Vətəndaşların evlərini başına uçuran məmurlar nə düşünür? - "Qaçın, Mirpaşa müəllim gəlir, yanında da bir cingöz!!!"
Tarix: 24-11-2014, 14:51 | Çap et
 Binayi-qədimdən ev tikənin köməyinə yetişmək müstəcəb insanlar üçün ən vacib və savab işlərdən sayılırdı. İndi bu savabın quruca adı qalıb. Çətin durumda olana əl tutmaq, özünə koma qaralayanın dadına çatmaq çoxlarının yadına belə düşmür. Bu da bir yana, ev uçurmaq, yerlə-yeksan eləmək kimi haram işləri çox yerlərdə dəbə mindiriblər. Baxmayaraq ki, dövlətimizin Şəhərsalma və Tikinti Məcəlləsi daxil heç bir qanununda bu özbaşınalığa qətiyyən icazə verilmir. Xocasən qəsəbəsində son zamanlar qarşılaşdığımız evyıxmalar isə tamam başqa mətləbləri ortaya qoyub.
Rayon icra aparatının Xocasəndə tikinti məsələləri üzrə faktiki səlahiyyətlisi kimi ad çıxarmış, bu yerlərdə "qoçu" kimi tanınan Mirpaşa yanındakı cingözlə birlikdə istədiyi evi, yaxud tikilini məhkəməsiz-filansız xarabaya çevirmək iqtidarında olduğunu sübuta yetirməkdədir. Gücünü görün kimlərə göstərir Mirpaşa müəllim başsız qadına, əlil və imkansız vətəndaşa! İnanmırsınızsa, gedin Ruslan Allahverdiyev küçəsində, bu şəxsin əlindən bir çətən külfətilə zülm içində konteynerdə yaşayan Ağabəyim xanımdan soruşun görək Mirpaşa müəllim ona evinin uçurulmaması üçün hansı tələblər irəli sürüb, nə istəyib. Buna insanlıq demək mümkündürmü? Xislətində şeytan oturmuş bir adamın bədxah əməllərindən özünün də zövq aldığını deyirlər. Elə isə ağla gələn ilk sual budur ki, Mirpaşa müəllimi Xocasənin özbaşına rəhbərinə çevirən kimdir, onun vətəndaşların şəxsi əmlakına etdiyi təcavüz hansı zərurətdən irəli gəlir, əgər buna zərurət demək mümkünsə?..
Qeyd edək ki, evi yerlə-yeksan edilmiş çoxsaylı vətəndaşlarımızdan biri I qrup əlil İntiqam Kələntərov həmin sualla dövlət rəhbərliyinə, eləcə də hüquq-mühafizə orqanlarını müraciət ünvanlayıb. Lakin müraciətin qarşılığında daha bir qanunsuzluqla üzləşib. Əməlinə qanun fonu vermək məqsədilə ona evi uçurulduqdan düz bir ay sonra 30 iyul tarixli məhkəmə bildirişini gətirib təqdim etmək istəyiblər. Təbii ki, İntiqam Kələntərov həmin bildirişi qəbul etməyib. Məsləhət görüb ki, belə saxta sənədi qaynadıb suyunu Mirpaşa müəllimə içirsələr yaxşıdır, bəlkə bəd əməllərindən əl çəkə. Düzünü deyim ki, bilmirik, məhkəmə bildirişini qaynadıb suyunu tikililərin qəniminə içirdilər, ya yox. Amma güman edirik ki, Binəqədi rayon məhkəməsinin hakimi (adını hələlik açıqlamırıq) tərəfindən edilmiş belə bir saxtakarlıq kimlərinsə diqqətini mütləq cəlb edəcək. Ev uçuranlar əməllərinə məhkəmə vasitəsilə qanuni don geyindirə bilirsə bunun da ha ağır cəzası var. İntiqam Kələntərov bizimlə söhbət zamanı bu məsələ ilə bağlı yaxın gələcəkdə Ədliyyə Nazirliyinə müraciət edəcəyini bildirərək evini yerlə-yeksan edən Mirpaşa müəllimin cəzalandırılması və dəyən maddi ziyanın ödənilməsi üçün axıradək qətiyyətlə mübarizə aparacağını söylədi. Lakin hələ ki, şikayət-filanı qulaqardına vurub gündəlik "obxoda" cingözlə çıxan Mirpaşa müəllimdir söz sahibi. Hər halda, inanmırıq ki, bir belə biabırçılıqlara qol qoyan bir adamı Binəqədi icra hakimiyyətinin rəhbərliyi cəzasız qoyacaq. Əldə etdiyimiz ən son məlumata görə, Mirpaşa müəllimin işi "fırıqdır". Çünki məsələ ilə bağlı artıq rayon prokurorluğunda araşdırma aparılır. \\ gundelik-baku.com \\


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq? - AKTUAL
Bu gün, 17:14 |
|
|
|
| • Polşa Orxan Məmmədbəylini niyə axtarışa verib? - TƏFƏRRÜAT
Bu gün, 17:12 |
|
|
|
| • Rusiya nə mesaj verir? - ŞƏRH
Bu gün, 16:45 |
|
|
|
| • Sabahdan sığorta ilə bağlı bu sistem ləğv edilir, yeni əmsalın tətbiqinə başlanılır - DETALLAR
Bu gün, 16:35 |
|
|
|
| • Paşinyan və Anna Hakopyan boşanmayıblar? – Baş nazirin qərarı müzakirələrə səbəb olub
Bu gün, 16:25 |
|
|
|
| • “Dövlət teatrlarının heç birində vakansiya yoxdur” - Gənc aktrisadan etiraz
Bu gün, 16:21 |
|
|
|
| • Paşinyandan Kremli “havalandıracaq” daha bir addım - ŞOK DETALLAR
Bu gün, 16:18 |
|
|
|
| • Sabah Məhərrəm ayı başlayır
Bu gün, 16:13 |
|
|
|
| • Moskvada Elvin Paşayev dələduzluq ittihamı ilə həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 16:11 |
|
|
|
| • Qalmaqallı “zərbə planı” İranı necə xilas etdi? – Pezeşkiandan SEPAH həmləsi
Bu gün, 13:37 |
|
|
|
| • Əsrin sövdələşməsi, yoxsa... - Kövrək razılaşmanın pozulma ehtimalı
Bu gün, 13:32 |
|
|
|
| • Ermənistan KTMT-dən ÇIXA BİLƏR - GƏLİŞMƏ
Bu gün, 13:26 |
|
|
|
| • Seçkidən sonra Bakı ilə İrəvan arasında ilk təmas: - Dilican görüşü nəyə təkan verə bilər?
Bu gün, 13:22 |
|
|
|
| • 737 nümayəndədən 729-u Orbana səs verdi: - “Heç vaxt təslim olmuram”
Bu gün, 13:10 |
|
|
|
| • Putin Kiyevdə dinc sakinləri bombalayarkən Çin bir güllə atmadan Rusiyanın şərq ərazilərini işğal edir...
Bu gün, 13:00 |
|
|
|
| • Ermənistanda köhnə xəstəlik yenidən xortlayıb
Bu gün, 12:57 |
|
|
|
| • Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb - Hesablama Palatası
Bu gün, 12:45 |
|
|
|
| • Mirzoyandan Kremli qəzəbləndirəcək demarş - KİV
Bu gün, 12:41 |
|
|
|
| • Eyni anda iki həqiqət: ABŞ İrana təslim oldu - Senatordan səs-küylü paylaşım
Bu gün, 12:12 |
|
|
|
| • Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?
Bu gün, 11:53 |
|
|
|
| • Bir imza ilə başlayan yeni strateji dövr - MƏQALƏ
Bu gün, 11:52 |
|
|
|
| • Mahsun Bakıda kimin toyuna gəlib? - Məclisə yüksək çinli məmurlar da getdi
Bu gün, 11:50 |
|
|
|
| • “Qarabağ problemini yaratmaqla çox şeylər itirdik” - Hovannasiyan
Bu gün, 11:42 |
|
|
|
| • Ermənilər təəccüb içində: Paşinyanın partiyası parlamentə rusları da buraxacaq - DETALLAR
Bu gün, 11:41 |
|
|
|
| • Seçkidən sonra İrəvanın gözlədiyi mesajı Hacıyev verdi – Dilicanda diqqətçəkən detal
Bu gün, 11:30 |
|
|
|
| • "Azenco"nun mənfəəti bölüşdürüləcək
Bu gün, 11:28 |
|
|
|
| • Vüqar Ağayev bəraət aldı: azərbaycanlı kriminal avtoriteti kim öldürüb? - TƏFƏRRÜAT
Bu gün, 11:13 |
|
|
|
| • Vəzifəli şəxs vəfat etdi - FOTO
Bu gün, 11:11 |
|
|
|
| • Flora Kərimovanın səhhəti normaldır - Yaqut İmanova
Bu gün, 11:08 |
|
|
|
| • “Yəqin Kamal Abdulla qısqanc insandır, ya da qadını ona qarşı biganə olub ki, bu sözü deyir” - REAKSİYA
Bu gün, 10:40 |
|
|
|
| • Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb? - AÇIQLAMA
Bu gün, 10:35 |
|
|
|
| • Bakı və Tiflisdən sonra İrəvan da hərəkətə keçdi: - Böyük dəyişikliklər açıqlandı
Bu gün, 10:13 |
|
|
|
| • Xudavəng Monastır Kompleksi... - Keçmişimiz... Keçmişdə BİZ...
Bu gün, 09:53 |
|
|
|
| • Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı - MƏQALƏ
Bu gün, 09:39 |
|
|
|
| • Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. - Hansı xidmətlərinə görə..?
Bu gün, 09:31 |
|
|
|
| • Putinlə Tramp nə barədə razılığa gəliblər? - AKTUAL
Bu gün, 09:27 |
|
|
|
| • Bu gün Ukrayna AB-yə doğru həlledici addım atacaq
Bu gün, 08:26 |
|
|
|
| • DÖVLƏT DƏ Zülfəlinin qarşısında aciz imiş... - BU NƏDİ BELƏ?
Bu gün, 08:24 |
|
|
|
| • Elm və Təhsil Nazirliyi ləğv edilsin! - ÇAĞIRIŞ
Bu gün, 08:02 |
|
|
|
| • 5 ayda 0 faiz artım.... - NƏ BAŞ VERİR?
Bu gün, 07:56 |
|
|
|
| • Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər - AFP
Bu gün, 07:35 |
|
|
|
| • Ermənistanın keçmiş prezidentinə daha bir QADAĞA GƏLDİ
Bu gün, 07:33 |
|
|
|
| • Rusiya Krımı necə itirir - GƏLİŞMƏ
Bu gün, 07:31 |
|
|
|
| • ABŞ İranın 12 milyard dollarlıq aktivlərinin dondurulmasının ləğvini təkzib edir - "AXİOS"
Bu gün, 06:22 |
|
|
|
| • ABŞ İranı 15 il müddətinə uranı zənginləşdirməkdən imtina etməyə qane edə bilər - Tramp belə deyir...
Bu gün, 06:20 |
|
|
|
| • "Həqiqəti yazırdım... ona da icazə verilmir" - GİLEY
Bu gün, 02:57 |
|
|
|
| • Rusiyanın növbəti Güney Qafqaz HƏMLƏSİ - GƏLİŞMƏ
Bu gün, 02:46 |
|
|
|
| • Hindistanda Rusiya istehsalı olan təyyarə qəzaya uğradi - KİV
Bu gün, 02:41 |
|
|
|
| • "Biz doğru diaqnoz qoya bilməsək, düzgün yolla da gedə bilməyəcəyik" - ÇAĞIRIŞ
Bu gün, 02:38 |
|
|
|
| • Əlavə işçiyə ehtiyac var, amma ixtisar gedir - NARAZILIQ VAR...
Bu gün, 02:28 |
|
|
|
|