Azərbaycanda bu ilin aprel ayında dövlət qeydiyyatına alınmış “Merd Alliance” MMC nizamnamə kapitalını azaldır.
Banker.az xəbər verir ki, şirkət bununla bağlı elan yayıb. Elana əsasən, cəmiyyətin nizamnamə kapitalı 660 min manatdan 600 min manata endirilir. Beləliklə, şirkətin nizamnamə kapitalı 60 min manat və ya təxminən 9,1% azaldılır.
Nizamnamə kapitalının azaldılması ilə əlaqədar şirkətin kreditorları elanın dərc olunduğu tarixdən etibarən 1 ay müddətində öz tələblərini AZ1044, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Xətai küçəsi, ev 8 ünvanına yazılı şəkildə təqdim edə bilərlər.
Xatırladaq ki, “Merd Alliance” MMC 10 aprel 2026-cı il tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Binə ŞTQ, Xətai küçəsi, ev 8-də yerləşir. Direktoru Rəqsanə Məmmədova Abdulla qızıdır. Şirkətin nizamnamə kapitalı dəyişiklikdən əvvəl 660 min manat olub.













