Naxçıvanda müəllimə qarşı saxta ittihamlı məhkəmə... .....                     “Onlara görə subay qalmışam” .....                     1362-ci gün: Rusiyanın itkiləri yeniləndi .....                     Ramiz Mehdiyevin Ucardakı camışçılıq təsərrüfatı NECƏ OLDU... .....                     İşçilərin bunları bilməsi MÜTLƏQDİR... .....                     "Belə deputatları "buraxmaq" yox, tutmaq lazımdır!.." .....                     Trampın oğlu o xəbəri eşitdi, ermənilərə “yox” dedi: İrəvanda yeni savaş .....                     İslam Mahaçev UFC çempionu oldu .....                     Gizli məqamlar: Ölkədə pensiya yaşı niyə artırılır? .....                     Ramiz Mehdiyev işində son gəlişmə .....                     NATO Rusiya ilə açıq müharibəyə hazırdırmı? .....                     Böyük Britaniya sabah sığınacaq qaydasındakı dəyişikliyi elan edəcək .....                     “İbrahim sazişləri” Azərbaycana nə verəcək? .....                     Almaniya texnologiyalar sürətlə dəyişdiyi üçün dron ehtiyatı yaratmayacaq .....                     LAL DEPUTATIN SƏSİ... görün, haralardan çıxır... .....                     Tofiq Heydərovun Ziba Mustafayevaya məktubunda NƏLƏR YAZILIB... .....                     Məşhur bloger narkotik ittihamı ilə HƏBS EDİLDİ .....                     “Pilgrim Education“ rəhbəri “yoxa” çıxıb .....                     Naftalanın yeni başçısı KİM OLACAQ?.. .....                     8 saatlıq iş rejimində... .....                     2026-cı ildə BU ƏRZAQLARIN QİYMƏTİ ARTACAQ... .....                     "Hələ də inana bilmirəm..." .....                     AntiAzərbaycan şəbəkə YENİDƏN İŞ BAŞINDA... .....                     ABŞ Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsini müsadirə edə bilər .....                     Bu şirkət 3,4 milyon manatlıq tenderin qalibi oldu .....                     Azərbaycanın keçmiş Baş naziri 29 il sonra .....                     Masallıda bələdiyyə sədri kəndin adını erməniləşdirdi .....                     Durmadan bahalaşır: .....                     Sabirabadda polisin qarşısını aldığı toy yenidən keçiriləcək .....                     İşsizlik göstəriciləri: Tendensiyalar və mümkün təsirlər .....                     Qətllərdən sonra 30 il gizlənə bilmişdi .....                     Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb .....                     Yüksək sürət sürücülərin ətrafı qavrama qabiliyyətini kəskin zəiflədir .....                     ""Sağlamlaşdırma" prosesi əvvəl və təcili olaraq şirkətin Baş Ofisində aparılmalıdır" .....                     Gəncədə həmyerlisi yeniyetməni qəsdən maşınla vurub öldürüb .....                     İcra başçıları xəbərdarlıqlardan nəticə çıxarmalıdırlar .....                     Zəngəzur dəhlizi ilə bağlı QƏTİ MÖVQE .....                     Bakıda ŞOK OLAY: oğlan oteldə sevgilisini qarət etdi .....                     "Hansı bəyin səsi varsa, o da oxuya bilər" .....                     “ABŞ Qəzzanı zonalara bölür” .....                 

İrəvan təhlükəli oyunun içindədir və bu onlara ağır başa gələcək - ŞƏRH
Tarix: 6-10-2024, 13:59 | Çap et
İrəvan təhlükəli oyunun içindədir və bu onlara ağır başa gələcək
Ermənistanın "saziş imzalayaq" hay-küyü ilə əslində real sülhdən uzaqlaşması, Bakının haqlı tələblərini yerinə yetirməkdən imtina etməsi danılmaz faktdır. Ermənistanın davamlı silahlanması və Qərb ölkələri ilə hərbi təlimlər keçməsi də bunun isbatıdır. Son günlər separatçı tör-töküntülərin aktivləşməsi də müşahidə olunur. Məhz belə məqamda cənab Prezident İlham Əliyev Cəbrayılda sakinlərlə görüşündə Ermənistana növbəti dəfə xəbərdarlıq edib. Dövlət başçısı antiterror əməliyyatlarını xatırladıb: "Ermənistan təhlükəli oyunlara qoşulub, İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmasın. Onların yadından çıxmasın ki, necə diz üstə bizdən imdad diləyirdilər, necə Rusiyaya gündə bəlkə 10 dəfə ən yüksək səviyyədə müraciət edirdilər ki, müharibə dayandırılsın. Antiterror əməliyyatı onların yadından çıxmasın. Yadından çıxmasın ki, hətta o coğrafiyada biz istədiyimizə nail ola bilmişik. Heç kimə baxmadan, heç nəyə baxmadan cəmi bir neçə saat ərzində separatçılığın kökünü kəsmişik". Ölkə rəhbəri Qərbin bəzi ölkələrinin ikiüzlü siyasətini də tənqid edib: "Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərini pozmuşdur, torpaqlarımızın təxminən 20 faizini işğal edib, etnik təmizləmə siyasəti aparıb, Xocalı soyqırımını törədib, bütün şəhər-kəndlərimizi viran qoyub. Hansısa Qərb dövlətinin rəsmi nümayəndəsi bir dəfə onlara irad tutubmu? Xeyr". Prezident bəyan edib ki, Minsk qrupu ancaq bu işləri malalamaqla, erməni işğalına müəyyən dərəcədə bəraət qazandırmaqla və Azərbaycanı alçaldıcı sülhə təhrik etməklə məşğul olub: "Biz bütün beynəlxalq platformalarda haqq səsimizi ucaldanda bizə deyirdilər ki, sizin sözləriniz çox kəskindir. Bu kəskin ritorika sülhü yaxınlaşdırmır, sülhü uzaqlaşdırır. Müharibənin, bu münaqişənin hərbi həlli yoxdur. Yəni bu işğalı əbədi etmək üçün Fransa və onun kimi Qərb dövlətləri əllərindən gələni edirdilər".

Dövlət başçısının toxunduğu məqamları "Sherg.az"a dəyərləndirən siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu deyib ki, Ermənistan hər davranışı ilə nümayiş etdirir ki, sülh ritorikasında səmimi deyillər. Professorun sözlərinə görə, onsuz da Ermənistanın bir dövlət kimi mahiyyətinə ötən illər ərzində çox yaxşı bələd olmuşuq:

"Ermənistan keçmiş münaqişə vəziyyətində də ancaq imitasiyalarla məşğul idi. Müzakirələrdə iştirak edir, Azərbaycanla sülh sazişinin imzalanmasında maraqlı olduğunu bildirirdi, amma torpaqlarımızı işğal altında saxlamaqda davam edirdi. Bununla yanaşı təxribatlarını da davam etdirir. Hətta yeni ərazilər işğal etmək istəyini də nümayiş etdirirdi. O baxımdan bizim üçün Ermənistanın yenə də saxta ritorika sərgiləməsi gözlənilməz deyil. Bu, bizi təəccübləndirmir. Amma vəziyyət dəyişib. Azərbaycan Prezidentinin də vurğuladığı kimi, Ermənistan almış olduğu dərslərdən nəticə çıxarmalıdır. Biz keçmiş münaqişə vəziyyətində də Ermənistana və onun havadarlarına çağırışlar edirdik ki, məsələ dinc vasitələrlə tənzimlənsin. Lakin Ermənistan kənardan, Qərbdən aldığı dəstək sayəsində Azərbaycan torpaqlarını işğalda saxlamağa davam edirdi. Belə olan halda Ermənistanın növbəti təxribatlarının qarşısını almaqla yanaşı, torpaqlarımızın işğaldan azad olunması əməliyyatlarına da başladıq. 44 gün ərzində ərazilərimizin əhəmiyyətli hissəsini Ermənstanın işğalından azad etdik. İrəvan kapitulyasiya sənədinə imza atmaq məcburiyyətində qaldı. 2023-cü ildə isə antiterror əməliyyatlarını həyata keçirərək separatizmin kökünü kəsdik. Bu, dünya üçün uğurlu, müsbət bir təcrübə idi. Göstərdik ki, separatizmlə mübarizə aparıb onun kökünü kəsmək mümkündür. Beləliklə biz ərazi bütövlüyümüzü tam təmin etdik. Bu, Azərbaycanın gücünün, iradəsinin göstəricisi idi. Ən əsası isə özümüzün güc mövqeyini təyin etdik. Ermənistan bütün nəticələri görməlidir. Çünki bu nəticələri hasil edən Azərbaycan dövləti, onun rəhbəri və ordumuzdur".

