Güclü dövlət - zəif və yoxsul cəmiyyət..?
Azərbaycan bir dövlət kimi Cənubi Qafqazın ərazi, əhali, iqtisadi və hərbi baxımdan ən güclü dövləti olsa da, cəmiyyət olaraq regionun ən zəif ölkəsi kimi görünməkdəyik .
Adambaşına düşən ÜDM, iqtisadi artım, əhalinin bank əmanətləri, gecikən kreditlər, orta aylıq əməkhaqqı, sosial dəstək, doğum əmsalının aşağı düşməsi, uşaq pulu və bu kimi məsələlərdə necə ola bilər ki, qonşularımızdan geri qalaq və ən aşağı göstəricilərə sahib olaq?
Şeyx Ədəbalı hələ əsrlər öncə Osman Qaziyə nəsihətində deyirdi: "İnsanı yaşat ki, dövlət yaşasın."
Güclü insan güclü cəmiyyət, güclü cəmiyyət isə güclü dövlətin sarsılmaz təməlidir.
Yoxsul və ümidsiz cəmiyyət separatizmin, dini təfriqəçiliyin və hər cür fitnənin boy ata biləcəyi ən münbit zəmindir.
Cəmiyyətimizi zəif və yoxsul vəziyyətə salmaq istəyənlərin məqsədi nədir?
Şahin Nəcəfov - "DİA-AZ"






