İSR Holdinqə yaxın şirkətin direktoru 12 il sonra ilk dəfə dəyişib .....                     Azərbaycanda bazarın səhmdarlarına .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin "planlı iqtisadiyyatı":İslahat, yoxsa tezbazar layihələr? .....                     Şəkidə yüksək vəzifəli MƏMUR İTTİHAM OLUNUR .....                     Tanınmış idmançı Səbuhi Rəcəbə 8 il 2 ay müddətə azadlıqdan məhrumetmə cəzası verilib .....                     Pensiya davasına çıxdı, amma... AYDIN OLDU Kİ... .....                     “Bu, mənə Bavariya mal-qara bazarını xatırlatdı” .....                     Auditorlar Palatasının sabiq vəzifəlisi məhkəmə zalında həbs olunub .....                     Tikinti sahələri sürücülər üçün ölüm tələsinə çevrilir .....                     Banklar son 5 ildə reklama nə qədər pul xərcləyiblər? .....                     Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib .....                     Ermənistan Pakistanda ilk səfirini təyin edib .....                     “Arzum9999”, Manaf Ağayev niyə millətin dərdi olub ki? .....                     “Qarabağ” Duranı yola salır .....                     Azərbaycanda vəzifəli şəxs vəfat etdi .....                     "Kredit Evi"nin səhmdarlarından biri payını bağışlayıb .....                     Müəllimi şantaj üçün açıq-saçıq fotolarını direktora göstərib... .....                     Rusiya SOCAR-ın “zapravkasın” niyə vurdu? .....                     Daimi əsaslarla işləyən işçiyə müddətli müqavilə tətbiq edilə bilməz .....                     Bakıda kişi arvadını narahat edən şəxsi avtomobillə vuraraq öldürüb .....                     “Sumqayıt Tekstil” MMC-nin nizamnamə kapitalı azaldılıb .....                     Ötən il yaradılan şirkət bu ilin 6 ayında .....                     Lunadan SƏRT İRAD: .....                     "Xidmətlər sırasında “AZAL Upgrade” proqramı xüsusilə yüksək maraq doğurub" .....                     AZAL-ın 25 minə yaxın sərnişini ötən il biletlərini geri qaytarıb və ya tarixini dəyişdirib .....                     Paşinyana yaxın kanal revanşistləri ələ saldı .....                     Sabiq məhkəmə sədri vəfat etdi .....                     AQTA sədrinə yeni müavin təyin olunub .....                     Sabah 37 dərəcə isti olacaq .....                     İL MMC vətəndaşı müqaviləsiz işlədib pulunu vermir .....                     Barəsində cinayət işi açılan və Heydərovlara bağlı şirkət kapitalını yenə azaldır .....                     "Apellyasiyaya verəcəyəm, qapıma gəlməyin" .....                     İran yeni gizli qrup yaratdı: .....                     Türkiyəni müharibəyə sürükləmək planı: .....                     Baş nazir ola bilməyən Maliyyə naziri Nazirlər Kabinetinin MAAŞLARINI YUBADIR .....                     "SOCAR "yaşıl enerji" sahəsində regional genişlənməni nəzərdən keçirir" .....                     “Caspian transit”: Cənubi Qafqaz və Orta Asiya arasında yaxınlaşma .....                     Nazir Cəmilə Qurbanovanı vəzifəsindən azad etdi .....                     Dünyanın ən böyük valyuta ehtiyatlarına malik 15 ölkəsi .....                     Ermənistan müxalifəti parlamentə getməyə razılaşdı .....                 

Rusiya SOCAR-ın “zapravkasın” niyə vurdu? - HƏQİQƏTƏN DƏ...
Tarix: Bu gün, 14:37 | Çap et

Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi fonunda Azərbaycanın bu ölkədəki neft-qaz infrastrukturu, diplomatik nümayəndəlikləri və digər iqtisadi obyektlərinə qarşı baş verən hücumlar səngimir.

Musavat.com xəbər verir ki, ötən gün Rusiya Silahlı Qüvvələri SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqəsinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirib. Nikolayev vilayətində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsi dron hücum zamanı partlayış baş verib.

“SOCAR Energy Ukraine” şirkəti məlumatı təsdiqləyərək bildirib ki, üç ədəd “Şahed” tipli hücum PUA-sı Nikolayev vilayətinin Neçayane kəndində, Odeska küçəsi 2A ünvanında yerləşən yanacaqdoldurma məntəqəsini hədəfə alıb. Zərbə nəticəsində məntəqənin inzibati binasına ziyan dəyib. Şirkətin məlumatına görə, qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi, hava həyəcanı zamanı təhlükəsizlik təlimatlarına ciddi əməl olunması və sığınacağın mövcudluğu sayəsində daha ağır nəticələrin qarşısı alınıb. Hücum zamanı bütün əməkdaşlar sığınacaqda olduqlarından xəsarət alan olmayıb.

Bu, Rusiyanın Ukraynadakı Azərbaycana aid obyektlərə ilk hücumu deyil. Ötən ilin yayında Ukraynanın Jitomir vilayətinin Berezina kəndində baş vermiş partlayışlar nəticəsində Azərbaycanın “SOCAR Energy Ukraine” şirkətinə məxsus iki yanacaqdoldurma məntəqəsinə də ciddi ziyan dəymişdi. Bundan başqa, avqustun 8-nə keçən gecə Rusiya Silahlı Qüvvələri SOCAR-ın Ukraynanın Odessa vilayətində yerləşən neft bazasına “Şahed” tipli pilotsuz uçuş aparatları ilə hücum etmişdi. PUA zərbələri nəticəsində yanğın baş vermiş, dörd nəfər ağır yaralanmışdı.

2025-ci il noyabrın 14-də gecə saat 01:00 radələrində Rusiyanın Kiyevə endirdiyi raket və pilotsuz uçuş aparatları hücumu zamanı "İsgəndər" tipli ballistik raketlərdən biri Azərbaycan səfirliyinin ərazisinə düşmüşdü. Partlayış nəticəsində səfirliyin hasarının bir hissəsi tamamilə dağılmış, inzibati bina zədələnmiş, konsulluq şöbəsinə ziyan dəymişdi. Səfirliyə aid xidməti avtomobillər yararsız vəziyyətə düşməklə yanaşı diplomatik nümayəndəliyin ərazisinə ciddi maddi zərər vurulmuşdu.

Azərbaycan tərəfi bu hadisəni beynəlxalq hüququn, xüsusilə diplomatik nümayəndəliklərin toxunulmazlığı prinsipinin kobud şəkildə pozulması kimi qiymətləndirmiş, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılmaqla ona rəsmi etiraz notası təqdim olunmuşdu.

28 avqust 2025-ci ildə səfirliyimizin yaxınlığına – təxminən 50 metr məsafəyə endirilən hava zərbəsi nəticəsində səfirliyin inzibati binası, konsulluq şöbəsi və səfirin iqamətgahı zədələnmişdi. Qeyd edək ki, hələ 2022-ci ilin aprel ayında Ukraynadakı bütün Azərbaycan diplomatik nümayəndəliklərinin dəqiq koordinatları Rusiya tərəfinə rəsmi qaydada göndərilib. Rusiya Müdafiə Nazirliyi həmin koordinatların nəzərə alınacağını bildirmişdi.

Siyasi şərhçi Kamran Məmmədli Musavat.com-a deyib ki, beynəlxalq siyasətdə təsadüflər olur: “Ancaq eyni təsadüf 5-6 dəfə təkrarlanırsa, o artıq statistika deyil, siyasi qanunauyğunluq kimi qiymətləndirilir. Ukraynada Azərbaycanın diplomatik nümayəndəlikləri və dövlət şirkəti SOCAR-a məxsus obyektlər ardıcıl şəkildə raket və pilotsuz uçuş aparatlarının zərbələrinə məruz qalır. Xarkovda fəxri konsulluq dağıdılıb, Kiyevdə səfirlik ərazisi dəfələrlə vurulub, Odessada neft bazası, Nikolayevdə yanacaqdoldurma məntəqəsi hədəfə çevrilib. Bütün bunları ayrı-ayrı epizodlar kimi təqdim etmək artıq inandırıcı görünmür. Azərbaycan hələ 2022-ci ildə Ukraynadakı bütün diplomatik obyektlərinin koordinatlarını rəsmi qaydada Rusiya Müdafiə Nazirliyinə təqdim etmişdi. Moskva da həmin koordinatların nəzərə alınacağını bildirmişdi. Əgər koordinatlar məlumdursa, bəs niyə eyni obyektlər təkrar-təkrar zərər görür?”

Siyasi şərhçi deyib ki, müasir müharibələrdə raketlər və dronlar diplomatiyanın davamına çevrilir, hər bir zərbə müəyyən mesaj daşıyır: “Xüsusilə də həmin zərbələr başqa bir dövlətin diplomatik və iqtisadi maraqlarına toxunursa, burada alt mənalar da olmamış deyil. SOCAR sıradan kommersiya şirkəti deyil. Bu şirkət Azərbaycanın enerji siyasətinin, dövlət iqtisadiyyatının və beynəlxalq nüfuzunun simvollarından biridir. Onun obyektlərinin ardıcıl şəkildə zərər görməsi istər-istəməz geosiyasi məna kəsb edir. Çünki enerji infrastrukturu artıq iqtisadi aktiv deyil, strateji təsir alətidir. Moskva son illər Cənubi Qafqazda əvvəlki dominant mövqeyini sürətlə itirir. Azərbaycan öz xarici siyasətini daha müstəqil şəkildə qurur, regional təşəbbüslərin əsas iştirakçısına çevrilir, enerji və nəqliyyat layihələrində rolunu genişləndirir. Belə şəraitdə Rusiyanın Azərbaycana münasibətində narahatlıq elementlərinin meydana çıxması təəccüblü deyil. Ancaq əgər bu narahatlıq diplomatik obyektlərin və iqtisadi infrastrukturun təhlükəsizliyi hesabına nümayiş etdirilirsə, bu artıq ikitərəfli münasibətlər üçün son dərəcə təhlükəli tendensiyadır”.

Siyasi şərhçi bildirib ki, baş vermiş bombalı hücumların hər biri ayrıca qiymətləndirilə bilər: “Lakin onların hamısına birlikdə baxanda tamamilə başqa mənzərə yaranır. Bir ölkənin səfirliyi, konsulluğu və dövlət şirkəti ardıcıl olaraq eyni müharibənin zərbələrindən zərər görürsə, bunun sadəcə təsadüf olduğu barədə izahlar getdikcə inandırıcılığını itirir. Azərbaycan bu məsələdə hüquq və diplomatiyanın bütün alətlərindən istifadə etməlidir. Hər hücum sənədləşdirilməli, beynəlxalq təşkilatlara təqdim edilməli, vurulmuş ziyanın hüquqi qiymətləndirilməsi aparılmalı və gələcək kompensasiya tələbləri üçün möhkəm hüquqi baza yaradılmalıdır. Eyni zamanda siyasi nəticə də çıxarılmalıdır. Azərbaycanın diplomatik nümayəndəlikləri və strateji iqtisadi obyektləri koordinatları əvvəlcədən məlum olduğu halda yenə də zərbələrin təsiri altında qalırsa, Moskva bununla bağlı təkzibedilməz və inandırıcı izahat verməyə borcludur. Beynəlxalq ictimaiyyətin bu hadisələri sadəcə müharibənin təsadüfi nəticəsi kimi qəbul etməsi getdikcə çətinləşəcək. Geosiyasətdə etimad illərlə qurulur, lakin bir neçə raket zərbəsi ilə dağıla bilir. Bu gün baş verənlər də məhz Azərbaycan-Rusiya münasibətlərində etimadın ciddi sınağa çəkir. Yəqin dövlətmizin baş verənlərlə bağlı sərt mövqeyi də sərgilənəcək”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İSR Holdinqə yaxın şirkətin direktoru 12 il sonra ilk dəfə dəyişib - ƏMR
Bu gün, 16:05
Azərbaycanda bazarın səhmdarlarına - DİVİDEND ÖDƏNİLƏCƏK
Bu gün, 16:01
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin "planlı iqtisadiyyatı":İslahat, yoxsa tezbazar layihələr? - NƏ BAŞ VERİR?
Bu gün, 15:55
Şəkidə yüksək vəzifəli MƏMUR İTTİHAM OLUNUR - Narazı vətəndaşı şikayətindən çəkindirdi və...
Bu gün, 15:43
Tanınmış idmançı Səbuhi Rəcəbə 8 il 2 ay müddətə azadlıqdan məhrumetmə cəzası verilib - TƏFƏRRÜAT
Bu gün, 15:36
Pensiya davasına çıxdı, amma... AYDIN OLDU Kİ... - İŞ ARAŞDIRILIR
Bu gün, 15:32
“Bu, mənə Bavariya mal-qara bazarını xatırlatdı” – Azərbaycanlının böyrəyinin çıxarılması işi
Bu gün, 15:26
Auditorlar Palatasının sabiq vəzifəlisi məhkəmə zalında həbs olunub
Bu gün, 15:24
Tikinti sahələri sürücülər üçün ölüm tələsinə çevrilir - Ekspertdən XƏBƏRDARLIQ
Bu gün, 15:18
Banklar son 5 ildə reklama nə qədər pul xərcləyiblər? – Tam siyahı
Bu gün, 15:14
Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib - DİQQƏT
Bu gün, 15:12
Ermənistan Pakistanda ilk səfirini təyin edib - Ermənistan mediası
Bu gün, 15:09
“Arzum9999”, Manaf Ağayev niyə millətin dərdi olub ki? – REPLİKA
Bu gün, 15:05
“Qarabağ” Duranı yola salır - 6,8 milyon alacaq
Bu gün, 15:00
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
Bu gün, 14:59
"Kredit Evi"nin səhmdarlarından biri payını bağışlayıb - DETALLAR
Bu gün, 14:57
Müəllimi şantaj üçün açıq-saçıq fotolarını direktora göstərib... - TƏFƏRRÜAT
Bu gün, 14:55
Rusiya SOCAR-ın “zapravkasın” niyə vurdu? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:37
Daimi əsaslarla işləyən işçiyə müddətli müqavilə tətbiq edilə bilməz – Ali Məhkəmə
Bu gün, 14:28
Bakıda kişi arvadını narahat edən şəxsi avtomobillə vuraraq öldürüb - YENİLƏNDİ
Bu gün, 13:10
“Sumqayıt Tekstil” MMC-nin nizamnamə kapitalı azaldılıb
Bu gün, 13:07
Ötən il yaradılan şirkət bu ilin 6 ayında – 40 TENDERİN QALİBİ OLUB
Bu gün, 13:02
Lunadan SƏRT İRAD: - “Səsi olmayanı yalandan niyə tərifləyirsən?”
Bu gün, 12:57
"Xidmətlər sırasında “AZAL Upgrade” proqramı xüsusilə yüksək maraq doğurub" - MÜSAHİBƏ
Bu gün, 12:53
AZAL-ın 25 minə yaxın sərnişini ötən il biletlərini geri qaytarıb və ya tarixini dəyişdirib - AÇIQLAMA
Bu gün, 12:51
Paşinyana yaxın kanal revanşistləri ələ saldı
Bu gün, 12:42
Sabiq məhkəmə sədri vəfat etdi
Bu gün, 12:37
AQTA sədrinə yeni müavin təyin olunub - SƏRƏNCAM
Bu gün, 12:34
Sabah 37 dərəcə isti olacaq - belə deyirlər...
Bu gün, 12:28
İL MMC vətəndaşı müqaviləsiz işlədib pulunu vermir - MÜRACİƏT
Bu gün, 12:27
Barəsində cinayət işi açılan və Heydərovlara bağlı şirkət kapitalını yenə azaldır - TƏFƏRRÜAT
Bu gün, 12:16
"Apellyasiyaya verəcəyəm, qapıma gəlməyin" - Amalın bacısı
Bu gün, 12:14
İran yeni gizli qrup yaratdı: - “Muxtar”ın hədəfləri kimlərdir?
Bu gün, 12:11
Türkiyəni müharibəyə sürükləmək planı: - Karlovun qətlinin əsl səbəbi ortaya çıxdı
Bu gün, 12:01
Baş nazir ola bilməyən Maliyyə naziri Nazirlər Kabinetinin MAAŞLARINI YUBADIR - İLGİNC İDDİA
Bu gün, 11:45
"SOCAR "yaşıl enerji" sahəsində regional genişlənməni nəzərdən keçirir" - Ziba Mustafayeva
Bu gün, 11:42
“Caspian transit”: Cənubi Qafqaz və Orta Asiya arasında yaxınlaşma - İNCƏLƏMƏ
Bu gün, 11:29
Nazir Cəmilə Qurbanovanı vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 11:27
Dünyanın ən böyük valyuta ehtiyatlarına malik 15 ölkəsi - SİYAHI
Bu gün, 11:24
Ermənistan müxalifəti parlamentə getməyə razılaşdı - KİV
Bu gün, 11:19
Əkrəm Əylisli: razılaşmaya bilərik, amma inkar edə bilmərik - MÖVQE
Bu gün, 11:13
“Aqroinnova” şirkəti kapitalını yenidən azaldıb
Bu gün, 11:10
Tiktoker "Arzum"un məhkəməsi yenidən qurulacaq - ŞİKAYƏT EDİB
Bu gün, 11:09
“Ailə Park”ın səhlənkarlıqda təqsirləndirilən direktoru ilə bağlı QƏRAR
Bu gün, 11:06
Konstitusiya Məhkəməsi kassasiya şikayətlərinin müddətinin optimallaşdırılmasını parlamentə tövsiyə edib
Bu gün, 11:05
Bu avtobuslarda gediş haqqı bahalaşdı - AÇIQLAMA
Bu gün, 10:59
İş adamlarına TORBA TİKƏN Nazim Tahirovla bağlı ŞOK FAKT - 9 İL ƏVVƏLKİ İNTİHARIN İZİ İLƏ...
Bu gün, 10:56
Camaata 1 milyon manat “atan” iş adamı Zamiqin MƏHKƏMƏSİ yenə uzadıldı - TƏFƏRRÜAT
Bu gün, 10:51
"Toppuş bacı"nın qardaşının ölümünün təfərrüatı: - "10 il idi ki, vətənə gəlmirdi..."
Bu gün, 10:33
Məhkəmə körpələr evi-uşaq bağçasının keçmiş müdiri ilə bağlı QƏRAR ÇIXARDI
Bu gün, 10:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru