Rus ordusu nə qədər ərazini ələ keçirib? .....                     Tələbənin biliyi yox... CİBİ ÖNƏMLİDİR! .....                     Tramp İranla memorandumun mətnini iyunun 19-dan əvvəl açıqlaya bilər .....                     "Qəsdən kəsir, sonra 1500 - 2000 AZN tələb edirlər" .....                     Üç ayda İrandan min tondan çox forel gətirilib .....                     Tibb şirkətinin dövlətə vergi borcu yarandı .....                     Naxçıvanda idarəetmə problemi... .....                     Bu təhsil binası heç oynamalı halda deyil .....                     Aİ-dən Azərbaycan əsilli iş adamına qarşı ŞOK SANKSIYA! .....                     “Həmkarlar”ın etiraz doğuran turpaketi... .....                     Bakının 9 rayonunda bu binalar sökülür .....                     Min kilometrlərlə aralıda güllə atılanda məhsullar niyə bahalaşır?.. .....                     Fermerlərin problemi: Ona çarə tapılacaqmı? .....                     Azərbaycan, yoxsa rus bölməsi? .....                     Daha "Ləzzət" də LƏZZƏT ELƏMİR .....                     "Mən müğənni olmaq istəməmişəm ki..." .....                     Netanyahu parlament seçkilərində qalib gəlmək niyyətində olduğunu bildirib .....                     Cənubi Qafqazda "soyuq müharibə" nəzarətdən çıxır .....                     Qərb İrana qarşı sanksiyaları ləğv etməyə tələsmir .....                     İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq? .....                     Polşa Orxan Məmmədbəylini niyə axtarışa verib? .....                     Rusiya nə mesaj verir? .....                     Sabahdan sığorta ilə bağlı bu sistem ləğv edilir, yeni əmsalın tətbiqinə başlanılır .....                     Paşinyan və Anna Hakopyan boşanmayıblar? .....                     “Dövlət teatrlarının heç birində vakansiya yoxdur” .....                     Paşinyandan Kremli “havalandıracaq” daha bir addım .....                     Sabah Məhərrəm ayı başlayır .....                     Moskvada Elvin Paşayev dələduzluq ittihamı ilə həbs edilib .....                     Qalmaqallı “zərbə planı” İranı necə xilas etdi? .....                     Əsrin sövdələşməsi, yoxsa... .....                     Ermənistan KTMT-dən ÇIXA BİLƏR .....                     Seçkidən sonra Bakı ilə İrəvan arasında ilk təmas: .....                     737 nümayəndədən 729-u Orbana səs verdi: .....                     Putin Kiyevdə dinc sakinləri bombalayarkən .....                     Ermənistanda köhnə xəstəlik yenidən xortlayıb .....                     Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb .....                     Mirzoyandan Kremli qəzəbləndirəcək demarş .....                     Eyni anda iki həqiqət: ABŞ İrana təslim oldu .....                     Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib .....                     Bir imza ilə başlayan yeni strateji dövr .....                 

Qocalar Evində BİABIRÇI MƏNZƏRƏ - İTTİHAM VAR!
Tarix: 7-04-2022, 09:38 | Çap et
Qocalar Evində BİABIRÇI MƏNZƏRƏ
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsi ondan ibarətdir ki, dövlətimizin iqtisadi imkanlarından hər bir vətəndaşın həyatının yaxşı təşkil olunması üçün istifadə edilsin. Hər il olduğu kimi, bu il də Novruz bayramı münasibəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bilgəh qəsəbəsində yerləşən Müharibə və əmək əlilləri üçün pansionatını ziyarət edən hakimiyyət mənsubları, ictimaiyyət nümayəndələri gəlişigözəl sözlər danışacaqlar. Deyəcəklər ki, burada yaşayan insanların tibbi problemlərinin həlli daim nəzarətdə saxlanılır, onların sağlamlığına xüsusi diqqət göstərilir, yüksək şəraitlə təmin olunması istiqamətində bütün addımlar atılıb. Qeyd edəcəklər ki, Azərbaycan dövləti, Prezident İlham Əliyev ehtiyacı olan şəxslərə, o cümlədən ahıllara xüsusi diqqət və qayğı ilə yanaşır. Onların rahat yaşaması, ehtiyaclarının ödənməsi üçün lazımi addımlar atılır. Əllərində gətirdikləri sovqatları qocalara paylayacaqlar. Sonra da çıxıb gedəcəklər, bu görüşlərin təfərrüatları isə mətbuatda yayılacaq.

Və... konsert elə bununla da bitəcək. “Şahzadə” qonaqlar mürəxxəs olandan dərhal sonra isə qocalar, əlillər “Göyçək Fatmanın ögey anası” ilə - pansionun əzazil direktoru Samirə Mehdiyeva ilə başbaşa qalacaqlar. İllər yorğunu, əldən-ayaqdan, taqətdən düşmüş, bəziləri isə yaxınları tərəfindən atılmış bu insanlar sağlam, cavan və enerjili, amma tamahının, nəfsinin qulu olan, humanizm, insanpərvərlik nə olduğunu bilməyən direktorun terroruna məruz qalmaqda davam edəcəklər. Pensiya kartları əllərindən alınacaq, ərzaq və dərman paylarından kəsiləcək. Direktor ara-sıra əsarətə etirazını bildirən zavallıların səsini müxtəlif çirkinn üsullarla elə yerindəcə boğacaq – kimini intihar həddinə gətirib çıxaracaq, kimini dəlixanaya göndərtdirəcək. Barəsində yazılan tənqidi məqalələrin, edilən şikayətlərin də faydası olmayacaq. Çünki Samirənin “yuxarıda” Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov kimi havadarı var.

Razılaşın ki, kənardan bu vəziyyət olduqca pis, utancverici görünür: Nefti-qazı ilə zəngin, öz gücü ilə müharibəni udan Azərbaycan dövləti beş-on nəfər ahıl vətəndaşının qayğılsına qala, onlara diqqət göstərə bilmir.

Bu günlərdə “Dəryaz” qəzeti redaksiyasına direktorun pansionda yürütdüyü terror siyasətinə dair yeni məlumatlar daxil olub: “Xanlar dayı bir neçə il nbundan əvvələ qədər cəmiyyətdə hörməti və nüfuzu olan fərasətli bir ağsaqqal kimi tanınırdı. Sahibkarlıq fəaliyyəti ilə məşğul olurdu – Sumqayıt şəhərində məşhur “Karvan” ticarət mərkəzinin həndəvərində yerləşən restoranın sahibi idi. Sonradan müxtəlif obyektiv və subyektiv səbəblərdən adamın işləri yaxşı getmədi, sonunda müflis oldu. Tale onu ahıl yaşında Qocalar Evinə ürcah elədi. Dövlətin sosial siyasətindən yararlanmağı da bəlkə də pansionun sakinlərinin çoxundan daha artıq dərəcədə haqq etmişdi. Çünki vaxtilə sahibkar kimi dövlətin büdcəsinə orta statistik Azərbaycan vətəndaşından qat-qat çox vergi, sosial sığorta haqqı ödəmişdi. Təsəvvür edin ki, ağlı başında olan belə bir adamı Samirə Mehdiyeva dəlixanaya göndərmişdir. Ondan başqa bu yaxında haqsızlığa məruz qalan Eldar adlı başqa bir ahıl sakinin də aqibəti narkoloji xəstəxanalıq olmuşdur. Zavallının pensiya kartını da Samirə özündə saxlayıb, vermir. Əl-həzər edən Eldar kişinin harayına yetişən yoxdur”.

Məlumatı verən mənbə həmçinin bildirir ki, ömrünün son bir neçə ilini Samirə ilə mübarizədə keçirmiş, amma göndərilmiş olduğu psixiatriya xəstəxanasından öz əzmi, iradəsi və mətbuatın dəstəyi ilə qurtulub yenidən pansiona dönməyi bacarmış, adı sadiq oxucularımıza yaxşı bəlli olan Hüseynağa Nuriyevin də səhhət durumu ağırdır: “Hüseynağa kişinin öd kisəsi, qaraciyəri şişib. Danışırmış ki, Samirə ona yanlış dərman verib, zəhərləməyə çalışıb. Zavallının başı o qədər çəkib ki, direktordan şübhələnməyə özünü tam əsaslı hesab edir. Ona cərrahi əməliyyat olunmağı təklif ediblər. İmtina edib. İnamsızlığını ifadə edərək qorxduğunu deyib: “Siz mənim düşmənimsiz, aparırsız məni öldürməyə””.

Məlumata görə, Samirə Mehdiyeva daha ahıl yaşlıların və daha çox etiraz səsi çıxanların yaşadıqları 5-ci mərtəbənin sakinlərini təmir adı ilə dağıdıb digər mərtəbələrə. Bir sözlə, “parçala və hökm sür” prinsipinə uyğun olaraq onların birliyini, bira araya gəlmək imkanlarını pozub: “Kartlarını da əllərindən alıb. Aylıq pensiya ödənişlərinin vaxtı çatanda bankomatdan çıxartdırıb mənimsəyir. Hərəsinə bir kilo qənd, bir kiçik qutu çay və pampers alıb, qalanını mənimsəyir. Soruşana deyir ki, qocaların pullarını yığıb ehtiyata saxlayır. Adama deyərlər, sənin nə ixtiyarın var axı. Sən bəyəm dövlətdən daha etibarlı qoruyucusan ki? Səndə qalınca, öz pensiya hesablarında qalsa pis olar bəyəm?”

Təqdim olunan informasiyalar arasında Samirəyə nifrəti artıran biri də dünyasını dəyişən pansion sakinlərinin dəfni ilə bağlıdır: “Dövlətin onlara verdiyi 600 manat dəfn pulunu Samirə özünə götürür, məzarlarına qoyulası baş daşlarını isə qranit sexlərindən almır, “otxod” materialdan qurdurur. Dəfnə aid müsəlman ayinləri gözləənilmir, çox vaxt mollaya, mürdəşirə xərc çəkilmir. Bu azlıq edirmiş kimi, Samirə dəfnləri təşkil etmək üçün işçilərindən də köməklik umur”.

Samirə Mehdiyevanın kadr siyasəti də onun terrora, korrupsiyaya əsaslanan idarəçiliyi ilə səsləşir. Belə ki, o, artıq dəfələrlə yazdığımız kimi kollektivin stajlı, özündən əvvəl işləyən üzvlərini kənarlaşdırır, özünə sərf eləyən adamları vəzifəyə gətitir. Qeyd olunur ki, təzə işə götürdüyü şəxslər arasında qoluzorlu kimi xidmət göstərən cavan oğlan da vardır. İşdən çıxardığı adamların isə çoxu elə pansionun yerləşdiyi Bilgəh qəsəbəsində yaşayanlardır. Halbuki, məhz elələrinin vəzifədə qalması daha məqsədəuyğun hesab edilməlidir ki, məsafə baxımından həm davamiyyət intizamına riayət etmək, həm də fors-major hallarda, bayram və istirahət günlərində də rəhbərliyin çağırışına tez özlərini yetirmək imkanına malikdirlər. Əslində isə direktor rəvac verdiyi qanunsuzluqlar barədə məlumatların mətbuata məhz köhnə işçilər tərəfindən sızdırılmasından şübhələnir. Düşünür ki, köhnə komandanı yeniləyib özü bildiyi kimi müti kollektiv formalaşdırsa, “nerdə o səki bayramlar” deyib köhnə xoş günlərin xiffətini çəkən qocalarla tədricən üzülüşsə, öz işləri “yağ kimi” gedər.
//deryaz.az//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rus ordusu nə qədər ərazini ələ keçirib? - General
Bu gün, 07:05
Tələbənin biliyi yox... CİBİ ÖNƏMLİDİR! - BAZAR AÇIBLAR...
Bu gün, 07:03
Tramp İranla memorandumun mətnini iyunun 19-dan əvvəl açıqlaya bilər
Bu gün, 06:57
"Qəsdən kəsir, sonra 1500 - 2000 AZN tələb edirlər" - "ADPU tələbələri NARAZIDIR
Bu gün, 06:54
Üç ayda İrandan min tondan çox forel gətirilib – Kiloqramı 7,6 manata
Bu gün, 06:46
Tibb şirkətinin dövlətə vergi borcu yarandı - "İZOMER MEDİCAL" MMC büdcəyə ödəniş etmir
Bu gün, 06:43
Naxçıvanda idarəetmə problemi... ONSUZ DA VAR!
Bu gün, 06:32
Bu təhsil binası heç oynamalı halda deyil - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 06:26
Aİ-dən Azərbaycan əsilli iş adamına qarşı ŞOK SANKSIYA! – Siyahıya salındı
Bu gün, 06:17
“Həmkarlar”ın etiraz doğuran turpaketi... - “O boyda pul yığırlar, verdikləri yeməyə bax” + VİDEO
Bu gün, 06:12
Bakının 9 rayonunda bu binalar sökülür – Sakinlərinə MÜHÜM XƏBƏR
Bu gün, 06:07
Min kilometrlərlə aralıda güllə atılanda məhsullar niyə bahalaşır?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:53
Fermerlərin problemi: Ona çarə tapılacaqmı? - Ekspert deyir ki...
Bu gün, 05:49
Azərbaycan, yoxsa rus bölməsi? – AKTUAL MÜZAKİRƏ
Bu gün, 05:47
Daha "Ləzzət" də LƏZZƏT ELƏMİR - GİLEY
Bu gün, 05:42
"Mən müğənni olmaq istəməmişəm ki..."
Bu gün, 05:37
Netanyahu parlament seçkilərində qalib gəlmək niyyətində olduğunu bildirib - KİV
Bu gün, 05:30
Cənubi Qafqazda "soyuq müharibə" nəzarətdən çıxır - Paşinyanın "Avropa xəyalı" Rusiyanı geopolitik labirintə yönəldir
Dünən, 18:39
Qərb İrana qarşı sanksiyaları ləğv etməyə tələsmir - GƏLİŞMƏ
Dünən, 18:35
İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq? - AKTUAL
Dünən, 17:14
Polşa Orxan Məmmədbəylini niyə axtarışa verib? - TƏFƏRRÜAT
Dünən, 17:12
Rusiya nə mesaj verir? - ŞƏRH
Dünən, 16:45
Sabahdan sığorta ilə bağlı bu sistem ləğv edilir, yeni əmsalın tətbiqinə başlanılır - DETALLAR
Dünən, 16:35
Paşinyan və Anna Hakopyan boşanmayıblar? – Baş nazirin qərarı müzakirələrə səbəb olub
Dünən, 16:25
“Dövlət teatrlarının heç birində vakansiya yoxdur” - Gənc aktrisadan etiraz
Dünən, 16:21
Paşinyandan Kremli “havalandıracaq” daha bir addım - ŞOK DETALLAR
Dünən, 16:18
Sabah Məhərrəm ayı başlayır
Dünən, 16:13
Moskvada Elvin Paşayev dələduzluq ittihamı ilə həbs edilib - TƏFƏRRÜAT
Dünən, 16:11
Qalmaqallı “zərbə planı” İranı necə xilas etdi? – Pezeşkiandan SEPAH həmləsi
Dünən, 13:37
Əsrin sövdələşməsi, yoxsa... - Kövrək razılaşmanın pozulma ehtimalı
Dünən, 13:32
Ermənistan KTMT-dən ÇIXA BİLƏR - GƏLİŞMƏ
Dünən, 13:26
Seçkidən sonra Bakı ilə İrəvan arasında ilk təmas: - Dilican görüşü nəyə təkan verə bilər?
Dünən, 13:22
737 nümayəndədən 729-u Orbana səs verdi: - “Heç vaxt təslim olmuram”
Dünən, 13:10
Putin Kiyevdə dinc sakinləri bombalayarkən Çin bir güllə atmadan Rusiyanın şərq ərazilərini işğal edir...
Dünən, 13:00
Ermənistanda köhnə xəstəlik yenidən xortlayıb
Dünən, 12:57
Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb - Hesablama Palatası
Dünən, 12:45
Mirzoyandan Kremli qəzəbləndirəcək demarş - KİV
Dünən, 12:41
Eyni anda iki həqiqət: ABŞ İrana təslim oldu - Senatordan səs-küylü paylaşım
Dünən, 12:12
Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?
Dünən, 11:53
Bir imza ilə başlayan yeni strateji dövr - MƏQALƏ
Dünən, 11:52
Mahsun Bakıda kimin toyuna gəlib? - Məclisə yüksək çinli məmurlar da getdi
Dünən, 11:50
“Qarabağ problemini yaratmaqla çox şeylər itirdik” - Hovannasiyan
Dünən, 11:42
Ermənilər təəccüb içində: Paşinyanın partiyası parlamentə rusları da buraxacaq - DETALLAR
Dünən, 11:41
Seçkidən sonra İrəvanın gözlədiyi mesajı Hacıyev verdi – Dilicanda diqqətçəkən detal
Dünən, 11:30
"Azenco"nun mənfəəti bölüşdürüləcək
Dünən, 11:28
Vüqar Ağayev bəraət aldı: azərbaycanlı kriminal avtoriteti kim öldürüb? - TƏFƏRRÜAT
Dünən, 11:13
Vəzifəli şəxs vəfat etdi - FOTO
Dünən, 11:11
Flora Kərimovanın səhhəti normaldır - Yaqut İmanova
Dünən, 11:08
“Yəqin Kamal Abdulla qısqanc insandır, ya da qadını ona qarşı biganə olub ki, bu sözü deyir” - REAKSİYA
Dünən, 10:40
Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb? - AÇIQLAMA
Dünən, 10:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru