ERMƏNİLƏR İNDİ DƏ NAZİRLİKLƏRİMİZİ «VURUR»
Tarix: 2-09-2012, 14:34 |
Çap et
ERMƏNİ HAKERLƏR ARTIQ BİR NEÇƏ DÖVLƏT SAYTINI SIRADAN ÇIXARIB
DİA.AZ: - Ramil Səfərovla bağlı ajiotaj virtual aləmdə davam edir. Məlumdur ki, son iki gündə erməni hakerlər Azərbaycanın onlarla saytının işini iflic ediblər. Bu gün səhər saatlarından isə Azərbaycanın ayrı-ayrı nazirliklərinin veb-səhifələri hədəfə alınıb.
Artıq vergilər, fövqəladə hallar və daha bir neçə nazirliyin saytı erməni hakerlər tərəfindən dağıdılıb. DİA.AZ bildirir ki, eyni zamanda ayrı-ayrı xəbər agentlikləri də son iki gün ərzində normal fəaliyyət göstərə bilmirlər.