"Türkiyə PUA istehsalına nə vaxt başladı?
Kino sənəti və serial sənayesi zirvəyə qalxandan sonra!.." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış sənət adamı Rza Drakon qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "İran nüvə proqramını nə zaman sürətləndirdi?
Kino sənətini dünyaya tanıdandan sonra.
Çünki kino — insan təxəyyülünə və cəmiyyətin xəyal gücünə yön verən ən təsirli vasitədir!
Məsələn, ABŞ-da NASA mühəndislərinin bir çoxu vaxtilə Star Trek və ya 2001: A Space Odyssey filmlərini izləyərək kosmos mühəndisi olmağa qərar verdiklərini etiraf edirlər.
Kino əvvəlcə ideyanı vizuallaşdırır və onu kütlənin təxəyyülündə "mümkün" edir. Təxəyyüldə yaranan obraz isə tez və ya gec laboratoriyalarda, zavodlarda və ya strategiya mərkəzlərində reallığa çevrilir..."


















