Moldova Rusiyanı "Rus Evi" ilə bağlı razılaşmanı ləğv etdiyi barədə xəbərdar edib .....                     “Rusiya hər zaman etdiyi əməlin məsuliyyətindən yayınmağa çalışıb” .....                     Misir Mərdanov vəzifəsini itirdi .....                     Məni təhqir edin, ancaq Azərbaycan xalqını yox .....                     “Oğlu rəhmətə getmişdi, özü isə 8 il xərçəng xəstəliyindən əziyyət çəkdi” .....                     "İllərdi anamı görmürəm" .....                     Ermənistanda Azərbaycan benzininin satışı başladı .....                     Azərbaycan vətəndaşı xarici orduda döyüşə bilərmi? .....                     4 ildir müharibə gedir, tərəvəz qiymətləri təəccübləndirdi .....                     22 il sonra barışdılar .....                     Putinin Paşinyanla bağlı planı fiaskoya uğradı .....                     Qarabağ canisi sərsəmlədi .....                     Dünyada ilk dəfə iki pilotsuz döyüş təyyarə avtonom şəkildə uçub .....                     Lavrovun ilsonu HƏDƏSİ... .....                     Quru sərhədləri ONA GÖRƏ BAĞLIDIR Kİ... .....                     "Bu nə məsuliyyətsizlikdir?" .....                     AYNA öz fəaliyyəti ilə nəyi yaradıb: Xaos, tıxac, cərimə, əsəb, gərginlik... .....                     Rusiya qoşunları Qulyaypoleni ələ keçirdi .....                     “Səhər TV”-nin qara üzü .....                     “Ölüb gedəcəyəm, amma 2 əsr məndən danışacaqlar” .....                     Keçmiş xanımı Ağadadaş Ağayevdən dəbdəbəli villanı geri istəyir .....                     “Polad Bülbüloğlu nazir olanda mənə dedi ki…” .....                     Yaxın gələcəkdə Ermənistandan da Azərbaycana ixrac mümkündür .....                     Bağlanan “Rus Evi”nin binasını 40 milyona kim satır? .....                     1000 manatı səhvən başqasının kartına köçürdü .....                     "Qarabağ"ın futbolçusu İspaniyanın bu klubunda .....                     “Qax-Taxıl” ASC-nin vergi borcu üzə çıxıb .....                     Elxan İbrahimovun bundan XƏBƏRİ YOXDUR? .....                     Rusiya Avropya xəbərdarlıq etdi .....                     Erməni qaraçıların Qafqaza gəlişi .....                     Rusiya Tayvanı Çinin ayrılmaz hissəsi kimi tanıdı .....                     Görün, bizə nə içirdirlər... .....                     Boşanan ailələr, yoxsa “boşanan” uşaqlar? .....                     Naxçıvan Mədəniyyət Nazirliyində qanunsuz PUL YIĞIMLARI... .....                     Almaniyanın daşıma şirkəti Azərbaycan bazarından gedir .....                     Moskvadan Bakıya qarşı məkrli həmlə: Rusiyanı ağır cavab gözləyir .....                     Talıb Əlixanbəyovun oğlu Bentley ilə qəza törədib qaçdı .....                     Əvəz Ələkbərov, Misir Mərdənov və Tanrıverdi Mustafayev BİR ARADA .....                     Putin niyə susur? .....                     Gömrük Komitəsinə sərt sözlər .....                 

“MƏHƏRRƏM ƏLIYEV HƏR ZAMAN PREZIDENTINƏ SADIQ OLUB”
Tarix: 16-09-2011, 14:17 | Çap et
“MƏHƏRRƏM ƏLIYEV HƏR ZAMAN PREZIDENTINƏ SADIQ OLUB”

DEPUTAT KEÇMİŞ RƏİS OLAN QARDAŞINDAN DANIŞDI

“Qafqazinfo” Milli Məclisin üzvü Adil Əliyevin unikal.org saytına müsahibəsini təqdim edir:

- Milli Məclisdə "Eks- prezidentlər haqqında" qanun layihəsinin müzakirəyə çıxarılması ilə bağlı nə deyə bilərsiniz?
- Bu məsələ ilə başqa komitə məşğul olduğundan dəqiq hansısa rəy söyləyə bilmərəm. Ümumən mənim fikrimə gəldikdə, belə bir qanunun qəbuluna həqiqətən ehtiyac var. Amma məsələ çox ciddi şəkildə təhlil ediləndən sonra. Yəni, bu gün ən mübahisəli məsələ budur ki, kimlər eks-prezident adlandırıla bilər? Vəzifəsini sona qədər icra edən prezidentlərlə yanaşı, prezidenti əvəz edənlər, fəaliyyətini sona çatdıra bilməyənlər də olub. Yəni məsələyə kompleks yanaşma olmalıdır və qanunun qəbulu bundan sonra mümkün ola bilər. Hesab edirəm ki, bunun üçün də vaxt lazımdır.

- Adil bəy, son günlər "Vikiliks" saytında Azərbaycanla bağlı sərt yazılar və fikirlər səsləndirilir. Sizcə, bu doğrudanmı sistemli və ardıcıl şəkildə həyata keçirilən kampaniyadır?
- Bu saytda Azərbaycanla bağlı dərc olunan materiallarla geniş şəkildə tanış olmuşam və təəssüf edirəm ki, bu gün Azərbaycana qarşı belə bir kampaniya başlayıb. Bu materialları təhlil etsəniz görərsiniz ki, ortada iki ciddi məsələ var. Bunlar nədir? İlk növbədə Azərbaycanın xarici siyasətini zədələməyə bir cəhd var. Görürsünüz ki, dərc olunan materiallarda əsasən Türkiyə-Azərbaycan, İran-Azərbaycan, Rusiya -Azərbaycan münasibətlərinə bir kölgə salmaq cəhdi var. Bu isə onunla bağlıdır ki, son illər Azərbaycan ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu balanslı xarici siyasəti davam etdirir və regionda ciddi gücə çevrilib. Azərbaycanın gücə çevrilməsini isə istəməyənlər bu cür addımlarla xarici siyasətimizi zədələməyə çalışırlar. Digər tərəfdən maraqlıdır, əgər bu sayt həqiqətən də həqiqətləri dərc edirsə, onda niyə bir neçə insandan başqa Azərbaycanda heç kəslə bağlı nə isə dərc etmir? Bu da sübut edir ki, baş verən bu olayların arxasında ciddi qüvvələr var və belə materiallar bundan sonra da dərc olunacaq. Bunu da qeyd edim ki, əvvəllər bu saytın yazdıqları dünyada ciddi qəbul olunurdusa, indi ciddiliyini itirib. Bunu da xüsusi olaraq qeyd etmək istəyirəm ki, sayt ilk dövrlərdə Türkiyə ilə Azərbaycan arasında gərginlik yaratmaq istəyəndə hər iki ölkənin başçıları müdrik addım atdılar və siyasətlərini bu cür mənasız xəbərlərə əsasən qurmadıqlarını bəyan etdilər. Mənə elə gəlir ki, hər birimiz bu mövqedən çıxış etməliyik.
Görünür, Ermənistan Rusiyanın, Gürcüstan isə Amerikanın təsirinə düşdüyü kimi, Azərbaycanı da təsir altına salmaq istəyənlər var və bu addımlar da o niyyətlə atılır.

- İctimai Palatanın hökumətə təqdim etdiyi "Yol xəritəsi" ilə bağlı layihənin müzakirə olunmasına Amerika kimi dövlət vasitəçilik etmək istəyir. Sizcə, hökumət bu problemləri müxalifətlə öz arasında - beynəlxalq təzyiqlər olmadan həll edə bilməzmi?
- Bilirsiz, bütün dövlətlərə kənardan təsirlər olur. Amma bu o demək deyil ki, bu təzyiqlərə görə dövləti maraqlar bir kənara atılmalıdır. Mən açıq deyirəm: bu gün Azərbaycanı idarə edən bir hakimiyyət var və dövlətin gərəkli institutları tam gücü ilə fəaliyyətdədir. Buna görə kimlərinsə hazırladığı hansısa sənədi uzun-uzadı müzakirə etməyə ehtiyac yoxdur. Müxalifət isə belə təklifləri hazırlayırsa, lap yaxşı, bunu təqdim etsinlər gərəkli institutlarımıza və orda maraqlı məqamlar olarsa, gələcəkdə nəzərə alınar. Amma bu gün müxalifət bir güc deyil, alternativ qüvvə kimi qəbul olunmaq səviyyəsində deyil və buna baxmayaraq elə təkliflərlə çıxış edir ki, bu siyasi etiket qaydalarına belə sığmır. Çox təəssüf ki, bəzi kənar qüvvələr də bu cür təşkilatlardan istifadə etməyə çalışırlar. O ki qaldı dialoq məsələsinə, Azərbaycan hakimiyyəti dəfələrlə bəyan edib ki, ümummilli məsələlərin müzakirə olunmasına hər zaman hazırdır və konstruktiv müxalifətlə dialoqa gedə bilər. Hətta bu günün özündə parlamentdə təmsil olunan müxalifətçi partiya sədrləri ilə hakimiyyət rəsmilərinin rəsmi tədbirlərdə görüşləri də olur, müzakirələri də. Buna görə hesab edirəm ki, radiikal müxalifət də dövləti maraqlarımızı nəzərə alaraq addım atmalıdır. Onda xalqın dəstəyini də alar və normal müxalifətçiliyini də edə bilər.

- Bildirilir ki, Azərbaycanda payız aylarında siyasi gərginlik artacaq. Siz bu barədə nə deyərdiniz?
- Bu çox az adamın illüziyası və istəyidir. Mən elə hesab edirəm ki, bu arzularla yaşamaq və nəyinsə olacağını gözləmək ağılsızlıqdır. Bilirsiniz, Yaxın Şərqdə baş verən proseslərdən sonra müxalifət cəmiyyəti çaşdıracaq müəyyən addımlar atdı ki, guya bu dalğa Azərbaycana da gələcək. Amma özləri özlərindən soruşmadılar ki, belə bir inqilab Azərbaycanda hansı səbəbə görə olmalıdır? Bilirsiniz, bu yenə də müxalifətin milli və dövləti maraqları nəzərə almamasından irəli gəlir. Müxalifət nəyəsə nail olmaq, real fəaliyyət göstərmək istəyirsə, xarici qüvvələrin yox, dövlətin yanında durmalıdır. Düzdür, bu gün elə məmurlar var ki, onların fəaliyyəti cəmiyyətdə ciddi narazılıqlar yaradır. Amma Prezident İlham Əliyevin korrupsiya əleyhinə apardığı işlər, dövlət qulluqçularının gəncləşdirilməsi istiqamətindəki qərarları bu cür məmurların yox olması ilə nəticələnəcək. Mən inanıram ki, Prezidentin gördüyü işlər Azərbaycan dövlətçiliyinin daha da möhkəmlənməsinə imkan verəcək. Buna görə boş yerdən ajiotaj yaratmağa ehtiyac yoxdur.

- Son zamanlar Azərbaycanda baş verən cinayətlər, xüsusən də odlu silahlardan istifadə hallalrı çoxalıb. Keçmiş polis zabiti kimi bunu necə dəyərləndirirsiniz, bu o deməkdirmi ki, Azərbaycanda yenə kruminal qruplaşmalar formalaşır?
- Bilirsiniz, vaxtilə Azərbaycanda çox ciddi kriminal qruplaşmalar olub. Amma Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə gördüyü ilk işlərdən biri də bu oldu ki, dövləti gözə görünmədən içindən dağıdan bu cür qruplaşmaları tamamilə sıradan çıxardı. Bəziləri isə ölkədən qaçıb getdi. Və bu gün baş verənlərin keçmişlə heç bir bağlılığı yoxdur. Buna görə də cinayətkarlıq o zamankı həddə deyil. Çünki baş verən cinayətlərin sayı kifayət qədər azalıb. Amma bunu tam açıq şəkildə demək lazımdır ki, baş verən cinayətlərdə müəyyən məmurların övladları və ya yaxınlarının da iştirakı ortaya çıxır. Düzdür, bu gün onlara qarşı da mübarizə aparılır. Amma onlar hansısa imkanlarından istifadə edə bilirlər. Hətta imkanlarından istifadə edərək bu cinayətlərin cəmiyyətdə bilinməsinin qarşısını da ala bilirlər. Mən inanıram ki, bu cür məmurlara və məmur balalarına qarşı ciddi ölçülər götürüləcək və xoşagəlməz olayların şahidi olmayacağıq. Fürsətdən istifadə edib elə burdan bəzi məmurlara və məmur övladlarına demək istəyirəm ki, əslində onlar mövqelərinə görə cəmiyyətə nümunə olmalıdırlar. Amma bu gün etdikləri pis nümunədir və bunun zərbəsi sonda hakimiyyətə və dövlətimizə dəyir. Buna görə də adi insanlardan fərqlənmək, adi vətəndaşların haqlarını tapdalamaqdan imtina etməlidirlər.

- Parlamentə amnistiya ilə bağlı layihə təqdim olunub. Bəzi deputatların amnistiyaya etiraz etdiyi söylənilir və bu belə əsaslandırılır ki, amnistiyaya arxayın olan bəzi cinayətkarlar daha da azğınlaşırlar. Siz necə düşünürsünüz?
- Əgər cinayətkarlıq çoxalırsa, qanunlar sərtləşməlidir. Amma bu o demək deyil ki, amnistiya olmamalıdır. Amnistiya olmalıdır. Bəyəm təkrar cinayət törədəcək bir nəfərə görə yerdə qalan bütün digər məhbuslar cavabdehlik daşıyırlar? Azad olunan dustaqlar dərk edirlər ki, həbsxanaya təkrar getmək ağılsızlıqdır. Mən bildiyim qədər, amnistiyaya düşən çox az adam olub ki, təzədən həbsxanaya qayıdıb. Bilirsiniz, məsələni qarışdırmaq olmaz. Bir var cinayətkarlığı özünə peşə seçənlər, azadlıqda yaşaya bilmədikləri üçün təkrar həbsxanaya düşənlər, bir də var təsadüf nəticəsində cinayət edərək həbsə düşənlər. Mən polisdə çalışanda elə adamlar var idi ki, həbsxanasız qala bilmədiklərindən cinayət törədib türməyə gedirdilər.

- Məhərrəm müəllimin, qardaşınız Məhərrəm Əliyevin ovqatı hazırda necədir?
- Məhərrəm Əliyevin ovqatı çox yaxşıdır. Səhhəti də əladır. Öz ailəsi ilə Vətənində olmağından çox razıdır. Dövri mətbuatda səslənənlər isə boş cəfəngiyyatdır. Məhərrəm Əliyev hər zaman dövlətinə, Vətəninə, millətinə və Prezidentinə sadiq olub və üzərinə düşən bütün vəzifələri şərəflə yerinə yetirib. O bu gün də Cənab Prezidentin siyasi kursunu tam dəstəkləyir və XİN-in sərəncamındadır. Ona hansı iş tapşırılacaqsa, dövlətinə və Prezidentinə bundan sonra da sədaqətlə xidmət edəcək.

- Sonda bir sual da verim. Seçkilərdən öncə Parlament Jurnalistləri Birliyi Sizin millət vəkili kimi passiv olmağınız, çox danışmadığınızla bağlı sorğu keçirmişdi və bəzi jurnalistlər o qədər də yaxşı fikir səsləndirməmişdi. Buna münasibətiniz necədir?
- Sizə bir şey deyim. Heç vaxt öz-özünə yaxşı cavab olmur. Yaxşı cavab üçün gərək yaxşı sual olsun. Təəssüf edirəm ki, bu gün mediamızda elə jurnalistlər çalışır ki, elementar sual verməyi belə bilmirlər. Mən özünə və qələminə hörmətlə yanaşan jurnalistlərin suallarını hər zaman cavablandırmışam. Bu, məsələnin bir tərəfi. O biri tərəfinə gəldikdə isə qeyd edim ki, parlamentdə millət vəkilinin rolunun nədən ibarət olduğunu çox təəssüf ki, bəzən seçici də, jurnalist də düzgün dərk edə bilmir. Deputatın vəzifəsi qanun layihələri üzərində işləmək, qanunverici bazanın formalaşmasına dəstək verməkdir. Mən parlamentdə komitə üzvüyəm və komitənin iclaslarında demək olar ki, əksər layihələrin işlənməsində aktiv iştirak edirəm. Amma bəziləri hesab edir ki, deputatın işi elə parlament iclaslarında populist bəyanatlar verməkdir. Mənim mövqeyimi, dövlətçiliyə yanaşmamı hamı bilir və mən qanunvericilik bazamızın formalaşmasında bu formada iştirak edirəm. Mən konkret addım atmağı sevən adamam, boş-boş bəyanatlar verməklə gündəmdə qalmaq mənim xarakterimə uyğun deyil. Buna görə də mən belə sorğulara xüsusi önəm vermirəm. Bununla yanaşı təkrar edirəm, özünə və qələminə hörmət edən jurnalistləri dəstəkləyir və onlara ciddi yanaşıram. İnanıram ki, Azərbaycanda söz azadlığı bundan sonra da inkişaf edəcək .










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moldova Rusiyanı "Rus Evi" ilə bağlı razılaşmanı ləğv etdiyi barədə xəbərdar edib
Dünən, 19:50
“Rusiya hər zaman etdiyi əməlin məsuliyyətindən yayınmağa çalışıb” - FAKT BUDUR!
Dünən, 18:45
Misir Mərdanov vəzifəsini itirdi - QƏRAR
Dünən, 18:41
Məni təhqir edin, ancaq Azərbaycan xalqını yox – Zunuzi
Dünən, 17:36
“Oğlu rəhmətə getmişdi, özü isə 8 il xərçəng xəstəliyindən əziyyət çəkdi”
Dünən, 17:34
"İllərdi anamı görmürəm" - Samir Bağırov
Dünən, 17:32
Ermənistanda Azərbaycan benzininin satışı başladı - FOTO
Dünən, 17:30
Azərbaycan vətəndaşı xarici orduda döyüşə bilərmi? - Cinayət Məcəlləsi nə deyir...
Dünən, 17:27
4 ildir müharibə gedir, tərəvəz qiymətləri təəccübləndirdi
Dünən, 17:23
22 il sonra barışdılar
Dünən, 15:06
Putinin Paşinyanla bağlı planı fiaskoya uğradı – Türk lideri hədəf aldı
Dünən, 15:01
Qarabağ canisi sərsəmlədi - Rəsmən qaşınır...
Dünən, 14:59
Dünyada ilk dəfə iki pilotsuz döyüş təyyarə avtonom şəkildə uçub
Dünən, 14:56
Lavrovun ilsonu HƏDƏSİ... - NƏ BAŞA DÜŞƏK?..
Dünən, 14:51
Quru sərhədləri ONA GÖRƏ BAĞLIDIR Kİ... - AKTUAL
Dünən, 14:45
"Bu nə məsuliyyətsizlikdir?" - DİQQƏT, təhlükə var..!
Dünən, 14:40
AYNA öz fəaliyyəti ilə nəyi yaradıb: Xaos, tıxac, cərimə, əsəb, gərginlik... - BUNDAN ARTIQ HEÇ NƏ...
Dünən, 14:30
Rusiya qoşunları Qulyaypoleni ələ keçirdi
Dünən, 12:36
“Səhər TV”-nin qara üzü - İran rejiminin Azərbaycan dilində danışan ideoloji silahı
Dünən, 12:32
“Ölüb gedəcəyəm, amma 2 əsr məndən danışacaqlar”
Dünən, 11:58
Keçmiş xanımı Ağadadaş Ağayevdən dəbdəbəli villanı geri istəyir - “Qızıma verməli idi, indiki arvadına bağışladı”
Dünən, 11:56
“Polad Bülbüloğlu nazir olanda mənə dedi ki…” – Samir Bağırov ölkəni tərk etməsindən danışdı
Dünən, 11:52
Yaxın gələcəkdə Ermənistandan da Azərbaycana ixrac mümkündür - Papoyan belə deyir...
Dünən, 11:49
Bağlanan “Rus Evi”nin binasını 40 milyona kim satır? - İLGİNC
Dünən, 11:46
1000 manatı səhvən başqasının kartına köçürdü - TƏFƏRRÜAT
Dünən, 09:27
"Qarabağ"ın futbolçusu İspaniyanın bu klubunda OYNAYACAQ
Dünən, 09:24
“Qax-Taxıl” ASC-nin vergi borcu üzə çıxıb
Dünən, 09:21
Elxan İbrahimovun bundan XƏBƏRİ YOXDUR? - Nəsimidə tam özbaşınalıq...
Dünən, 09:00
Rusiya Avropya xəbərdarlıq etdi - Silahlı qüvvələrin qanuni hədəfinə çevriləcəklər
Dünən, 08:52
Erməni qaraçıların Qafqaza gəlişi - Tarixi mənbələr...
Dünən, 08:50
Rusiya Tayvanı Çinin ayrılmaz hissəsi kimi tanıdı - TASS
Dünən, 08:47
Görün, bizə nə içirdirlər... - ÖZBAŞINA QALIBLAR...
Dünən, 08:37
Boşanan ailələr, yoxsa “boşanan” uşaqlar? - PROBLEM
Dünən, 08:34
Naxçıvan Mədəniyyət Nazirliyində qanunsuz PUL YIĞIMLARI... - BU NƏDİ BELƏ?
Dünən, 08:31
Almaniyanın daşıma şirkəti Azərbaycan bazarından gedir
Dünən, 08:02
Moskvadan Bakıya qarşı məkrli həmlə: Rusiyanı ağır cavab gözləyir - İNCƏLƏMƏ
Dünən, 07:58
Talıb Əlixanbəyovun oğlu Bentley ilə qəza törədib qaçdı - TƏFƏRRÜAT
Dünən, 07:56
Əvəz Ələkbərov, Misir Mərdənov və Tanrıverdi Mustafayev BİR ARADA - FOTO
Dünən, 07:50
Putin niyə susur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:49
Gömrük Komitəsinə sərt sözlər - "İşçilər qorxu içindədir"
Dünən, 07:47
DİM sədri repetitorsuz qəbulun yolunu göstərdi: Bəs məktəb? - AKTUAL
Dünən, 07:44
Paşinyan “əxlaqsız” II Qaregini necə və nə vaxt devirəcək? - GƏLİŞMƏ
Dünən, 07:42
Sərhəddə “yol” qarşıdurması: Hazırlıq başladı – 5 il sonra yeni gərginlik
Dünən, 07:38
Gürcüstanda yaşayan soydaşlarımız əgər bizim üçün əzizdirsə... - partiya sədri deyir ki...
Dünən, 07:30
"Bunlardan kimə şikayət edəsən ki..." - AXI NİYƏ?..
Dünən, 07:25
Rzayevlər xanədanının yönəltdiyi İmişli... - daha kimlər MEYDAN SULAYIR...
Dünən, 07:17
MİLLƏTİN PULU, PARASI hara gedir? - NARAZILIQ VAR...
Dünən, 07:12
'Azəriqaz'la nə edək... necə edək?.. - daha bir ETİRAZ!
Dünən, 07:09
"23 gündür məhsullardan xəbər yoxdur" - GİLEY
Dünən, 07:02
“Siyəzənneft”də dövlətə ZƏRBƏ VURANLAR - Əgər cəzalanmasa...
Dünən, 06:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru