Hakimiyyət Bakının rəhbərliyinə əl gəzdirmək qərarını verib - Paytaxtda kardinal islahatlar başlayır
Tarix: 30-07-2014, 14:45 |
Çap et
DİA.AZ: - Hakimiyyət daxilindı kadr islahatlarının bu ilin sonlarında davam edəcəyi anonsu verilsə də, bu yenilənmələrin sentyabr ayından etibarən tədricən həyata keçiriləcəyi söylənilir. Bu barədə dia-az.life-a hökumət içindəki etibarlı mənbələrdən daxil olan informasiyada qeyd olunur ki, Bakının rayon rəhbərlərinin də dəyişdirilməsi nəzərdə tutulub.
Mənbə bildirir ki, başda Hacıbala Abutalıbov olmaqla yanaşı, paytaxtın 12 rayonundan 5-nin rəhbərinin dəyişdirilməsi gözlənilir. Mənbənin DİA.AZ-a söylədikləri:
«Hacıbala Abutalıbovun gedişi gözlənilir. Doğrudur, hakimiyyət dəhlizlərində onun yenidən etimada layiq görüləcəyi söylənilir. Amma əks qənaət də mövcuddur. Yəni hələlik qəti qərar verilmədiyindən müxtəlif fikirlər söylənilir».
O ki qaldı gedişi ilə bağlı qərar verilən rayonlar, onlar barədə danışan mənbə DİA.AZ-a bildirdi ki, paytaxtın Nəsimi, Xətai, Sabunçu, Xəzər və Yasamal rayonlarının rəhbərlərinin mövqeləri oynaqdır: «Onların vəzifələrindən alınması gözlənilir. Hətta ola bilsin ki, «yuxarıdan» vurulmuş məmurlardan biri rayonlardan birinə başçı gətirilsin. Bu da gözlənilir».