İlk oxunuşda qəbul olunan qanun layihəsinə qiymətləndiricilərdən təkliflər .....                     Naxçıvanda hakimiyyət uğrunda SAVAŞ: “Şərq qapısı”nın çapı DAYANDI .....                     İran ABŞ ilə anlaşma memorandumunun ləğv olunduğunu elan etdi .....                     Məhkəmə Bakıda Britaniya vətəndaşını şantaj edən qadınlarla bağlı qərar çıxardı .....                     “11 yaşlı qızımın şəklini göndərib "qulaqları şəlpədir" dedilər” .....                     "Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik, amma anti-Rusiya koalisiyasında yer almırıq, sanksiyalara qoşulmuruq" .....                     Qaqauziya təhlükədə: Bakı və Ankara nə edə bilər? .....                     “Belə avtomobillərlə heç yerə getmərəm...” .....                     Azərbaycan nefti bahalaşıb .....                     "Peşə kurslarına qəbulda tapşırıq və qohumbazlıq..." .....                     Gəmiçilik şirkətləri Trampın Hörmüz boğazı ilə bağlı təklifini sərt tənqid edib .....                     Bu, Rusiyaya müharibə elan edilməsinə bərabərdir .....                     Pensiya ilə bağlı gözlənilməz məqam ortaya çıxdı .....                     AAYDA-nın bu idarəsində NƏ BAŞ VERİR? .....                     "AzParking" qalmaqalı: Pulu nəğd alırlar .....                     Siraqəddin Cabbarov şikayətçiləri qovur .....                     Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan .....                     SEPAH qələbəyədək ABŞ bazalarına hücumların davam edəcəyini açıqlayıb .....                     "Cənab Peskov, Əliyevin bu münasibətində yanlış olan nədir ki?!." .....                     Tərbiyəsiz MOTSART... .....                     Astroloqdan iddia: .....                     Tramp Baydenin qərarını dəyişdi: Bakı Vaşinqtondan məşhur xəbəri gözləyir .....                     Siyasətdə istefalar adi haldır, AMMA... .....                     "Niyə Bəhram Bağırzadə kimi nəhəng media təmsilçisi mənim yerimə Mətbuat Şurasında olmasın?" .....                     Rövşən Rzayevin qəbulunda oldum... VƏ... .....                     Paris-İrəvan BACILIĞI.... .....                     38 il əvvəl bu gün bir qəhrəman dünyaya göz açdı... .....                     Bəs medianı qorumaq lazım idi... NƏ OLDU? .....                     Avropa Məhkəməsinin qərarlarını tanımırıqsa... .....                     6 saylı RETS-ə cinayət işi: Xəzər Vəliyev vəzifəsindən çıxarıla bilər .....                     Xəzərə hücum edən naməlum “varlıqlar”: dənizdə boğulmaya onlar səbəb olur? .....                     ABŞ Hörmüz yaxınlığındakı İran qüvvələrini məhv etməyə çalışır .....                     Aİ Ermənistanda Rusiyanın təsirini azaltmağa çalışır .....                     Ət, balıq və toyuq bazarına yeni qaydalar: Tələb də artır, qiymət də .....                     Yasamal xərabələri: hər yer zibil, hər yer üfunət... .....                     "Qanunun tələbləri niyə yerinə yetirilməyib?" .....                     İran danışıqlara qayıtmasa, ABŞ hücumları davam etdirəcək .....                     "Goranboy Sərbəst Dağ Mədən" MMC fəaliyyətini dayandırdı: Dövlətə borclu qaldı .....                     Avropa Ermənistanı seçdi, Gürcüstanı sildi .....                     ABŞ iranlı iş adamı ilə əlaqəli şəxslərə və şirkətlərə sanksiya tətbiq edib .....                 

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin "planlı iqtisadiyyatı":İslahat, yoxsa tezbazar layihələr? - NƏ BAŞ VERİR?
Tarix: 6-07-2026, 15:55 | Çap et

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin fəaliyyətini illərdir izləyənlər artıq bir həqiqəti yaxşı bilir: bu qurumun ən uğurlu işi islahat haqqında danışmaqdır. Şəffaflıq, açıqlıq, hesabatlılıq, yeni yanaşma, innovativ idarəetmə...

Bəzi tədbirlərdə iştirakçılardan əlavə köynək gətirmələri xahiş olunur. Məqsəd müxtəlif şəkillər çəkərək guya tədbirin bir neçə gün davam etdiyini göstərməkdir.

