Dövlət Məşğulluq Agentliyinin rəsmi saytında Azərbaycan vətəndaşlarına Türkiyədə yaşlı və xəstə insanlara baxıcı, Sloveniyada isə fəhlə və digər işlər təklif olunur. Layihənin adı isə “Azərbaycandan işçi qüvvəsinin ixracı”dır. Bu məlumatın paylaşılması cəmiyyətin müxtəlif təbəqələri arasında birmənalı qarşılanmayıb və müzakirələrə yol açıb.
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı danışan beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis, iqtisadçı Asif İbrahimovun sözlərinə görə, qəribə səslənsə də, hökümət bizə iş verə bilmədiyini deməyə çalışır:
Ekspert vurğulayıb ki, məsələ ixtisaslı kadrlara gəldikdə isə itki daha böyükdür:
“Həkim, müəllim, mühəndis və digər mütəxəssislər illərlə təhsil və dövlətin, ailənin, cəmiyyətin sərmayəsi hesabına formalaşır. Onu ölkə daxilində layiqli iş və gəlirlə təmin edə bilməyib xarici əmək bazarına göndəririksə, təkcə işçini deyil, insan kapitalını və gələcək əlavə dəyəri itiririk. Mən xaricdə işləməyi pisləmirəm. Sadəcə xaricdə işləmək seçimdirsə, bu normaldır, yox məcburiyyətdirsə, deməli iqtisadi problemdir. Beləki, işçini və işsizliyi xaricə ixrac etmək ən asan yoldur. Çətin olan isə iqtisadi modeli dəyişmək, yeni sektorlar yaratmaq, regionlarda real iqtisadi aktivlik formalaşdırmaq və insanlara ölkə daxilində gələcək verməkdir”, – deyə iqtisadçı bildirib.






