Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi mebel-inventarların, avadanlıqların və digər malların alınması üzrə satınalma prosedurunu yekunlaşdırıb.
"DİA-AZ" xəbər verir ki, satınalma nəticəsində qurum “EN GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə imzalayıb.
Müqavilənin ümumi məbləği 12 milyon 296 min 480 manat 40 qəpik təşkil edir.Ehtimal olunan qiymət isə 12 milyon 510 min 424 manat 36 qəpik.
Qeyd edək ki, DİN-nin Maddi -Texniki Təminat Baş İdarəsi ilə "EN Group" 8 milyon 416 min 730,81 manat dəyərində Avadanlıqların və mebel-inventarların alınması tenderi üzrə də müqavilə imzalayıb.













