Yüksək sürət sürücülərin ətrafı qavrama qabiliyyətini kəskin zəiflədir .....                     ""Sağlamlaşdırma" prosesi əvvəl və təcili olaraq şirkətin Baş Ofisində aparılmalıdır" .....                     Gəncədə həmyerlisi yeniyetməni qəsdən maşınla vurub öldürüb .....                     İcra başçıları xəbərdarlıqlardan nəticə çıxarmalıdırlar .....                     Zəngəzur dəhlizi ilə bağlı QƏTİ MÖVQE .....                     Bakıda ŞOK OLAY: oğlan oteldə sevgilisini qarət etdi .....                     "Hansı bəyin səsi varsa, o da oxuya bilər" .....                     “ABŞ Qəzzanı zonalara bölür” .....                     Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir .....                     Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! .....                     "Bizim üçün demokratiya Qərbin təqlidi deyil" .....                     Qərb nəşrindən ilginc iddia .....                     Paşinyanın Aİ missiyası açıqlaması sülh dövründə tam məntiqsizdir .....                     Bakıda ananın 4 yaşlı qızına verdiyi işgəncələr: Bədəni yandırılıb, kəmərlə döyülüb .....                     İrəvan mücərrəd “sülh kəsişməsi” layihəsini yenidən ortaya atdı .....                     DİN-in tabeliyində qurum 12,3 milyonluq mal aldı .....                     Əlisahib Abbasovun “Fortuna SL Project” MMC-nin vergi borcu .....                     "Düşüblər təkcə “Şahnaz” muğamının üstünə..." .....                     Azərbaycan səfirliyinin yaxınlığına “İsgəndər”in düşməsi təsadüf deyil .....                     TRAMP HAQLI İMİŞ... .....                     Gömrükdə qara bazarda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb .....                     Gəncə Regional Kollecdə narazılıqlar... .....                     İstisinə qızınmadığımız QARA QIZIL: Bu il də üşüyəcəyik... .....                     İcra hakimiyyətləri mehdiyevçilərdən “təmizlənir” .....                     Vaşinqtonun təzyiqi nəticəsində digər ölkələr Rusiya neftinin alışını azaldır .....                     “Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir .....                     Dövlətin qanunları keçmiş deputatın umrunda da deyil... .....                     "MƏDƏNİ SOYĞUNÇULUQ İNSTİTUTU" Təhsilimizi ÇÖKƏRDİB: ARTİ, MÜTDA, TKTA... .....                     'Dəniz Hospital' rəsmən ÖZBAŞINA QALIB .....                     1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı .....                     Həbsdə olan həmkarlarının yanına gedəcəklər... .....                     Gədəbəyi yarıtmışdı: İNDİ DƏ... .....                     Zəngəzur dəhlizində yenilik: Kimin xeyrinədir? .....                     Dinamika əvvəlki illərlə müqayisədə 80 faiz artıb .....                     Rəhbərsiz qalan nazirlik... .....                     8 Noyabr Zəfər paradından sonra 3 dost ölkə ilə bağlı 3 diqqətşəkən olay... .....                     Erməni lobbisinin əsiri olan qanun: 907-ci düzəlişin taleyi necə olacaq? .....                     ABŞ termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb .....                     Jurnalistlər NECƏ DOLANACAQ? .....                     Narazı işçi SOCAR şefinə ÜZ TUTDU .....                 

"Bizim üçün demokratiya Qərbin təqlidi deyil" - Zəlimxan Məmmədli
Tarix: Bu gün, 10:25 | Çap et

Cəmiyyətdə ziyalı sözünə hər zaman ehtiyac var. Ziyalı baxışı prosesləri daha dərindən analiz etməyə imkan verir.

Bu mövzuda “Cebheinfo.az”-ın müsahibi Böyük İdeallar Araşdırma Mərkəzinin (BİAM) sədri Zəlimxan Məmmədlidir.

- Zəlimxan müəllim, siz fəaliyyətinizdə daim alimlərin və ziyalıların cəmiyyətləşmə prosesində rolunu xüsusi vurğulayırsınız. Bunun səbəbi nədir?

– Cəmiyyətin tərəqqisi təkcə iqtisadi göstəricilərlə ölçülmür. Əsl inkişaf şüurda, mənəviyyatda və düşüncə mədəniyyətində baş verir. Alim və ziyalı bir millətin düşüncə sisteminin təməl sütunlarıdır. Ziyalı o insandır ki, elmi biliklə mənəvi məsuliyyəti birləşdirir, onu xalqın tərəqqisinə yönəldir. Mən bu mövzuya xüsusi önəm verirəm, çünki dövlətin intellektual dayaqları məhz bu təbəqədən formalaşır. Əgər ziyalı cəmiyyətlə ünsiyyətdən uzaq düşürsə, dövlətçilik ideyası da ruhunu itirir.

- Bəs indiki alimlərin gerçək ziyalıya – aydına çevrilməsi perspektivini necə dəyərləndirirsiniz?

– Bu məsələ həm fərdi, həm də sistemli yanaşma tələb edir. Bizdə çox sayda savadlı, elmi bilik sahibi insanlar var, lakin “gerçək ziyalı” olmaq yalnız biliklə müəyyən edilmir. Ziyalılıq mənəvi məsuliyyət, vətəndaş cəsarəti və milli düşüncə ilə ölçülür. Əgər alim xalqın ağrılarını duyur, sözünü millətin gələcəyi naminə deyirsə, o, artıq ziyalıdır. Mən bu prosesə nikbin baxıram. Gənc alimlər arasında milli düşüncəyə, dövlətçilik şüuruna meyil artmaqdadır. Sadəcə, bu istiqamətdə institusional müstəvilər – ideoloji mərkəzlər, diskussiya platformaları – formalaşmalıdır. Böyük İdeallar Araşdırma Mərkəzi də məhz bu ehtiyacdan doğub, ziyalıların və alimlərin milli ideologiya ətrafında birləşməsi üçün elmi-intellektual mühit yaratmaq məqsədi daşıyır.

- Noyabrın 16-da “Böyük İdeallar – reallıqlar və perspektivlər” mövzusunda təqdimat konfransını keçirəcəksiniz. Çağdaş zamanda milli idealların fəlsəfi və strateji çərçivəsi haqqında nə deyə bilərsiniz?

– Milli ideal nə keçmişin nostaljisi, nə də uzaq gələcəyin xülyasıdır. O, milli varlığın fəlsəfi modelidir. Bizim üçün milli ideal həm tarixi köklərə, həm də müasir reallığa söykənən istiqamətverici düşüncə sistemidir.

Bu gün “böyük ideal” dedikdə, biz üç əsas istiqaməti nəzərdə tuturuq:

1. Milli düşüncənin dirçəldilməsi – xalqın öz kimliyinə, dilinə, dəyərlərinə sadiqliyi;
2. Dövlətçilik fəlsəfəsinin gücləndirilməsi – milli maraqların qorunması və müstəqil qərarvermə iradəsi;
3. İntellektual və mənəvi liderliyin formalaşdırılması – ziyalıların milli ideyanın daşıyıcısına çevrilməsi.

“Böyük İdeallar” konfransı ilə biz göstərmək istəyirik ki, ideallar abstrakt anlayış deyil, milli inkişafın strateji reallığıdır. Biz milli ideyaları yalnız müdafiə etmirik – onları elmi əsaslarla işlənmiş, fəlsəfi və praktik proqram halına gətiririk.

- Qarabağ məsələsinin həlli ilə Azərbaycanın suverenlik problemi aradan qalxdı, yəni bir mühüm milli ideal reallaşdı. Lakin bu gün cəmiyyətdə müəyyən ideoloji boşluq müşahidə olunur. Siz bu boşluğu hiss edirsinizmi və onu necə doldurmaq olar?

– Bəli, bu məsələ son illərin ən həssas ideoloji mövzusudur. Qarabağ Zəfəri ilə biz milli yaddaşın ən böyük ağrısını sağaltdıq, lakin bu, ideoloji prosesin sonu deyil, başlanğıcıdır. Bir xalq idealını reallaşdırdıqda, təbii olaraq “İndi nə olacaq?” sualı doğur. Bu, boşluq deyil, yeni milli yönün formalaşması üçün zəruri keçid mərhələsidir.

İndi biz “torpağı azad edən xalq” mərhələsindən “dövlətini ucaldan xalq” mərhələsinə keçirik. Yeni dövrdə cəmiyyətin əsas ehtiyacı mənəvi və intellektual suverenlikdir. Rusiyanın təsir dairəsindən çıxmaq, Qərb modelini kor-koranə təqlid etmədən öyrənmək və Türk dünyası ilə ideoloji birləşmək – bu, yeni mərhələnin üç sütunudur.

Mən bu boşluğu nəzəri olaraq doldura biləcək üç əsas idealı vacib hesab edirəm. Bu gələcəkdə meydana çıxacaq milli idealların təməlidir. Bu nəzəri baza milli idealizmlə milli modernizmin qarşılıqlı inteqrasiyası üçün münbit şərait yaradılmasının əsasıdır.

- Mətbuatda və sosial şəbəkələrdə yeni idealların vacibliyindən danışırsınız. Nədir bu ideallar?

- Yeni dövrün çağırışları bizdən yeni ideallar sistemi tələb edir. Biz bu boşluğu doldura biləcək dörd əsas ideyanı önə çəkirik:

1. Vahid Vətən – bu, həm coğrafi, həm də mənəvi bütövlük anlayışıdır. Vətən ideyası ilk öncə tarixi yaddaşın və milli şüurun birliyidir. Biz parçalanmış yaddaşımızı bərpa etməliyik.
2. Turan – artıq romantik bir arzu deyil, Türk dünyasının sivil və strateji həmrəyliyi modelidir. Bu ideya Azərbaycanın özünü türk sivilizasiyasının ideoloji mərkəzlərindən birinə çevirməsini tələb edir.
3. Vahid Qafqaz Evi – bölgədə sülh və əməkdaşlığın alternativ modelidir. Azərbaycan bu ideyanın birləşdirici dövlət funksiyasını üzərinə götürə bilər. Qafqazı qarşıdurma məkanından əməkdaşlıq məkanına çevirmək bizim tarixi missiyamızdır.
4. Demokratiya – milli suverenliyin mənəvi dayağıdır. Bizim üçün demokratiya Qərbin təqlidi deyil, xalqın iradəsini milli mədəniyyətlə birləşdirən idarəçilik fəlsəfəsidir.

Hesab edirəm ki, müzakirəyə təqdim olunan bu ideallar alimlərin, ziyalıların, mütəxəssislərin bilik süzgəcindən keçərək vahid milli yol xəritəsinə çevriləcəkdir. Azərbaycan insanı və siyasi sistemi bu ideallarla silahlanaraq gələcəyə daha cazibəli ideallarla daxil olmalıdır.

Zəfər bizə torpağı qaytardı, indi bu ideallar düşüncəmizi bütövləşdirməlidir. Azərbaycan yalnız azad dövlət deyil, həm də yeni sivil modelin daşıyıcısı olmalıdır. Zəfər dövlətin gücünü göstərdi, amma ideallar xalqın gücünü formalaşdırır. BİAM kimi mərkəzlərin missiyası da bu mərhələdə başlanır – qazanılmış qələbəni ideoloji sistemə çevirmək, milli düşüncəni yeni dövrün fəlsəfi məzmunu ilə zənginləşdirmək. Qarabağ torpağını birləşdirdik, indi düşüncəmizi birləşdirməliyik.

– Müsahibə üçün təşəkkür edirik.

– Mən təşəkkür edirəm. Hər bir xalqın gələcəyi onun düşüncə enerjisindən doğur. Biz düşüncəmizi azad, məqsədimizi aydın, ideallarımızı böyük saxladıqca, dövlətçiliyimiz də əbədi olacaq.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yüksək sürət sürücülərin ətrafı qavrama qabiliyyətini kəskin zəiflədir - DİQQƏT
Bu gün, 11:53
""Sağlamlaşdırma" prosesi əvvəl və təcili olaraq şirkətin Baş Ofisində aparılmalıdır" - ÇAĞIRIŞ...
Bu gün, 11:49
Gəncədə həmyerlisi yeniyetməni qəsdən maşınla vurub öldürüb - TƏFƏRRÜAT
Bu gün, 11:40
İcra başçıları xəbərdarlıqlardan nəticə çıxarmalıdırlar - deputat
Bu gün, 11:35
Zəngəzur dəhlizi ilə bağlı QƏTİ MÖVQE - BUNDAN SONRA...
Bu gün, 11:17
Bakıda ŞOK OLAY: oğlan oteldə sevgilisini qarət etdi - TƏFƏRRÜAT
Bu gün, 11:08
"Hansı bəyin səsi varsa, o da oxuya bilər" - Xalq artisti
Bu gün, 10:58
“ABŞ Qəzzanı zonalara bölür” - The Gardian
Bu gün, 10:48
Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 10:41
Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! - MƏQALƏ
Bu gün, 10:39
"Bizim üçün demokratiya Qərbin təqlidi deyil" - Zəlimxan Məmmədli
Bu gün, 10:25
Qərb nəşrindən ilginc iddia - Azərbaycan bu qərarı versə...
Bu gün, 10:21
Paşinyanın Aİ missiyası açıqlaması sülh dövründə tam məntiqsizdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:19
Bakıda ananın 4 yaşlı qızına verdiyi işgəncələr: Bədəni yandırılıb, kəmərlə döyülüb - TƏFƏRRÜAT
Bu gün, 10:16
İrəvan mücərrəd “sülh kəsişməsi” layihəsini yenidən ortaya atdı - Bakıdan sərt reaksiya
Bu gün, 10:13
DİN-in tabeliyində qurum 12,3 milyonluq mal aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 09:54
Əlisahib Abbasovun “Fortuna SL Project” MMC-nin vergi borcu 850 min manatı ötdü
Bu gün, 09:53
"Düşüblər təkcə “Şahnaz” muğamının üstünə..."
Bu gün, 09:36
Azərbaycan səfirliyinin yaxınlığına “İsgəndər”in düşməsi təsadüf deyil - ONA GÖRƏ DƏ...
Bu gün, 09:23
TRAMP HAQLI İMİŞ... - belə çıxır...
Bu gün, 09:17
Gömrükdə qara bazarda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb - FOTO
Bu gün, 09:11
Gəncə Regional Kollecdə narazılıqlar... - bitmək bilmir!
Bu gün, 09:02
İstisinə qızınmadığımız QARA QIZIL: Bu il də üşüyəcəyik... - MALƏSƏF...
Bu gün, 08:54
İcra hakimiyyətləri mehdiyevçilərdən “təmizlənir” - 11-ci kim olacaq?
Bu gün, 08:46
Vaşinqtonun təzyiqi nəticəsində digər ölkələr Rusiya neftinin alışını azaldır - Tramp
Bu gün, 08:43
“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir - FOTO
Bu gün, 07:46
Dövlətin qanunları keçmiş deputatın umrunda da deyil... - FAKT BUDUR!
Bu gün, 07:41
"MƏDƏNİ SOYĞUNÇULUQ İNSTİTUTU" Təhsilimizi ÇÖKƏRDİB: ARTİ, MÜTDA, TKTA... - Təhsil mafiyası kimin əli ilə hərəkət edir?
Bu gün, 07:39
'Dəniz Hospital' rəsmən ÖZBAŞINA QALIB - BU NƏDİ BELƏ?
Bu gün, 07:35
1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı - Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti
Bu gün, 07:29
Həbsdə olan həmkarlarının yanına gedəcəklər... - Başqa cür ola da bilməz...
Bu gün, 07:22
Gədəbəyi yarıtmışdı: İNDİ DƏ... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:20
Zəngəzur dəhlizində yenilik: Kimin xeyrinədir? - GƏLİŞMƏ
Bu gün, 07:08
Dinamika əvvəlki illərlə müqayisədə 80 faiz artıb - ŞƏRH
Bu gün, 07:05
Rəhbərsiz qalan nazirlik... - Görünəni odur ki...
Bu gün, 07:04
8 Noyabr Zəfər paradından sonra 3 dost ölkə ilə bağlı 3 diqqətşəkən olay... - Bağlılıq varmı?..
Bu gün, 07:01
Erməni lobbisinin əsiri olan qanun: 907-ci düzəlişin taleyi necə olacaq? - AKTUAL
Bu gün, 06:58
ABŞ termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb - KİV
Bu gün, 06:54
Jurnalistlər NECƏ DOLANACAQ? - heç düşündülərmi?
Bu gün, 06:52
Narazı işçi SOCAR şefinə ÜZ TUTDU - "Bizə borc verin..."
Bu gün, 06:43
“Vahid Qafqaz evi” layihəsi... - yenidən aktuallaşa bilər
Bu gün, 06:26
Elçin Rzayevin sözünə "QULAQ ASAN" yoxdur-Deputat kəndlinin örüş yerini "AZAD EDƏCƏKMİ?" -QALMAQAL
Dünən, 18:57
Uşağa görə boşanmamaq: - Valideynlərin həqiqəti, yoxsa travma?
Dünən, 18:02
“Leş Tofiq”lər hərəkətə keçdi - Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?
Dünən, 17:59
“Nəzakət xanımla Mənsum İbrahimovun günahı yoxdur” - AzTV İCAZƏ VERMƏDİ...
Dünən, 17:54
Həbsdə olan müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb, saxta əlillik sənədi düzəltməkdə təqsirləndirilir
Dünən, 17:52
Təhsildə ikitirəlik yaranır - NƏ ETMƏLİ?
Dünən, 17:43
Qadını aldadıb, tanışını rüsvayedici videolarla şantaj edən şəxsə cəza verildi
Dünən, 17:41
ETN-dən iki gündə iki tender: 2.5 milyon layihə-smetaya, 9 milyon isə təmirə xərclənəcək - TƏFƏRRÜAT
Dünən, 17:38
“Bülbüloğlu Mehdiyevin dəstəyi ilə…” - Rəşid Behbudovun kürəkəni susmur
Dünən, 17:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru