Ermənistan müdafiə naziri Suren Papikyan Hindistan Milli Müdafiə Kollecinin komandiri aviasiya marşalı Maniş Kumar Quptanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Hindistanın Milli Müdafiə Kollecinin yüksək rütbəli zabitləri, tələbələri və təcrübəçilərindən ibarət nümayəndə heyəti yüksək rütbəli zabitlər üçün təlim prosesi çərçivəsində Ermənistandadır.
Görüşdə Ermənistan və Hindistan arasında hərbi təhsil sahəsində, xüsusən də yüksək rütbəli zabitlərin təhsili sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.






