“Zəyəm Texnologiyalar Parkı” Açıq Səhmdar Cəmiyyəti 2026-cı ilin birinci yarımilliyini 460 min manat xalis zərər ilə başa vurub. Bu, 2025-ci ilin sonundakı xalis zərərlə (283.7 min manat) müqayisədə 62.1% artım deməkdir.
Banker.az bu barədə şirkətin yarımillik hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, şirkətin əsas əməliyyat gəlirləri 2026-cı ilin ilk 6 ayında 9 milyon 801 min manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin yekununda bu göstərici 18 milyon 3 min manat olmuşdu. Satışın maya dəyəri 8 milyon 260 min manat olmaqla, şirkətin ümumi mənfəəti 1 milyon 541 min manat səviyyəsində qərarlaşıb.
30 iyun 2026-cı il tarixinə şirkətin cəmi aktivləri 18 milyon 793 min manat təşkil edib ki, bu da 2025-ci ilin sonu ilə (19 milyon 306 min manat) müqayisədə 3% azalma deməkdir.