Parlament üzvü vurğulayıb ki, Ermənistan hansısa avantüralara uyaraq Azərbaycana qarşı çıxmaq ümidlərini bəsləyirsə, gələcəkdə bu onun fəlakəti ilə nəticələnəcək:
"Azərbaycan müqayisə olunmayacaq dərəcədə Ermənistandan bütün mənalarda güclüdür. Ermənistan bir alət kimi istifadə olunaraq Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşdirilməsi istiqamətində istifadə olunmaqdadır. Ermənistan böyük geosiyasi qarşıdurmanın xırda alətinə çevrilib. Bunun müqabilində isə Azərbaycana qarşı çıxmaq imkanlarının yaradılmasını istəyir. Qərb də bunu Ermənistana verir. Ermənistan sistemli şəkildə silahlandırılır. ABŞ ilə hərbi təlimlər keçirlər. Azərbaycana qarşı bəzən təxribatlar törədirlər. Fransa da Ermənistana hərtərəfli dəstək verir. Fransanın lisenziyası ilə Hindistanda istehsal olunan təhlükəli silahlar Ermənistana ötürülür. Ritorik bir sual meydana çıxır. Bütün bunlar Ermənistana nə üçün lazımdır? İşğalçı bir dövlətin silahlandırılmasında məqsəd nədir? Məqsəd əslində çox aydındır - Cənubi Qafqazda vəziyyəti yenidən qarışdırmaq. Qərbə lazım olan budur. Çünki regiondakı qarışıqlıq kənar dairələrə, xüsusən ABŞ və Fransaya müdaxilə imkanları verir. Nəticədə onlar öz geosiyasi ambisiyalarını həyata keçirmək imkanları əldə edirlər. Ermənistan belə bir təhlükəli oyunun içindədir və bu da onlar üçün ağır başa gələcək. Dövlət başçısı da bunu qeyd edir".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvanda müəllimə qarşı saxta ittihamlı məhkəmə... - Hələliksə...
Bu gün, 10:57
“Onlara görə subay qalmışam” – Gənc müğənni əsəbiləşdi
Bu gün, 10:49
1362-ci gün: Rusiyanın itkiləri yeniləndi
Bu gün, 10:46
Ramiz Mehdiyevin Ucardakı camışçılıq təsərrüfatı NECƏ OLDU... - İLGİNC
Bu gün, 10:40
İşçilərin bunları bilməsi MÜTLƏQDİR... - DİQQƏT
Bu gün, 10:19
"Belə deputatları "buraxmaq" yox, tutmaq lazımdır!.." - Xeyrəddin Qoca
Bu gün, 10:09
Trampın oğlu o xəbəri eşitdi, ermənilərə “yox” dedi: İrəvanda yeni savaş - GƏLİŞMƏ
Bu gün, 10:01
İslam Mahaçev UFC çempionu oldu
Bu gün, 09:59
Gizli məqamlar: Ölkədə pensiya yaşı niyə artırılır? - ARAŞDIRMA
Bu gün, 09:57
Ramiz Mehdiyev işində son gəlişmə – İki nəfər cəzalandırılıb
Bu gün, 09:55
NATO Rusiya ilə açıq müharibəyə hazırdırmı? - ŞƏRH
Bu gün, 09:53
Böyük Britaniya sabah sığınacaq qaydasındakı dəyişikliyi elan edəcək
Bu gün, 09:51
“İbrahim sazişləri” Azərbaycana nə verəcək? - AKTUAL
Bu gün, 04:37
Almaniya texnologiyalar sürətlə dəyişdiyi üçün dron ehtiyatı yaratmayacaq - "Frankfurter Allgemeine Zeitung" qəzeti
Bu gün, 04:24
LAL DEPUTATIN SƏSİ... görün, haralardan çıxır... - BU DA FAKT...
Bu gün, 04:21
Tofiq Heydərovun Ziba Mustafayevaya məktubunda NƏLƏR YAZILIB... - NƏ BAŞ VERİR?
Bu gün, 04:13
Məşhur bloger narkotik ittihamı ilə HƏBS EDİLDİ - NBC
Bu gün, 04:07
“Pilgrim Education“ rəhbəri “yoxa” çıxıb - Vətəndaşları aldadıblar?
Bu gün, 03:55
Naftalanın yeni başçısı KİM OLACAQ?.. - İDDİA
Bu gün, 03:50
8 saatlıq iş rejimində... - Ekspertdən TƏKLİF
Bu gün, 03:41
2026-cı ildə BU ƏRZAQLARIN QİYMƏTİ ARTACAQ... - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:38
"Hələ də inana bilmirəm..." - FOTO
Bu gün, 03:31
AntiAzərbaycan şəbəkə YENİDƏN İŞ BAŞINDA... - BU DƏFƏ İSƏ...
Bu gün, 03:27
ABŞ Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsini müsadirə edə bilər
Dünən, 12:55
Bu şirkət 3,4 milyon manatlıq tenderin qalibi oldu - DETALLAR
Dünən, 12:52
Azərbaycanın keçmiş Baş naziri 29 il sonra - FOTO
Dünən, 12:49
Masallıda bələdiyyə sədri kəndin adını erməniləşdirdi - VİDEO
Dünən, 12:46
Durmadan bahalaşır: - Ət bazarında böhran yaradan gözəgörünməz qüvvə kimdir?
Dünən, 12:39
Sabirabadda polisin qarşısını aldığı toy yenidən keçiriləcək - TƏFƏRRÜAT
Dünən, 12:36
İşsizlik göstəriciləri: Tendensiyalar və mümkün təsirlər - ARAŞDIRMA
Dünən, 12:30
Qətllərdən sonra 30 il gizlənə bilmişdi - Saxta pasport onu ələ verdi...
Dünən, 12:22
Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - DETALLAR
Dünən, 12:21
Yüksək sürət sürücülərin ətrafı qavrama qabiliyyətini kəskin zəiflədir - DİQQƏT
Dünən, 11:53
""Sağlamlaşdırma" prosesi əvvəl və təcili olaraq şirkətin Baş Ofisində aparılmalıdır" - ÇAĞIRIŞ...
Dünən, 11:49
Gəncədə həmyerlisi yeniyetməni qəsdən maşınla vurub öldürüb - TƏFƏRRÜAT
Dünən, 11:40
İcra başçıları xəbərdarlıqlardan nəticə çıxarmalıdırlar - deputat
Dünən, 11:35
Zəngəzur dəhlizi ilə bağlı QƏTİ MÖVQE - BUNDAN SONRA...
Dünən, 11:17
Bakıda ŞOK OLAY: oğlan oteldə sevgilisini qarət etdi - TƏFƏRRÜAT
Dünən, 11:08
"Hansı bəyin səsi varsa, o da oxuya bilər" - Xalq artisti
Dünən, 10:58
“ABŞ Qəzzanı zonalara bölür” - The Gardian
Dünən, 10:48
Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Dünən, 10:41
Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! - MƏQALƏ
Dünən, 10:39
"Bizim üçün demokratiya Qərbin təqlidi deyil" - Zəlimxan Məmmədli
Dünən, 10:25
Qərb nəşrindən ilginc iddia - Azərbaycan bu qərarı versə...
Dünən, 10:21
Paşinyanın Aİ missiyası açıqlaması sülh dövründə tam məntiqsizdir - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:19
Bakıda ananın 4 yaşlı qızına verdiyi işgəncələr: Bədəni yandırılıb, kəmərlə döyülüb - TƏFƏRRÜAT
Dünən, 10:16
İrəvan mücərrəd “sülh kəsişməsi” layihəsini yenidən ortaya atdı - Bakıdan sərt reaksiya
Dünən, 10:13
DİN-in tabeliyində qurum 12,3 milyonluq mal aldı - TENDER NƏTİCƏSİ
Dünən, 09:54
Əlisahib Abbasovun “Fortuna SL Project” MMC-nin vergi borcu 850 min manatı ötdü
Dünən, 09:53
"Düşüblər təkcə “Şahnaz” muğamının üstünə..."
Dünən, 09:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru