“Qarabağ”dan daha bir transfer .....                     FHN şefinin oğlanlarının kino sənayesində UĞURSUZ ADDIMLARI .....                     Türkiyə-Ermənistan sərhədi diqqət mərkəzində... .....                     Erməni nazirin sevincək paylaşdığı xəritə .....                     Ermənilərin Paris meriyasındakı adamı-Odri Pulvar kimdir? .....                     Avropa Rusiya ilə dialoqu yeniləməlidir, çünki... .....                     Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər .....                     Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib .....                     “Ən böyük mobil operator” hər addımda problem yaradır... .....                     “İrşad Electronics” insanları necə soyur? .....                     ABŞ-dan “kürd separatçılarına” növbəti zərbə .....                     Kanadanın Çubays jesti... .....                     Putin Köçəryan üçün xahiş edəcək? .....                     "Hökumət “5 günlük dünyadı”, prinsipi ilə davranır..." .....                     Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib, xəsarətləri ağırdır .....                     "Şikayət edəcəyimi gördükdə isə yalvarmağa başladılar..." .....                     Rauf Kazımovun offşor izləri VƏ... .....                     Bir məmur, bir neçə video və Azərbaycan mediasının susduğu yer... .....                     Etibar Əliyevin Qurban Qurbanov haqqında yazdıqları ədəbsizlikdir .....                     Su “od qiymətinə": Fermerləri hansı problemlər gözləyir? .....                     Könül Kərimovanın qızı boşanıb .....                     Türkiyə Ermənistanı Azərbaycanla birlikdə yeni plana daxil edir .....                     Türkiyəsiz Avropa, Qafqazsız İttifaq? .....                     İran müharibənin ağır nəticələrini açıqlayıb: .....                     İdarə rəisi işdən azad edildi .....                     “Yaşa dolmuşam, toylara getmirəm, .....                     "Rusiyanın əlində Azərbaycan qarşı ciddi təzyiq alətləri olmadığı üçün bir isterika yaşayırlar" .....                     Yasamal İcra Hakimiyyətindən qəribə alış-veriş... .....                     Tələbələrə kirayə ev tələsi: Dələduzların bu hiyləsinə aldanmayın! .....                     II Qaregin Armavirdə yox İrəvanda mühakimə olunacaq .....                     Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir .....                     Əməkdar jurnalist Bakıda çayxanaların azalmasına .....                     "Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA .....                     “Barselona” bu tarixdə Bakıya gələcək .....                     Bakı-Naxçıvan reysləri hava şəraitinə görə təxirə salındı .....                     Vaşinqtonun və Tehranın hədələrinin Azərbaycana aidiyyatı varmı? .....                     "Sabah"ın püşkü ilə bağlı statistika: .....                     Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək .....                     Kərəm Mustafayev şəhid qızının toyuna gedə bilmədi .....                     Nikol Paşinyandan yeni təyinat .....                 

"Xidmətlər sırasında “AZAL Upgrade” proqramı xüsusilə yüksək maraq doğurub" - MÜSAHİBƏ
Tarix: 6-07-2026, 12:53 | Çap et

2025-ci ildə AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları rəqəmsal transformasiyanı inkişaf strategiyasının əsas istiqamətlərindən birinə çevirərək diqqəti sərnişinlərin komfortuna, rəqəmsal infrastrukturun davamlılığına və birbaşa onlayn satış kanallarının inkişafına yönəldib. İl ərzində bilet alışı və ödəniş prosesi daxil olmaqla, səyahətin hər mərhələsində olan digər xidmətlərdə də müştərilərə yeni texnoloji həllər təqdim olunub. Elektron kommersiya sahəsində görülmüş işlər, onların sərnişin davranışına təsiri və 2026-cı il üçün müəyyən edilmiş prioritetlər barədə Azərbaycan Hava Yollarının Rəqəmsal kommersiya idarəsinin rəhbəri Vasif Məmmədov müsahibəsində danışıb. "DİA-AZ" həmin müsahibəni təqdim edir:

- Ötən il Azərbaycan Hava Yolları üçün rəqəmsal həllərin tətbiqi baxımından səmərəli bir il oldu. Bu dəyişikliklərin arxasında duran əsas yanaşma nədən ibarət idi?

- Bu nəticələrin arxasında strateji hədəflər və motivasiya dolu peşəkar komanda dayanır. Komandanın effektiv koordinasiyası sayəsində bir il ərzində çoxsaylı dəyişiklikləri həyata keçirə bildik. Əsas prinsipimiz müştəriyönümlü düşüncə tərzini əsas tutaraq səyahətin bütün mərhələlərində rəqəmsal təcrübəni rahat və əlçatan etməkdir. İl ərzində elektron ticarət (“e-commerce”) platformamızı planlı şəkildə inkişaf etdirdik ki, sərnişinlər səfərlərini müstəqil və çevik formada, yəni biletin alışından əlavə xidmətlərin seçiminə, eləcə də reyslə bağlı aktual məlumatların real vaxt rejimində əldə olunmasına qədər idarə edə bilsinlər.

- Müştərilərin onlayn özünəxidmət imkanları və bilet alışı prosesində hansı yeniliklər təqdim edilib?

- Sərnişinlərə Çağrı mərkəzinə müraciət etmədən Azərbaycan Hava Yollarının veb-saytı və ya mobil tətbiqi vasitəsilə aldıqları biletləri rahat şəkildə qaytarmaq və dəyişdirmək imkanları təmin edilib. Müştərilər “Rezervasiyanın idarə olunması” bölməsinə daxil olaraq tarif qaydalarına uyğun şəkildə bileti geri qaytara və ya tarixi dəyişə bilərlər. 2025-ci il ərzində bu xidmətlərin 25,000-ə yaxın istifadəçisi qeydə alınıb və beləliklə, müştərilərimizin vaxtına qənaət olunmaqla aviaşirkətin Çağrı mərkəzinin iş yükü azaldılıb.

Digər bir yenilik reysin gecikməsi və təxirə salınması zamanı sərnişinlərin operativ məlumatlandırılmasıdır. Artıq 2025-ci ildən etibarən reysin ləğvi və ya gecikməsi, terminal və ya minik qapısının dəyişməsi hallarında sərnişinlər avtomatik olaraq elektron poçt, “WhatsApp” və mobil tətbiq üzərindən bildirişlər alırlar. Belə olan halda sərnişinlər reyslə bağlı məlumatları real vaxt rejimində izləyə, vəziyyətə uyğun qərarlar verə və səfərlərini düzgün planlaşdıra bilirlər.

Sərnişinlərin onlayn bilet alışı prosesi də daha intuitiv qurulub, filtrasiya və seçim imkanları genişləndirilib. Sərnişinlər qiymətə, uçuş müddətinə və saatlara görə daha çevik seçim edə bilirlər. Məsələn, bilet qiymətinin 24 və ya 72 saat müddətinə sabitlənməsi xidməti planlaşdırma mərhələsində əlavə rahatlıq yaradır. Belə ki, bəzən müştərilərimiz bileti almaq üçün daha çox düşünməli olurlar, lakin eyni zamanda yeri itirmək və qiymətin dəyişməsini istəmirlər, belə hallarda bu əlavə xidmət üzərindən biletlərini rezerv edə və daha sonra “Rezervasiyanın idarə olunması” bölməsinə daxil olaraq ala bilirlər.

Bundan əlavə, ödəniş mərhələsində “Apple Pay” və “Google Pay” inteqrasiyası həyata keçirilib. Hazırda mobil tətbiq üzərindən edilən ödənişlərin 20%-dən çoxu bu rəqəmsal pulqabılar vasitəsilə icra olunur.

- Bəs Azal.az veb-saytı və mobil tətbiqində onlayn bilet alan müştərilərə hansı yeni əlavə xidmətlər təqdim edilir?

- Bildiyiniz kimi, səyahət planlaması zamanı sərnişinlər aviabilet, baqaj və yer seçimi ilə yanaşı, “lounge”, otel, transfer, avtomobil kirayəsi, tur və digər xidmətlərdən də yararlana bilərlər. Aviasiya sahəsində son trendlər onu göstərir ki, artıq aviaşirkətlər “retailing”, yəni müştəriyə fərdiləşdirilmiş məhsul və xidmətlər təqdim etmə modelinə keçid edir və sadalanan əlavə xidmətləri öz platformalarında müştərilərə təqdim edirlər. Beləliklə, istifadəçilər vahid tətbiq üzərindən ehtiyacı olan bütün xidmətləri əldə edə bilirlər.

Əlavə olaraq, rəqəmsal platformalarımızda təqdim olunan əlavə xidmətlərin genişləndirilməsi məqsədilə qlobal təcrübə araşdırılıb, eyni zamanda sərnişinlərin səyahət boyu ehtiyacları müəyyən edilərək yeni həllər təqdim edilib. Bu yanaşma çərçivəsində 2025-ci il ərzində 10 yeni əlavə xidmət istifadəyə verilib.

Xidmətlər sırasında “AZAL Upgrade” proqramı xüsusilə yüksək maraq doğurub. Belə ki, ekonom sinif biletini alan sərnişinlər bu proqram üzərindən biletlərini premium ekonom və biznes sinfinə daha sərfəli şərtlər ilə dəyişmək imkanı əldə edirlər. Xidmət istifadəyə verilməsindən bir ilə yaxın müddət keçib və artıq 20,000-dən çox sərnişin sözügedən xidmətdən yararlanıb.

“Extra Seat Blocker” xidməti isə uzunmüddətli uçuşlarda yan oturacağın bloklanması vasitəsilə əlavə komfort təqdim edir, “Junior Traveller” valideyn olmadan səyahət edən uşaqların biletlərinin onlayn formada alışını təmin etməklə prosesi daha rahat və çevik edir, “Air Tastes” isə uçuşdan əvvəl fərdiləşdirilmiş premium yemək seçimi imkanı yaradır. Sadalanan xidmətlər müxtəlif sərnişin seqmentlərinin fərqli ehtiyaclarına uyğun olaraq hazırlanıb və hazırda uğurla istifadə olunur.

Tərəfdaş şirkətlər ilə əməkdaşlıq nəticəsində Azərbaycan Hava Yollarının rəqəmsal platformaları vasitəsilə sərnişinlər aşağıdakı xidmətlərdən də daha sərfəli şərtlər ilə yararlana bilirlər:

  • “Airalo” üzərindən “eSIM” xidməti;
  • “Booking.com” vasitəsilə otel və avtomobil icarəsi;
  • “GetTransfer” ilə hava limanı transferi;
  • “GetYourGuide” ilə turlar sifariş edilə bilir.

Bu xidmətlərdən əlavə, “HTS” (“Hopper Technology Solutions”) qlobal platforması ilə tərəfdaşlıq çərçivəsində müştərilərin istifadəsinə verilmiş ən son xidmət olan “DAFAR” (“Disruption Assistance For Any Reason”) adlı yeni rəqəmsal xidmət istifadəyə verilib. Bu, reysin gecikməsi və ya ləğvi hallarında sərnişinlərə alternativ seçim və operativ dəstək təqdim edən, həmçinin səyahət zamanı yaranan risk faktorunu minimuma endirən bir xidmət növüdür.

Bununla yanaşı, müxtəlif xarici bazarlar üçün lokallaşdırılmış ödəniş həllərinin tətbiqi istiqamətində də mühüm addımlar atılıb. Çin bazarında isə sərnişinlərin rahat ödəniş etmələri üçün “Alipay” və “WeChat Pay” ödəniş sistemləri Azərbaycan Hava Yollarının rəqəmsal platformalarına inteqrasiya olunub. Bundan əlavə, Özbəkistan bazarında “Uzum Bank” ilə əməkdaşlıq çərçivəsində Özbəkistan vətəndaşları üçün “HUMO” və “UZCARD” kartları ilə ödəniş imkanı da istifadəyə verilib. Bu həllər müxtəlif bazarlarda müştərilərin ödəniş vərdişlərinə uyğun xidmət göstərməyə və beynəlxalq istifadəçi təcrübəsini daha da təkmilləşdirməyə imkan verir.

- AZAL mobil tətbiqinin istifadəçi üçün rolu necə dəyişib?

- AZAL mobil tətbiqi artıq sadəcə bir alternativ satış kanalı deyil, o, həmçinin sərnişinlə davamlı əlaqə və istifadəçi aktivliyinin formalaşması üçün əsas platformaya çevrilib.

Son bir il ərzində tətbiqin təşviqi və funksiyalarının artırılması sayəsində istifadəçi sayı iki dəfə artıb. Mobil tətbiq “IOS” və “Android” platformalarında minlərlə istifadəçi tərəfindən 5 ballıq şkala üzərindən müvafiq olaraq 4.9 və 4.7 reytinqi ilə qiymətləndirilib. Yüksək reytinqlər müştərilərimizin xidmətdən razılığının göstəricisi olsa da, biz daim müştəri rəylərini nəzərə alaraq mobil tətbiqimizi daha da təkmilləşdiririk.

Mobil tətbiq istifadəçi aktivliyinin artırılması üçün mühüm rol oynayır. Kampaniya dövrlərində istifadəçilər bildirişlər vasitəsilə təkliflər, endirimli istiqamətlər və müddətli aksiyalar barədə operativ məlumat alırlar. Bu yanaşma yalnız məlumatlandırma deyil, eyni zamanda istifadəçi aktivliyi və platformaya geridönüş göstəricilərinin artımına xidmət edir.

“Şəxsi kabinet” funksionallığı isə AZAL mobil tətbiqini sadəcə alış platforması deyil, fərdi idarəetmə mühitinə çevirir. Qeydiyyatdan keçmiş sərnişinlər “Səyahətlərim” bölməsində əvvəlki və gələcək uçuşlarını izləyə bilir, kabinet daxilində isə “AZAL Miles” hesabı ilə bağlı əməliyyatları icra edə bilirlər.

Mobil tətbiqdə onlayn qeydiyyat zamanı elektron minik talonunun “Apple Wallet” və “Google Wallet”ə əlavə edilməsi və uçuşun statusu haqqında real vaxt bildirişləri səyahət boyu sərnişinlə fasiləsiz rəqəmsal əlaqəni təmin edir.

Nəticə etibarilə mobil tətbiq bizim üçün yalnız satış aləti deyil, həmçinin müştəri ilə uzunmüddətli və davamlı rəqəmsal əlaqənin əsas platformasıdır.

- Cari il üçün əsas prioritetləriniz nələrdir?

- 2026-cı il üçün əsas prioritetlərimizdən biri rəqəmsal müştəri təcrübəsinin təkmilləşdirilməsidir. Bu istiqamətdə azal.az veb-saytının və mobil tətbiqin genişmiqyaslı “UX/UI” transformasiyası layihəsinə başlanılıb. Məqsəd daha həssas naviqasiya, sürətli bronlaşdırma prosesi və fərdiləşdirilmiş istifadəçi ssenarilərinin formalaşdırılmasıdır. Bu layihədə xarici aviaşirkətlər ilə oxşar layihə həyata keçirmiş qlobal dizayn şirkəti ilə əməkdaşlıq edilir və beynəlxalq təcrübəyə əsaslanan istifadəçi təcrübəsini asanlaşdıran yeni dizayn yanaşması hazırlanır. Növbəti aylarda bu mərhələnin yekunlaşması və onun əsasında veb-saytın və mobil tətbiqin yeni versiyasının hazırlanması planlaşdırılır.

Bundan əlavə, cari il ərzində platformanın dayanıqlılığının və miqyasının genişləndirilməsi, ödəniş üsullarının artırılması və xarici bazarlarda genişlənmə istiqamətində işlər davam etdiriləcək.

Eyni zamanda süni intellekt texnologiyalarının tətbiqi üzrə konkret istifadə ssenarilərinin araşdırılması və mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Bu istiqamətdə əsas diqqət istifadəçi davranışlarının daha dərin analitik təhlilinə, fərdiləşdirilmiş təkliflər və tövsiyə mexanizmlərinin inkişafına, dinamik kontent və kampaniyaların optimizasiyasına, eləcə də müştəri dəstəyi proseslərinin daha səmərəli və çevik qurulmasına yönələcək.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Qarabağ”dan daha bir transfer - FOTO
Bu gün, 12:21
FHN şefinin oğlanlarının kino sənayesində UĞURSUZ ADDIMLARI - oğurluq pulların izi ilə...
Bu gün, 12:19
Türkiyə-Ermənistan sərhədi diqqət mərkəzində... - KİV
Bu gün, 11:41
Erməni nazirin sevincək paylaşdığı xəritə - FOTO
Bu gün, 11:39
Ermənilərin Paris meriyasındakı adamı-Odri Pulvar kimdir? - DETALLAR
Bu gün, 11:37
Avropa Rusiya ilə dialoqu yeniləməlidir, çünki... - Stubb
Bu gün, 09:49
Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər - ŞƏRH
Bu gün, 09:47
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib - UNİAN
Bu gün, 09:45
“Ən böyük mobil operator” hər addımda problem yaradır... - GİLEY
Bu gün, 09:18
“İrşad Electronics” insanları necə soyur? - BU DA FAKT...
Bu gün, 09:11
ABŞ-dan “kürd separatçılarına” növbəti zərbə - “Peşmərgə”lərin bitirilməsinə qərar verildi
Bu gün, 08:56
Kanadanın Çubays jesti... - NƏ BAŞ VERİR?
Bu gün, 08:47
Putin Köçəryan üçün xahiş edəcək? - AKTUAL
Bu gün, 08:44
"Hökumət “5 günlük dünyadı”, prinsipi ilə davranır..." - partiya sədri
Bu gün, 08:41
Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib, xəsarətləri ağırdır - TƏFƏRRÜAT
Bu gün, 08:35
"Şikayət edəcəyimi gördükdə isə yalvarmağa başladılar..." - ETİRAZ VAR!
Bu gün, 08:24
Rauf Kazımovun offşor izləri VƏ... - səhm maxinasiyaları
Bu gün, 08:03
Bir məmur, bir neçə video və Azərbaycan mediasının susduğu yer... - REPLİKA
Bu gün, 07:46
Etibar Əliyevin Qurban Qurbanov haqqında yazdıqları ədəbsizlikdir - Kənan Məstəliyev
Bu gün, 07:43
Su “od qiymətinə": Fermerləri hansı problemlər gözləyir? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:40
Könül Kərimovanın qızı boşanıb - ÖZÜ AÇIQLADI
Bu gün, 07:34
Türkiyə Ermənistanı Azərbaycanla birlikdə yeni plana daxil edir - Fidandan tarixi açıqlama
Bu gün, 07:29
Türkiyəsiz Avropa, Qafqazsız İttifaq? – Ankaranın üzvlüyünün gizli geosiyasi hesabları
Dünən, 17:51
İran müharibənin ağır nəticələrini açıqlayıb: - İdxal-ixrac 35% azalıb, Tehran geri çəkilmir
Dünən, 17:32
İdarə rəisi işdən azad edildi - FOTO
Dünən, 17:27
“Yaşa dolmuşam, toylara getmirəm, gənc xanəndələr yanımda oxumağa utanırlar, tay-tuş deyiləm”
Dünən, 17:24
"Rusiyanın əlində Azərbaycan qarşı ciddi təzyiq alətləri olmadığı üçün bir isterika yaşayırlar" - RƏY
Dünən, 17:16
Yasamal İcra Hakimiyyətindən qəribə alış-veriş... - DETALLAR
Dünən, 17:05
Tələbələrə kirayə ev tələsi: Dələduzların bu hiyləsinə aldanmayın! - “İndi pul göndər, yoxsa ev gedəcək”
Dünən, 17:02
II Qaregin Armavirdə yox İrəvanda mühakimə olunacaq - Ermənistan mediası
Dünən, 17:01
Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir – bu dəyişiklik kimlərə təsir edəcək?
Dünən, 16:56
Əməkdar jurnalist Bakıda çayxanaların azalmasına ETİRAZ ETDİ
Dünən, 16:39
"Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA - TƏFƏRRÜAT
Dünən, 16:27
“Barselona” bu tarixdə Bakıya gələcək - Cədvəl
Dünən, 16:24
Bakı-Naxçıvan reysləri hava şəraitinə görə təxirə salındı - DİQQƏT!
Dünən, 16:03
Vaşinqtonun və Tehranın hədələrinin Azərbaycana aidiyyatı varmı? - AKTUAL
Dünən, 16:02
"Sabah"ın püşkü ilə bağlı statistika: - "Mançester Siti" və "Real Madrid"i geridə qoydu
Dünən, 13:09
Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək - İDDİA
Dünən, 12:53
Kərəm Mustafayev şəhid qızının toyuna gedə bilmədi - Hədiyyə göndərdi (FOTO)
Dünən, 12:44
Nikol Paşinyandan yeni təyinat - "Armenpress"
Dünən, 12:40
Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi
Dünən, 12:37
Moskvaya vacib sual: niyə Azərbaycanın müstəqilliyi "rusofobiya" adlanır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:29
Gəncədə ürək əməliyyatı olunan qadın öldü
Dünən, 12:26
Gürcüstanda İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 12:21
Putin yeni “Volqa”nı şəxsən sınaqdan keçirdi
Dünən, 12:18
“Dayım Tamaranın uşaqlarını öz övladları kimi böyütdü, amma bu gün məzarı üstünə getmirlər” - İslam Rzayevin qohumundan ETİRAZ
Dünən, 12:13
Ermənilərlə... bundan sonra nə edək?
Dünən, 12:05
ŞOK: Adil Vəliyevin işçiləri aldıqları rüşvəti GERİ QAYTARDILAR... QƏBZ YAZDILAR... - BU NƏDİ BELƏ?
Dünən, 11:56
Bura təhsil ocağıdır, YOXSA BAZAR? - İLGİNC İDDİALAR
Dünən, 11:46
Rusiyada həbs edilən avtoritetin sensasion səs yazısı - 5 MİLYON VERMƏLİSƏN!
Dünən, 11:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru