanın ən varlı adamı.... .....                     Dövlətin puluna DÜŞMƏN MÜNASİBƏTİ... .....                     100 milyonlarla insan üçün fəlakət proqnozu .....                     Azərbaycanda İŞİD təbliğatı necə aparılır? .....                     İranın Zəngəzur HƏYƏCANI .....                     Əgər Azərbaycanda İslam Bankı populyarlaşsa... .....                     Tariflər aztəminatlıları çətin duruma salır .....                     Mərkəzi Kəşfiyyat İdarəsi Putinin iqamətgahına hücumla bağlı məlumatları təsdiqləməyib .....                     Bu il mənzil bazarı NECƏ OLACAQ... .....                     Nitsşeni oxuyub insan kimi bu cür bədbəxt olacaqsansa... .....                     ABB-dən ABB-yə də 5 manat?.. .....                     'Alovlu at' ili dünyamız üçün sakit keçməyəcək... .....                     'Gecikmiş ödəniş' bəhanəsi ilə pul çıxılır... .....                     Canlı yayında izləyiciyə nələr dedi... .....                     ABŞ əsl gerçəyi ortaya çıxaracaqmı? .....                     ABŞ ordusu okeanda narkotik ticarəti ilə məşğul olan gəmilərə hücum edib .....                     Məhəmmədrza Arif istefa verdi, Pezeşkian qəbul etmədi .....                     İran səfiri Ermənistan xalqını belə təbrik etdi .....                     Ermənilərin Qarabağa qayıdışı... .....                     Misir Mərdanov baş redaktor işləyəcək .....                     Yeni müharibə olacaq, Paşinyanın istəyi reallaşacaq… .....                     Güney Qafqazda ÇİNİ MÜDAXİLƏ... .....                 

Kilosu 4 manata başa gələn ətlər... - əsasən restoranlara göndərilir
Tarix: 6-11-2024, 08:49 | Çap et
Kilosu 4 manata başa gələn ətlər...
“Bəyin oğurlanması” filmində İsrafilin “Monqol dublyonkası gəlmişdi, monqol turistlər alıb apardı” zarafatı hamının yadındadır. Son günlər isə ölkəmizə Monqolustandan gətirilən ət məhsullarının artması ilə bağlı xəbərlər yayılıb.

Sosial şəbəkələrdə ət satışı ilə məşğul olan müxtəlif şəxslər bu ölkədən gətirilən ətləri reklam edir, bəzi restoranlarda həmin ətlə bişirilən yeməklər təklif olunur. Dövlət Gömrük Komitəsinin məlumatı da təsdiq edir ki, həqiqətən də Azərbaycan Monqolustandan ət idxalını kəskin artırıb. 2023-cü ildə Azərbaycan bu ölkədən cəmi 40 ton təzə, soyudulmuş və ya dondurulmuş qoyun əti və ya keçi əti idxal edib. 2024-cü ilin təkcə birinci rübündə ölkəmizə Monqolustandan 121 ton ət gətirilib. Məlumata görə, bu ətin kilosu Azərbaycana 4 manata gəlib çıxır.

Bəs bu məhsullara nəzarət və yoxlama necə həyata keçirilir?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Monqolustan böyük qoyun əti ixracatçısıdır, bu ətlər ən çox İrana gedir: “Bu məhsul ekoloji təmiz hesab olunur. Əlbəttə, bu məhsul yerli Qarabağ qoyunları ilə eyni deyil. Merinos tipli qoyunlar müsəlman ölkələrinə ixrac olunur. Bu məhsulun gətirilməsi tam nəzarət altındadır. Oradakı qoyunçuluq təsərrüfatlarına da nəzarət edilir. Azərbaycana gətirilən məhsullara isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət edilir. Bu məhsullar əsasən restoranlara göndərilir. Az bir hissəsi sənayedə istifadə olunur. Bu ətlər açıq şəkildə az satılır. Ölkəmizə kilosu 12-13 manata gəlib çıxır. Qeyd edim ki, təxminən 5 ildən sonra ölkəmizə xaricdən qoyun əti gətirilməsinə ehtiyac olmayacaq. Çünki işğaldan azad edilmiş ərazilərdə heyvandarlıq geniş inkişaf edəcək”.

Bəs Monqolustandan bu ətlərin ölkəmizə gətirilməsi daxili bazarda qiymətlərə necə təsir edəcək?

İqtisadçı-ekspert Pərviz Heydərov deyir ki, hansı ölkədən idxal edilməsindən asılı olmayaraq, bunun ölkəmizdə ət məhsullarının qiymətinə təsiri qeyri-mümkündür. Onun sözlərinə görə, həmin məhsullar keyfiyyət və dəyər baxımından yerli ət məhsullarından xeyli dərəcədə aşağıdır: “İdxal olunan ət məhsullarının 99 faizi emal prosesində istifadə olunmaq üçün gətirilir və dönərxanalara, pizza bişirilən yerlərə, kolbasa hazırlayan sexlərə, ictimai-iaşə obyektlərinə verilir. Çünki həmin məhsulların maya dəyəri aşağıdır. Hətta 7-8 manata aldığımız dönər məhsulunda istifadə olunan ət yerli istehsal deyil. Həmin dönərlərdə də xaricdən gələn ətlərdən istifadə olunur. Monqolustandan gətirilən ətin idxalı ucuz və daha asan başa gəlir. Belə məhsulları insanlar evlərində istifadə etmək üçün almır. Orta gəlirli vətəndaş çalışır ki, yerli istehsal olan və gözünün önündə qəssabın kəsdiyi əti alsın. Yerli ət məhsullarının isə qiyməti günbəgün qalxır”.

İqtisadçının sözlərinə görə, ət məhsullarının istehlakında xaricdən bu qədər asılılıq ciddi siqnaldır: “Yerli heyvandarlıq kompleksi sürətlə məhvə doğru gedir. Örüş yerləri yox dərəcəsindədir. Pambıqçılığın inkişafı ilə bağlı atılan addımlar digər tərəfdən örüş yerlərinin azalmasına çox ciddi təsir göstərdi. Çünki pambıqçılığa ayrılan ərazilər kor-koranə şəkildə genişləndirildi. Nəticədə heyvanlar otlamağa yer tapmadılar. Fermerlər də məcbur oldular ki, heyvandarlığın başını buraxsınlar. İndi adi kəndçi həyətində heç bir baş mal-qara saxlamır. Ölkədə heyvandarlığın vəziyyəti çox böhranlıdır. Lakin 8-9 il bundan qabaq ölkəmizdə 90-95 faiz ət məhsulları yerli istehsala aid idi. İndi isə vəziyyət tamamilə dəyişib, ucuz ət idxalı ilə məşğul olan ölkələr axtarırıq. Belə getsə, Azərbaycanda gələn il ətin qiyməti 20 manat və daha yüksəyə qalxacaq. Halbuki 5-6 il bundan qabaq biz Türkiyə və Avropa ölkələrində ətin bu qiymətə satıldığını eşidəndə təəəcüblənirdik.

Bu vəziyyətdən çıxmaq üçün yeni heyvandarlıq komplekslərinin yaradılmasına çalışmalıyıq. Sahibkarlara dövlət dəstəyi lazımdır. Örüş yerlərinin sayı artırılmalıdır. Daha sonra yemin qiyməti azaldılmalıdır. Bu proses çoxdan başlayıb. Bəzən kəndliləri qınayırıq, deyirik ki, maldarlıqla məşğul olmaq istəmirlər, şəhərə köçürlər və s. Onları qınamağın yeri yoxdur. Bir ot bağlamasının qiyməti 5 manatdır. Kəndli onun ikisinə 10 manat verməlidir. Hər gün 10 manat xərcləmək isə ona sərf etmir.

Bu sahədə vəziyyət uçuruma doğru gedir. Belə getsə, marketlərdə ancaq xaricdən gəlmə ət tapa biləcəyik. Tədbir görülməsə, bizi Avropa ölkələrinin taleyi gözləyir".

Ekspert Natiq Cəfərli isə bildirib ki, yerli istehsalın azalması qiymətlərə ciddi təsir edir. Onun sözlərinə görə, son illərə nəzər saldıqda Azərbaycanda iribuynuzu və xırdabuynuzlu heyvanların say artımı müşahidə olunmur: “Bunun da ən böyük səbəblərindən biri ondan ibarətdir ki, bir neçə il öncə pambıqçılığın inkişafı ilə bağlı qərar verilərkən regionlarda bu qərarın yerinə yetirilməsi qüsurlu oldu. Örüş yerləri və mal-qara üçün yem bazası kimi nəzərdə tutulmuş yerlərdə pambıq əkdilər. Nəticədə mal-qaranın yem bazası azaldı və yemin qiyməti kəskin artdı. Yem qiymətlərinin artması isə bir çox fermerləri bazardan çıxmağa vadar etdi. Kiçik sahibkarlar və fermerlər bu işlə məşğul olmaqdan vaz keçdilər. Digərləri də yemi baha aldıqlarına və xərcləri çoxaldığına görə ətin qiymətini artırdılar”.

Musavat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp xəstələnəcək, müharibə bitəcək, çevriliş olacaq - Şamanlardan 2026-cı il proqnozları
Bu gün, 16:29
"Bir-birimizi görəndə doğmalığı hiss edirik"
Bu gün, 13:00
"Guya ki, bunların fövqəladə işləri var" - Məşhur YAP-çı sabiq deputat onları tənqid etdi
Bu gün, 12:57
“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
Bu gün, 12:54
Əgər yanacağın qiyməti qalxdısa... - AKTUAL
Bu gün, 11:42
2026-cı ildən NƏ GÖZLƏYƏK... - ARAŞDIRMA
Bu gün, 11:38
Etirazlar dördüncü gecədir səngimir, şəhərlərdə toqquşmalar - İran alov içində
Bu gün, 11:31
Avropa liderləri buna görə qəzəblidir
Bu gün, 11:09
Paşinyan Azərbaycanla sülhdən danışdı - TƏFƏRRÜAT
Bu gün, 11:05
Keçən ilin son günü 28 kiloqramdan çox narkotik vasitə aşkarlanıb - DİN
Bu gün, 11:00
Generalın bacılarının ŞOK ƏMLAK SİYAHISI - Bu, hələ harasıdır...
Bu gün, 10:53
Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb
Bu gün, 10:30
"Amma qazın pulunu iki gün gecikdirsək..." - NARAZILIQ VAR...
Bu gün, 10:26
"Dəyərli şeyləri yanlış coğrafiyada həyata keçirmək olmaz" - Kənan MM
Bu gün, 10:19
2026-cı il BÜRCLƏRƏ nə gətirəcək? - PROQNOZ
Bu gün, 09:54
"Yaşayan Nostradamus"dan 2026-cı il üçün 10 QORXULU PROQNOZ
Bu gün, 09:45
"Kaspi" qəzeti 145 illiyini qeyd edir
Bu gün, 09:41
Bəs 15 dəqiqəlik pulsuz müddət harda qaldı... - MÜRACİƏT
Bu gün, 09:38
Gürcüstanın ən varlı adamı.... - Azərbaycanda da biznesi var...
Bu gün, 08:02
Dövlətin puluna DÜŞMƏN MÜNASİBƏTİ... - İl bitib artıq... TENDER-MENDER də lazım deyil...
Bu gün, 07:59
100 milyonlarla insan üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
Bu gün, 07:47
Azərbaycanda İŞİD təbliğatı necə aparılır? - Əlixan Musayev nə etmək istəyir?
Bu gün, 07:45
İranın Zəngəzur HƏYƏCANI - AXI NİYƏ?..
Bu gün, 07:40
Əgər Azərbaycanda İslam Bankı populyarlaşsa... - GƏLİŞMƏ
Bu gün, 07:27
Tariflər aztəminatlıları çətin duruma salır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:22
Mərkəzi Kəşfiyyat İdarəsi Putinin iqamətgahına hücumla bağlı məlumatları təsdiqləməyib - BU DA BU...
Bu gün, 07:17
Bu il mənzil bazarı NECƏ OLACAQ... - Ekspert deyir ki...
Bu gün, 07:15
Nitsşeni oxuyub insan kimi bu cür bədbəxt olacaqsansa... - Eminquey Akif
Bu gün, 07:09
ABB-dən ABB-yə də 5 manat?.. - BU NƏDİ BELƏ?
Bu gün, 07:04
'Alovlu at' ili dünyamız üçün sakit keçməyəcək... - İNCƏLƏMƏ
Bu gün, 06:53
'Gecikmiş ödəniş' bəhanəsi ilə pul çıxılır... - GİLEY
Bu gün, 06:48
Canlı yayında izləyiciyə nələr dedi... - "Paxıllığınızdan ölürsünüz, ölün"
Bu gün, 06:36
ABŞ əsl gerçəyi ortaya çıxaracaqmı? - İNCƏLƏMƏ
Bu gün, 06:33
ABŞ ordusu okeanda narkotik ticarəti ilə məşğul olan gəmilərə hücum edib - KİV
Bu gün, 06:21
Məhəmmədrza Arif istefa verdi, Pezeşkian qəbul etmədi
Dünən, 18:27
İran səfiri Ermənistan xalqını belə təbrik etdi - dost, qardaş...
Dünən, 18:25
Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
Dünən, 18:22
Misir Mərdanov baş redaktor işləyəcək - ÖZÜ AÇIQLADI
Dünən, 12:40
Yeni müharibə olacaq, Paşinyanın istəyi reallaşacaq… – Regionu gözləyənlər
Dünən, 12:36
Güney Qafqazda ÇİNİ MÜDAXİLƏ... - Azərbaycan bu məsələdə...
Dünən, 12:31
Sosial şəbəkədə kriminal aləmi təbliğ edən gənc cərimə edildi - TƏFƏRRÜAT
Dünən, 11:25
47 günlük icra başçısının sirri: Nəsimini soyurmuş - Sözün əsl mənasında...
Dünən, 11:23
Quru sərhədlər bu tarixdən AÇILA BİLƏR - AÇIQLAMA
Dünən, 11:20
Rusiyanın "rusdilli insanları qorumaq" planı... - NƏ BAŞ VERİR?
Dünən, 10:08
Sərhədimizdəki Aİ müşahidəçilərinin sülh minnəti - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 10:06
Almaniya müharibəyə hazırlaşır? - Məxfi plan
Dünən, 09:59
"Gerald R. Ford" gəmisinin Karib dənizində uzun müddət qalması ABŞ-ni problemlərlə üzləşdirir - KİV
Dünən, 09:01
Aygün Əliyevanın “rəfiqə qrantları” bitmir... - TƏFSİLAT
Dünən, 08:56
Sual açıq qalır: Qazax yolu, yoxsa Zəngəzur? - GƏLİŞMƏ
Dünən, 08:52
Azərbaycana ən çox dollar gətirən 10 şirkət - SİYAHI
Dünən, 08:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru