ŞOK: 2013-CÜ İLDƏN SONRA NAZİRLƏR DƏYİŞDİRİLƏCƏK
Tarix: 3-08-2012, 14:01 |
Çap et
PREZİDENT SEÇKİLƏRİNİN ARDINDAN TOTAL İSLAHATLAR PLANLAŞDIRILIR
DİA.AZ: - Qarşıdan gələn prezident seçkilərinin hakim düşərgə üçün həlledici olacağını həm yerli və həm də beynəlxalq ekspertlər dəfələrlə vurğulayıblar. Bu əgər bir tərəfdən, gözlənilən seçkilərin əhəmiyyəti ilə bağlıdırsa, digər tərəfdən də hakimiyyətin mövqelərinin kifayət qədər laxlaması ilə də əlaqələndirilir. Eyni zamanda, «Ərəb baharı»nın Cənubi Qafqaza yön almasının proqnozlaşdırılması da burada müstəsna əhəmiyyət daşıyır.
DİA.AZ-a hökumət içindəki mötəbər mənbələrdən daxil olan informasiyalardan belə aydın olur ki, 2013-cü ildə keçirilən seçkilərdən sonra total kadr islahatlarının planlaşdırılması və eyni zamanda bugünkü nazirlərin böyük əksəriyyətinin vəzifələrindən azad edilməsi planlaşdırılır. Mənbəmiz bildirir ki, artıq həmin məmurların kimlikləri məlumdur.
Onu da qeyd edək ki, redaksiyamız tərəfindən həmin məlumatlarla bağlı geniş araşdırma yazısı hazırlanır və yaxın günlərdə diqqətinizə çatdıracağıq. Lakin bir məsələni diqqətinizə çatdırırıq ki, «vurulanlar» sırasında adı olan qabarıq fiqurlardan biri də Maliya Naziri Samir Şərifovdur».
Bizi izləməkdə davam edin…