İCRA BAŞÇISI PUL YIĞMAĞA YENİ BƏHANƏ TAPIB
Tarix: 1-09-2012, 12:35 |
Çap et
GƏNCƏDƏ RAMİL SƏFƏROVU BAYRAQ EDİB PUL YIĞMAĞA BAŞLAYIBLAR
DİA.AZ: - Bütün ölkənin başının Ramil Səfərovun dönüşünə qarışdığı bir ərəfədə bəzi fürsətcil məmurlar isə öz əməllərindən qalmırlar. Bu barədə DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev Ramil Səfərovun şəninə Gəncədə bayram törəni hazırlanması üçün tapşırıq verib. Amma maraqlıdır ki, tədbirin maliyyə qaynağı kimi yerli sahibkarlar göstərilib.
Sahibkarlardan biri bu məsələ ilə bağlı redaksiyamıza ilginc açıqlama verdi: «Ramil Səfərova bizim canımız qurbandır. Amma niyə icra başçısı öz adına çıxacağı tədbir üçün bizdən pul yığdırır? Buna etiraz edirik. Amma Ramil Səfərova gəlincə, o, Azərbaycanın qeyrətli oğlu kimi hamımız tərəfindən sevilir, onun yolunda malımızdan keçsək də, azdır».
Hər halda, gəncəli sahibkarın bu haqlı iradı qarşısında Gəncə şəhər rəhbərliyinin hansı izahatı verəcəyi çox maraqlıdır…