ABŞ və Venesuela tarixin ən nəhəng neft sazişlərindən birini imzaladı.
Venesuelanın ümumi neft ehtiyatlarının beşdə birini təşkil edən 17 neft yatağı 25 illik müddətə ABŞ şirkətlərinə icarəyə verildi.
ABŞ bu yataqlara 100 milyard dollarlıq yatırım edərək hasilata başlayacaq. Venesuela dövlətinə isə 209 milyard dollar vergi gəliri gələcək.
25 il ərzində həmin yataqlarda ABŞ şirkətləri 55%-lik nəzarət və hasilat payına sahib olacaq və əldə olunan gəliri bölüşəcəklər.
Hər iki ölkə üçün bu, tarixi bir şansdır. ABŞ Çinlə apardığı iqtisadi savaşda zavod və fabrikləri üçün çox ucuz yanacaq əldə etdi.
Axmaq hökumətin yaratdığı böhranın içində boğulan, öz nefti olduğu halda İrandan benzin alan Venesuelanın büdcəsinə isə ciddi pul axını başlayacaq.
Saziş neft ehtiyatlarının beşdə biri üçün bağlanıb. Venesuela əldə etdiyi gəlirin heç olmasa yarısını qalan dörddə dörd ehtiyatın işlənməsinə, öz neft sənayesinin qurulmasına və iqtisadiyyatının inkişafına xərcləsə, yaxın onilliklərdə planetin ən varlı ölkələrindən birinə çevrilə bilər.
Orxan Atabəy - "DİA-AZ"