Bu sözlər o qədər təkrarlanıb ki, artıq onların praktik nəticə verəcəyinə inanmaq getdikcə çətinləşir. Çünki hər il eyni vədlər verilir, hər il eyni problemlər yaşanır və hər il həmin problemlər yeni bəhanələrlə izah edilir.

Əslində, islahatın mahiyyəti çox sadədir. İşlər əvvəlkindən daha yaxşı təşkil olunursa, qərarlar vaxtında qəbul edilirsə, bürokratik əngəllər aradan qaldırılırsa, vətəndaş və QHT-lər rahat işləyə bilirsə, buna islahat deyilir. Əgər proseslər daha da ağırlaşır, qərarlar gecikir, layihələr yarım ilə yaxın gözlədilir, sonra isə bir neçə həftəyə başa çatdırılması tələb olunursa, bunun adına islahat yox, idarəetmə böhranı demək daha doğru olar.

"Yenixeberorg.com"un 14 may tarixli yazısında diqqətə çatdırmışdıq ki, Agentlik martın 12-də qrant müsabiqəsinin nəticələrini elan etsə də, layihələrin icrasına başlanılmır. Səbəb kimi Ədliyyə Nazirliyindən bildirişlərin alınmaması göstərilirdi. Yazımızdan sonra QHT-lərə ardıcıl mesajlar göndərildi. Bildirildi ki, problem qısa müddətdə həll olunacaq, layihələr dərhal başlayacaq.

Doğrudan da başladı. Amma necə?

Aylarla gözlədilən layihələr iyul ayında, yayın ən isti günlərində, tələm-tələsik icraya buraxıldı. Elə bil altı ay ərzində itirilmiş vaxtın əvəzini QHT-lər çıxmalıdır. Sanki gecikməyə səbəb olan qurum yox, layihəni həyata keçirən təşkilatlardır. Bunu biz demirik, "Yenixeberorg"a problemlərini bölüşən QHT-lər söyləyirlər.

İllərdir Agentliyin rəhbər şəxsləri müxtəlif tədbirlərdə eyni fikri səsləndirirlər. Deyirlər ki, müsabiqələr sentyabr ayında elan olunacaq ki, QHT-lərin layihə hazırlamaq üçün kifayət qədər vaxtı olsun. Nəticələr daha tez açıqlanacaq, icraya daha erkən başlanacaq və bütün proses daha səmərəli olacaq.

Bəs nəticə nə oldu?

QHT-lər layihələrini sentyabr-noyabr aylarında təqdim etdilər. Nəticəni almaq üçün aylarla gözlədilər. Layihələrin rəsmiləşdirilməsi yenə uzandı.

Sonda isə layihələrin böyük hissəsi yay aylarında, minimum müddətdə icra edilməyə məcbur edildi.

İslahat bu işin harasındadır?

Ən qəribəsi isə odur ki, bu vəziyyət heç kimi narahat etmir. Əksinə, hər şey normal proses kimi təqdim olunur. Sanki dövlət büdcəsindən maliyyələşən layihələrin yarım il gecikməsi adi hadisədir. Sanki ictimai fayda daşıyan layihələrin bir neçə həftəyə "yekunlaşdırılması" normal idarəetmə modelidir.

Əgər kimsə bu yazılanların şişirdildiyini düşünürsə, sosial şəbəkələrə nəzər salması kifayətdir.

Bir banner.

Bir təlimçi.

Beş-altı iştirakçı.

Kiçik bir otaq.

Bir neçə foto.

Bir neçə status.

Və bunun adına layihə icrası deyilir!

İştirakçıların üz ifadələrinə baxanda belə hiss olunur ki, onların əksəriyyəti tədbirə hansı mövzuda gəldiyini belə bilmir. Elə bil hansısa idarədən "gedin, bir saat oturun, sonra çıxarsınız" tapşırığı verilib.

Sektorda artıq açıq sirrə çevrilmiş başqa bir mənzərə də var. Bəzi tədbirlərdə iştirakçılardan əlavə köynək gətirmələri xahiş olunur. Məqsəd müxtəlif şəkillər çəkərək guya tədbirin bir neçə gün davam etdiyini göstərməkdir. Əgər layihənin "uğuru" köynək dəyişməklə ölçülürsə, burada artıq ciddi problem var.

Əlbəttə, bütün məsuliyyəti QHT-lərin üzərinə yıxmaq olar. Amma bu, ən asan yoldur.

Sual budur: layihələri aylarla gözlədən kimdir? Sənədləşməni uzadan kimdir?

QHT-ləri iyul ayında tələsik tədbirlər keçirməyə məcbur edən kimdir?

Axı heç bir təşkilat layihəsini iki həftəyə sığışdırmaq istəməz. Heç bir QHT öz nüfuzunu formal tədbirlərlə zədələməkdə maraqlı deyil. İnsanları bu vəziyyətə salan idarəetmə modelidirsə, o zaman tənqid də ilk növbədə həmin modelə yönəlməlidir.

Təəssüf ki, son illər Agentliyin fəaliyyətində təhlükəli bir tendensiya formalaşıb. Mahiyyətdən daha çox görüntüyə üstünlük verilir. Tədbirlər keçirilir, təqdimatlar hazırlanır, çıxışlarda islahatdan danışılır, statistik rəqəmlər səsləndirilir. Amma bütün bu pafosun arxasında ən elementar idarəetmə problemləri həll olunmur.

Dövlət vəsaiti ilə maliyyələşən layihələrin əsas məqsədi sosial şəbəkələrdə şəkil paylaşmaq deyil. Məqsəd cəmiyyət üçün real nəticə yaratmaqdır. Tədbirin neçə şəkli çəkildiyi yox, hansı problemi həll etdiyi önəmlidir. Təəssüf ki, mövcud sistem QHT-ləri nəticə istehsal etməyə deyil, hesabat hazırlamağa sövq edir.

Ən acınacaqlısı isə budur ki, bütün bunlar tədricən normaya çevrilir. Sabah yenə eyni gecikmələr olacaq, yenə eyni izahatlar veriləcək, yenə eyni pafoslu çıxışlar səslənəcək, ilin sonunda isə yenə "uğurla icra edilmiş layihələr" barədə hesabat hazırlanacaq.

Amma cəmiyyət bütün bunları görür. QHT sektoru da görür.

Layihələri həyata keçirən insanlar da görür.

Görünməyən yalnız bir şeydir - illərdir vəd edilən islahatların real nəticəsi.

İslahat sözünü hər çıxışda işlətmək asandır. Çətin olan həmin islahatı idarəetmədə göstərməkdir. Təəssüf ki, bu gün ortada gördüyümüz mənzərə göstərir ki, Agentlik hələ də görüntü ilə nəticə arasındakı fərqi tam anlaya bilməyib.

Çünki islahat odur ki, problemlər azalır.

Burada isə problemlər əvvəl yaranır, sonra onlara bəraət qazandırılır.

Bu isə islahat deyil. Bu, sadəcə dövlət vəsaiti hesabına həyata keçirilən tezbazar layihələr sistemidir.

Yenixeberorg.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İlk oxunuşda qəbul olunan qanun layihəsinə qiymətləndiricilərdən təkliflər - AÇIQLAMA
Bu gün, 10:57
Naxçıvanda hakimiyyət uğrunda SAVAŞ: “Şərq qapısı”nın çapı DAYANDI - NƏ BAŞ VERİR?
Bu gün, 10:51
İran ABŞ ilə anlaşma memorandumunun ləğv olunduğunu elan etdi - IRIB
Bu gün, 10:42
Məhkəmə Bakıda Britaniya vətəndaşını şantaj edən qadınlarla bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:40
“11 yaşlı qızımın şəklini göndərib "qulaqları şəlpədir" dedilər” – Taleh Yüzbəyovdan açıqlama
Bu gün, 10:35
"Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik, amma anti-Rusiya koalisiyasında yer almırıq, sanksiyalara qoşulmuruq" - deputat
Bu gün, 10:33
Qaqauziya təhlükədə: Bakı və Ankara nə edə bilər? - AKTUAL
Bu gün, 10:32
“Belə avtomobillərlə heç yerə getmərəm...” - Zatən belə avtomobillər də adamı harasa aparmır...
Bu gün, 10:17
Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:57
"Peşə kurslarına qəbulda tapşırıq və qohumbazlıq..." - AXI NİYƏ?
Bu gün, 09:54
Gəmiçilik şirkətləri Trampın Hörmüz boğazı ilə bağlı təklifini sərt tənqid edib - “Nikkei” qəzeti
Bu gün, 08:12
Bu, Rusiyaya müharibə elan edilməsinə bərabərdir - Mema
Bu gün, 08:10
Pensiya ilə bağlı gözlənilməz məqam ortaya çıxdı - GƏLİŞMƏ
Bu gün, 08:09
AAYDA-nın bu idarəsində NƏ BAŞ VERİR? - İLGİNC FAKT
Bu gün, 08:06
"AzParking" qalmaqalı: Pulu nəğd alırlar - Ödəniş sistemi işləmir, yoxsa?
Bu gün, 07:55
Siraqəddin Cabbarov şikayətçiləri qovur - NARAZILIQ VAR...
Bu gün, 07:51
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bu gün, 07:37
SEPAH qələbəyədək ABŞ bazalarına hücumların davam edəcəyini açıqlayıb - IRNA
Bu gün, 07:35
"Cənab Peskov, Əliyevin bu münasibətində yanlış olan nədir ki?!." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:24
Tərbiyəsiz MOTSART...
Bu gün, 07:16
Astroloqdan iddia: - Bu tarixdə Putin hakimiyyəti sona çatacaq
Bu gün, 07:04
Tramp Baydenin qərarını dəyişdi: Bakı Vaşinqtondan məşhur xəbəri gözləyir - GƏLİŞMƏ
Bu gün, 07:02
Siyasətdə istefalar adi haldır, AMMA... - ŞƏRH
Bu gün, 07:00
"Niyə Bəhram Bağırzadə kimi nəhəng media təmsilçisi mənim yerimə Mətbuat Şurasında olmasın?" - REAKSİYA
Bu gün, 06:56
Rövşən Rzayevin qəbulunda oldum... VƏ... - TƏƏSSÜRAT
Bu gün, 06:44
Paris-İrəvan BACILIĞI.... - Səmimiyyət, yoxsa siyasət?
Bu gün, 06:35
38 il əvvəl bu gün bir qəhrəman dünyaya göz açdı... - ANIM
Bu gün, 06:31
Bəs medianı qorumaq lazım idi... NƏ OLDU? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:27
Avropa Məhkəməsinin qərarlarını tanımırıqsa... - "...Lətif Hüseynovu da geri çağıraq"
Bu gün, 06:23
6 saylı RETS-ə cinayət işi: Xəzər Vəliyev vəzifəsindən çıxarıla bilər - İLGİNC
Bu gün, 06:15
Xəzərə hücum edən naməlum “varlıqlar”: dənizdə boğulmaya onlar səbəb olur? - AÇIQLAMA
Bu gün, 06:02
ABŞ Hörmüz yaxınlığındakı İran qüvvələrini məhv etməyə çalışır - Tramp AÇIQLADI
Bu gün, 06:00
Aİ Ermənistanda Rusiyanın təsirini azaltmağa çalışır - ONA GÖRƏ DƏ...
Bu gün, 05:58
Ət, balıq və toyuq bazarına yeni qaydalar: Tələb də artır, qiymət də - BELƏ HARA GEDİRİK?
Bu gün, 05:57
Yasamal xərabələri: hər yer zibil, hər yer üfunət... - FOTOFAKT
Bu gün, 05:54
"Qanunun tələbləri niyə yerinə yetirilməyib?" - "Azəriqaz" şefinə SUAL VAR
Bu gün, 05:40
İran danışıqlara qayıtmasa, ABŞ hücumları davam etdirəcək - Tramp belə deyir...
Bu gün, 05:34
"Goranboy Sərbəst Dağ Mədən" MMC fəaliyyətini dayandırdı: Dövlətə borclu qaldı - FOTO
Bu gün, 05:31
Avropa Ermənistanı seçdi, Gürcüstanı sildi - GƏLİŞMƏ
Bu gün, 05:28
ABŞ iranlı iş adamı ilə əlaqəli şəxslərə və şirkətlərə sanksiya tətbiq edib - KİV
Bu gün, 05:26
Fransa bu il Ukraynaya iki SAMP/T sistemi verəcək - Zelenski belə deyir
Bu gün, 05:24
"Bu heç də yaxşı bir gələcək vəd etmir..." - deputat
Bu gün, 00:11
Odessada azərbaycanlıların olduğu gəmi vuruldu, kapitan axtarılır - AÇIQLAMA
Bu gün, 00:07
Uşaqların müdafiəsi kimə həvalə olunub? - İLGİNC
Bu gün, 00:03
“Premium Bank”ın nağd vəsaitləri azalıb
Dünən, 17:28
Ukrayna hökuməti istefaya göndərildi
Dünən, 17:26
Azərbaycan Mərkəzi Bankına yeni təyinat olub - FOTO
Dünən, 17:14
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələrinin fəaliyyəti TƏKMİLLƏŞDİRİLİR
Dünən, 17:11
Qaxın sabiq icra başçısının həbs müddəti uzadılıb - QƏRAR
Dünən, 17:08
Agentlik sədri 6 ay əvvəl filial müdiri təyin etdiyi şəxsi işdən çıxardı - FOTO
Dünən, 17:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru