"Əli qələm tutan yazır ki, MM-in xeyli deputatı Ramiz Mehdiyevin "ələyindən keçib", yəni həmin deputatların seçilməsində onun fövqəladə rolu olub..."
"DİA-AZ"ın məlumatına görə, bu sözləri sabiq deputat, eks-konsul Xeyrəddin Qoca özünün sosial şəbəkə hesabında yazıb.
Eks-diplomat daha sonra bildirir: "Onda belə çıxır ki, MM buraxılanda ( bir-iki dəfə buraxılıb) öz əli ilə "biz bu işi bacarmarıq" yazan deputatlar təzədən deputat seçiliblər?!.
Belə deputatları "buraxmaq" yox, tutmaq lazımdır!.."
Xeyrəddin Qoca növbəti statusunda isə bunu əlavə edib:
"Ha başımı sındırıram, anlaya bilmirəm ki, niyə vəzifəli adamların, deputatların 95 faizindən çoxu Ramiz Mehdiyevə yaltaqlanıb? O kim idi, axı?! Mənə görə o, aparatda təsərrüfat müdiri kimi bir vəzifə daşıyırdı..."











