Gömrük Komitəsi büdcə öhdəliyini niyə yerinə yetirə bilməyib? .....                     Özlərini vəzifəli şəxs kimi təqdim edib pulları mənimsəyənlərlə bağlı .....                     “Xalq artisti var ki, heç insanlığı, şəxsiyyəti yoxdur, ayrı-seçkilik salırlar ki...” .....                     Dələduzluq edən "səfirlik əməkdaşı" ilə bağlı .....                     “Zeynəb Xanlarova toylara getməyib, .....                     Məhkəmə müdir təyinatı adı ilə 68 mini ələ keçirən şəxslə bağlı qərar çıxardı .....                     Paşinyan onu Azərbaycana verəcəkmi? .....                     Bakının mərkəzində SU ÇİLƏSİ... .....                     "Ən pis sülh, ən yaxşı müharibədən karlıdır" .....                     Əməkdar artist fotosessiyasını paylaşdı və... .....                     Putinin tənqidçisi GÜLLƏLƏNDİ .....                     Rus ordusu nə qədər ərazini ələ keçirib? .....                     Tələbənin biliyi yox... CİBİ ÖNƏMLİDİR! .....                     Tramp İranla memorandumun mətnini iyunun 19-dan əvvəl açıqlaya bilər .....                     "Qəsdən kəsir, sonra 1500 - 2000 AZN tələb edirlər" .....                     Üç ayda İrandan min tondan çox forel gətirilib .....                     Tibb şirkətinin dövlətə vergi borcu yarandı .....                     Naxçıvanda idarəetmə problemi... .....                     Bu təhsil binası heç oynamalı halda deyil .....                     Aİ-dən Azərbaycan əsilli iş adamına qarşı ŞOK SANKSIYA! .....                     “Həmkarlar”ın etiraz doğuran turpaketi... .....                     Bakının 9 rayonunda bu binalar sökülür .....                     Min kilometrlərlə aralıda güllə atılanda məhsullar niyə bahalaşır?.. .....                     Fermerlərin problemi: Ona çarə tapılacaqmı? .....                     Azərbaycan, yoxsa rus bölməsi? .....                     Daha "Ləzzət" də LƏZZƏT ELƏMİR .....                     "Mən müğənni olmaq istəməmişəm ki..." .....                     Netanyahu parlament seçkilərində qalib gəlmək niyyətində olduğunu bildirib .....                     Cənubi Qafqazda "soyuq müharibə" nəzarətdən çıxır .....                     Qərb İrana qarşı sanksiyaları ləğv etməyə tələsmir .....                     İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq? .....                     Polşa Orxan Məmmədbəylini niyə axtarışa verib? .....                     Rusiya nə mesaj verir? .....                     Sabahdan sığorta ilə bağlı bu sistem ləğv edilir, yeni əmsalın tətbiqinə başlanılır .....                     Paşinyan və Anna Hakopyan boşanmayıblar? .....                     “Dövlət teatrlarının heç birində vakansiya yoxdur” .....                     Paşinyandan Kremli “havalandıracaq” daha bir addım .....                     Sabah Məhərrəm ayı başlayır .....                     Moskvada Elvin Paşayev dələduzluq ittihamı ilə həbs edilib .....                     Qalmaqallı “zərbə planı” İranı necə xilas etdi? .....                 

Gəncə Dövlət Universitetində kameralar qarşısında necə rüşvət yığılır – GDU-nun müəllim heyəti prezidentə müraciət etdi
Tarix: 12-07-2014, 11:29 | Çap et
Gəncə Dövlət Universitetində kameralar qarşısında necə rüşvət yığılır
DİA.AZ: - Gəncə Dövlət Universitetinin bir qrup professor-müəllim heyəti DİA.AZ vasitəsilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına müraciət ünvanlayıb. Müraciətin diaaz.space-a daxil olan mətnində deyilir:

“Gəncə Dövlət Universitetində baş verən rüşvət yığımları, rəhbərlik tərəfindən müəllim və tələbələrə qarşı yol verilən haqsızlıqlar və digər qanun pozuntuları barədə kütləvi informasiya vasitələrində demək olar ki, hər gün məlumat getməsinə baxmayaraq GDU-nun rektoru Yusif Yusifov "burda mənəm, Bagdadda kor xəlifə" prinsipini üstün tutub. Buraxılış və bəzi kursların yay imtahan sessiyasını yığılmış rüşvətin həcminə görə uğurla başa çatdıran Yusif Yusifov tərəfindən dekanlara ciddi şəkildə tapşırıq verilib, bütün fakültələr üzrə pul əvvəlcədən yığılır.

Universitet rəhbərliyi hamının gözündən pərdə asmaq üçün imtahan otaqlarına kameralar quraşdırıblar. Və bununla guya, hər şeyin şəffaf olduğunu nümayiş etdirməyə çalışırlar. В«Əslində isə vəziyyət tamam başqadır. Bütün alver dekanlıqda reallaşır. Tələbə haqqını dekanın otağında verib, imtahanlardan keçir. Əks təqdirdə, onun qiymət alması mümkün deyilВ» Dekanlar pulları yığib bu işə təhkim olunmuş prorektor Asif Cavadova təhvil verirlər. Bu o Asif Cavadovdur ki, rüşvətxorluğuna görə vaxtilə vəzifədən qovulmuşdu.Asif Cavadov hələ 39 saylı Gəncə şəhər Kəpəz seçki dairəsində işləyən zaman prezident seçkiləri zamanı ulu öndər H.Əliyevin əleyhinə təbligat aparırdı.Həmin seçkilər vaxtı LALƏ ŞÖVKƏT hər dəfə Gəncəyə gələndə Asif müəllimin evində gecələyirdi.Maraqlıdır, Yusif Yusifov tərəfindən" Psixologiya" kafedrasına müdir təyin olunan Zümrüd Şirinovanı(Asif Cavadovun həyat yoldaşı) Lalə Şövkətlə hansı sıcaq münasibətlər bağlayır ?Dünən Heydər Əliyevin əleyhdarı olan, müxalifəti dəstəkləyən bu şəxslər indi başqa cəbhədədir.... İnsan öz simasını nə qədər xamilyon parçalar kimi dəyişə bilər?

GDU-nun tələbələri isə yeni tariflər qarşısında qalmışlar. Məhz bu tariflərə görə Gəncə Dövlət Universitetində növbəti semestrin bütün imtahanlarının birgə, yəni “topdansatış” qiyməti təxminən 500-600 manat civarında müəyyənləşdirilib.Universitetdə oxudun-oxumadın hamıdan bir nəfər kimi pul yığılır. Tələbələr imtahanda sualların cavablarını düz yazsa da, onlara heç olmasa ”3" də vermirlər. “3"ün qiyməti 70, ”4"ün 80, “5"inki isə 100 manatdır. Pedaqoji təcrübəyə getməmək müqabilində isə 150-200 manat pul yığılır. Hətta pedaqoji təcrübəyə getmək istəyənlər olsa da onlardan 50 manat pul tələb olunur.Təcrübənin hal-hazırda qızğin vaxtıdır, amma yoxlayın, təcrübə olan yerlərdə bir nəfər tələbə tapmaq müşgül işdir.

Gəncə Dövlət Universitetində kameralar qarşısında necə rüşvət yığılır

Gəncə Dövlət Universiteti tələbələrdən məcburi pul yığımlarının təşkilinə görə bir çox paytaxt universitetlərini belə kölgədə qoyub.Pul yığımlarının təşkili və bu prosesə nəzarət əsasən, fakültə dekanlarına həvalə olunmuşdur. Elə növbəti semestr imtahanları və dövlət imtahanları üçün yığım prosesinə başlanma xəbəri də məhz bu şəxslər tərəfindən elan olunmuşdu.Dövlət imtahanı üçün bəri başdan 500 manatdan yığıldı.Universitetdə özbaşınalıq, rüşvətxorluq, müxtəlif maliyyə maxinasiyaları baş alıb gedir, bütün vəzifələrə təyinat rüşvətlə həyata keçirilir. Dekanlar(20000 manat), kafedra müdirləri(10000 manat) və müəllimlər(5000-8000 manat), hətta laborantlar(3000-5000 manat) belə rüşvət müqabilində təyin olunurlar.Gəncə Dövlət Universitetinin tarixində indiki kimi rüşvətxorluq olmayıb, bu da Mikayıl Cabbarovun qoyduğu rektorun və və vaxtilə müsavat, milli-istiqlal partiyalarının üzvü olan prorektorların sayəsində olub. Universitetdə yaşanan problemlərdən biri də rektor Yusif Yusifov tərəfindən israrla həyata keçirilən “qohumbazlıq siyasəti” ilə bağlıdır. Məhz bu siyasətin nəticəsi olaraq universitetin ştat siyahısı “ölü canlarla” xeyli zəngindir.

GDU-nun ərazisi də zəbt olunub, rektor universitetin ərazisinə öz şəxsi təsərrüfatı kimi baxır, bu işdə keçmiş sələfi Yadigar Əliyevdən heç də geri qalmır. Yadigar Əliyev universitetin idman meydançasının bir hissəsini "SONİ" mağazasına satmışdı. Yusif Yusifov isə başı bəlalı həmin idman meydançasının digər hissəsini mağazaya və avtobus dayanacağına icarəyə verib. Adı rüşvət və korrupsiya qalmaqalında hallanan dövlət təhsil müəssisəsinin rəhbəri Yusif Yusifov kütləvi informasiya vasitələrində haqqında gedən bu məlumatlara nə reaksiya verir, nə də narahat olur. Aydın məsələdir ki, arxası möhkəm bağlı olduğundan bu qədər əmin şəkildə öz korrupsiya əməllərinə davam edir.Hansısa bir tələbə rüşvətxorluğa etiraz edəndə rektor deyir ki, tələb olunan məbləğ verilməlidir, şəhərin icra başçısı bizə şəhərin abadlaşdırılması ilə baglı haqq qoyub,bu bizdən asılı deyil.

Bizcə Təhsil naziri Mikayıl Cabbarov rektorun özbaşınalıqlarına qəti şəkildə son qoymalıdır. Lakin mənbələr Yusif Yusifovun belə bəsit tədbirlərin təsirinə qətiyyən məruz qalmayacaq bir məmur olduğunu iddia edirlər. Rektor yaxın ətrafının əhatəsində baş verənlərə belə münasibət bildirib: “Yazılanlara fikir verməyin, mən vəzifəyə təzə qoyulmuşam, mətbuat da yazsın, nazirə də yazsınlar, Elmar Vəliyevə də yazsınlar,bunların hamısı əhəmiyyətsiz şeylərdir, kimdir ki bu cızma-qaraları oxuyan?Məni bu vəzifəyə qoyduran qüvvələr məni respublika səviyyəsində dəstəkləyir, hələ görərik nələr olacaq".

Digər tərəfdən , indiki təhsil naziri Mikayıl Cabbarova həddən artıq ümid var idi. Əksəriyyət inanırdı ki, Mikayıl Cabbarov təhsili düzəldəcək. Amma gözlənilənlər baş vermədi. Əksinə, yalnız orta məktəblərdə “süpürgə pulunu” qadağan edəcək həddə cəsarət sahibi olan Mikayıl Cabbarov hətta ən primitiv pulyığma bəhanələrini belə ali və orta məktəb rəhbərlərinin əlindan ala bilmədi. Elə buna görə də, indi bəzən Mikayıl Cabbarovun iş prinsipinə baxanlar “Allah Misir Mərdanovun atasına rəhmət eləsin” deyərək, əsəblərini sakitləşdirirlər. Mikayıl Cabbarov isə heç bir elmi dərəcəsi və elmi adı olmayan, bir gün də olsa pedaqoji fəaliyyətlə məşğul olmayan bir ali məktəb məzunudur. Mikayıl Cabbarov səviyyəsində bir nazir ali məktəb rektorları ilə görüşüb təhsilin hər hansı bir məsələsinin müzakirə etməsi iqtidarında deyildir,çünki Mikayıl Cabbarov və onun əhatəsinə yığdığı işçilərin təhsil sisteminə bələdçiliyi olmadığından təhsilin daha səmərəli idarə olunmasına hardan və nədən başlanmasını bilmir.

Fikrimizcə, Təhsil Nazirliyində onun əsas məqsədi təhsildə müəyyən islahatların aparılması yox, təhsilə ayrılan bütün vəsaitin xərclənməsinin özü tərəfindən həyata keçirilməsi, imkan olduqca dövlət tərəfindən təhsilə ayrılan vəsaitlərin həcminin daha çox artırılmasına nail olmaq və bu yollarla da daha çox sərvət toplamaqdan ibarətdir. Bu işdə isə ölkənin baş xəzinədarı Azər Bayramov və Cavanşir Yusifovun köməyinə möhtac olan Mikayıl Cabbarov Yusif Yusifov(Cavanşir Yusifovun qardaşı) kimilərinin haqqında heç bir tədbir görəsi deyil.

Ümid edirik ki, ölkə rəhbərliyi yaxın zamanlarda Mikayıl Cabbarovun səriştəsiz bir nazir olacağının şahidi olacaqdır.Bəlkə yeni təyin olunacaq təhsil naziri Gəncə Dövlət Universitetindəki bu anarxiyaya son qoya..........

Müraciətin mətni möhtərəm Prezidentə də göndəriləcək”.

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gömrük Komitəsi büdcə öhdəliyini niyə yerinə yetirə bilməyib? - SƏBƏB
Bu gün, 09:37
Özlərini vəzifəli şəxs kimi təqdim edib pulları mənimsəyənlərlə bağlı QƏRAR
Bu gün, 09:31
“Xalq artisti var ki, heç insanlığı, şəxsiyyəti yoxdur, ayrı-seçkilik salırlar ki...” - Xanəndədən ETİRAZ
Bu gün, 09:30
Dələduzluq edən "səfirlik əməkdaşı" ilə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:26
“Zeynəb Xanlarova toylara getməyib, bizi bazarda da görüblər, marketdə də...”
Bu gün, 09:24
Məhkəmə müdir təyinatı adı ilə 68 mini ələ keçirən şəxslə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:14
Paşinyan onu Azərbaycana verəcəkmi? - AKTUAL
Bu gün, 09:10
Bakının mərkəzində SU ÇİLƏSİ... - Vətəndaş deyir ki...
Bu gün, 08:59
"Ən pis sülh, ən yaxşı müharibədən karlıdır" - partiya sədri
Bu gün, 07:47
Əməkdar artist fotosessiyasını paylaşdı və... - "HEÇ NƏ BİTMİŞ SAYILMAZ!"
Bu gün, 07:32
Putinin tənqidçisi GÜLLƏLƏNDİ - TƏFƏRRÜAT
Bu gün, 07:23
Rus ordusu nə qədər ərazini ələ keçirib? - General
Bu gün, 07:05
Tələbənin biliyi yox... CİBİ ÖNƏMLİDİR! - BAZAR AÇIBLAR...
Bu gün, 07:03
Tramp İranla memorandumun mətnini iyunun 19-dan əvvəl açıqlaya bilər
Bu gün, 06:57
"Qəsdən kəsir, sonra 1500 - 2000 AZN tələb edirlər" - "ADPU tələbələri NARAZIDIR
Bu gün, 06:54
Üç ayda İrandan min tondan çox forel gətirilib – Kiloqramı 7,6 manata
Bu gün, 06:46
Tibb şirkətinin dövlətə vergi borcu yarandı - "İZOMER MEDİCAL" MMC büdcəyə ödəniş etmir
Bu gün, 06:43
Naxçıvanda idarəetmə problemi... ONSUZ DA VAR!
Bu gün, 06:32
Bu təhsil binası heç oynamalı halda deyil - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 06:26
Aİ-dən Azərbaycan əsilli iş adamına qarşı ŞOK SANKSIYA! – Siyahıya salındı
Bu gün, 06:17
“Həmkarlar”ın etiraz doğuran turpaketi... - “O boyda pul yığırlar, verdikləri yeməyə bax” + VİDEO
Bu gün, 06:12
Bakının 9 rayonunda bu binalar sökülür – Sakinlərinə MÜHÜM XƏBƏR
Bu gün, 06:07
Min kilometrlərlə aralıda güllə atılanda məhsullar niyə bahalaşır?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:53
Fermerlərin problemi: Ona çarə tapılacaqmı? - Ekspert deyir ki...
Bu gün, 05:49
Azərbaycan, yoxsa rus bölməsi? – AKTUAL MÜZAKİRƏ
Bu gün, 05:47
Daha "Ləzzət" də LƏZZƏT ELƏMİR - GİLEY
Bu gün, 05:42
"Mən müğənni olmaq istəməmişəm ki..."
Bu gün, 05:37
Netanyahu parlament seçkilərində qalib gəlmək niyyətində olduğunu bildirib - KİV
Bu gün, 05:30
Cənubi Qafqazda "soyuq müharibə" nəzarətdən çıxır - Paşinyanın "Avropa xəyalı" Rusiyanı geopolitik labirintə yönəldir
Dünən, 18:39
Qərb İrana qarşı sanksiyaları ləğv etməyə tələsmir - GƏLİŞMƏ
Dünən, 18:35
İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq? - AKTUAL
Dünən, 17:14
Polşa Orxan Məmmədbəylini niyə axtarışa verib? - TƏFƏRRÜAT
Dünən, 17:12
Rusiya nə mesaj verir? - ŞƏRH
Dünən, 16:45
Sabahdan sığorta ilə bağlı bu sistem ləğv edilir, yeni əmsalın tətbiqinə başlanılır - DETALLAR
Dünən, 16:35
Paşinyan və Anna Hakopyan boşanmayıblar? – Baş nazirin qərarı müzakirələrə səbəb olub
Dünən, 16:25
“Dövlət teatrlarının heç birində vakansiya yoxdur” - Gənc aktrisadan etiraz
Dünən, 16:21
Paşinyandan Kremli “havalandıracaq” daha bir addım - ŞOK DETALLAR
Dünən, 16:18
Sabah Məhərrəm ayı başlayır
Dünən, 16:13
Moskvada Elvin Paşayev dələduzluq ittihamı ilə həbs edilib - TƏFƏRRÜAT
Dünən, 16:11
Qalmaqallı “zərbə planı” İranı necə xilas etdi? – Pezeşkiandan SEPAH həmləsi
Dünən, 13:37
Əsrin sövdələşməsi, yoxsa... - Kövrək razılaşmanın pozulma ehtimalı
Dünən, 13:32
Ermənistan KTMT-dən ÇIXA BİLƏR - GƏLİŞMƏ
Dünən, 13:26
Seçkidən sonra Bakı ilə İrəvan arasında ilk təmas: - Dilican görüşü nəyə təkan verə bilər?
Dünən, 13:22
737 nümayəndədən 729-u Orbana səs verdi: - “Heç vaxt təslim olmuram”
Dünən, 13:10
Putin Kiyevdə dinc sakinləri bombalayarkən Çin bir güllə atmadan Rusiyanın şərq ərazilərini işğal edir...
Dünən, 13:00
Ermənistanda köhnə xəstəlik yenidən xortlayıb
Dünən, 12:57
Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb - Hesablama Palatası
Dünən, 12:45
Mirzoyandan Kremli qəzəbləndirəcək demarş - KİV
Dünən, 12:41
Eyni anda iki həqiqət: ABŞ İrana təslim oldu - Senatordan səs-küylü paylaşım
Dünən, 12:12
Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?
Dünən, 11:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru