Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ .....                     “Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” .....                     Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir .....                     “Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” .....                     "Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." .....                     "Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." .....                     Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı .....                     “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... .....                     "Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb .....                     Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb .....                     "Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." .....                     "Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" .....                     CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: .....                     Erməni şərabı və konyakı Rusiya bazarından yığılır .....                     Belarusda nüvə təlimləri: .....                     Hüseyn Məmmədova yüksək vəzifə verildi .....                     Cənubi Qafqaz uğrunda böyük OYUN .....                     "Sifarişi vaxtında ünvana gətirib çıxartmır" .....                     Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb .....                     "Bu, Kamal müəllimin şəxsi fikridir..." .....                     Moskva caynağını çox dərinə ilişdirib .....                     Bakının İrəvandakı əsas adamı kimdir? .....                     Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb .....                     Əgər universitet dünya elminə təsir etmirsə... .....                     1 həftədir su borusu partlayıb... .....                     Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... .....                     Paşinyan rəqiblərindən öndədir, AMMA... .....                     "Söz azadlığı adı altında xalqı aşağılamaq..." .....                     1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası .....                     " Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " .....                     "Müasir insanların saxtalığı məni yorub..." .....                     Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... .....                     Bu üç ölkə anlaşarsa... .....                     Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... .....                     Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... .....                     Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam .....                     “ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” .....                     Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu .....                     “Qarabağ klanı” və Rusiya casusları birləşdi .....                 

İrəvan mücərrəd “sülh kəsişməsi” layihəsini yenidən ortaya atdı - Bakıdan sərt reaksiya
Tarix: 15-11-2025, 10:13 | Çap et

Azərbaycan Prezidenti İlham Əliyev “Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu” mövzusunda Xankəndidə keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində bildirib ki, tədbirin ölkələrimiz və bütövlükdə region üçün strateji əhəmiyyət daşıyan beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunması mövzusuna həsr olunması təsadüfi deyil.

Dövlət başçısı qeyd edib ki, son zamanlar dünyanın müxtəlif bölgələrində müşahidə olunan qarşıdurmalar beynəlxalq və regional təhlükəsizliyi ciddi şəkildə təhdid edən müxtəlif çağırışların artmasına səbəb olur: “Bu mənada ölkələrimizin ərazisindən keçən, Avropa ilə Asiyanı birləşdirən geniş nəqliyyat şəbəkəsinin mühafizə olunması üçün xüsusi xidmət və təhlükəsizlik orqanları arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi böyük önəm daşıyır”. Prezident daha sonra Azərbaycandan keçən və dövlətimizin liderliyi ilə reallaşdırılan dəhlizlərdən bəhs edib. Sitat: “Bu gün bizim ölkələr Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişaf etdirilməsində aparıcı rola malikdirlər. Azərbaycan müasir dəmir və avtomobil yolları, eləcə də hava və dəniz limanları infrastrukturuna böyük sərmayələr yatırır. Biz bu nəqliyyat və kommunikasiya xətlərini təkcə iqtisadi rifah mənbəyi kimi deyil, eyni zamanda Türk dövlətlərinin siyasi, mədəni, təhlükəsizlik və müdafiə sahələrində daha sıx inteqrasiyası üçün vacib təməl kimi görürük. Zəngəzur dəhlizinin açılması ölkələrimiz arasında birbaşa və maneəsiz əlaqələrin qurulmasında mühüm rol oynayacaqdır. Bu layihənin reallaşması nəticəsində yükdaşıma həcminin çoxalması regionun rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaqdır”.

Dövlət başçısının bu fikirləri onun Zəngəzur dəhlizinə nə dərəcədə böyük önəm verdiyini bir daha nümayiş etdirir. Xatırladaq ki, Prezident Qazaxıstan səfəri zamanı Zəngəzur dəhlizinin Azərbaycan hissəsində işlərin 2026-cı ilin ortalarınadək başa çatacağını bildirmişdi. Eyni zamanda digər ölkələri də 2028-ci ilin sonunadək dəhlizdəki işləri yekunlaşdırmağa çağırmışdı.

Ermənistanın baş naziri Nikol Paşinyan isə bəyan edib ki, İrəvan ABŞ-la məşhur “Tramp marşrutu”nun uzunmüddətli icarəyə verilməsi ilə bağlı iki variantı - 49 illik və 99 illik müddətləri - müzakirə edir. Musavat.com-un məlumatına görə, Paşinyan bildirib ki, icarə müddətləri birbaşa olaraq ABŞ investorlarının yatırımlarına və onların geri dönüş ehtiyacına bağlıdır: “Müddətlər investisiyaların həcmi və onların geri qaytarılması ilə əlaqəlidir. İnvestor əmin olmalıdır ki, qoyduğu vəsait ona geri qayıdacaq və müəyyən mənfəət əldə edəcək”. Müzakirələrin detalları açıqlanmasa da, bu məsələ Ermənistan-ABŞ əməkdaşlığında yeni strateji mərhələ kimi qiymətləndirilir.

Paşinyan həmçinin bildirib ki, ölkəsi artıq Türkiyədən Azərbaycana və əks istiqamətdə yük maşınlarının tranzit keçidini təmin etməyə tam hazırdır. O, “Dünyanın kəsişmə nöqtəsi: regional kommunikasiyaların inkişafı” adlı konfransdakı çıxışında bildirib: “Ermənistan bu gün artıq Türkiyədən Marqara və Kornidzor vasitəsilə Azərbaycana, eləcə də geriyə tranziti təmin edə bilər. Biz bunu təklif edirik, çünki artıq tam hazırıq”. Baş nazir həmçinin vurğulayıb ki, TRIPP layihəsi çərçivəsində birgə erməni-amerikan şirkəti yaradılacaq və bu qurumda strateji məsələlər üzrə həlledici söz Ermənistana məxsus olacaq.

Ermənistanın baş naziri İrəvanda keçirilən konfransda çıxışı zamanı Ermənistan və Azərbaycan liderlərinin Kopenhagendə apardığı danışıqlara dair yeni təfərrüatları da açıqlayıb. Onun sözlərinə görə, dövlət başçıları “Tramp marşrutu” üzrə elektrik ötürmə xətlərinin və qaz kəmərinin tikintisini prioritet mövzular kimi müzakirə ediblər. Paşinyan bildirib ki, danışıqlar zamanı hər iki tərəf ilkin olaraq ən sürətli və real nəticə verə biləcək infrastruktur komponentlərini qiymətləndirib.

O deyib: “Gizlətmirəm, prezident İlham Əliyevlə Kopenhagendə bu məsələni müzakirə etdik və ilkin olaraq belə nəticəyə gəldik ki, ən tez həyata keçirilə bilən layihə elektrik xətti və qaz kəmərinin tikintisidir”. Ermənistan hökumət başçısı ümid etdiyini bildirib ki, növbəti müzakirələrdə bu mövzu daha da konkretləşəcək və praktiki mərhələyə keçəcək. Paşinyan həmçinin vurğulayıb ki, layihənin reallaşmasına mane ola biləcək heç bir siyasi və ya texniki əngəl görmür.

Ermənistanın iş görməkdənsə, daha çox Zəngəzur dəhlizinin 43 km-lik hissəsinin tikintisini ləngitməsini, müxtəlif bəhanələrlə zaman qazanmağa çalışmasını müşahidə etməkdəyik. Vaşinqtondakı razılaşmalardan sonra vaxt itirmədən işlərə başlanılması barədə çağırış olmuşdu. Amma Paşinyan yenidən mücərrəd “sülh kəsişməsi” layihəsinə qayıtmaqla “toyda dava salmağa” çalışır. Faktiki olaraq onun təklifi proseslərin irəli aparılmasına əngəl sayıla bilər. Fakt budur ki, Paşinyan Zəngəzur dəhlizi ilə bağlı “bir addım irəli, iki addım geri” siyasətini yürütməkdədir. Bu isə Ermənistan rəhbərliyinin çox riskli oyunlara baş vurduğunu deməyə əsas verir.

Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Nikol Paşinyanın bu açıqlamasında yeni heç nə yoxdur: “Əvvəl, daha dəqiqi 2023-cü ilin yazında ”hay qovşağı" adlandırdığı, həmin ilin payızında Tiflisdə keçirilən beynəlxlaq konfransda “adını dəyişib ”sülh qovşağı" etdiyi xəyali lahiyə haqda o, 2021-ci ildəki seçki kampaniyasından üzü bu yana danışır. Xatırladım ki, həmən kampaniyada Paşinyanın iki əsas şüarı vardı, o, insan haqları məsələsini qabardaraq Qarabağı “xilas olmaq üçün ayrılmaq” adı altından guya Azərbaycandan qoparacaqlarını və bir də Ermənistanı Zəngəzur dəhlizini açmadan belə nəqliyyat qovşağına çevirəcəyini vəd edirdi. Təkcə bizim iki böyük qonşumuzun deyil, Qərbin də hərtərəfli dəstəklədiyi birinici vədi ilə bağlı nə baş verdiyini biz gördük. Son zamanlar xəyal yox, real Ermənistandan danışmağa üstünlük verən Paşinyanın ikinci vədi də əslində bayaq qeyd etdiyim kimi, xəyaldır". S.Alıyev qeyd etdi ki, Zəngəzur dəhlizi açılmayınca Ermənistan nəqliyyat qovşağına çevrilməyəcək: “Azərbaycandan Türkiyəyə və əksinə daşınmalar Zəngəzur dəhlizindən keçməklə baş verməlidir. Ermənistan baş naziri Bakıdakı hərbi paraddan qayıdarkən Türkiyə Prezdienti cənab Ərdoğanın verdiyi açıqlamalara bir də diqqət yetirsin. İki qardaş ölkə əvvəl bu məsələdə necə sixron hərəkət edirdilərsə, yenə də eyni siyasət yeridilir. Bir də əgər Türkiyə Azərbaycandan daşınmaların Ermənistan üzərindən keçməklə reallaşdırılmasını dəstəkləsə idi, onda yayda 2,8 milyard dollara başa gələcək Qars-Dilucu dəmir yolu xəttinin təməli qoyulmazdı. Yeri gəlmişkən, onun tikintisinin 2029-cu ildə tamamlanması planlaşdırılır ki, bu da təqribən Zəngəzur dəhlizi ilə eyni vaxtda olmalıdır. Xatırladım ki, cənab Prezident də bu yaxınlarda Qazaxıstanda səfərdə olarkən Zəngəzur dəhlizinin 2028-ci ilin sonuna istifadəyə verilməsinin planlaşdırıldığını demişdi. Amma Ermənistan istəsə idi, dövlət başçımızın Səudiyyə Ərəbistanının ”Əl-Ərəbiyyə" telekanalına bildirdiyi kimi, Azərbaycan onun tikintisini bir il ərzində tamamlaya bilərdi. Və gələn ilin sonlarından həmən marşrutla daşınmalar da real idi. Ancaq qarşı tərəf başqa xəyallar qurdu və belə görünür ki, qurmaqda da davam edir. Azərbaycanla səfehcəsinə davranışın özlərini gülünc vəziyyətə salmaqdan başqa onlara nəsə bəxş etməyəcəyini bilə-bilə yenə də oxşar hərəkətlərə yol verirlər".

S.Alıyev digər mühüm bir məqama da diqqət çəkdi: “Yeri gəlmişkən, sözügedən tədbirdə Paşinyanın Zəngəzurda növbədənkənar delimitasiya və demarkasiyadan bəhs etməsi məndə müəyyən suallar yaradır. O yerdə ki dəmir yolu inşa ediləcək, həmən yerə Azərbaycanın maneəsiz keçiddən başqa hər hansı iddiasının olmadığı ortadaykən və üstəlik, oranın ABŞ-yə icarəyə verilməsi haqda razılaşma olduğu halda, nədən rəsmi İrəvan əvvəlki plandan kənara çıxaraq indi də Zəngəzurda delimitasiyaya başlamaq təşəbbüsü irəli sürür?”

Millət vəkili xəbərdarlığını da etdi: “Əgər burada Azərbaycana təzyiq elementi varsa, bu, Ermənistana yaxşı heç nə vəd etmir. Necə adlanmasından və Ermənistanın nə düşünməsindən asılı olmayaraq, Zəngəzur dəhlizi açılacaq və Azərbaycanın şərti, yəni bizim üçün maneəsiz keçid təmin edilməklə açılacaq. İnanmaq istərdim ki, Ermənistan hakimiyyəti bu reallığı dərk edir və ”Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu" mövzusunda bu gün Xankəndidə keçirilən konfransa kimlərin qatıldıqlarını, niyə qatıldıqlarını görür və onun nə demək olduğunun fərqindədir".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Bu gün, 11:14
“Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Bu gün, 11:11
Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Bu gün, 11:00
“Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” - Paşinyan
Bu gün, 10:59
"Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." - RƏY
Bu gün, 10:54
"Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 10:47
"Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...
Bu gün, 10:46
Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı - VİDEO
Bu gün, 10:23
“Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
Bu gün, 10:19
"Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb
Bu gün, 10:07
Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:06
"Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." - ETİRAZ
Bu gün, 09:57
"Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" - ONA GÖRƏ DƏ...
Bu gün, 09:49
CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: - 13 nəfər saxlanılıb
Bu gün, 09:47
Erməni şərabı və konyakı Rusiya bazarından yığılır - SƏBƏB
Bu gün, 09:45
Belarusda nüvə təlimləri: - Putinin əsl məqsədi nədir?
Bu gün, 09:43
Hüseyn Məmmədova yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:37
Cənubi Qafqaz uğrunda böyük OYUN – Bakının “B planı”
Bu gün, 09:36
"Sifarişi vaxtında ünvana gətirib çıxartmır" - GİLEY
Bu gün, 09:23
Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Bu gün, 09:07
"Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Bu gün, 07:37
Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Bu gün, 07:34
Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Bu gün, 07:27
Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Bu gün, 07:25
Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:46
1 həftədir su borusu partlayıb... - GİLEY
Bu gün, 03:29
Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Bu gün, 03:24
Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Bu gün, 03:18
"Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Bu gün, 03:10
1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Bu gün, 03:04
" Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Bu gün, 03:02
"Müasir insanların saxtalığı məni yorub..." - Nura Suri
Bu gün, 02:52
Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... - Şəhid qardaşından ETİRAZ
Bu gün, 02:42
Bu üç ölkə anlaşarsa... müdafiə nazirlikləri ləğv olunar...
Bu gün, 02:36
Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... - "Aşağıdakı insanların dərdi xırda görünür..."
Bu gün, 02:28
Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... - "Büdcənin elə çox böyük hissəsi..."
Bu gün, 02:22
Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam
Dünən, 19:44
“ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” - İranlı deputat
Dünən, 17:16
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
Dünən, 17:09
“Qarabağ klanı” və Rusiya casusları birləşdi - PAŞİNYANA QARŞI...
Dünən, 17:07
Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU - TƏFƏRRÜAT
Dünən, 17:00
Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb - Asəf Quliyev
Dünən, 16:47
Karapetyandan Moskvanı narahat edən AÇIQLAMA
Dünən, 16:42
"PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:40
"Düşünün, analiz edin, empatiya hissiniz olsun..." - ÇAĞIRIŞ
Dünən, 16:34
ABŞ və İran sülhlə bağlı razılığa gəldi – “Al-Arabiya”
Dünən, 16:29
Ermənistan vətəndaş müharibəsinə doğru gedir - Tərəflər bir-birinin qanına susayıb
Dünən, 16:28
Nazirlik aqrar sektoru MƏHV EDİB - Ölkədə məhsul qıtlığı yaranacaq, qiymətlər bahalaşacaq
Dünən, 16:26
Anar Əsədliyə hökm oxundu - 4 il 6 ay müddətinə ...
Dünən, 16:18
Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir - AKTUAL
Dünən, 16:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru