Azərbaycan Mərkəzi Bankı “Medical Media” MMC (VÖEN – 1400732521) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb.
Satınalma Mərkəzi Bankda keçiriləcək mətbuat konfranslarının sosial şəbəkələr üzərindən canlı yayımının təşkili xidməti ilə bağlıdır. Mərkəzi Bank mətbuat konfranslarının sosial şəbəkələr üzərindən canlı yayımının təşkili xidməti üçün “Medical Media” MMC-yə 4 min 502 manat 88 qəpik ödəyəcək.
Qeyd edək ki, açıqlanan məlumatda göstəriləcək xidmətin 30.07.2026-cı il tarixində həyata keçiriləcəyi bildirilib.
Onu da bildirək ki, Mərkəzi Bank tərəfindən keçirilməsi nəzərdə tutulan mətbuat konfransının 31.07.2026-cı il tarixində baş tutacağı qeyd olunub.
Məlumat üçün bildirək ki, “Medical Media” MMC 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin qanuni təmsilçisi Məmmədov Sədi Əbülfət oğludur.













