Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ .....                     “Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” .....                     Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir .....                     “Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” .....                     "Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." .....                     "Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." .....                     Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı .....                     “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... .....                     "Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb .....                     Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb .....                     "Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." .....                     "Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" .....                     CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: .....                     Erməni şərabı və konyakı Rusiya bazarından yığılır .....                     Belarusda nüvə təlimləri: .....                     Hüseyn Məmmədova yüksək vəzifə verildi .....                     Cənubi Qafqaz uğrunda böyük OYUN .....                     "Sifarişi vaxtında ünvana gətirib çıxartmır" .....                     Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb .....                     "Bu, Kamal müəllimin şəxsi fikridir..." .....                     Moskva caynağını çox dərinə ilişdirib .....                     Bakının İrəvandakı əsas adamı kimdir? .....                     Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb .....                     Əgər universitet dünya elminə təsir etmirsə... .....                     1 həftədir su borusu partlayıb... .....                     Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... .....                     Paşinyan rəqiblərindən öndədir, AMMA... .....                     "Söz azadlığı adı altında xalqı aşağılamaq..." .....                     1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası .....                     " Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " .....                     "Müasir insanların saxtalığı məni yorub..." .....                     Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... .....                     Bu üç ölkə anlaşarsa... .....                     Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... .....                     Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... .....                     Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam .....                     “ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” .....                     Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu .....                     “Qarabağ klanı” və Rusiya casusları birləşdi .....                 

İstisinə qızınmadığımız QARA QIZIL: Bu il də üşüyəcəyik... - MALƏSƏF...
Tarix: 15-11-2025, 08:54 | Çap et

Artıq qış rejiminə keçmişik. Havanın hər gün bir az da soyuması ilə insanların əsas qayğısı yenidən evlərin qızdırılması, kommunal xidmətlərin ödənilməsi və ən əsası, limitlərin yaratdığı yükdür. Qış mövsümünün başlaması ilə qaz və digər kommunal xidmətlərə qoyulan limitlər yenidən gündəmə gəlir. Əslində, limit həmişə olub, sadəcə, soyuq mövsümdə istehlak kəskin artdığı üçün bu məhdudiyyətlərin izafi yükü daha çox hiss olunur. Mütəxəssislərin fikrincə, məhz qışda limitin artırılması lazımdır ki, vətəndaş əlavə yükün altında qalmasın.

Daha bir narazılıq doğuran məqam isə qiymət siyasətidir. İddialara görə, Azərbaycan qazı bəzi ölkələrə yerli vətəndaşların ödədiyi məbləğdən daha ucuz qiymətə satılır. Bu isə cəmiyyətdə haqlı suallar yaradır: “Öz sərvətimizi niyə özümüz daha baha qiymətə istifadə etməliyik?”.

Bu sual təkcə sosial şəbəkələrdə deyil, ictimai müzakirələrdə də ən çox səslənən narazılıqlardandır. Hətta bəzi vətəndaşlar ironiya ilə belə deyirlər:

“Murad Dadşov demişkən: “Neft sənin deyil, neft dövlətindir”. Bəlkə də bu sərvətimiz də millətin yox, dövlətindir, ona görə də xalqa çatmamalıdır”. Bu fikir, hər nə qədər satirik səslənsə də, əslində, daha ciddi bir ehtimala işarə edir: Bəlkə doğrudan da enerji resurslarının idarə olunması ilə bağlı bəzi məmurların bizə məlum olmayan yanaşmaları var və vətəndaş bunun nəticəsini qiymətlərdə hiss edir?!

Narazılığın məğzi isə dəyişmir: ölkə öz təbii sərvətləri ilə zəngin olduğu halda, vətəndaş niyə bu sərvətdən ən az faydalanan tərəf olmalıdır? Əhalinin böyük hissəsinin sosial durumu nəzərə alınanda bu siyasətin yaratdığı çətinliklər daha aydın görünür. Minimum gəlirlə yaşayan ailələr üçün hər ay işıq, qaz, su borcunu ödəmək ciddi sıxıntıya çevrilir. İnsanlar bildirirlər ki, “heç olmasa öz qazımızı özümüzə ucuz versinlər ki, qənaət etdiyimiz vəsait ailə büdcəsinə dəstək olsun”.

