“Biz gözləyirdik ki, Siz Nazir seçiləndən sonra”... – Lerik sakinləri nazirdən nəyi istədilər? - ŞİKAYƏT VAR
Tarix: 13-06-2014, 10:51 |
Çap et
DİA.AZ: - Bir qrup Lerik sakini adından Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümova şikayət məktubu ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a göndərilən müraciətin mətnini olduğu kimi diqqətinizə təqdim edirik:
“Bildirmək istəyirəm ki, Əsgərov Mirqabil Mirəhməd oğlu Sizin əmrinizlə “Ç” maddəsi ilə DSMF Lerik rayon şöbəsindən işdən çıxarılmışdır. Lakin Lerik rayon ƏSMM-nin keçmiş direktoru Alışov Vəligülla Fazil oğlu Əmək məcəlləsini pozaraq onu Lerik rayon ƏSMM-nə işə götürür. Ünvanlı sosial yardım verilən ildə isə onu Ünvanlı sosial yardım üzrə məsləhətçi təyin edir.
Hörmətli Nazir! Sizə bildirmək istəyirik ki, M.Əsgərov və sizin hal-hazırda Lerik rayon ƏSMM-dən işdən çıxardığınız şəxslər o şəxslərdirki, vaxtı ilə əmək pensiyaları DSMF-yə və veriləndə Sizin tapşırığınzla yoxlama nəticəsində aşkar edilmiş külli miqdarda saxta pensiyalar yazıb onu mənimsəyən şəxslərdir.
Biz gözləyirdik ki, Siz Nazir seçiləndən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən işçilərin şəxsi işləri ilə tanış olub necə işçilərin çalışdığını görərsiniz. Amma M.Əsgərov kimi şəxslər hələ də sizin Nazirliyin işçiləridir”.
Qarşı tərəfi də dinləməyə hazırıq....