
"Rövşən müəllim, məlumatınız üçün bildiririk ki, sizin tabeçiliyinizdə olan "Azəriqaz" İstehsalat Birliyinin Təmir Tikinti İdarəsinin işçiləri hələ də aylıq məvacibini almayıb". "DİA-AZ" xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətinin Prezidenti Rovsən Nəcəfə bir qrup işçi adından ünvanlanan açıq məktubda deyilir.
Müraciətdə daha sonra bildirilir: "Sizdən xahiş edirik, bizə borca da olsa... pul verin.
Sizə Azərbaycan vətəndaşı olaraq söz veririk ki, aylıq məvacibimiz köçən kimi borcunuzu geri qaytaracağıq..."