Maraqlıdır ki, ölkəmizdən ucuz qaz alan bəzi dövlətlərin vətəndaşları Azərbaycandakı orta ailədən qat-qat yaxşı şəraitdə yaşayırlar. Vətəndaşların illərdir səsləndirdiyi narazılıqlar fonunda aydın görünür ki, kommunal qiymətlər sahəsində qərar verən strukturların mövcud siyasəti insanların xeyrinə işləmir. Bu yanaşma isə cəmiyyətdə belə bir təsəvvür yaradır ki, vətəndaşın sosial yükünü azaltmaq əvəzinə, əksinə, onu daha da ağırlaşdıran mexanizmlər formalaşdırılır. Bəzən elə bir mənzərə yaranır ki, sanki ölkənin böyük enerji və təbii sərvət potensialına baxmayaraq, vətəndaş öz evində isti otağı, insanlar normal yaşayış və elementar kommunal rahatlıq kimi ən adi ehtiyaclar üçün belə, sanki bitib-tükənməyən bir mübarizəyə məhkum edilir. Elə bir durum yaranıb ki, bəzi məmurlar tərəfindən insanlara elə bil zülüm verilir – gündəlik dərd-sər yalnız qazın, işığın, suyun pulunu necə ödəmək üzərində qurulub. Vətəndaşın bütün enerjisi yaşamı yaxşılaşdırmağa yox, sadəcə, sağ qalmağa xərclənir. Bu da təbii olaraq belə bir sualı gündəmə gətirir: nə üçün öz sərvətimizin üstünlüyünü özümüz hiss edə bilmirik?

Cəmiyyətin cavabdeh məmurlardan narazılığı təkcə qiymətlərin yüksək olması deyil, həm də bu qiymətlərin izah edilmə tərzində sosial ədalət və şəffaflıq çatışmazlığıdır. İnsanların gündəlik reallığı ilə kağız üzərində çəkilən iqtisadi modellər çox vaxt üst-üstə düşmədikcə, bu təəssürat güclənir: sanki vətəndaşın üzərinə düşən yük yüngülləşmək əvəzinə, əksinə, daha da ağırlaşır.

Bir vətəndaş kimi söyləsəm, vəziyyətin yaratdığı əsas narahatlıq budur: “Əslində, öz enerji sərvətləri olan bir xalqın heç olmasa həmin sərvətlərin hesabına daha rahat yaşaması olmalıdır. Amma bu gün insanların gördüyü mənzərə tam fərqlidir.”

Şikayətlər isə bununla bitmir. Aydındır ki, kommunal tariflərə yanaşmada məsul qurumların sosial həssaslığı çox zaman yetərli olmur və bu, cəmiyyətin ümumi narazılığını daha da dərinləşdirir. Elə bir mənzərə yaranır ki, insanın zehnində acı bir sual dolaşır: doğrudanmı “bu millətin alnına zülmlə yaşamaq yazılıb?”

Regiondakı bəzi ölkələrlə müqayisə aparanda bu hiss daha da güclənir. Məsələn, Türkmənistanda qaz simvolik qiymətə verilir, bəzi hallarda ümumiyyətlə pulsuzdur; vətəndaş dövlət dəstəyi ilə yolpulu, çörək və müəyyən gündəlik ərzaqları pulsuz əldə edir. Yəni sosial siyasət insanın gündəlik yükünü azaltmaq, rifahı qorumaq məqsədi daşıyır.

Bizdə isə vəziyyət tam əksinədir: enerji resursları ilə zəngin bir ölkədə vətəndaşın ən elementar kommunal rahatlığa belə çətinliklə çatması anlaşılmaz və məntiqsiz görünür.

Allah bəlkə də üzümüzə baxıb havaları bir az mülayim saxlayır. Yoxsa görünən mənzərə odur ki, bəzi məmurların əlindən vətəndaşa xeyirdən çox ziyan dəyir. Artıq 15 noyabrdan rəsmi şəkildə qış mövsümü başlayır, bina evlərində istilik verilir. Amma həyət evlərində yaşayanların vay halına… Onların evi qızdırmaq üçün yeganə vasitəsi qazdır. Bəli, yenə də deyirəm ki, həmin qazın da qoyulan limiti hər gün insanların həyatına əlavə yük kimi qayıdır. Bu limit, sadəcə, statistika deyil – minlərlə ailənin real həyatda yaşadığı narahatlıq və maddi sıxıntıdır. Havalar soyuduqca bu problem daha kəskin hiss olunacaq, insanlar soyuğa deyil, limitə görə əziyyət çəkəcəklər. Elə buna görə də qış aylarında tətbiq olunan qaz limiti ya tam ləğv edilməli, ya da ciddi şəkildə artırılmalıdır. Vətəndaşın yükünü azaltmağın ən real yolu budur – insanlar evlərini qızdırmaqdan qorxmamalıdır, övladlarının üşüməməsi üçün əlavə hesab-kitaba girməməlidir.

Mən ilk növbədə aidiyyəti qurum rəhbərlərinə, xüsusilə, cəmiyyətin aşağı və kasıb təbəqəsinin nümayəndəsi kimi müraciət edirəm. Uzun müddətdir yazdığım bu problemlər insanların gündəlik həyatını ağırlaşdırır və bu qış mövsümündə ən ciddi çətinlik qaz limiti məsələsidir. Çoxlu sayda ailə qışda istilik üçün lazım olan qazı işlədə bilmir, çünki limit həm kifayət etmir, həm də büdcələri bu xərci qarşılamağa imkan vermir.

Bu səbəbdən xahiş edirəm ki, mövcud qaz limiti məsələsinə yenidən baxılsın və imkan daxilində bu limit ya tam götürülsün, ya da artırılsın. Qış aylarında bu dəstək insanlar üçün çox böyük yükün azalması demək olardı. Ailələrin əksəriyyəti artıq təkcə kommunal xərcləri ödəmək üçün belə ciddi sıxıntı yaşayır. Ona görə bu addım həm sosial rifaha, həm insanların psixoloji rahatlığına, həm də dövlət-vətəndaş münasibətlərinin möhkəmlənməsinə mühüm töhfə verəcək..

Elşad FƏRMANOĞLU - tezadlar.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Bu gün, 11:14
“Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Bu gün, 11:11
Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Bu gün, 11:00
“Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” - Paşinyan
Bu gün, 10:59
"Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." - RƏY
Bu gün, 10:54
"Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 10:47
"Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...
Bu gün, 10:46
Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı - VİDEO
Bu gün, 10:23
“Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
Bu gün, 10:19
"Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb
Bu gün, 10:07
Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:06
"Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." - ETİRAZ
Bu gün, 09:57
"Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" - ONA GÖRƏ DƏ...
Bu gün, 09:49
CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: - 13 nəfər saxlanılıb
Bu gün, 09:47
Erməni şərabı və konyakı Rusiya bazarından yığılır - SƏBƏB
Bu gün, 09:45
Belarusda nüvə təlimləri: - Putinin əsl məqsədi nədir?
Bu gün, 09:43
Hüseyn Məmmədova yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:37
Cənubi Qafqaz uğrunda böyük OYUN – Bakının “B planı”
Bu gün, 09:36
"Sifarişi vaxtında ünvana gətirib çıxartmır" - GİLEY
Bu gün, 09:23
Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Bu gün, 09:07
"Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Bu gün, 07:37
Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Bu gün, 07:34
Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Bu gün, 07:27
Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Bu gün, 07:25
Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:46
1 həftədir su borusu partlayıb... - GİLEY
Bu gün, 03:29
Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Bu gün, 03:24
Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Bu gün, 03:18
"Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Bu gün, 03:10
1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Bu gün, 03:04
" Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Bu gün, 03:02
"Müasir insanların saxtalığı məni yorub..." - Nura Suri
Bu gün, 02:52
Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... - Şəhid qardaşından ETİRAZ
Bu gün, 02:42
Bu üç ölkə anlaşarsa... müdafiə nazirlikləri ləğv olunar...
Bu gün, 02:36
Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... - "Aşağıdakı insanların dərdi xırda görünür..."
Bu gün, 02:28
Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... - "Büdcənin elə çox böyük hissəsi..."
Bu gün, 02:22
Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam
Dünən, 19:44
“ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” - İranlı deputat
Dünən, 17:16
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
Dünən, 17:09
“Qarabağ klanı” və Rusiya casusları birləşdi - PAŞİNYANA QARŞI...
Dünən, 17:07
Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU - TƏFƏRRÜAT
Dünən, 17:00
Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb - Asəf Quliyev
Dünən, 16:47
Karapetyandan Moskvanı narahat edən AÇIQLAMA
Dünən, 16:42
"PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:40
"Düşünün, analiz edin, empatiya hissiniz olsun..." - ÇAĞIRIŞ
Dünən, 16:34
ABŞ və İran sülhlə bağlı razılığa gəldi – “Al-Arabiya”
Dünən, 16:29
Ermənistan vətəndaş müharibəsinə doğru gedir - Tərəflər bir-birinin qanına susayıb
Dünən, 16:28
Nazirlik aqrar sektoru MƏHV EDİB - Ölkədə məhsul qıtlığı yaranacaq, qiymətlər bahalaşacaq
Dünən, 16:26
Anar Əsədliyə hökm oxundu - 4 il 6 ay müddətinə ...
Dünən, 16:18
Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir - AKTUAL
Dünən, 16:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru