Qalmaqallı “zərbə planı” İranı necə xilas etdi? .....                     Əsrin sövdələşməsi, yoxsa... .....                     Ermənistan KTMT-dən ÇIXA BİLƏR .....                     Seçkidən sonra Bakı ilə İrəvan arasında ilk təmas: .....                     737 nümayəndədən 729-u Orbana səs verdi: .....                     Putin Kiyevdə dinc sakinləri bombalayarkən .....                     Ermənistanda köhnə xəstəlik yenidən xortlayıb .....                     Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb .....                     Mirzoyandan Kremli qəzəbləndirəcək demarş .....                     Eyni anda iki həqiqət: ABŞ İrana təslim oldu .....                     Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib .....                     Bir imza ilə başlayan yeni strateji dövr .....                     Mahsun Bakıda kimin toyuna gəlib? .....                     “Qarabağ problemini yaratmaqla çox şeylər itirdik” .....                     Ermənilər təəccüb içində: Paşinyanın partiyası parlamentə rusları da buraxacaq .....                     Seçkidən sonra İrəvanın gözlədiyi mesajı Hacıyev verdi .....                     "Azenco"nun mənfəəti bölüşdürüləcək .....                     Vüqar Ağayev bəraət aldı: azərbaycanlı kriminal avtoriteti kim öldürüb? .....                     Vəzifəli şəxs vəfat etdi .....                     Flora Kərimovanın səhhəti normaldır .....                     “Yəqin Kamal Abdulla qısqanc insandır, ya da qadını ona qarşı biganə olub ki, bu sözü deyir” .....                     Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb? .....                     Bakı və Tiflisdən sonra İrəvan da hərəkətə keçdi: .....                     Xudavəng Monastır Kompleksi... .....                     Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı .....                     Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. .....                     Putinlə Tramp nə barədə razılığa gəliblər? .....                     Bu gün Ukrayna AB-yə doğru həlledici addım atacaq .....                     DÖVLƏT DƏ Zülfəlinin qarşısında aciz imiş... .....                     Elm və Təhsil Nazirliyi ləğv edilsin! .....                     5 ayda 0 faiz artım.... .....                     Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər .....                     Ermənistanın keçmiş prezidentinə daha bir QADAĞA .....                     Rusiya Krımı necə itirir .....                     ABŞ İranın 12 milyard dollarlıq aktivlərinin dondurulmasının ləğvini təkzib edir .....                     ABŞ İranı 15 il müddətinə uranı zənginləşdirməkdən imtina etməyə qane edə bilər .....                     "Həqiqəti yazırdım... ona da icazə verilmir" .....                     Rusiyanın növbəti Güney Qafqaz HƏMLƏSİ .....                     Hindistanda Rusiya istehsalı olan təyyarə qəzaya uğradi .....                     "Biz doğru diaqnoz qoya bilməsək, düzgün yolla da gedə bilməyəcəyik" .....                 

“ROYAL BANK”DA MÜDHİŞ OĞURLUĞUN PƏRDƏARXASI
Tarix: 29-07-2012, 13:05 | Çap et
“ROYAL BANK”DA MÜDHİŞ OĞURLUĞUN PƏRDƏARXASI

KEÇMİŞ NAZİR MÜAVİNİNİN DƏ BULAŞDIĞI BANK FIRILDAQÇILARI ŞƏBƏKƏSİ

DİA.AZ: - Azərbaycan Mərkəzi Bankı tərəfindən lisenziyası ləğv edilən “Royal Bank”la bağlı məlumatlar səngimək bilmir. Bank fəaliyyətini dayandırsa da, hələ də özü ilə bağlı fərqli məlumatların hesabına gündəmdə olaraq qalır.

Daxil olan yeni məlumatlarda adı çəkilən bankda həyata keçirilən başqa maxinasiya faktlarından bəhs edilir. Qeyd edək ki, biz, ötən günlərdə bu bankla bağlı ardıcıl yazılar dərc etmiş və bankın səlahiyyətli şəxslərinin həyata keçirdiyi böyük maxinasiyalar barədə məlumat vermişdik. Bu dəfəki məlumatlar da eyni xarakterlidir.

Belə ki, keçən yazılarımızda da haqqında bəhs etdiyimiz “Royal Bank”ın 1 saylı filialının müdiri Hikmət Rəcəbovun da “şagird”i olan və ən son adı çəkilən bankın Əhmədli filialının rəhbər postunu tutan Müşviq adlı bankirin həyata keçirdiyi maxinasiyalarla bağlı ilginc məlumatlar əldə etmişik.

Onu da bildirək ki, mətbuatda Hikmət Rəcəbovdan çox yazılıb. Onun Almaniyadan avtobomilləri oğurlayıb Azərbaycana gətirib satan dəstə ilə əlbir olduğu barədə verilən məlumatlardan sonra nədənsə, heç bir hüquq-mühafizə orqanları bu məsələnin üstünə getmədi, H.Rəcəbovu çağırıb, məsələ ilə bağlı dinləmədi.

Biz, elə o zamandan H.Rəcəbovun polis sistemi tərəfindən niyə bu formada qorunduğunu araşdırmağa başladıq və çox ilginc məlumatlar əldə etdik. Belə ki, əldə etdiyimiz məlumata görə, H.Rəcəbov keçmiş daxili işlər naziri müavini olan Natiq Talıbovun yeznəsidir. Həmçinin, onu da öyrənə bildik ki, Natiq Talıbov “Royal Bank”ın son günlərinəcən bu bankın Müşahidə Şurasının üzvü olub.

Qeyd edək ki, əslən bakılı olan N.Talıbov 90-cı illərdə Ayaz Mütəllibovun hakimiyyəti dövründə daxili işlər nazirinin müavini postuna qədər yüksəlmişdi. Ancaq AXC hakimiyyətə gəldikdən və İsgəndər Həmidov daxili işlər naziri təyin olunduqda sonra N.Talıbov 50 yaşı tamam olduğu zaman tutduğu vəzifədən azad edilmişdi. Son dövrlərə qədər isə o, fəaliyyətini Ədliyyə Nazirliyində Penitensiar Xidməti idarəsinin rəis müavini vəzifəsində çalışırdı.

Bakıda kifayət qədər hörmət və nüfuz sahibi olan N.Talıbov elə bu üzdən də təqaüddə çıxaraq, “Royal Bank”ın Müşahidə Şurasının üzvü seçilir. Bundan sonra isə “Royal Bank”ın qapıları Rəcəbov qardaşlarının üzünə taybatay açılır. Onlar N.Talıbovun başını uca etmək üçün fəaliyyətə başlayırlar.

H.Rəcəbov bu bankda 1 saylı filial müdiri olarkən, N.Talıbovun da köməkliyi ilə qardaşı Mehdi Rəcəbovu “Royal Bank”ın Qaradağ filialına müdir təyin etdirir.

Qardaşı H.Rəcəbovun Almaniyadan oğurlanaraq Azərbaycanda satılan maşın biznesində əli olduğunu bilən Mehdi Rəcəbov da bu işdən uzaq qalmamaq qərarına gəlir. Qeyd edək ki, M.Rəcəbov “Royal Bank”ın Qaradağ filialının müdiri olduğu dövrdən bəri o, həm də avtomobil biznesi ilə məşğul olur. Hazırda onun şəhərin bir neçə yerində avtosalonu var. Bu biznesdə isə M.Rəcəbova “Şəkili” qruplaşması yardımçı olurdu. Bu qruplaşma üzvləri M.Rəcəbovun “Royal Bank”da həyata keçirdiyi iri maxinasiya əməliyyatlarında da ona köməklik göstərən əsas adamlardandır.

Mehdi Rəcəbovun “Şəkili” qruplaşmasının üzvləri ilə “Royal Bank”ın Qaradağ filialında həyata keçirdiyi maxinasiya sistemi isə alqışa layiqdir. Onlar müthiş zəka işlədərək, bu bankda 5 milyon manatlıq maxinasiyaya yol veriblər. Adı çəkilən şəxslərin metodu ilə tanış olduqda, siz də eynən bizim kimi düşünəcəksiniz.

Belə ki, “Şəkili” qruplaşmasına etibar edən avtomobil sahibləri özlərinin 200-250 min manat dəyərində olan maşınlarını satması üçün onların avtosalonuna satlığa qoyurdular. Həmin avtomobillərin texniki pasportları isə sahiblərindən xəbərsiz Mehdi Rəcəbov tərəfindən kopyalanır, yeni saxta texniki pasport çıxarılırdı. Daha sonra avtomobil 1 saatlıq DİN-nin BDYP-ya diaqnostikaya aparılırdı. Orda isə M.Rəcəbovun və “Şəkili” qruplaşmasının yaxın adamı olan diaqnostikanın işçisi, əslən tovuzlu Mehdi adlı şəxs çox asanlıqla və saxta yolla həmin avtomobili diaqnostikadan keçirirdi. Saxta texpasportda başqa bir şəxsin ad-soyadı yazılaraq, qeyd yerinə maşının “Royal Bank”ın Qaradağ filialı tərəfindən girova qoyulduğu qeyd olunurdu.

Bunun ardınca avtomobil yenidən salona qaytarılırdı. Maşının orijinal texniki pasportu isə “Şəkili”lər də qalırdı. Təzə və saxta texpasport vasitəsilə isə “Royal Bank”ın Qaradağ filialından maşının maya dəyəri qədər pul çıxarılaraq, M.Rəcəbovla “Şəkili” qruplaşması arasında bölünürdü.

Bu barədə məlumat verən mənbəmiz bildirir ki, daha sonra bu maxinasiya sistemi adi hala çevrilib və adı çəkilən şəxslər bu yolla qeyd olunan bankdan 5 milyon manata yaxın pul çıxarıblar.

Bu müthiş maxinasiyanın üstü isə belə açılır: Öz avtomobilini “Şəkili”lərin avtosalonuna qoyan şəxslərdən biri bir müddət sonra avtomobil satılmadığı üçün onu salondan çıxarır və Bakıda sürməyə başlayır. Günlərin birində isə “Royal Bank”ın problemli kreditlər şöbəsinin işçiləri avtomobilin qarşısını kəsir və onun sahibinə maşının banka məxsus olduğunu və dərhal onu təhvil verməsini bildirir. Bank işçiləri bildirir ki, uzun müddət bu maşına görə götürülən kredit ödənilmir. Avtomobilin sahibi söhbətin hansı kreditdən getdiyini soruşduqda isə ona bildirirlər ki, 250 min manat qiyməti olan həmin maşına görə, “Royal Bank”ın Qaradağ filialından elə 250 min manat məbləğində kredit çıxarılıb. Buna görə də maşın banka aiddir. Maşının sahibi isə avtomobilin orijinal texpasportunu bank işçilərinə göstərir və bildirir ki, avtomobil ona məxsusdur və heç vaxt “Royal Bank”dan kredit götürməyib.

Bankın işçiləri isə əllərindəki saxta texpasportla orijinalını tutuşdurduqda anlayırlar ki, sürücü haqlıdır və avtomobil ona məxsusdur, məsələnin günahkarı isə filial müdiri Mehdi Rəcəbovdur.

Bunun ardınca M.Rəcəbovun bu əməllərindən bankın Müşahidə Şurasının sədri Əli Cam xəbər tutur.

DİA.AZ-a daxil olan məlumatda o da bildirilir ki, Mehdi Rəcəbov bir sıra avtosalon müdirlərinə 2 min manatlıq “faiz” verərək, guya maşını baha satacağını və əlavə gəlir götürəcəyini bildirərək, həmin maşını “müştəriyə göstərmək” üçün avtosalondan bir saatlıq çıxarır, bu bir saat ərzində avtomobilə saxta texniki pasport hazırlayır, onu dostu Mehdinin əli ilə diaqnostikadan keçirir və dərhal da rəhbərlik etdiyi filialdan külli miqdarda kredit çəkirmiş.

Daha sonra isə maşını salona qaytarır, müştərinin maşını bəyənmədiyini bildirərək onu salon sahibinə təhvil verir. Əvvəlcədən ödədiyi 2 min manatı isə geri istəmir. Çünki bilir ki, gec-tez avtosalon sahibləri ona narazçılıqlarını bildirəcəklər və onda da M.Rəcəbov onlara aldıqları 2 min manatı xatırladacaq. Sonda elə bu cür də olur. Mehdi həmin avtosalalon sahiblərinə onunla əlbir olub, az miqdarda olsa da, pul qazandıqlarını xatırladır.

Qeyd edək ki, bütün bu cinayətlərin üstü 2009-ci ildə Əli Cam tərəfindən açılıb. Ancaq nədənsə, nə Rəcəbov qardaşları, nə “Şəkili” qruplaşmasının üzvləri, nə də BDYP-nin diaqnostika şöbəsinin Mehdi adlı işçisi hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb olunmayıb.

Maxinasiyalarının üstü açıldıqdan sonra “Şəkili” qruplaşmasının üzvləri Mehdi Rəcəbovla birgə bankdan çıxardıqları pulların yarısını – 2,5 milyon manatı “Royal Bank”a geri qaytarıb və bildiriblər ki, pulun digər yarısı M.Rəcəbovdadır. Mənbəmiz deyir ki, o zamanlar bankın Müşahidə Şurasının üzvü olan N.Talıbov Hikmət və Mehdi Rəcəbov qardaşlarının cinayət məsuliyyətinə cəlb olunmaması üçün çox əziyyət çəkib.

Ancaq həqiqət budur ki, Rəcəbovlar öz məsuliyyətlərindən boyun qaçıra bilsələr də, “Royal Bank” Mərkəzi bankın qarşısındakı məsuliyyətindən boyun qaçıra bilmədi.

Onu da bildirək ki, yazıda adları çəkilən hər bir şəxsin mövqeyini yayımlamağa hazırıq.

Qeyd edək ki, növbəti günlərdə oğurluq avtomobil mafiyasında kimlərin əli olduğu barədə yazacağıq. MTK- “Olimpus” Elmir, “Avtosalon” Feruz və Telman, “Əlibayramlı” Cahid, Tovuzda “Pioner Vahid”in oğlu Üzeyir, “Kor” ləqəbli Mahir və s.-nin fəaliyyətləri barədə silsilə yazılar dərc edəcəyik.

Bizi izləməyə davam edin.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qalmaqallı “zərbə planı” İranı necə xilas etdi? – Pezeşkiandan SEPAH həmləsi
Bu gün, 13:37
Əsrin sövdələşməsi, yoxsa... - Kövrək razılaşmanın pozulma ehtimalı
Bu gün, 13:32
Ermənistan KTMT-dən ÇIXA BİLƏR - GƏLİŞMƏ
Bu gün, 13:26
Seçkidən sonra Bakı ilə İrəvan arasında ilk təmas: - Dilican görüşü nəyə təkan verə bilər?
Bu gün, 13:22
737 nümayəndədən 729-u Orbana səs verdi: - “Heç vaxt təslim olmuram”
Bu gün, 13:10
Putin Kiyevdə dinc sakinləri bombalayarkən Çin bir güllə atmadan Rusiyanın şərq ərazilərini işğal edir...
Bu gün, 13:00
Ermənistanda köhnə xəstəlik yenidən xortlayıb
Bu gün, 12:57
Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb - Hesablama Palatası
Bu gün, 12:45
Mirzoyandan Kremli qəzəbləndirəcək demarş - KİV
Bu gün, 12:41
Eyni anda iki həqiqət: ABŞ İrana təslim oldu - Senatordan səs-küylü paylaşım
Bu gün, 12:12
Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?
Bu gün, 11:53
Bir imza ilə başlayan yeni strateji dövr - MƏQALƏ
Bu gün, 11:52
Mahsun Bakıda kimin toyuna gəlib? - Məclisə yüksək çinli məmurlar da getdi
Bu gün, 11:50
“Qarabağ problemini yaratmaqla çox şeylər itirdik” - Hovannasiyan
Bu gün, 11:42
Ermənilər təəccüb içində: Paşinyanın partiyası parlamentə rusları da buraxacaq - DETALLAR
Bu gün, 11:41
Seçkidən sonra İrəvanın gözlədiyi mesajı Hacıyev verdi – Dilicanda diqqətçəkən detal
Bu gün, 11:30
"Azenco"nun mənfəəti bölüşdürüləcək
Bu gün, 11:28
Vüqar Ağayev bəraət aldı: azərbaycanlı kriminal avtoriteti kim öldürüb? - TƏFƏRRÜAT
Bu gün, 11:13
Vəzifəli şəxs vəfat etdi - FOTO
Bu gün, 11:11
Flora Kərimovanın səhhəti normaldır - Yaqut İmanova
Bu gün, 11:08
“Yəqin Kamal Abdulla qısqanc insandır, ya da qadını ona qarşı biganə olub ki, bu sözü deyir” - REAKSİYA
Bu gün, 10:40
Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb? - AÇIQLAMA
Bu gün, 10:35
Bakı və Tiflisdən sonra İrəvan da hərəkətə keçdi: - Böyük dəyişikliklər açıqlandı
Bu gün, 10:13
Xudavəng Monastır Kompleksi... - Keçmişimiz... Keçmişdə BİZ...
Bu gün, 09:53
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı - MƏQALƏ
Bu gün, 09:39
Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. - Hansı xidmətlərinə görə..?
Bu gün, 09:31
Putinlə Tramp nə barədə razılığa gəliblər? - AKTUAL
Bu gün, 09:27
Bu gün Ukrayna AB-yə doğru həlledici addım atacaq
Bu gün, 08:26
DÖVLƏT DƏ Zülfəlinin qarşısında aciz imiş... - BU NƏDİ BELƏ?
Bu gün, 08:24
Elm və Təhsil Nazirliyi ləğv edilsin! - ÇAĞIRIŞ
Bu gün, 08:02
5 ayda 0 faiz artım.... - NƏ BAŞ VERİR?
Bu gün, 07:56
Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər - AFP
Bu gün, 07:35
Ermənistanın keçmiş prezidentinə daha bir QADAĞA GƏLDİ
Bu gün, 07:33
Rusiya Krımı necə itirir - GƏLİŞMƏ
Bu gün, 07:31
ABŞ İranın 12 milyard dollarlıq aktivlərinin dondurulmasının ləğvini təkzib edir - "AXİOS"
Bu gün, 06:22
ABŞ İranı 15 il müddətinə uranı zənginləşdirməkdən imtina etməyə qane edə bilər - Tramp belə deyir...
Bu gün, 06:20
"Həqiqəti yazırdım... ona da icazə verilmir" - GİLEY
Bu gün, 02:57
Rusiyanın növbəti Güney Qafqaz HƏMLƏSİ - GƏLİŞMƏ
Bu gün, 02:46
Hindistanda Rusiya istehsalı olan təyyarə qəzaya uğradi - KİV
Bu gün, 02:41
"Biz doğru diaqnoz qoya bilməsək, düzgün yolla da gedə bilməyəcəyik" - ÇAĞIRIŞ
Bu gün, 02:38
Əlavə işçiyə ehtiyac var, amma ixtisar gedir - NARAZILIQ VAR...
Bu gün, 02:28
Artıq açıq oğurluğa keçiblər - BU DA FAKT...
Bu gün, 02:19
"Güclü Ermənistan" TRIPP-ə qarşı çıxdı - “Tehran bizə silah verməz”
Bu gün, 02:05
"Mənim üçün məndən öncə nə olub olub, vecimə deyil..."
Bu gün, 02:03
Artan iş həcmi... əlavə məsuliyyət VƏ: YERİNDƏ SAYAN MAAŞ! - AXI NİYƏ?..
Bu gün, 01:49
Rusiyalı generaldan Azərbaycanla bağlı təhlükə XƏBƏRDARLIĞI - NƏ BAŞ VERİR?
Bu gün, 01:41
Ermənistan qan çanağına dönür: - nümayişçilər MSK üzvlərinə hücum etdi
Bu gün, 01:37
Paşinyanın tərəfdarları Ermənistan parlamentində 64 mandat qazanıb - YEKUN NƏTİCƏ...
Bu gün, 01:34
Xameneinin baş müşaviri İsraili yeni raket hücumu ilə hədələdi - KİV
Bu gün, 01:33
Vaxt çatdı: raketlər hazırdır – İran hücuma başlayır?
Bu gün, 01:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru