ADSEA-nın bu idarəsi TƏFTİŞ OLUNDU .....                     “Ermənistanda zəhərli ideologiya hələ də qalır” .....                     Rəşad İsmayılovun şəxsi biznesinə görə meşələr məhv edilir .....                     Lombard biznesindən milyonlar qazanan Fərman Quliyev kimdi? .....                     Paşinyan hökuməti Rusiyadakı “şahinlərin” qəzəbindən ehtiyat edir .....                     Azad Rzayevin şirkəti dövlətə borclandı .....                     Parisdəki kosmik sammit Makron üçün ən uğursuz sammit ola bilər .....                     Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir? .....                     44 günlük müharibədən 6 il sonra Ermənistanın gizli itkiləri üzə çıxır .....                     Qəbul imtahanlarına indi də PİSA yeniliyi: “Çox absurd olar” .....                     Onları teatrın dedi-qodusu ayırdı... .....                     Bayramovun "sərəncamı" icra olunacaqmı? .....                     AzəriQaz-da rəhbərlik də PİYADA QALIB .....                     Ukrayna və Rusiya arasında HAVA DURUMU... .....                     Bizdə ölənlərin sayı niyə bu qədər çoxdur... .....                     "Azərbaycan “demokrafik quyuya” düşür-düşəcək..." .....                     "Filiala getdim və nəticə yoxdur..." .....                     "Şirbala"nın "Nazlısı"nın faciəvi həyatı .....                     Kirayə ev bazarında SÜNİ BAHALAŞMA... .....                     Dəlillər bizi mütləq ali bir Zəkaya aparır... .....                     İndi deyirlər ki, müalicən neçəyə başa gəldi? .....                     “Güzəştli mənzil” elektron sistemi vasitəsilə növbəti mənzil seçiminin uğurla başa çatdığı açıqlanıb .....                     DİA-AZ-da təmir gedir... .....                     Şuşada qayalara yazı yazmaq: ehtiram, yoxsa vandalizm? .....                     Binəqədidə TİKİNTİ XAOUSU... .....                     Paşinyan Azərbaycana qarşı döyüşən şəxsə yüksək vəzifə verdi .....                     Ülvi KİMİ "QILINCLADI? .....                     Azərbaycanlı biznesmen bu ticarət mərkəzini aldı .....                     Bakı ilə İrəvan arasında Araik söhbəti .....                     Qlobal əxlaqın “hakimi” .....                     MİDA bu rayonlarda mənzillərin qiymətini kəskin qaldırıb .....                     Azərbaycandan qaça bilmiş separatçı generalların sərvəti müzakirə mövzusuna çevrildi... .....                     Limanda dispetçer iş yoldaşını zibil qutusuna görə döydü .....                     Azərbaycan ərazisində erməni şairin heykəli: özləri götürdü .....                     Bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var .....                     5 şirkət fəaliyyətini dayandırır .....                     Gəlirləri kəskin düşən «Mərmər-İnşaat» sərt qənaətə keçib .....                     Azərbaycanın beynəlxalq axtarışa verdiyi qaçaqmalçı .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyi kimdən, niyə və necə qorunur?! .....                     “ABŞ Zəngəzura qoşun yeridir...” .....                 

ƏLÖVSƏT OSMANLI MİSİR MƏRDANOVU “SÖKDÜ”
Tarix: 7-09-2012, 13:51 | Çap et
ƏLÖVSƏT OSMANLI MİSİR MƏRDANOVU “SÖKDÜ”

“BU İL DƏ TƏHSİLİMİZDƏN HEÇ NƏ GÖZLƏMİRƏM”

DİA.AZ: - Bir neçə gün öncə Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlının mətbuatda geniş müsahibəsi dərc olundu. Müsahibəsində o, hər il yaşanan dərslik problemindən tutmuş kurikulumun tətbiqinədək bir çox məsələlərə toxunmuşdu. Bununla bağlı bəzi məsələlərə təhsil eksperti, riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlının da münasibətini öyrəndik.

– 2008-ci ildə yeni kurikulumların tətbiqinə start verildi və indiyədək onlar əsasında yalnız 1-4-cü siniflərin dərslikləri hazırlanmışdı. Bu ildən isə 5-ci siniflər üçün yeni dərsliklərin istifadəsinə başlanılacaq. Bu haqda nə deyə bilərsiniz?
– Sualınızın cavabına bir az uzaqdan gəlmək istərdim. Qeyd etdiniz ki, bu dərsliklər yeni kurikulumlar əsasında hazırlanıb. Əvvəla gəlin görək, kurikulumların özləri necədir, yəni onlar tənqidə nə dərəcədə davamlıdır, sonra keçərik dərsliklərə.
Yəqin ki, kurikulumların hansı abırda olması barədə çap olunan silsilə yazıları və cild-cild kitabları oxumusunuz. Təhsilimizi xar edən bu eybəcər sənədlər haqqında indiyədək nə qalıb deyilməsin: “yalançı kurikulumlarla təhsilimizin məzmunu dağıdıldı”; “hazırkı kurikulumlar sınıq-salxaq şeylərdir, yoluq cücəyə bənzəyir”; “bugünkü kurikulumlar təhsilimizə qarayaradır”; “onlar müəlimlərimiz üçün əngəl-kələfə çevrilib” və s. Kurikulumlar bu gündə olanda, indi təsəvvür edin, onlar əsasında “hazırlanmış” dərsliklər nə gündədir. Üstəgəl dərslik müəlliflərimizin spektrinə nəzər salın, görün onlar kimlərdir. Bir çoxunun savadsızlığı, naşılığı və ya səriştəsizliyi onların cızmaqaralarının ilk 3-4 səhifəsindən açıq-aşkar görünür. Bir sözlə, bizim ibtidai sinif dərsliklərinin səviyyəsini postulat şəklində belə ifadə etmək olar: Dünyanın heç bir ölkəsində bu dərəcədə bədnam dərsliklər yoxdur!
Bu gün 5-ci siniflərin yeni dərslikləri haqqında nazirlik yetkililəri çox danışırlar, guya onlar, əvvəlkilərdən fərqli olaraq, görənək olacaq. Nə qalıb, bir neçə gündən sonra bu dərslikləri də görəcəyik. Bəlli olacaq ki, onlar daha betər vəziyyətdədir. Digər tərəfdən, bədbəxtçiliyin dərəcəsinə baxın, 5-ci sinif dərslikləri rəsmi kurikulumlar ortalıqda olmadan hazırlanıb. Belə olan təqdirdə görülən işin ciddiliyindən necə danışmaq olar?!

– Nazirliyin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı isə deyir ki, kurikulumlar təsdiq olunub, amma toplu halında çap olunmayıb...
– Məsələ də elə bundadır, guya kurikulumlar təsdiq olunub, sadəcə olaraq, onları çap edə bilməyiblər. Əgər kurikulumlar kitab halında deyilsə, onlara necə rəsmi sənəd statusu vermək olar?! Onlar haqqında necə rəy bildirmək olar?! Elektron variantı haqqında tənqidi bir fikir söyləyəcəksən, götürüb dəyişdirəcəklər, heç nəyi də sübut edə bilməyəcəksən. Amma onlar kitab şəklində çap olunsa, bunu edə bilməyəcəklər. Siz özünüz deyin, diskdəki, yaxud fləşdəki hər hansı materialı rəsmi sənəd saymaq olarmı? Şahbazlıdan soruşsaq ki, müsabiqəyə dərsliklərin çap yox, elektron versiyasını təqdim etsələr, onları qəbul edərsinizmi, yəqin deyəcək: əlbəttə yox! Yaxşı onda niyə kurikulum kimi ciddi sənəd cəmiyyət arasında kitab halında yox, disklərdə və fləşlərdə “əl-əl” gəzir.

– Bəs onda kurikulumların çap olunmamasının əsas səbəbi nədir?
– Əsas səbəb onların alayarımçıq olmasıdır. Daha doğrusu, kurikulumları başa gətirə bilmədiklərindən çap edə bilmirlər. Yalandan dövlətə və hökumətə hesabat verirlər ki, guya 5-11-ci siniflərin kurikulumları hazırdır və 02.06.2011-ci il tarixində nazirin 963 saylı əmrilə təsdiq olunub. Ortada isə kurikulumların məzmun standartlarının layihəsindən başqa bir şey yoxdur. Vəziyyətin həddən artıq kritik olması nazirin həmin əmrinin 6-cı bəndindən də açıq-aydın görünür: “Nəzərə alınsın ki, mahiyyət etibarı ilə ümumi orta və tam orta təhsil səviyyələri üçün fənn proqramları (kurikulumları) ilk dəfə hazırlandığından onlar tətbiq edilənədək həmin sənədlərdə redaktə xarakterli və digər aidiyyəti düzəlişlər oluna bilər”. Necə yəni “redaktə xarakterli və digər aidiyyəti düzəlişlər (?!) oluna bilər”? Axı, bu deyilənlər də daxil, bütün prosedurları keçib gəldikdən sonra kurikulumlar təsdiq edilə bilər. Burada bir şeyi də deyim: Yalandan da olsa, məzmun standartlarının layihələri uydurma kurikulum layihəsi adı ilə “Azərbaycan müəllimi” qəzetində dərc olundu, riyaziyyatdan heç bunu da etmədilər. Belə çıxır, cənab nazir yarımçıq sənədləri təsdiqləməklə öz imzasına hörmət etməyib...
Sizi əmin edirəm, bundan sonra hələ bir il də keçəcək, yenə 5-11-ci siniflərin kurikulumları çap olunmayacaq. Buna dəqiq inanmaq istəyirsinizsə, maraqlı bir araşdırma da apara bilərsiniz. Yüz bəhanə gətirəcəklər. Yəqin əsas bəhanələri də bu olacaq ki, maliyyə vəsaitimiz çatışmır, ona görə də çap edə bilmirik. Halbuki buna o qədər də maliyyə gərək deyil. Onda sual verin: Necə olur ki, boş-boş şeylərə vəsait tapa bilirsiniz, amma təlimin təməlini təşkil edən kurikulumların çapına tapa bilmirsiniz? Əgər buna da bir söz tapsalar, onda şəstlə deyə bilərsiniz: Təsdiq etdiyiniz kurikulumların elektron variantını on günə redaksiyamıza təqdim edin, bir təşkilat var, onları kitab halında çap etmək istəyir. Görək onda nə deyəcəklər...

– Faiq müəllim həm də dərsliklərin məzmununun yenilənməsindən, onların keyfiyyətinin yaxşılaşmasından danışır...
– Faiq Şahbazlı və onun təmsil etdiyi qurum dediklərindən arxayın olsaydı, böyük bir təqdimat törəni keçirər, “keyfiyyətli dərsliklərini” ictimaiyyətə təqdim edər, biz də sizinlə birlikdə onların yaxşı və ya pis cəhətlərinin nədən ibarət olduğunu görərdik. Adam “dərsliklər hazırdır, məktəblərə çatdırılıb” – deyir, amma onları ictimaiyyətə təqdim etmək istəmir. Yanğından mal qaçırırmış kimi, onları gizlətməyin məntiqi nədir?! Onsuz da beş-altı gündən sonra hər şey ortada olacaq...

– Amma dərsliklərin keyfiyyətinə nəzarət üçün müstəqil Dərslikləri Qiymətləndirmə Şurası var, deyir...
– Bu da təhsil məmurlarının quyruqlu yalanlarından biridir. Əgər bir qurumun üzvləri, ekspertləri nazirlik tərəfindən seçilib təsdiq və ya azad edilir, əsasnaməsinə görə nazirlik qarşısında hər il hesabat verirsə, onun nəyi müstəqildir? Müstəqil təşkilat da başqa qurum qarşısında hesabat verərmi? Həmin qurumun üzvləri ölkədə tanınmış və çoxlu sayda dövlət işləri olan şəxslərdir. Onların bir neçə günün içərisində minlərlə səhifə dərsliyi saf-çürük edib düzgün qiymətləndirməsi haqqında cəfəngiyyata qarğalar da gülər.

– Bəs onda bu şəxslərin orada təmsil olunmasının məntiqi nədir?!
– Məntiqi çox sadədir. Nazirlik onların gur-gur guruldayan adlarından və titullarından istifadə edir, dərsliklərin qiymətləndirilməsi sahəsindəki zibillərini süpürərək xalça altına yığır. Onlar da bunun qarşılğında yeni vəzifələr və dərslik müəllifliyi əldə etmək şansı “qazanırlar”.

– Belə görünür, ölkədə dərslik müəllifliyi məsələsi hələ də həll olunmayıb...
– Mən dəfələrlə dediyim bir fikri yenə təkrar edirəm: Misir Mərdanov nazir olduğu müddətdə Azərbaycan təhsilində nəinki dərslik problemi, heç bir problem həll olunmayacaq. Onun komandası problemləri həll etməklə yox, problem yaradıb ondan “bəhrələnməklə” məşğuldur. Baxın, indiyədək, nazir və Faiq Şahbazlı başda olmaqla, nazirliyin şöbə müdirləri, onların qohum-əqrəbaları, DQŞ üzvləri dərslik müəllifi olurdularsa, indi övladlarını da bu işə “qoşublar”. Ötən il Faiq Şahbazlının qızının iki dərsliyi çap olundu. Görək o, bu il şapkasından daha nələri çıxaracaq...

– Yeni dərs ilinin başlanmasına sanılı günlər qalır. Təhsil sahəsində bu ildən nə gözləntiləriniz var?..
– Qovut bilirsinizmi nədir? İndini bilmirəm, əvvəllər qovrulmuş buğdanı kirkirədə çəkib un halına salardılar, adına da deyərdilər: qovut. Molla Nəsrəddinin məşhur lətifəsi var.
“Bir gün Molla torbasındakı qovutu yemək istəyirmiş. Möhkəm də külək əsirmiş. O, qovutu ovcunda ağzına yaxınlaşdırarkən külək sovurub aparırmış. Görənlər soruşurlar:
– Molla, yediyin nədir?
Molla cavabında deyir:
– Külək belə əssə, heç nə!”
Sizin bu sualınızı da eyni cür cavablandırardım: İşlər belə davam edərsə, təhsilimizdən builki gözləntim: “heç nə!”...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ADSEA-nın bu idarəsi TƏFTİŞ OLUNDU - Rafiq Aslanovun taleyi həll olunur
Bu gün, 08:37
“Ermənistanda zəhərli ideologiya hələ də qalır” - FAKT BUDUR!
Bu gün, 08:32
Rəşad İsmayılovun şəxsi biznesinə görə meşələr məhv edilir - BU NƏDİ BELƏ?
Bu gün, 08:28
Lombard biznesindən milyonlar qazanan Fərman Quliyev kimdi? - İTTİHAM VAR...
Bu gün, 08:25
Paşinyan hökuməti Rusiyadakı “şahinlərin” qəzəbindən ehtiyat edir - İNCƏLƏMƏ
Bu gün, 08:22
Azad Rzayevin şirkəti dövlətə borclandı - 248 min manatdan çox...
Bu gün, 08:20
Parisdəki kosmik sammit Makron üçün ən uğursuz sammit ola bilər - "Politico"
Bu gün, 08:18
Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir? - ŞƏRH
Bu gün, 08:16
44 günlük müharibədən 6 il sonra Ermənistanın gizli itkiləri üzə çıxır – prezident yeni rəqəmi dedi
Bu gün, 08:15
Qəbul imtahanlarına indi də PİSA yeniliyi: “Çox absurd olar” - Ekspert deyir ki...
Bu gün, 08:13
Onları teatrın dedi-qodusu ayırdı... - “Həyatda mənimki gətirmədi”
Bu gün, 08:05
Bayramovun "sərəncamı" icra olunacaqmı? - GƏLİŞMƏ
Bu gün, 08:00
AzəriQaz-da rəhbərlik də PİYADA QALIB - İDDİA
Bu gün, 07:54
Ukrayna və Rusiya arasında HAVA DURUMU... - Görünəni odur ki...
Bu gün, 07:10
Bizdə ölənlərin sayı niyə bu qədər çoxdur... - ÇÜNKİ...
Bu gün, 07:07
"Azərbaycan “demokrafik quyuya” düşür-düşəcək..." - partiya sədri
Bu gün, 07:03
"Filiala getdim və nəticə yoxdur..." - GİLEY
Bu gün, 07:00
"Şirbala"nın "Nazlısı"nın faciəvi həyatı - ANIM
Bu gün, 06:49
Kirayə ev bazarında SÜNİ BAHALAŞMA... - TƏBİİ MÜDAXİLƏ tələb edir!
Bu gün, 06:39
Dəlillər bizi mütləq ali bir Zəkaya aparır... - AKTUAL
Bu gün, 06:36
İndi deyirlər ki, müalicən neçəyə başa gəldi? - REPLİKA
Bu gün, 06:32
“Güzəştli mənzil” elektron sistemi vasitəsilə növbəti mənzil seçiminin uğurla başa çatdığı açıqlanıb - TƏFƏRRÜAT
Bu gün, 00:14
DİA-AZ-da təmir gedir...
Dünən, 17:16
Şuşada qayalara yazı yazmaq: ehtiram, yoxsa vandalizm? - ŞƏRH
Dünən, 17:01
Binəqədidə TİKİNTİ XAOUSU... DAVAM EDİR...
Dünən, 13:11
Paşinyan Azərbaycana qarşı döyüşən şəxsə yüksək vəzifə verdi - KİV
Dünən, 13:09
Ülvi KİMİ "QILINCLADI? – "Birdəfəlik yox olurlar"
Dünən, 13:05
Azərbaycanlı biznesmen bu ticarət mərkəzini aldı - FOTO
Dünən, 12:58
Bakı ilə İrəvan arasında Araik söhbəti - Simonyan NİYƏ gəlir?
Dünən, 12:55
Qlobal əxlaqın “hakimi” – Bu səlahiyyəti Britaniya mediasına kim verib?
Dünən, 12:52
MİDA bu rayonlarda mənzillərin qiymətini kəskin qaldırıb – Son qiymətlər
Dünən, 12:49
Azərbaycandan qaça bilmiş separatçı generalların sərvəti müzakirə mövzusuna çevrildi... - TƏFƏRRÜAT
Dünən, 12:43
Limanda dispetçer iş yoldaşını zibil qutusuna görə döydü – QƏRAR
Dünən, 12:41
Azərbaycan ərazisində erməni şairin heykəli: özləri götürdü – FOTO
Dünən, 12:32
Bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:26
5 şirkət fəaliyyətini dayandırır - SİYAHI
Dünən, 12:25
Gəlirləri kəskin düşən «Mərmər-İnşaat» sərt qənaətə keçib – XƏRCLƏRİ 3 QAT AZALDIB
Dünən, 12:21
Azərbaycanın beynəlxalq axtarışa verdiyi qaçaqmalçı Ukraynada TUTULDU
Dünən, 12:17
QHT-lərə Dövlət Dəstəyi Agentliyi kimdən, niyə və necə qorunur?! -İldə 80 min manat da belə gedir....
Dünən, 12:13
“ABŞ Zəngəzura qoşun yeridir...” – Rusiyadan Gümrü HƏMLƏSİ
Dünən, 12:09
Plastik cərrah siyahısında yoxdurlar, amma əməliyyat edirlər – Saxta cərrahlar yenə İŞ BAŞINDA
Dünən, 12:07
Elgizin verilişi bu tarixdə başlayacaq
Dünən, 12:01
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək - KİV
Dünən, 11:55
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
Dünən, 11:51
"PwC Azərbaycan"da komanda dəyişir: YENİ TƏYİNATLAR - FOTOLAR
Dünən, 11:48
Erməni katolikosun bu fikirləri İrəvanı qarışdırdı - Görün nələr deyib...
Dünən, 11:44
"Kayu" uşaq bağçasında şiddət iddiası: "Uşağın gözünü partladıblar" - Qarşı tərəf DEYİR Kİ...
Dünən, 11:39
70 MİLYON, YOXSA 7 MİLYARD? – Mehdiyevin “yığdıqları” milyonlarla ölçülə bilməz...
Dünən, 11:28
Röya Ayxan 80 milyon manata ev alıb? - AÇIQLAMA
Dünən, 11:25
Fərid Əhmədovun vətəndaş qəbulunda NƏ BAŞ VERİB? - İDDİA
Dünən, 11:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru