Kərki BU TARİXDƏ Naxçıvana qaytarılır .....                     Moskva müqavilənin şərtlərinə əməl etmir .....                     Payızda bu məhsullar bahalaşa bilər .....                     Hərbçimiz hospitalda vəfat etdi .....                     NASA amerikalı astronavtların Aya enişinə hazırlaşır .....                     "Fortuna SL Project" MMC-nin vergi borcu 1 milyonu keçdi .....                     Abituriyentlərə seçim təzyiqi: Valideynlər diqqətli olsunlar, yoxsa... .....                     Qarabağda ordumuza qarşı gizli əməliyyatlar, Ağdərədə qətllər .....                     Elman Paşayevin oğlunun da ittiham olunduğu cinayət işinin yeni təfərrüatları məlum olub .....                     Rusiyanın cənubunu bloklamışıq .....                     Azərbaycanda benzin və dizel bahalaşır? .....                     "Tramp administrasiyası ən çox bizdəki tranzit işindən narazıdır" .....                     Japarov öz varisini vaxtında xəbərdar etmişdi .....                     63 yaşlı soydaşımızın kədərli hekayəsi... .....                     Niyə bu qərarın maliyyə yükünü vətəndaş çəkməlidir? .....                     İstirahət mərkəzi yox, xəstəlik mənbəyi imiş! .....                     "Kino əvvəlcə ideyanı vizuallaşdırır və.." .....                     Suraxanı bazarında TƏZƏ NIRX... .....                     Əsas problem 15 avqustda deyil, 15 sentyabrdan sonra başlayacaq .....                     Masallının da öz SULTANI var imiş... .....                     “Onlayn qumar İŞİ” prosesində YENİ İFADƏLƏR .....                     Sürücü həmişə eyni adam olurdu .....                     Valideynlərin məsuliyyətsiz hərəkətlərinin ağırlığı uşaqların üzərinə düşməməlidir .....                     Kişi elektrik enerjisinə görə şikayətçi olan xadiməni döydü .....                     Azərbaycan UEFA seçmələrində SSRİ məkanında BİRİNCİDİR .....                     Hikmət Babaoğlunun bu statusu tənqid olundu .....                     Məktəbli formalarının qiymətləri narahatlıq yaratdı .....                     Amerikanın “ikiqat zərbəsi” Tehranı sındıra bilməyəcək .....                     Moskva, Peterburq olmayacaq .....                     İrəvandan etnik ermənilərə vətəndaşlıq xəbərdarlığı: .....                     Yeni yaradılmış “Cib Kapital İnvestisiya Şirkəti” kapitalından .....                     Vətəndaş Karcher-dən şikayətləndi: .....                     Xalq artistinin kürəkəni məhkəməyə üz tutdu: 700 min manatlıq dələduzluq iddiası var .....                     MTK-ların hökmranlığına nə vaxt son qoyulacaq? .....                     Evləri yandı, qəzalı binaya sığındılar: “Uşağı işə aparıram ki, ilan vurmasın” .....                     Tanınmış aktyorda ağır xəstəlik aşkarlanıb: .....                     Davam edən Rusiya təxribatı: .....                     300 min azərbaycanlı Ermənistana kömək edə bilər .....                     “Gürcüstan Rusiya ilə saziş imzalayacaq .....                     Son 15 ildə SOCAR-da işçilərin sayı 34,3 min nəfər azalıb .....                 

AMİP PREZİDENT SEÇKİSİNƏ NAMİZƏD ÇIXARIR
Tarix: 16-09-2011, 14:13 | Çap et
AMİP PREZİDENT SEÇKİSİNƏ NAMİZƏD ÇIXARIR

MİLLİ İSTİQLALÇILAR İP-LƏ NİYƏ ANLAŞA BİLMƏYİB?

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadənin APA-ya müsahibəsi

- Müalicə olunurdunuz, hazırda səhhətiniz necədir?
- Mənim hərəkətimlə bağlı problem vardı, onurğa sütunumda yırtıq əmələ gəlmişdi. Almaniyada əməliyyat keçirdim. Hazırda səhhətim yaxşıdır, özümü əla hiss edirəm.

- Siz müalicə olunduğunuz vaxtda bəzi partiya yetkililəri, o cümlədən Əli Orucov AMİP-in fəaliyyətində qüsurlar olması barədə açıqlamalar verdi. Doğrudan AMİP-də axsamalar var?
- AMİP Nizamnaməsinə uyğun olaraq kollegial bir təşkilatdır. Bizdə hər şey şəffafdır, bütün qərarlar kollegial qaydada qəbul olunur. Siz deyənlər partiya funksionerlərinin mövqeyidir. Mən partiya sədri olandan sonra AMİP-də vəziyyət dəyişib, partiyada böyük canlanma var idi. Bu ilin təxminən ortalarına yaxın AMİP İctimai Palatada fəaliyyətini dayandırdı, həmin vaxt mənim səhhətimdə problem yarandı, müalicəyə getdim, yay mövsümü idi və s. Bütün bu amillər partiyamızın fəaliyyətinə təsir etdi, həqiqətən də axsamalar vardı. Amma indi hər şey qaydasına düşüb, partiya fəaliyyətini əvvəlki axarla davam etdirir. Gördüyünüz kimi, işə çıxan kimi partiya funksionerləri ilə İsveçə səfərim oldu. Sonra, İran səfirliyinin qarşısında piket keçirdik. Bundan sonra da proqram çərçivəsində AMİP fəaliyyətini davam etdirəcək, partiyanın iclasları vaxtı-vaxtında keçiriləcək.

- AMİP funksionerlərinin partiyanın fəaliyyətində axsamalar olduğunu deyərkən bunun əksini iddia edənlər də vardı. Məsələn, AMİP-in baş katibi Arzuxan Əlizadə deyirdi ki, partiyada problem yoxdur. Hazırda AMİP-də qruplaşma, ikitirəlik varmı?
- Xeyr, partiyada heç bir qruplaşma yoxdur. Partiyanın Siyasi Şurası var, zəruri məsələlər Siyasi Şurada müzakirə olunacaq.

- Siz mətbuata açıqlamanızda demisiniz ki, AMİP İctimai Palatada fəaliyyətini davam etdirə bilər. Bu, nə qədər realdır?
- Yox, bu dediklərim sadəcə ehtimaldır. Yəni, AMİP İctimai Palatada fəaliyyətini davam etdirə də bilər, etdirməyə də bilər. Bu, Siyasi Şuranın qərarı ilə bağlı məsələdir. Siyasi Şuranın verdiyi qərarları partiya icra edir. Siyasi Şura İctimai Palatada fəaliyyətini dayandırmaq barədə qərar qəbul edib. Bununla bağlı sənəd də qəbul etmişik və nəyə görə iştirakımız dayandırdığımızı orada göstərmişik. Ancaq bəzi üzvlərimiz indi də İctimai Palatada fəaliyyətini davam etdirir. İctimai Palata yeni yaradılmış qurumdur, bizim orada tövsiyələrimiz və bir razılığımız var idi. Razılıq pozulduğuna görə fəaliyyətimizi dayandırdıq. Bir daha deyirəm ki, AMİP məsələlərin həllini təkcə küçə yürüşü və mitinqlərdə görmür. Bununla bağlı İctimai Palatada mənim də, Başqalarının da çıxışları olmuşdu ki, təşkilatlanma işi başa çatmadan, digər zəruri işlər başa çatmadan buna getmək olmaz, bu cür məsələlər hələ tezdir. Biz hələ proqramla çıxış etməli, Nizamnamə qəbul etməliydik. İndi görürsünüz, Palata “yol xəritəsi” hazırlayıb. Bilirsiz, mitinq, yürüş son məqamdır və bunun da modeli, forması var. Beləliklə, bildirirəm ki, AMİP Siyasi Şurası nə vaxt qərar versə, biz İctimai Palatada fəaliyyətimizi davam etdirəcəyik. Partiyada bu məsələ ilə bağlı müxtəlif fikirlər olub, bu gün də var. Amma AMİP-də qərar qəbul olunursa, hər kəs bu qərara tabedir. Bu məsələ AMİP-in rayon təşkilatlarında, həmçinin üç aydan bir keçirilən Mərkəzi Şura iclasında müzakirə oluna bilər. O da ola bilər ki, Siyasi Şura sabah qərar verir və biz yenə də İctimai Palatada fəaliyyətimizi davam etdiririk.

- Deyirsiz ki, bu məsələ AMİP-in rayon təşkilatlarında, həmçinin üç aydan bir keçirilən Mərkəzi Şura iclasında müzakirə olunmalıdır. AMİP İctimai Palatada fəaliyyətini dayandıran vaxt rayon təşkilatlarının konfransı çağırılmışdı?
-Xeyr. AMİP nə İctimai Palatanı təsis edəndə, nə də fəaliyyətini dayandıranda belə konfrans çağırılmamışdı. Amma həmin dövrdə qərarlar Mərkəzi Şuralar arası dövrdə partiyanın qərarverici orqanı olan Siyasi Şura tərəfindən müzakirə olunaraq qəbul edilib. Bir şeyi deyim ki, bizim fəaliyyət istiqamətimizin bir hissəsi partiyanın gücləndirilməsinə yönəldilibsə, digər istiqaməti siyasi partiyalarla əməkdaşlıqla bağlıdır. Məsələn, “Altılar”ın toplantısına da qatıldıq. Onlara dedik ki, biz orda yoxuq, amma fəaliyyətinizi başlayın, görək ortaya nə çıxacaq. Bir blokdan çıx, başqa hərəkata qoşul... Belə olmaz. 2013-cü il yaxınlaşdıqca siyasi müxalifət düşərgəsində qruplaşmalar olacaq. Axır hərə öz yerini tapacaq. Buna heç pis də baxmaq lazım deyil. 2013-cü ilə qədər hələ qarşıda iki il vaxt var. Ola bilsin “Altılar”la İctimai Palata birləşdi. Hər şey ola bilər.

- Bayaq dediniz ki, bizim İctimai Palatada bir razılığımız var idi, razılıq pozulduğuna görə orada fəaliyyətimizi dayandırdıq. Söhbət hansı razılaşmadan gedir?
- Mən küçə yürüşləri və mitinqlərə getməyin tez olduğunu demişdim. Birinci dəfə idi ki, Azərbaycanda siyasi partiyalarla vətəndaş cəmiyyətinin nümayəndələri bir qurumda fəaliyyət göstərirdi. Yəni, İctimai Palata yeni bir model idi. Yeni model də olduğuna görə vaxt lazım idi ki, sənədlər qəbul olunsun. Beynəlxalq təşkilatların nümayəndələri ilə də görüşəndə bizdən sənəd tələb edirdilər ki, sənədinizi ortaya qoyun. Bununla bağlı razılığa gəlmişdik. İkincisi, biz partiya olaraq İctimai Palatanı daha geniş formatda görmək istəyirdik. Məsələn, mənim özümün iki partiya ilə bağlı təklifim olmuşdu ki, onlar İctimai Palatada təmsil olunsunlar. Əvvəl bununla bağlı razılığa gəlmişdik. Sonradan bu razılıq da pozuldu. Mən deyirdim ki, gəlin nisbətən “Açıq qapı” siyasəti yürüdək, bizə qoşulmaq istəyənlər qoşulsun. Bunu da razılaşdırmışdıq, razılaşmamız pozuldu. Ümumilikdə iki razılaşmanın pozulması AMİP-in İctimai Palatada fəaliyyətini dayandırmasına səbəb oldu.

- İctimai Palataya daxil edilməsinə təklif irəli sürdüyünüz partiyalar hansılar idi?
- Adlarını deyə bilərəm, Ümid Partiyası və ADP. Onlar gəlmək istəyirdi. ADP “Ümid”siz gəlmək istəmirdi. “Ümid”i də Palatada qəbul etmək istəmirdilər. Söhbət bu iki partiyadan getmir, başqa partiyalar da gəlmək istəyirdi, sadəcə adlarını çəkmək istəmirəm.

- Siz razılıqlar pozulduğuna görə AMİP-in İctimai Palatada fəaliyyətinin dayandırdığınızı dediniz. Bəs son vaxtlarda hansı dəyişikliklər baş verib ki, partiyanın Palataya qayıda biləcəyini deyirsiniz? Bəlkə İctimai Palatanın aksiyaları dayandıraraq “yol xəritəsi” hazırlaması fikrinizi dəyişdirib?
- Axı biz qayıtmamışıq, hələ gözləmə mövqeyindəyik. Görürsüz ki, küçə mitinqləri, yürüşləri dayandırıldı, “yol xəritəsi” hazırlanıb müvafiq qurumlara təqdim olundu. Dəyişikliklər olarsa, ola bilsin fikrimizi dəyişib Palatada fəaliyyətimizi davam etdirdik. Çörçilin məşhur bir ifadəsi var: Böyük Britaniyanın daimi dostları və düşmənləri yoxdur, daimi maraqları var. Bizim də daimi maraqlarımız var. AMİP-in maraqlarına nə uyğun olsa, o cür də hərəkət edəcəyik. Bir şeyi də deyim. AMİP təmsilçilərindən Palatada bu gün də fəaliyyətini davam etdirənlər var ki, onlar bunu fərdi qaydada edirlər, biz bunu qadağan edə bilmərik.

- 2013-cü il prezident seçkilərində AMİP-in öz namizədi ilə, yoxsa müxalifətin vahid namizədinin müəyyənləşdirilməsi ilə iştirakının tərəfdarısınız? Əgər AMİP seçkiyə təkbaşına gedərsə, namizəd Siz, yoxsa Etibar Məmmədov olacaq?
- Əlbəttə, əgər Etibar bəy namizəd kimi qatılarsa, mən seçkidə iştirak etmərəm, AMİP də onun namizədliyini dəstəkləyəcək. Əgər Etibar bəy iştirak etməsə və partiya məsləhət bilsə, mən öz namizədliyimi irəli sürəcəyəm. Çünki AMİP sonuncu prezident seçkiləri istisna olmaqla həmişə prosesə öz namizədi ilə qatılıb. AMİP-in 2013-cü ildə prezident seçkilərində öz namizədilə iştirak edəcəyi birmənalıdır.

Ümumiyyətlə, düşünürəm ki, bəzi siyasi partiyalar öz ambissiyalarını, öz oyunlarını bir qırağa qoysalar və birlikdə layiqli mövqedən çıxış etsək, uğur qazanarıq, qələbəyə nail olarıq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kərki BU TARİXDƏ Naxçıvana qaytarılır – İLGİNC gəlişmə
Bu gün, 08:24
Moskva müqavilənin şərtlərinə əməl etmir - Magyar
Bu gün, 08:22
Payızda bu məhsullar bahalaşa bilər - BELƏ HARA GEDİRİK?
Bu gün, 08:18
Hərbçimiz hospitalda vəfat etdi - Şəhidin qardaşıdır
Bu gün, 08:16
NASA amerikalı astronavtların Aya enişinə hazırlaşır - KİV
Bu gün, 08:00
"Fortuna SL Project" MMC-nin vergi borcu 1 milyonu keçdi - FOTO
Bu gün, 07:58
Abituriyentlərə seçim təzyiqi: Valideynlər diqqətli olsunlar, yoxsa... - AKTUAL
Bu gün, 07:56
Qarabağda ordumuza qarşı gizli əməliyyatlar, Ağdərədə qətllər – erməni “Kandaz” yenidən hakim qarşısında
Bu gün, 07:54
Elman Paşayevin oğlunun da ittiham olunduğu cinayət işinin yeni təfərrüatları məlum olub - 8 nəfər təqsirləndirilir
Bu gün, 07:52
Rusiyanın cənubunu bloklamışıq - Zelenski
Bu gün, 07:50
Azərbaycanda benzin və dizel bahalaşır? - NƏ BAŞ VERİR?
Bu gün, 07:48
"Tramp administrasiyası ən çox bizdəki tranzit işindən narazıdır" - ŞƏRH
Bu gün, 07:45
Japarov öz varisini vaxtında xəbərdar etmişdi - "...özüm isə istirahətə çəkiləcəkdim"
Bu gün, 07:35
63 yaşlı soydaşımızın kədərli hekayəsi... - REPLİKA
Bu gün, 07:32
Niyə bu qərarın maliyyə yükünü vətəndaş çəkməlidir? - ETİRAZ
Bu gün, 07:23
İstirahət mərkəzi yox, xəstəlik mənbəyi imiş! - GİLEY
Bu gün, 07:17
"Kino əvvəlcə ideyanı vizuallaşdırır və.."
Bu gün, 07:08
Suraxanı bazarında TƏZƏ NIRX... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:52
Əsas problem 15 avqustda deyil, 15 sentyabrdan sonra başlayacaq - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46
Masallının da öz SULTANI var imiş... - BU NƏDİ BELƏ?
Bu gün, 06:29
“Onlayn qumar İŞİ” prosesində YENİ İFADƏLƏR - Dəstəyə 26 yaşlı Elmidar İsmayılzadə başçılıq edib
Dünən, 18:08
Sürücü həmişə eyni adam olurdu - Siqaret qaçaqmalçısının İŞİ
Dünən, 18:07
Valideynlərin məsuliyyətsiz hərəkətlərinin ağırlığı uşaqların üzərinə düşməməlidir - AÇIQLAMA
Dünən, 18:02
Kişi elektrik enerjisinə görə şikayətçi olan xadiməni döydü - TƏFƏRRÜAT
Dünən, 17:59
Azərbaycan UEFA seçmələrində SSRİ məkanında BİRİNCİDİR - SİYAHI
Dünən, 17:50
Hikmət Babaoğlunun bu statusu tənqid olundu - FOTO
Dünən, 17:45
Məktəbli formalarının qiymətləri narahatlıq yaratdı – Bir uşaq üçün 90-120 manat…
Dünən, 17:41
Amerikanın “ikiqat zərbəsi” Tehranı sındıra bilməyəcək - Bloomberg
Dünən, 17:37
Moskva, Peterburq olmayacaq - Dugindən qorxunc proqnoz
Dünən, 17:33
İrəvandan etnik ermənilərə vətəndaşlıq xəbərdarlığı: - Qaydalar dəyişir
Dünən, 17:30
Yeni yaradılmış “Cib Kapital İnvestisiya Şirkəti” kapitalından 310 min manat geri götürdü
Dünən, 17:24
Vətəndaş Karcher-dən şikayətləndi: - “Tozsoranı təmir etmədilər”
Dünən, 17:11
Xalq artistinin kürəkəni məhkəməyə üz tutdu: 700 min manatlıq dələduzluq iddiası var - TƏFƏRRÜAT
Dünən, 17:02
MTK-ların hökmranlığına nə vaxt son qoyulacaq? - Su, işıq, qaz, təmirə başlamağa görə 5 min
Dünən, 16:58
Evləri yandı, qəzalı binaya sığındılar: “Uşağı işə aparıram ki, ilan vurmasın” – VİDEO
Dünən, 16:52
Tanınmış aktyorda ağır xəstəlik aşkarlanıb: - “10 il əvvəl də başımdakı şişdən əməliyyat olunmuşdum”
Dünən, 16:49
Davam edən Rusiya təxribatı: - Avropada müharibə artıq başlayıb
Dünən, 16:46
300 min azərbaycanlı Ermənistana kömək edə bilər – Paşinyan bunu bilmir
Dünən, 16:43
“Gürcüstan Rusiya ilə saziş imzalayacaq - Abxaziya və Sxinvalidən imtina edəcək”
Dünən, 16:42
Son 15 ildə SOCAR-da işçilərin sayı 34,3 min nəfər azalıb – İllər üzrə rəqəmlər
Dünən, 16:36
“Zəyəm Texnologiyalar Parkı” yarım ili zərərlə başa vurub - HESABAT
Dünən, 16:35
SOCAR-dan ETSN-ə TRANSFER... - BUNDAN SONRA...
Dünən, 16:31
Nazir onu özünə köməkçi təyin etdi - ƏMR
Dünən, 16:27
Babək Hüseynov SOCAR-ın vitse-prezidenti vəzifəsindən azad olunub... YA YOX? - ADI SİYAHIDA GEDİR...
Dünən, 16:18
Mərkəzi Asiyanın 4 ölkəsində eyni vaxtda elektrik kəsintisi baş verib
Dünən, 16:12
Məktəb alış-verişi edənlərə xəbərdarlıq: -Bunu sentyabra saxlamayın
Dünən, 16:05
Azərbaycan “Zəngəzur dəhlizi” müqabilində İrəvana nə verəcək? - AKTUAL
Dünən, 15:15
Elçin Quliyevə müavin təyin edildi - FOTO
Dünən, 15:05
SOCAR-da bir işçiyə düşən orta aylıq əməkhaqqı 60 min manat olub - İLGİNC
Dünən, 14:55
“Ali İmran” MMC Təsərrüfat Birliyinə 5 min ədəd 72%-lik sabun satacaq
Dünən, 14:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru