Zaqatalanın icra başçısı qanunları necə pozur - Artıq bu adam üçün özəl qaydalar var - Biznesmen imiş
Tarix: 5-06-2014, 11:37 |
Çap et
Azərbaycan Respublikasının qüvvədə olan müvafiq qanunvericilik aktlarının tələblərinə əsasən dövlət məmuru bizneslə məşğul ola bilməz. GUNDEMİNFO.AZ-a daxil olan informasiya isə bu qanunların Zaqatala rayonunun icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə tərəfindən pozulduğuna işarədir. Daxil olan məlumata əsasən icra başçısı rəsmən biznes strukturu yaradıb və rəhbəri olduğu rayonda bütün tikinti işlərinin sifarişini də özü alır. 2009-cu ilin sentyabr ayının 25-də yaradılan «Qax Avto» Məhdud Məsuliyyətli Cəmiyyət elə həmin ildə Qax Rayon Mərkəzi Avtovağzalının tikintisini həyata keçirib. Həmin dövrdə Mübariz Əhmədzadə Qaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyirdi.
Gundeminfo.az-a bu ilginc xəbəri verən mənbə iddia edir ki, Mübariz Əhmədzadə Qaxdan Zaqatala rayonuna təyinat aldıqdan sonra da bir sıra rəsmi sifarişləri öz şirkəti üçün alaraq icra işlərini həyata keçirib. Və bununla da «Dövlət qulluqçuları haqqında» qanunvericiliyin tələbləri kobud surətdə pozulub. Qeyd edək ki, təqdim etdiyimiz informasiya Vergilər Nazirliyinin rəsmi saytında da yerləşdirilib.