Vətən müharibəsi şəhidi Qəhrəman Nəsirovun ailəsinə ağır itki üz verib.
Xitab24.az-ın əldə etdiyi məlumata görə, şəhidin qardaşı Rəsul Nəsirov bir qədər əvvəl Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında dünyasını dəyişib.
Onun vəfat səbəbi hələlik bəlli deyil.
Qeyd edək ki, Rəsul Nəsirov Xüsusi Təyinatlı Qüvvələrdə gizir rütbəsində xidmət edirdi.
Xatırladaq ki, Qəhrəman Nəsirov Vətən müharibəsi zamanı Cəbrayıl istiqamətində şəhidlik zirvəsinə ucalıb.
Allah rəhmət eləsin!



















